Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3819/2025 01.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı nümayəndəsi X8 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “X24, X11, X22, X12, X13, X17, X14, X18 və X19 Göygöl şəhəri, Aşıq Ələsgər küçəsi, ev 64 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 33/2-5222/2025 nömrəli “əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş Göygöl dövlət notariat kontorunun dövlət notariusu tərəfindən 2İ-1-73 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2009-cu il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X20 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi - nəvəsi İddiaçıdur.
2. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: 1) Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 2 ünvanında yerləşən **********99-10301 reyestr nömrəli fərdi yaşayış evi İddiaçı adına xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır; 2) 10.01.2025-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”a əsasən, X24, X11, X22, X12, X13, X17, X14, X18 və X4 rayonu, Göygöl şəhəri, Aşıq Ələsgər küçəsi, ev 64 ünvanında qeydiyyatdadırlar; 3) cavabdehin xx.xx.2025-ci il tarixli, 77/2-M-4827/25 nömrəli iddiaçının nümayəndəsinin xx.xx.2025-ci il tarixli müraciətinə imtina məktubuna əsasən, çıxarışla vətəndaş İddiaçı məxsus ünvan 4 ünvanında daimi pasport qeydiyyatında olan X24, X15, X22, X12, X13, X17, X14, X18 və X32 qeydiyyatda olduğu ünvandan məcburi qaydada çıxarılması səlahiyyət daxilində deyildir. Belə ki, “Yaşayış yeri və Olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbinə uyğun olaraq, qeyd olunan hallarda yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır: 1. Yaşayış yerini dəyişdikdə. (yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq İcra hakimiyyəti orqanının məlumatı əsasında) 2. Başqa ölkədə yaşayış yeri seçdikdə.( müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında) 3. Azadlıqdan məhrum olduqda. (Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında) 4. Öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə (ölüm aktın qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında) 5. Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında və s. Odur ki, qanuna müvafiq qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məqsədə müvafiqdir; 4) Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin xx.xx.2025-ci il tarixli, 622 nömrəli arayışına əsasən, İddiaçı həqiqətən Göygöl şəhəri, Aşıq Ələsgər küçəsi, ev 64 ünvanında yerləşən mənzildə yaşayış qeydiyyatındadır və hal-hazırda həmin mənzildə yaşayır.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X24, X11, X22, X12, X13, X17, X14, X18 və X19 ona məxsus olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ƏMDX-nin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 4 nömrəli reyestr kitabının 172 nömrəli vərəqəsində qeydiyyat alınmış. ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışla, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi onun adına qeydə alınmışdır. Təqdim olunan çıxarışdan aydın olur ki, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətidir, hüququ üzrə ona məxsusdur. İddiaçı qeyd edir ki, göstərilən yaşayış sahəsində ailəsi və uşağı ilə yaşayır, heç bir maneə olmadan sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Maraqlı şəxslər X24, X11, X22, X12, X13, X17, X14, X18 və X32 iddiaçının qardaşı uşaqları, qardaşının gəlini və nəvəsidirlər. İddiaçı onların yaşayış evləri olmadığı üçün müvəqqəti olaraq evə qeydiyyata alınmasına ehtiraz etməmişdir. Artıq uzun müddətdir ki, onlar Göygöl şəhəri, A.Şaiq küçəsi, 63 saylı evdə yaşayış sahəsini inşa edərək orada yaşayırlar. İddiaçı qeyd edir ki, o, dəfələrlə telefon əlaqəsi saxlayaraq ona məxsus evdən qeydiyyatdan çıxmalarını xahiş etmiş. İddiaçı maraqlı şəxslərin ona məxsus olan evdən qeydiyyatdan çıxarılmaların xahiş etmiş, lakin ona imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. Maraqlı şəxslərin ona məxsus olan evdə qeydiyyatda qalmaları iddiaçının mülkiyyətindən maneəsiz istifadə, sahiblik və sərəncam hüquqlarını qanunda nəzərdə tutulan qaydada məhdudlaşdırırlar. Qeyd olunan evlə bağlı bütün kommunal xərclər iddiaçı tərəfindən ödənilir. Maraqlı şəxslərə görə iddiaçı artıq kommunal xərclər ödəmək məcburiyyətində qalır.
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X24, X11, X22, X12, X13, X17, X14, X18 və X32 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, məhdud fəaliyyət qabiliyyətli X13 valideynləri - atası X11 və anası X23, X18 isə valideynləri - atası X17 və anası X24 ilə təmsil olunmaları qərara alınmışdır.
6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 77/2- 8143/25 nömrəli məktuba əsasən, X24 xx.xx.2019-cu il tarixdən, X11 xx.xx.2009-cu il, X22 xx.xx.2019-cu il tarixdən, X12 xx.xx.2014-cü il tarixdən, X13 xx.xx.2024-cü il tarixdən, X17 xx.xx.2009-cu il tarixdən, X14 xx.xx.2006-cı il tarixdən, X18 xx.xx.2019-cu il tarixdən və X32 xx.xx.2018-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadırlar.
7. Ədliyyə Nazirliyi Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-273/2025 nömrəli məktuba əsasən, xx.xx.1965-ci il təvəllüdlü X1 övladları xx.xx.1991-ci il təvəllüdlü X15, xx.xx.1996-cı il təvəllüdlü X9r. xx.xx.1991-ci il təvəllüdlü X2 arvadı - xx.xx.1990-ci il təvəllüdlü X22, qızı xx.xx.2023-cü il təvəllüdlü X5r. xx.xx.1996-cı il təvəllüdlü X6 aradı-xx.xx.1994-cü il təvəllüdlü X21r, qızı-xx.xx.2018-ci il təvəllüdlü X10r. xx.xx.2007-ci il təvəllüdlü X12 xx.xx.1985-ci il təvəllüdlü İddiaçı bacısı (xx.xx.1988-ci il təvəllüdlü X16) qızının oğludur. xx.xx.1982-ci il təvəllüdlü X19 barəsində məlumat aşkar edilmədi.
8. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixli məktubla işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir.
10. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, üçüncü şəxslər iddiaçının qohumlarıdır, lakin onların özlərinin ayrıca fərdi yaşayış evləri mövcuddur. O, kommunal xidmətələrə görə artıq pul ödəmək məcburiyyətində qalır. İddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı və üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişlər.
12. Məhkəmə icraatı iştirakçılarına şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).
Əsaslandırma hissəsi:
13. İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
14. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.
15. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
18. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
19. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi...
20. Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.
21. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
23. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
24. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
25. Məhkəmə araşdırması zamanı da ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, faktiki olaraq orada yaşamamaları müəyyən edilmişdir.
26. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
27. Digər tərəfdən, üçüncü şəxs qismində qeyd edilən X13 xx.xx.2023-cü il təvəllüdlü və X18 xx.xx.2018-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadıqlarından, inzibati məhkəmə icraatının subyekti qismində çıxış edə bilməsələr belə, onların müstəqil olaraq özünə yaşayış yeri seçmək, həmin fərdi yaşayış evində qeydiyyatda qalmağa hüquqları mövcud deyildir.
28. Məhkəmə qeyd edir ki, X18 və X3 yaşayış yerləri valideynlərinin yaşayış yerləri sayılır.
29. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
30. X3 atası X11 və anası X22, X7 atası X17 və anası X24 hazırkı iş üzrə üçüncü şəxslərdir və onların özünün də mübahisəli fərdi yaşayış evində hər hansı əmlak hüquqları yoxdur və faktiki olaraq həmin fərdi yaşayış evində yaşamırlar.
31. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
32. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən fərdi yaşayış evi üzərində hər hansı hüquqlara malik olmadığı və orada uzun müddət yaşamadıqları, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.
33. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalarının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.
34. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.
35. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin.
X24, X11, X22, X12, X13, X17, X14, X18 və X19 Göygöl şəhəri, Aşıq Ələsgər küçəsi, ev 64 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov