Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3852/2025 19.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletə əsasən, o, xx.xx.1982-ci il tarixdə tərxis olunmuşdur; - iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən: a) 10-11-ci səhifələrdə qeyd edilən xx.xx.1991-ci il tarixli, 54 nömrəli əmrə əsasən, o, Gəncə Təmir-Tikinti idarəsi köçürüldüyünə görə K.T.T. İdarəsinə usta vəzifəsinə köçürülmüşdür. b) 10-11-ci səhifələrdə qeyd edilən xx.xx.1996-cı il tarixli, 04 nömrəli əmrə əsasən, o, öz ərizəsinə əsasən işdən azad edilmişdir. c) 10-11-ci, 12-13-cü səhifələrdə qeyd edilə xx.xx.1996-cı il tarixli, 551 nömrəli əmrə əsasən, o, Gəncə Gil-torpaq istehsalat birliyi avadanlıqların mərkəzləşdirilmiş təmiri sexinə 2 nömrəli sahəsinə usta vəzifəsinə təyin edilmişdir. ç) 12-13-cü səhifələrdə qeyd edilən xx.xx.2006-cı il tarixli, 57K nömrəli əmrə əsasən, struktur dəyişikliyi ilə əlaqədar əmək fəaliyyətini texniki xidmət və təmir departamentinin istehsalat üzrə təmir sexində onun təmirçi-çilingər peşəsində davam etdirməsi qeyd edilmişdi. d) 12-13-cü səhifələrdə qeyd edilən xx.xx.2019-cu il tarixli, 37K nömrəli nömrəli əmrə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, onun əmək müqaviləsinə xitam verilmişdir. e) 14-15-ci səhifələrdə qeyd edilən xx.xx.2019-cu il tarixli, 20 nömrəli əmrə əsasən, o, fərdi sahibkar X4 (VÖEN: **********) ixtisaslaşmış mağazasına gözətçi işinə qəbul edilmişdir. - 0208196100034 SSN nömrəli dövlət sosial sığorta şəhadətnaməsi İddiaçı məxsusdur; - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 13-2022-0170 nömrəli “şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış 47”ə əsasən, İddiaçı Tofiq oğlu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Gil- Torpaq Sexində usta vəzifəsi, təmirçi çilingər peşəsi tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi peşə üzrə sosial sığorta (əmək) stajı xx.xx.1996-dan-xx.xx.2009-dək, Əmr № 551 xx.xx.1996, Əmr № 57 xx.xx.2006, Əmr № 37 xx.xx.2019 təşkil edir. Məhsul istehsalı və xidmətlərin yerinə yetirilməsi, əmək məhsuldarlığının artırılması, avadanlıqların tam gücü ilə işləməsi əsasında az əmək sərf edilməsi sahə ustası vəzifəsi, avadanlıqların təmiri, quraşdırılması, yığılması, sınaqdan keçirilməsi prosesində qüsurların aradan qaldırılması - təmirçi çilingər peşəsi ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 9, yarımbölmə 9b bəndinə usta vəzifəsi (2091100b23187) vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının bölmə 7, yarımbölmə 29a, avadanlıqların təmiri üzrə təmirçi çilingər peşə koduna uyğundur; - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0008/2023 nömrəli arayış № 01-ə əsasən, X6 həqiqətən "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” X1 Mərkəzləşdirilmiş Təmiri sexində xx.xx.1996-cı ildən xx.xx.2006 cı ilə qədər usta vəzifəsində, Texniki Xidmət və Təmir Departamentinin İstehsalat üzrə Təmir Sexində xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilədək təmirçi çilingər peşəsində işləmişdir. Aşağıda göstərilən tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur: xx.xx.1998-dən – xx.xx.1998-dək xx.xx.1999-dan – xx.xx.1999-dək xx.xx.2009-dan – xx.xx.2019-dək. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0008/2023 nömrəli arayışa əsasən, Gəncə “Gil-Torpaq” İstehsalat sahəinin işçisi X6 barəsində:
İşlədiyi tarix Sex, şöbə, sahə Peşə, vəzifə Dərəcə Əsas Avadanlıqların xx.xx.1996-cı il xx.xx.1996 Mərkəzləşdirilmiş Usta tarixli, 551 saylı Təmiri Sexi əmr Texniki Xidmət və Təmir xx.xx.2006-cı il xx.xx.2006 Departamenti – Təmirçi çilingər tarixli, 57 saylı İstehsalat üzrə əmr Təmir Sexi
xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. Əmr 37, xx.xx.2019-cu il; - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə Filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-V-513/1/2023 nömrəli arxiv arayışına əsasən: a) Kirovabad şəhərinin Kirovabad Təmir və Tikinti Xüsusi İdarəsinin xx.xx.1987-ci il tarixli, 46/k nömrəli əmrinə əsasən, 3 nömrəli bölmənin 4-cü dərəcəli çilingəri İddiaçı xx.xx.1987-ci il tarixdən 172 rubl maaşla alüminium zavodunun texnoloji avadanlıqlarının təmiri üzrə 2 nömrəli bölmənin ustası vəzifəsinə keçirilmişdir. b) Kirovabad şəhərinin Kirovabad Təmir və Tikinti Xüsusi İdarəsinin xx.xx.1989-cu il tarixli, 100/k nömrəli əmrinə əsasən, 2 nömrəli bölmənin ustası İddiaçı 30 gün müddətində məzuniyyət verilmişdir. c) Kirovabad Gəncə Təmir-Tikinti Xüsusi İdarəsinin xx.xx.1991-ci il tarixli, 57/k nömrəli əmrinə əsasən, 2 nömrəli bölmənin ustası İddiaçı 60 gün müddətində məzuniyyət verilmişdir. - “Azərəlvanmetaltəmirtikinti” trestinin Gəncə İxtisaslaşdırılmış Təmir-tikinti idarəsinin arxiv fondunun sənədlərinə əsasən fəhlə və qulluqçuların əmək haqqı cədvəllərindən məlum olur ki, X6 həmin təşkilatda işləmiş və aşağıdakı əmək haqqını almışdır:
AYLAR 1986 1987 1988 1989 1990 1991 yanvar 265-83 278-39 17-20 240-00 240-00 240-00 fevral 366-14 272-71 172-00 240-00 240-00 240-00 mart 156-31 55-44 372-41 528-00 240-00 528-00 39-12 aprel 266-96 226-43 240-00 672-00 893-00 172-00 462-30 may 282-78 172-00 316-48 240-00 ---- 360-00 iyun 292-45 225-16 172-00 118-72 ---- 120-00 iyul 295-28 172-00 172-00 240-00 631-49 387-50 avqust 279-83 378-40 398-40 240-00 240-00 559-60 sentyabr 283-85 172-00 240-00 463-50 240-00 ---- 14-49 oktyabr 172-00 240-00 240-00 240-00 ---- 287-65 noyabr 277-44 172-00 473-60 240-00 240-00 222-00 206-40 dekabr 273-05 240-00 708-00 320-00 ---- 369-91
- cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-V-71579/2025 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən, Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin vətəndaş İddiaçı dair xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0008/2023 nömrəli arayışında xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.1999-cu il və xx.xx.2009xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Həmin ödənişsiz məzuniyyətdə olduğu, işləmədiyi müddəti onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də vətəndaş İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 4 gün (xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1999-cu il, xx.xx.1999xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq vətəndaş İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
2. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 116284/2025 nömrəli “müvafiq məlumatların göndərilməsi haqqında” məktuba əsasən, İddiaçı ümumi iş stajı 31 il 2 ay 7 gün (xx.xx.2006-cı il tarixinədək 26 il 5 ay 7 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984- xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998- xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 4 il 9 ay) təşkil edir.
3. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 13-5-3/2- 52/2025 nömrəli məktuba əsasən, müəssisənin istehsal-təsərrüfat fəaliyyəti 2009-cu ildən tam dayanmış və bu səbəbdən işçilər, o cümlədən İddiaçı uzun müddətli ödənişsiz məzuniyyətə buraxılmışlar. İşçilərin məzuniyyət əmrləri dövri olaraq verildiyidən onların sayı çoxluq təşkil edir. Məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat sahəsində işləmiş İddiaçı həqiqətən xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixinə olan dövrdə ona hesablanmış əmək haqqı və digər gəlirlər aşağıdakı kimidir:
Aylar 1996 1997 1998 1999 2000 2001 2002 2003 2004 2005 Yanvar x 34500 530000 x 530000 530000 530000 530000 763409 763409,00 Fevral x 34500 353333 x 530000 530000 530000 530000 763409 838841,08 Mart x 34500 353333 x 586533 589778 589718 530000 763409 760016,07 Aprel x 34500 50778 x 484903 530000 530000 558885 754734 896498,53 May x 516000 504283 307778 554231 530000 530000 X 753806 1322238,0 İyun x 515994 530000 529995 530000 530000 530000 609112 616246 337138,36 İyul x 387000 353333 530000 530000 530000 530000 703402 1905561 718940,35 Avqust x 387000 353333 530000 730418 434976 530000 347130 310227 783774,65 Sentyabr x 367668 621705 530000 328095 674781 530000 763409 763409 648343,00 Oktyabr 34500 x 80308 530000 530000 435086 646313 903004 648898 641139,19 Noyabr 34500 x 277956 530000 530000 528574 396667 693661 763409 614314,42 Dekabr 34500 530000 177676 530000 530000 530000 556835 763409 703982 437,09 Cəmi 103500 2841662 4186038 4017773 6394180 6373195 6429533 7232012 9510499
Qeyd: xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixinə olan o dövrün pul vahidi olan AZM ilə, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixinə qədər o dövrün pul vahidi olan AZN ilə göstərilmişdir; - "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə xx.xx.2009-cu il tarixli, N 83-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 42-ci sırada qeyd edilən "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı xx.xx.2009-cu il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və xx.xx.2009-cu il tarixdən iki aylıq müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; - "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə xx.xx.2010-cu il tarixli, N 52-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 1002-ci sırada qeyd edilən "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı xx.xx.2010-cu il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və xx.xx.2009-cu il tarixdən iki aylıq müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; - "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə xx.xx.2011-ci il tarixli, N 111-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 975-ci sırada qeyd edilən "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı xx.xx.2011-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və xx.xx.2011-ci il tarixdən iki ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; - "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə xx.xx.2011-ci il tarixli, N 282-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 931-ci sırada qeyd edilən "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı xx.xx.2011-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və xx.xx.2011-ci il tarixdən iki ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; - "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə xx.xx.2012-ci il tarixli, N 147-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 829-cu sırada qeyd edilən "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı xx.xx.2012-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və xx.xx.2012-ci il tarixdən iki ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; - "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə xx.xx.2013-cü il tarixli, N 169-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 670-ci sırada qeyd edilən "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı xx.xx.2013-cü il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və xx.xx.2013-cü il tarixdən iki ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; - "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə xx.xx.2014-cü il tarixli, N 100-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 577-ci sırada qeyd edilən "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı xx.xx.2014-cü il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və xx.xx.2014-cü il tarixdən qırx iki təqvim günü müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; - "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə xx.xx.2015-ci il tarixli, N 85-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 514-cü sırada qeyd edilən "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı xx.xx.2015-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və xx.xx.2015-ci il tarixdən qırx iki təqvim günü müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; - "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə xx.xx.2016-cı il tarixli, N 88-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 450-cə sırada qeyd edilən "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı xx.xx.2016-cı il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və xx.xx.2016-cı il tarixdən qırx iki təqvim günü müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; - "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə xx.xx.2017-ci il tarixli, N 47-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 380-cə sırada qeyd edilən "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı xx.xx.2017-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və xx.xx.2017-ci tarixdən qırx iki təqvim günü müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; - "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə xx.xx.2018-ci il tarixli, N 40-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 353-cü sırada qeyd edilən "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı xx.xx.2018-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmışdır; - "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə xx.xx.2019-cu il tarixli, N 10-K nömrəli əmrə əsasən, əmrin əlavəsində 342-ci sırada qeyd edilən "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin işçisi - təmirçi çilingər İddiaçı xx.xx.2019-cu il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və xx.xx.2019-cu il tarixdən qırx iki təqvim günü müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır; - "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” istehsalat sahəsi üzrə xx.xx.2019-cu il tarixli, N 37-K nömrəli əmrə əsasən, Vəzirov X5 Xidmət və Təmir Departamentinin İstehsalat üzrə Təmir sexinin təmirçi çilingəri xx.xx.2019-cu il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir.
4. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 13-5-3/2- 70/2025 nömrəli məktuba əsasən, "xxxx" ASC-nin balansında olan istehsalat sahələri 1960-cı illərdə fəaliyyətə başlamış və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra həmin sahələr müxtəlif qaydada fəaliyyətini davam etdirmiş və Azərbaycan Respublikasının Prezidentinin 398 saylı Sərəncamına əsasən 2000-ci ildə "xxxx" ASC yaradılmış və istehsalat sahələri müəssisənin balansına verilmişdir. Daha sonra 2008- 2009-cu illərdə dünya maliyyə-iqtisadi sistemində və alüminium sənayesində yaranmış böhran nəticəsində "xxxx" ASC-də iş həcminin kəskin azalması, istehsal olunan məhsulun satış qiymətinin bir neçə dəfə aşağı düşməsi istehsalın və işin tam dayanması ilə nəticələnmişdir. Səhmdar Cəmiyyətinin hal-hazırkı vaxtadək hər-hansı istehsalat fəaliyyəti yoxdur, istehsalat sahələri konservasiya rejimində saxlanılır. Bildirilmişdir ki, müəssisənin istehsal-təsərrüfat fəaliyyəti 2009-cu ildən tam dayandırıldığından işçilər, o cümlədən İddiaçı uzun müddətli ödənişsiz məzuniyyətə buraxılmışlar. İşçilərin məzuniyyət əmrləri dövri olaraq verildiyindən onların sayı çoxluq təşkil edir.
5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 304276/2025 nömrəli “müvafiq məlumatın göndərilməsi haqqında” məktuba əsasən, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 2 avqust 2021-ci il tarixinə ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 2 avqust 2021-ci il tarixinədək cəmi 24546,81 manat təşkil edir. Eyni zamanda bildirilmişdir ki, 05,04.1998xx.xx.1998-ci il və xx.xx.1999-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər İddiaçı iş stajında nəzərə alınsa belə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 2 avqust 2021-ci il tarixinə ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 2 avqust 2021-ci il tarixinədək cəmi 24844,64 manat təşkil edəcək. Əlavə olaraq bildirilmişdir ki, adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0008/2023 nömrəli arayışında xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.1999-cu il və xx.xx.2009-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Buna görə də İddiaçı ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti onun iş stajına daxil etmək mümkün deyil.
6. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. İddiaçı qeyd edir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən, ümumi əmək stajı 25 il olan, həmin stajın 12 il, 6 ayını güzəştli peşələrdə işləmiş kişilər sosial sığorta kartında topladığı kapitalın miqdarından asılı olmayaraq 60 yaşına çatdıqda güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ vardır. O hesab edir ki, o, anunvericilikdə nəzərdə tutulan həmin stajı toplamış, şikayət ərizəsinə əlavə etdiyi əmək kitabçasının təsdiqlənmiş surətindən, hərbi biletinin təstiqlənmiş surətindən, eləcə də güzəştli staj barədə Azeral "xxxx" ASC tərəfindən verilmiş güzəştli staj barədə xx.xx.2022ci il tarixli, 13--2022-0170 nömrəli rəsmi arayışla da tam təstiq olunur. İddiaçı bildirir ki, o, xx.xx.1978-ci il tarixdə 39 nömrəli Tikinti-Quraşdırma İdarəsinin 3 nömrəli Trestinə 4-cü dərəcəli montajçı işinə qəbul olunmuş, xx.xx.1079-cu ildə həmin müəssisə 39 nömrəli Tikinti idarəsi adlandırılmış, xx.xx.1980-ci il tarixdə həqiqi hərbi xidmətə getdiyi üçün işdən azad olunmuşdur. İddiaçı 30 aprel 1980-ci il tarixdə həqiqi hərbi xidmətə gedib, 03 may 1982-ci il tarixdə ordudan tərxis olunmuş, xx.xx.1982-ci il tarixdə N nömrəli hərbi hissədə avtomobil təmiri üzrə çilingər kimi işə qəbul olunmuş, xx.xx.1982-ci ildə işdən azad olunmuşdur. İddiaçı xx.xx.1982-ci ildə Kirovobad şəhər DİŞ-in Mühafizə şöbəsinə mühafizəçi təyin edilərək, xx.xx.1984-cü ildə işdən azad olunmuş, xx.xx.1984-cü ildə Kirovobad “Əlvanmetaltikinti” İdarəsinə 3-cü dərəcə çilingər işinə qəbul olunmuş, 14 avqust 1991-ci il tarixində köçürülmə yolu ilə Gəncə Təmir Tikinti idarəsinə usta vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı ildə işdən azad olunmuş, xx.xx.1996-cı il tarixdə Gəncə Gil-torpaq İstehsalat Birliyinin avadanlıqların mərkəzləndirilmiş təmiri sexinin 2 nömrəli sahəsinə usta vəzifəsinə qəbul olunmuş və 01 mart 2006-cı il tarixdə idarədəki struktur dəyişiklikləri ilə əlaqədar olaraq əmək fəaliyyətini Texniki Xidmət və Təmir Departamentinin İstehsalat üzrə Təmir sexində təmirçi-çilingər kimi davam etdirmişdir. İddiaçı xx.xx.2019-cu ildə işdən azad olunmuş, xx.xx.2019-cu ildə Fərdi sahibkar (VÖEN ********* nömrəli) ixtisaslanmamış magazasına gözətçi işinə qəbul olunmuş, Azeral "xxxx" ASC tərəfindən güzəştli staj barədə xx.xx.2022-ci il tarixli 13--2022-0170 nömrəli şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair 47 nömrəli arayışında onun Gil-torpaq sexində usta vəzifəsində və təmirçi çilingər peşəsində işlədiyi stajı xx.xx.1996-cı ildən, xx.xx.2019-cu il tarixədək güzəştli peşədə işlədiyim qeyd olunmuş, bundan başqa dövlət arxivinin Gəncə fillialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-V513/1/2023 arxiv arayışı, eləcə də, Azeral “Azərbaycan Alüminium" ASC xx.xx.2023-cü il 13-5-3/2- 0008/2023 nömrəli arayışı ilə də tam təstiq olunur ki, onun 60 yaşı tamam olan xx.xx.2021-ci il tarixə kimi ümumi 25 ildən artıq iş stajı vardır. Belə ki, həmin stajın da 12 il 6 aydan çoxunu o, güzəştli peşə hesab edilən iştəmişdir. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 7, yarımbölmə 9b bəndinə usta vəzifəsi (2091100b-23187) vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 7, yarımbölmə 29a avadanlıqların təmiri üzrə təmirçiçilingər peşə koduna uyğundur. İddiaçı bildirir ki, bütün bu qeyd etdiklərimə əsasən, onun hal-hazırda qüvvədə olan qanunvericiliyin, eləcə də konstitusiyaya əsasən 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya almaq haqqı olmasına baxmayaraq, cavabdeh orqan pensiyanı təmin etmir. Ona görə də iddiaçı hesab edir ki, 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmalıdır. O qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Fillialının əməkdaşları xx.xx.2021-ci ildə güzəştli şərtlərlə yaşa görə pensiya alınmaq hüququ yarandığına baxmayaraq, 4 ilə yaxındır ki qanunsuz və əsassız olaraq haqqı olduğu güzəştli şərtlərlə yaşa görə pensiya təyin etmir, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş ədalətli pensiya almaq hüququ onlar tərəfindən kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəfindən iddiaçının müraciətinə xx.xx.2025-ci il tarixli, 3- 17-1/2-V71579/2025 nömrəli məktubla imtina cavabı verilmişdir. İddiaçı cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir, belə ki, imtina cavabı ilə onun konstitusiya ilə nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur.
8. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə məhkəməyə etiraz daxil olmuş və etirazda bildirilmişdir ki, iddiaçı Z.X2 təqdim etdiyi sənədlər əsasında müraciəti üzrə aparılmış inzibati icraatın nəticəsində ümumi sığorta stajının ümumi iş stajı 31 il 2 ay 7 gün (xx.xx.2006-cı il tarixinədək 26 il 5 ay 7 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1996-c il, xx.xx.1996xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 4 il 9 ay), güzəştli iş stajının isə 12 il 6 aydan az (12 il 2 ay 4 gün (xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1999-cu il, xx.xx.1999- xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi müəyyən olunmuşdur. İddiaçıya ünvanlanmış imtina məktunun məzmunundan göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş arayışda qeyd olunan ödənişsiz məzuniyyətdə olduğu dövrlər ümumi və güzəştli sığorta stajına daxil edilməmişdir. Beləliklə, iddiaçının mübahisələndirilən əmək fəaliyyəti xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (25 gün), xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək (1 ay 27 gün) və xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək (10 il 1 ay 24 gün) olan dövrü əhatə edir. Eləcə də, MEİS-in sığortaolunanlar alt sistemindən xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçının hesabına ödəniş edilmədiyi müəyyən edilmişdir. Belə olan halda, hesab edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə ödənişsiz məzuniyyətdə olub, işləməməsi və əməkhaqqı almaması faktı öz təsdiqini tapır. Bundan başqa iddiaçının ödənişsiz məzuniyyətdə olması əsası ilə mübahisələndirilən xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan və xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərə münasibətdə bildirilmişdir ki, iddiaçının mövcud qəbul edilən güzəştli iş stajı ilə topladıqda belə, ümumilikdə, güzəştli sığorta stajiı 12 il 4 ay 25 gün təşkil edir. Qeyd olunanlara əsasən hesab edilmişdir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə mövqeyi qanuni və əsaslı olmuşdur. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə məhkəməyə etiraza əlavə daxil olmuş və etiraza əlavədə bildirilmişdir ki, iddiaçı Z.X2 təqdim etdiyi sənədlər əsasında müraciəti xx.xx.1998-ci aparılmış inzibati icraatın nəticəsində güzəştli iş stajının 12 il 2 ay 4 gün (xx.xx.1996- il, xx.xx.1998-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2009-cu il tarixləri arasındakı ona güzəştli dövrlər)) təşkil etdiyi və tələb olunan 12 il 6 ay sığorta stajından az olduğu üçün baxımından mümkün şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri hesab edilməmişdir. Bildirilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 26 il 5 ay 7 gün (xx.xx.1978- xx.xx.1980-ci xx.xx.1982-ci il, xx.xx.1980xx.xx.1982-ci il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1982- il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984- xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1999-cu il, xx.xx.1999 -xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixindən sonra 4 il 9 ay olmaqla, bütövlükdə, 31 il 2 ay 7 gün mübahisələndirilməyən ümumi sığorta stajı müəyyən edilmişdir. Aşağıda qeyd edilən dövrlər İddiaçı sosial sığorta stajına daxil edilməmişdir: xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək (25 gün); xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək (3 ay 27 gün); xx.xx.2009-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (10 il 1 ay 24 gün). Bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışında iddiaçının xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci i tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.2009-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək ödənişsiz məzuniyyətdə olması qeyd olunduğundan həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Nəzərinizə çatıdırılmışdır ki, "xxxx" ASC tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilən xx.xx.2025-ci il tarixli, 13-5- 3/2-52/2025 nömrəli məktubda müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin 2009-cu ildən tam dayandığı və bu səbəbdən işçilərin, o cümlədən İddiaçı uzun müddətli ödənişsiz məzuniyyətə buraxıldığı qeyd olunmuşdur. Sözügedən məktuba əlavə edilmiş əməkhaqqı cədvəlində iddiaçıya xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək əməkhaqqı ödənilmədiyi göstərildiyindən, həmin dövrdə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu öz təsdiqini tapır. Qeyd olunanlara əsasən hesab edilmişdir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə mövqeyi qanuni və əsaslı olmuşdur. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
10. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsində qeyd edilənlərə oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-116284/2025 nömrəli “müvafiq məlumatların göndərilməsi haqqında” məktubu; - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 13-5-3/2-52/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 13-5-3/2-70/2025 nömrəli məktubu; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-304276/2025 nömrəli “müvafiq məlumatın göndərilməsi haqqında” məktubu.
Əsaslandırma hissəsi:
13. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
14. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.
15. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən, iddianı əsaslı hesab edir.
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Qərarı, Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı 20900000 Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)
1. Xammalın və xəlitənin hazırlanması. Mis-kükürd 20901000 zavodlarında və fabriklərində briketləşdirmə. 2090100a a) fəhlələr 2090100b-23187 ustalar, böyük ustalar 2090200a-18559 təmirçi çilingərlər
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Qərarı, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı
7. Metallurgiya istehsalatı (əlvan metallar) 7.29. Giltorpaq istehsalatı a) fəhlələr: təmirçi çilingərlər
21. İddiaçı iddia tələbində xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması; - c) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması və ya azı 25 il ümumi iş stajının mövcud olması.
23. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş və 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur (birinci şərt ödənilir).
24. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək ümumi iş stajı 25 ildən çoxdur (ikinci şərt ödənilir). İddiaçının güzəştli pensiya hüququ xx.xx.2021-ci il tarixdə yaransa da, onun əmək pensiyasının xx.xx.2022-ci il tarixdən hesablanması barədə xahiş nəzərə alınaraq qeyd edilən tarixə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin mümkünlüyü araşdırılmışdır.
25. Üçüncü şərt və cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır.
26. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr: a) "xxxx" QSC-də aşağıdakıları əhatə edir: 1) xx.xx.1996-cı ildən xx.xx.2006-cı ilə qədər “usta” peşəsində (9 il 5 ay); 2) xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilə qədər “təmirçi çilingər” peşəsində (3 il 1 ay 28 gün).
27. Cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə qeyd edir ki, iddiaçının güzəştli iş stajının ümumi olaraq 12 il 6 aydan azdır (12 il 2 ay 4 gün).
28. Mübahisə iddiaçının “Azəralüminiumu ASC”də xx.xx.1998-xx.xx.1998 (25 gün), xx.xx.1999-xx.xx.1999 (3 ay 27 gün) və xx.xx.2009-xx.xx.2019 (10 il 1 ay 24 gün) dövləri üzrə ödənişsiz məzuniyyətdə olmasıdır.
29. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1998xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.1999-cu il və xx.xx.2009-xx.xx.2019-cu il ödənişsiz məzuniyyətdə olduğu, işləmədiyi müddətin onun iş stajına daxil etməyin mümkün olmadığını və bu səbəbdən də onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil edildiyi qeyd edilmişdir.
30. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının işlədiyi müəssisə və peşə ilə bağlı heç bir hal mübahisələndirilməmiş, yanlız iddiaçının güzəştli stajın əlavə edilməsini xahiş etdiyi illərdən xx.xx.1998-xx.xx.1998-ci illərdə, xx.xx.1999xx.xx.1999-cu illərdə və xx.xx.2009-xx.xx.2019-cu illərdə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu illərin güzəştli staja hesablanarkən nəzərə alınması hissəsini mübahisələndirmişdir.
31. Bununla bağlı məhkəmə qeyd edir ki, 26. xx.xx.1999-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsinə əsasən ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əməkhaqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir.
32. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
33. İstinad edilən normaların tələbləri nəzərə alındıqda ödənişsiz məzuniyyətin ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər. Belə olan halda, yuxarıda qeyd edildiyi kimi, iddiaçının güzəştli stajının 12 il 4 ay 25 gün olduğunu məhkəmələr tərəfindən müəyyən edilmiş və cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Həmin müddətə 6(altı) ay ödənişsiz məzuniyyət dövrü əlavə edildikdə iddiaçının tələb olunan 12 il 6 ay güzəştli stajı mövcud olacaqdır.
34. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1394/2021 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-933/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-2373/2024 nömrəli və xx.xx.2025-ci il tarixli, 2-1(102)- 2074/2025 nömrəli qərarında da əks olunmuşdur.
35. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
36. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh orqana müraciət etdiyi xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.
37. İddiaçının həmin peşədə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.
38. Göründüyü kimi, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir.
39. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğluna xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
40. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov