Məhkəmə qərarları › İş №2-1(114)-3854/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3854/2025

19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3854/2025 19.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2025 Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli müayinə nəticələrinin ləğv edilərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmə iş materiallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi təmin olunduğundan, başqa sözlə, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından iş üzrə icraata xitam verilməlidir.

3. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə “AZEMİS” elektron məhkəmə informasiya sisteminə elektron kabinet vasitəsi ilə göndərilmiş xx.xx.2025 məktuba və cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli xxxxxxx0013 nömrəli qərara əsasən, xx.xx.2025-ci il tarixli əyani müayinə aktı ilə İddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.45, 40% 2 (iki) il + 13.4.32, 40% mz bəndinə əsasən xx.xx.2025-ci il tarixdən hesablanmaqla orqanizmin funksiyalarının 50% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır.

4. Göründüyü kimi, yekun qərar qəbul edilənədək cavabdeh tərəfindən iddiaçının tələbi təmin edilmiş, nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır.

5. Belə qənaətə gələrkən məhkəmə aşağıdakıları nəzərə alır.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.

7. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.

8. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 67 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə R A R A A L D İ:

İddiaçı Cavabdehnə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar