Məhkəmə qərarları › İş №2-1(114)-382/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-382/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-382/2024 16.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "Sağ dirsək və orta sınirin postravmatik neyroratiyası, qapalı kəllə beyin travmasının fəsadları, kəskin nəzər çarpan asteno-nevrotik sindromu" diaqnozu üzrə müvafiq əlillik dərəcəsinin verilməsi (bərpa edilməsi) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə Ağdam rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 323 nömrəli Qərarından görünür ki, o döyüş zonasında hərbi xidmət keçərkən yaralanmışdır. Ona "Qəlpə yaralamalarından sonra başın ön alın nahiyəsində iki ədəd, sağ yanaq nahiyəsində bir ədəd, sol dirsək çuxururunda bir ədəd, sol bazu oynağının bayır səthində bir ədəd çapıq toxumaları" diaqnozu qoyulmuşdur. Aldığı xəsarətlərin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olduğu Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, iddiaçı qeyd edir ki, ona Respublika əlilləri bərpa mərkəzində müalicə alan zaman "Sağ dirsək və orta sınirin postravmatik neyroratiyası, qapalı kəllə beyin travmasının fəsadları, kəskin nəzər çarpan asteno-nevrotik sindromu" diaqnozları qoyulmuşdur. Həmçinin ona Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın hərbi-həkim komissiyası tərəfindən xx.xx.1995-ci il tarixdə “sağ mil-bilək oynağı funksiyasının cüzi dərəcədə pozulması ilə sağ dirsək və orta sinirin postravmatik neyroraatsiyası" diaqnozu qoyulmuşdur. ƏƏSMN-nin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli rəyindən görünür ki, ikinci dərəcəli əlildir və əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. İddiaçı ərizəsində qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən tarixli məktubu ilə ona diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. O, bu imtina haqqında xx.xx.2023-cü il tarixində məlumatlı olmuşdur. Hesab edir ki, cavabdehin 02 mart 2021-cü il tarixli imtinası tamamilə qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin imtinanın ləğv edilərək ona əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin xx.xx.2021-ci il tarixli, **********1 nömrəli qərarının qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3636/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixli qərarı dəfələrlə cavabdeh orqandan istəmiş, lakin cavabdeh orqan onda ağırlaşmaların olduğunu bildirərək əlavə müalicə almasını bildirmişdir. Bununla bağlı, ərazi aidiyyəti üzrə xəstəxanaya müraciət etsə də, göndəriş vaxtında verilməmiş və nəticədə qərarla vaxtında tanış ola bilməmişdir. Qeyd edilənləri əsas gətirib ötürülmüş prosessul müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-382/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilməsi ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Eyni zamanda, xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbini dəyişdirdiyini bildirmiş və xx.xx.2021-ci il tarixli qərarın ləğv edilərək, ona xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-382/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 16 oktyabr 2024-cü il tarixinə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, Ağdam rayon sakini İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün xidmətə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-cu il tarixli 323 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Qəlpə yaralanmalarından sonra başın ön alın nahiyyəsində iki ədəd, sağ yanaq nahiyyəsində bir ədəd çapıq toxumaları, sol dirsək çuxurunda bir ədəd, sol bazu oynağının bayır səthində bir ədəd çapıq toxumaları" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi və "Sağ mil-bilək oynağı funksiyasının cüzi dərəcədə pozulması ilə sağ dirsək və orta sinirin posttravmatik neyropatiyası. Ürəyin işemik xəstəliyi diaqnozlu xəstəliyi isə "Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Yaralanmasından sonrakı başın, sağ yanağın, sol dirsək çuxuru, sol bazu oynağının çapıq toxumaları Orta sinirin said səviyyəsində travması, sağ dirsək və orta sininin postravmatik neyropatiyası. Mil sinirinin said səviyyəsində travması. Sağ mil sinirinin postravmatik nevropatiyası. Oynaqların kontrakturası, sağ mil-bilək oynağının funksiyasının pozulması ilə." diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Əlillik təyinatına əsas verən funksional pozuntu və əzələ atrofiyası müəyyən edilmir. Göndəriş əsassız rəsmiləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır." Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçıya inzibati orqan tərəfindən verilmiş imtina 02 mart 2021-ci il tarixdən olmuş, iddiaçı tərəfindən məhkəməyə müraciət isə 2 il 4 ay keçdikdən sonra baş verdiyi üçün iddianın mümkünsüz hesab olunmasını xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, T 234/2024 nömrəli ekspert rəyində bildirilir ki, vətəndaş Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar Forma 088 göndərişində qeyd edilmiş "Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, başın, sağ yanağın, sol dirsək çuxurunun, sol bazu oynağının qəlpəli yaralanmasından sonrakı çapıq toxuması, sağ mil-bilək funksiyasının pozulması ilə, sağ dirsək və orta sinirin posttravmatik neyropatiyası, sağ mil sinirinin neyropatiyası, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, tez-tez qıcolma tutmaları (ayda 6-7 dəfə), hipertenzion sindrom, kəskin asteno-nevrotik vəziyyət” diaqnozu şəxsin əyani müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Yaralanmasından sonrakı başın, sağ yanağın, sol dirsək çuxuru, sol bazu oynağının çapıq toxumaları, orta sinirin said səviyyəsində travması, sağ dirsək və orta sinirin posttravmatik neyropatiyası, mil sinirinin said səviyyəsində travması, sağ mil sinirinin posttravmatik neyropatiyası, oynaqların kontrakturası, sağ mil-bilək oynağının funksiyasının pozulması ilə" diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapsa da, əlillik təyinatına əsas verən funksional pozuntu və əzələ atrofiyası müəyyən edilmir. Odur ki, həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na dair Əsasnamənin maddələrini aid etməyə əsas vermədi. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-4/2/23055/2023 nömrəli məktubuna əlavə edilmiş tibbi-sosial ekspertiza sənədlərinin surəti; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissyasının xx.xx.2015-ci il tarixli, 323 nömrəli qərarı; -iş materiallarına əlavə edilmiş TSEK müayinələrin nəticələri ; -iş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etiraz və əlavə edilmiş sənədlər; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissyasının xx.xx.2015-ci il tarixli, 323 nömrəli qərarı; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023cü il tarixli imtina məktubu; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « MTE və PAB » PHŞ-nin xx.xx.2024-cü il tarixli, T 234/2024 nömrəli ekspert rəyi; -iş materiallarına əlavə edilmiş AR SN Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış; -iş materiallarına əlavə edilmiş İddiaçı məxsus № 008698 nömrəli vəsiqə; Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş TSEK müayinələrin nəticələrindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə keçirilən müayinənin nəticəsində “Qəlpə yaralanmasından sonrakı başın, sağ yanağın, sol dirsək çuxuru, sol bazu oynağının çapıq toxumaları. Orta sinirin said zun mətni: səviyyəsində travması, sağ dirsək və orta sinirin postravmatik neyropatiyası. Mil sinirinin said səviyyəsində travması Sağ mil sinirinin postravmatik neyropatiyası. Oynaqların kontrakturası, sağ mil-bilək oynağının funksiyasının pozulması ilə” diaqnozu ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmiş, lakin xx.xx.2018-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Qəlpə yaralanmasından sonrakı başın, sağ yanağın, sol dirsək çuxuru,sol bazu oynağının çapıq toxumalar. Əvvəllər keçirilən miokard infarktı, Ü.İ.X-yi miokard infarktdan sonrakı kardioskleroz. (EF+45%).” diaqnozu ilə, xx.xx.2021-ci il tarixdə isə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Başın sağ yanağın sol dirsək çuxurunun sol bazu oynağının qəlpəli yaralanmasından sonrakı çapıq toxuması Sağ mil-bilək oynağının funksiyasının pozulması ilə. sağ dirsək və orta sinirin postravmatik neyropatiyası Sağ mil sinirinin postravmatik neyropatiyası. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Tez-tez qıcolma tutmaları(ayda 6.7 dəfə). Hipertenzion sindrom kaskin asteno- nevrotik vəziyyət” diaqnozu ilə əlillik əlaməti təyin etmədiyinə görə imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -2.3. bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: -2.3.2 bəndinə əsasən, dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçıının xx.xx.2021-ci il tarixdə keçirilmiş müayinə nəticəsində təyin edilmiş ağırlaşma diaqnozunun (M24.5 Oynaqların kontrakturası, Sağ mil-bilək oynağının funksiyasının pozulması ilə. HƏRBİ TRAVMADİR AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR) müvafiq kodu 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2 bəndində olmasına baxmayaraq ona əlillik dərəcəsinin verilməməsi qanunsuz və əsassız olmuşdur. Bundan başqa, xx.xx.2024-cü il tarixli, T 234/2024 nömrəli ekspert rəyində bildirilir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar Forma 088 göndərişində qeyd edilmiş "Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, başın, sağ yanağın, sol dirsək çuxurunun, sol bazu oynağının qəlpəli yaralanmasından sonrakı çapıq toxuması, sağ mil-bilək funksiyasının pozulması ilə, sağ dirsək və orta sinirin posttravmatik neyropatiyası, sağ mil sinirinin neyropatiyası, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, tez-tez qıcolma tutmaları (ayda 6-7 dəfə), hipertenzion sindrom, kəskin asteno-nevrotik vəziyyət” diaqnozu şəxsin əyani müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Yaralanmasından sonrakı başın, sağ yanağın, sol dirsək çuxuru, sol bazu oynağının çapıq toxumaları, orta sinirin said səviyyəsində travması, sağ dirsək və orta sinirin posttravmatik neyropatiyası, mil sinirinin said səviyyəsində travması, sağ mil sinirinin posttravmatik neyropatiyası, oynaqların kontrakturası, sağ mil-bilək oynağının funksiyasının pozulması ilə" diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapsa da, əlillik təyinatına əsas verən funksional pozuntu və əzələ atrofiyası müəyyən edilmir. Belə ki, ekspert rəyində iddiaçının da onun adına müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma 088 göndərişində qeyd edilən diaqnozların anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapsa da, heç bir əsas göstərmədən iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklərin əlillik səviyyəsində olmadığı üçün ona əlilliyin təyin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə qeyd etmək istəyir ki, ekspert də öz rəyində iddiaçının göstərilmiş diaqnozlardan əziyyət çəkməsini inkar etmir, lakin heç bir əsas olmadan iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Belə olan halda, məhkəmə iş üzrə keçirilmiş ekspertiza rəyini sübut növü kimi qəbul etmir və ona tənqidi yanaşır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli qərar ləğv edilərək, xx.xx.2021-ci il tarixdən İddiaçı üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar