Məhkəmə qərarları › İş №2-1(114)-3820/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3820/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3820/2023 03.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsi müddətinin əvvəlki şərtlərlə uzadılması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında torpaqdan istifadə hüququna dair bağlanmış xx.xx.2001-ci il tarixli, 01 saylı icarə müqaviləsi üzrə hüquq münasibətlərinin əvvəlki şərtlərlə davam etdirilməsi, yəni müqavilə müddətinin eyni şərtələrlə daha 15 il uzadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh 27 dekabr 2000-ci il tarixli 201 saylı Sərəncamına əsasən 01 yanvar 2001-ci il tarixli, 01 saylı icarə müqaviləsi ilə Tərtər rayonu ərazi qış otlaq sahəsi qoyunçuluğun inkişafı üçün 15 il müddətinə, 220 ha kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün iddiaçıya verilmişdir. Bu barədə «Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-2136, kod 61100001 saylı Şəhadətnamə» tərtib edilmişdir. Keçən müddət ərzində iddiaçı icarəyə götürdüyü torpaq sahəsindən səmərəli istifadə etmişdir. Lakin hazırda həmin icarə müqaviləsinin müddəti bitdiyindən iddiaçı torpaq sahəsindən istifadə edə bilmir. Ona görə də hesab edir ki, icarə müqaviləsinin müddəti daha 15 il uzadılmalıdır. Məhz bu məqsədlə də Tərtər RİH ilə onun arasında bağlanmış torpaq icarəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinin əvvəlki şərtlərlə davam etdirilməsinə, yəni müqavilənin müddətinin eyni şərtlərlə daha 15 il uzadılmasına dair göstəriş verilməsini xahiş etmiş, lakin müraciəti cavabsız qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2015-ci ildə Cavabdehndən ona bildirilmişdir ki, müharibəyə hazırlıqla bağlı icarədə olan sahəni boşaltmaq lazımdır, ona görə də ona məxsus heyvanları sahədən çıxarıb müvəqqəti Kürdəmir rayonuna aparmışdır. Həmin sahədə babası və atası tərəfindən dəmir və taxtadan tövlə və olacaqlar tikilmişdir, o 2015-ci ildə sahədən çıxanda da həmin tikililər mövcud idi. 1000 baş qoyun, 300 baş iribuynuzlu heyvanları var idi, hazırda isə 500 baş qoyun, 50 baş iribuynuzlu heyvanları var, hazırda Kürdəmir rayonunda saxlayır. 2016-cı ildə müharibə qurtardıqdan sonra sahəyə qayıtmaq istəsə də Cavabdeh ona icazə verməmişdir. İcarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı Cavabdehnə 2016-cı ildə müraciət etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı müqavilə müddəti başa çatanadək Cavabdehnə müraciət etmədiyinə görə prosessual müddəti ötürmüşdür, ona görə də iddia əsaslı hesab edilə bilməz. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işə əlavə edilmiş:- -Cavabdeh 27 dekabr 2000-ci il tarixli 201 saylı sərəncamının surətindən görünür ki, Tərtər rayonu ərazisində olan qış otlaq sahəsindən 220 hektar sahə ayrılıb İddiaçı uzunmüddətli istifadə üçün verilmişdir. -JN-2136 Kod 61100001 nömrəli «Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamədən görünür ki, Tərtər Rayon İHB-nin 27 dekabr 2000-ci il tarixli 201 saylı sərəncamı və xx.xx.2001-ci il tarixli 01 saylı icarə müqaviləsi ilə Tərtər rayonu ərazisində olan qış otlaq sahəsindən 220 hektar sahə 15 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. -Cavabdeh başçısının Aparatının 25 oktyabr 2022-ci il tarixli 1819 saylı məktubundan görünür ki, Cavabdeh başçısının 27 dekabr 2000-ci il tarixli 201 saylı sərəncamı ilə rayonun dövlət fonduna məxsus 220 hektar qış otlaq sahəsi 15 il müddətinə İddiaçı icarəsinə verilmiş, müqavilənin müddəti 27 dekabr 2015-ci il tarixdə bitmişdir. Əraziyə dəfələrlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi ilə birlikdə baxış və monitorinq keçirilərkən torpaqdan təyinatı üzrə istifadə olunmadığı və mal-qara saxlanılmadığı, ərazidə kustar üsulla tikilmiş köhnə pəyələrin olduğu məlum olmuş, əraziyə heç bir investisiya qoyulmamış və ya iri tikinti işləri (ferma kompleksi və digər tikililər) aparılmamışdır. Qeyd edilən nöqsanlarla yanaşı İddiaçı adına heç bir iri və xırda buynuzlu heyvan olmadığı, müqavilə müddəti bitənədək və bitdikdən sonrada Cavabdehnə müqavilə müddətinin uzadılması ilə bağlı müraciət etmədiyiniz üçün onunla yenidən müqavilə bağlanmamışdır. Qeyd edilməlidir ki, torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:- -719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. -719.2-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. -720.4-cü maddəsinə əsasən icarəçinin torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb etdiyi bildirişi yazılı formada tərtib edilməlidir. İcarəyə verənin xahişi ilə icarəçi müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi tələbi üçün əsasları dərhal ona bildirməlidir. -720.5-ci maddəsinə əsasən icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən o halda imtina edə bilər ki, onlara xitam verilməsinə azı bir il qalmış icarəçi hüquq münasibətlərinin davam etdirilməsini tələb etməsin və ya bu Məcəllənin 719.2-ci maddəsinə müvafiq surətdə icarəyə verənin sorğusuna cavab olaraq hüquq münasibətlərini davam etdirməkdən imtina etsin. Əgər ləğvetmə haqqında xəbərdarlıq müddəti 12 ay və ya daha az təyin edilmişdirsə, münasibətlərin davam etdirilməsi tələbinin ləğvetməyə dair bildiriş alındıqdan sonra bir ay ərzində irəli sürülməsi kifayətdir. Beləliklə işdə olan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh başçısının 27 dekabr 2000-ci il tarixli 201 saylı sərəncamı ilə rayonun dövlət fonduna məxsus 220 hektar qış otlaq sahəsi 15 il müddətinə İddiaçı icarəsinə verilmiş, müqavilənin müddəti 27 dekabr 2015-ci il tarixdə bitmişdir. İşin halları ilə müəyyən olunmuşdur ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə müddətinin artırılması barədə Cavabdehnə müraciət etməmişdir. Bu hal isə icarəyə verənə müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtinaya əsas verir. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı hazırda qeyd olunan sahədən faktiki istifadə etmədiyindən həmin torpaq sahəsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılma lı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin, qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi ilə bağlı mübahisə inzibati məhkəmə icraatının predmeti deyil. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.2 bəndində Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılması təsbit olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarı ilə tövsiyyə edilmişdir ki, notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonrainzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsi müddətinin əvvəlki şərtlərlə uzadılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar