Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3851/2024 23.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Ağköynək- Qarapapaq Bələdiyyəsinə qarşı “torpaq sahələrinin təyinatının dəyişdirilmədən qərarın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hazırkı iddia ərizəsinə əlavə edilmiş 19 dekabr 2021-ci il tarixli iddia ərizəsində qeyd olunan tələbə (“torpaq sahələrinin təyinatının dəyişdirilmədən qərarın verilməsi”) bir icraatda baxılmasını xahiş etmişlər. İşin halları Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2042/2023 saylı qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinə qarşı “torpaq sahəsinin satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-790/2023 saylı qərardadı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 2042/2023 saylı qərarı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkməsinə qaytarılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinə qarşı “torpaq sahəsinin satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraat ayrı-ayrı müstəqil işlər üzrə icraata ayrılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 45. İddianın qaldırılması 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinə qarşı “torpaq sahələrinin təyinatının dəyişdirilmədən qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş edirlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Qeyd olunan normanın mənasına görə, iddia ilə bağlı işin icraatda olduğu müddətdə iddiaçının eyni tərəfə qarşı, eyni tələblə, eyni əsasla iddia ilə məhkəməyə müraciət etməsi yolverilməzdir. İş materiallarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2042/2023 saylı qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinə qarşı “torpaq sahəsinin satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)- 790/2023 saylı qərardadı ilə qismən təmin edilmiş, qərar ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkməsinə qaytarılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat ayrı-ayrı müstəqil işlər üzrə icraata ayrılmışdır. “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, hazırda məhkəmənin icraatında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinə qarşı “torpaq sahəsinin satılması” tələbinə dair ayrıca icraatda işlər vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinə qarşı “torpaq sahələrinin təyinatının dəyişdirilmədən qərarın verilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 45.5.1, 80 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Ağköynək- Qarapapaq Bələdiyyəsinə qarşı “torpaq sahələrinin təyinatının dəyişdirilmədən qərarın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3851/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3851/2024
23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver