Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3823/2025 31.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə - cavabdeh) qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı xx.xx.N968-ci il tarixdə Qazax rayonu, Eynallı kəndində anadan olmuş, hazırda Ağstafa rayonu, Eynallı ərazi dairəsi, Eynallı kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsində olan qeydiyyat kartasındakı məlumata əsasən iddiaçı xx.xx.N987-xx.xx.N989cu il tarixlərdə hərbi xidmətdə olmuşdur. Qeydiyyat kartasında onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı barədə qeyd aparılmamışdır. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.N994-cü il tarixli, 256 nömrəli əmrindən çıxarışa əsasən briqada 2-ci motoatıcı taburun adları göstərilən (N0.sıravi İddiaçı) hərbi qulluqçuları döyüş mövqeyini özbaşlarına tərk etdikləri üçün xx.xx.N994-cü il tarixdən adları taburun ştatından kənar edilmiş və bütün növ təminat növlərindən silinmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən iddiaçının məhkumluğu yoxdur (xx.xx.2024-cü il tarixli, 3-N3-N2-N/2-Q- 260 6xx/xx/2024 nömrəli arayışı). İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə cavabdehə müraciət etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 2-Q-N359/2-N/2024 nömrəli arxiv arayışına əsasən: • 825 (707) №-li hərbi hissə komandirinin 0N avqust N992-ci il tarixli 06 №-li təşkilati əmrində (əsas: səh.-N05, sıra-N02) Qazax RHK-dan göndərilmiş iddiaçının xx.xx.N992-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. • 707 №o-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli 25 №-li əmrilə (əsas: səh.-45, §3, sıra-2) sürücü İddiaçı xx.xx.N992-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. • N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: fond № N82, siyahı №3, sax. vah.№ 30, "fevral N994"; sıra-9; qeyd: məlumatda soyadı "Qazımov" yazılmışdır) 2-ci taborun Maddi-texniki xidmət bölüyünün hərbi qulluqçusu, sürücü sıravi X3 fevral N994-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. • N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: fond № N82, siyahı №3, sax. vah.№ 30, "fevral N994"; sıra-9; qeyd: məlumatda soyadı "Qazımov" yazılmış, sonradan "Qasımov" kimi düzəliş olunmuşdur; məlumatda atasının adı tam yazılmamışdır) 2-ci taborun Maddi-texniki xidmət bölüyünün hərbi qulluqçusu, sürücü, sıravi İddiaçı A. oğlunun mart N994-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. • N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: fond № N82, siyahı №3, sax. vah.№ 32, "mart N994"; qovluq №5, sıra- N0; qeyd: məlumatda atasının adı tam yazılmamışdır) 2-ci taborun Maddi-texniki xidmət bölüyünün hərbi qulluqçusu, sürücü, sıravi İddiaçı A. oğlunun aprel N994- cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. • N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: fond № N82, siyahı №3, sax. vah.№ 35, "may N994"; qovluq №5, sıra- N0; qeyd: məlumatda atasının adı tam yazılmamışdır) 2-ci taborun Maddi-texniki xidmət bölüyünün hərbi qulluqçusu, sürücü, sıravi İddiaçı A. oğlunun may N994-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. • N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri govluğunda (əsas: fond № N82, siyahı №3, sax. vah.№ 35, "may N994"; qovluq №8, sıra- N0; qeyd: məlumatda atasının adı tam yazılmamışdır) 2-ci taborun Maddi-texniki xidmət bölüyünün hərbi qulluqçusu, sürücü İddiaçı A. oğlunun iyun N994-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. • N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri govluğunda (əsas: fond № N82, siyahı №3, sax. vah.№ 39, "iyun N994"; qovluq №8, sıra- N0; qeyd: məlumatda atasının adı tam yazılmamışdır) 2-ci taborun Maddi-texniki xidmət bölüyünün hərbi qulluqçusu, sürücü İddiaçı A. oğlunun iyul N994-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. • N No-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: fond № N82, siyahı №o3, sax. vah.N 43, "noyabr N994"; sıra-N0; qeyd: məlumatda atasının adı tam yazılmamışdır) 2-ci taborun Maddi-texniki xidmət bölüyünün hərbi qulluqçusu, sürücü, sıravi İddiaçı A. oğlunun adı avqust N994-cü il tarixdə qeyd olunmuşdur. Lakin qarşısında "qaçqın" yazılmışdır və məvacib alması barədə imzası yoxdur. • N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: fond № N82, siyahı №3, sax. vah.№ 42, "oktyabr N994"; qovluq №8, sıra-N0; qeyd: məlumatda atasının adı tam yazılmamışdır; qovluqda "к выдаче на руки" qrafasında "за шт."qeyd edilmişdir) 2-ci taborun Maddi-texniki xidmət bölüyünün hərbi qulluqçusu, sürücü İddiaçı A. oğlunun adı sentyabr N994-cü il tarixdə qeyd olunmuşdur. Lakin qarşısında "qaçqın" yazılmışdır və məvacib alması barədə imzası yoxdur. • Döyüş mövqeyini özbaşına tərk etdiyi üçün briqada 2-ci motoatıcı taburun hərbi qulluqçusu, sıravi İddiaçı N No-li hərbi hissə komandirinin N sentyabr N994-cü il tarixli 256 №-li əmrilə (əsas: səh.-69, §2, sıra-N0) xx.xx.N994-cü il tarixdən ştatdan kənar edilərək bütün növ təminatlardan silinmişdir. • N №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı: xx.xx.N992-xx.xx.N994 "Q", səh.-9, sıra-9N; qeyd: şəxsi heyətin siyahısına daxil edilmə grafasında "N7.06.92" qeyd edilmişdir) Qazax RHK-dan çağırılmış, xx.xx.N968-ci il təvəllüdlü, sıravi İddiaçı komandirin xx.xx.N993-cü il tarixli 25 №-li (§3) əmrilə şəxsi heyətin siyahısına daxil olması və "sürücü" vəzifəsinə təyin olunması barədə məlumat vardır. Lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-25-N4/2-Q-NNxx-xx/2025 nömrəli məktubla göndərilən sənədlərə xx.xx.2025-ci il tarixli iclasda baxılmış, Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçı xidmət dövründə hərbi hissəni özbaşına tərketmə faktı olduğuna və qanuni əsaslarla ehtiyata buraxılmadığına görə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Əlavə olaraq "Vətəndaşların müraciətləri haqqında" Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malik olması izah olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh xx.xx.2025-ci tarixli, 3-25-29/2- 900/2025 nömrəli məktubunda bildirmişdir ki, N №-li hərbi hissənin N992-N994-cü il tarixli "Yaralıların qeydiyyatı" kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Rebilitasiya Agentiliyi xx.xx.2025-ci il tarixli, 3-N7-4/2-N2863/2025 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat və göndəriş aşkarlanmadı İddiaçı tərəfin dəlilləri: İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N992-ci il tarixində Qazax rayon hərbi komissarlıqdan 90 günlük hərbi səfərbərliyə çağrılmışdır. xx.xx.N992-ci il tarixli, 06 nömrəli təşkilatı əmrlə xx.xx.N992-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Qazax rayonun ermənilərlə həmsərhəd kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N saylı hərbi hissədə xx.xx.N994-cü il tarixinə kimi xidmət etmiş, pul təminatı ilə təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 256 nömrəli əmri ilə xx.xx.N994-cü il tarixdən bütün növ təminatlardan çıxarılaraq ehtiyata buraxılmışdır. İddiaçının xx.xx.N992-ci il tarixindən xx.xx.N994-cü il tarixinə kimi xidməti və döyüşlərdə iştirakı var. Buna baxmayaraq müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, N nömrəli hərbi hissədə N994-cü ilədək xidmət etmişdir. Daha sonra özü hərbi hissəə getməmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə etirazını təqdim etmiş və etirazında bildirmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 3- cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, "Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla, həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz". Şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu ilə hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə əlaqədar hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə, bu zaman zəruri sənədlər anlayışına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli, 422 nömrəli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Lakin iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən iddiaçı döyüş möqveyini özbaşına tərk etdiyi üçün xx.xx.N994-cü il tarixdən ştatdan kənar edilərək, bütün növ təminatlardan silinmişdir. Həmçinin, arxiv arayışında qeyd edilmişdir ki, iddiaçının şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeyd yoxdur. Əlavə olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin xx.xx.2024-cü il tarixli arayışında iddiaçının hərbi xidmətdən ehtiyata tərxis olunması barədə heç bir məlumat olmadığı qeyd edilmişdir. Bununla da, iddiaçı "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsi və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 37.2-ci maddəsinin tələblərinə uyğun olaraq həqiqi hərbi xidmətdən buraxılmamışdır. Beləliklə, iddiaçının həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılması mötəbər sübutlarla təsdiq edilmədiyindən, iddia sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. Bununla bağlı iddiaçı ilk öncə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun hərbi hissəni özbaşına tərk etdiyinə və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əsasən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın Ndən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsidir. Hazırkı iş üzrə isə iddiaçının döyüş əməliyyatlarında iştirakını, qanuni əsaslarla təxris olunmasını təsdiq edən sənəd mövcud deyildir. Belə ki, N nömrəli hərbi hissə komandirinin arxivdə saxlanılan müvafiq əmrlərində və əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllərində iddiaçının hərbi xidməti barədə müəyyən məlumatlar vardır. Bununla belə, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 256 nömrəli əmri ilə onun xx.xx.N994-cü il tarixdən döyüş mövqeyini özbaşına tərk etdiyi üçün ştatdan kənar edilməsi və bütün növ təminat növlərindən silinməsi müəyyən olunur. Başqa sözlə, onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və tərxis olunması iş üzrə materiallarla təsdiq edilmir. Bu barədə hər hansı əmr və ya sənəd, eləcə də hər hansı məlumat aşkar edilməmiş, buna dair iddiaçı tərəfindən də məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı qeyd edir ki, həmin fakt yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. Eyni zamanda, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs deyildir. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin tələblərinə görə “Müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. İddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, “Müharibə veteranı” adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir. Tərxis barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibindən qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-N(N02)-8N0/2022 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-N(N02)- N99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-N(N02)- 848/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-N(N02)-N95/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 2-N(N02)-893/2024 nömrəli qərarları). Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı, hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3823/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3823/2025
31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver