Məhkəmə qərarları › İş №2-1(114)-3869/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3869/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3869/2025 21.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X9, cavabdehin nümayəndələri X6 və X14 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Gömrük borcunun yaranması haqqında” Cavabdeh 06 mart 2025-ci il tarixli 3-33-1600/003Q nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 12.08.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası (Marka “Farmer”, Model “LTM-3.5M” X22 - Çift Eğim (sökülmüş halda)-1 ədəd, Model “LTM-4M” Çift Eğim X22 (sökülmüş halda)-1 ədəd) ********** kodu altında bəyan edilmişdir.

2. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası (Marka “Farmer”, Model “LTM-7M” X22 - Çift Eğim (sökülmüş halda)-1 ədəd) ********** kodu altında bəyan edilmişdir.

3. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyyə maşını (Marka “Favo” aksessuarları ilə birlikdə, invoys üzrə birinci mal-Model “LTM-3,5 metralıq”, Çift Eğim-1 ədəd) ********** kodu altında bəyan edilmişdir.

4. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyyə (Marka “Favo Farmer” aksessuarları ilə birlikdə, invoys üzrə birinci mal-Model “LTM-4 metralıq”, İkili Eğim-2 ədəd, ikinci mal-Model-LTM- 5metralıq” İkili Eğim-2 ədəd) ********** kodu altında bəyan edilmişdir.

5. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan ikinci invoys üzrə-2-ci mal kənd təsərrüfatında istifadə olunan elektrikli-sabit-tip manual qapaqlı, X28 Maşını, tutumu -1M3-2 ədəd- 1324.62Ş-Marka “BURKON” ********* kodu altında bəyan edilmişdir.

6. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan texnika, invoys üzrə-1-ci mal-traktora qoşulan tesviyə küreği-(Lazer kontrollu)-Model-LTM-3.5MT-İkili Əyimli-Hissə və Aksessuarları ilə birlikdə)-2 ədəd ********* kodu altında bəyan edilmişdir.

7. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan texnika, Marka- “Farmer”, invoys üzrə-1-ci mal-traktora qoşulan tesviyə küreği-(Lazer kontrollu)-Model- LTM-5MT-İkili Əyimli-Hissə və Aksessuarları ilə birlikdə)-2 ədəd ********* kodu altında bəyan edilmişdir.

8. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan texnika, Marka- “Farmer”, invoys üzrə-1-ci mal-traktora qoşulan tesviyə küreği-(Lazer kontrollu)-Model- LTM-3.5MT-İkili Əyimli-Hissə və Aksessuarları ilə birlikdə)-3 ədəd ********* kodu altında bəyan edilmişdir.

9. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan texnika, Marka- “Farmer”, invoys üzrə-1-ci mal-traktora qoşulan tesviyə küreği-(Lazer kontrollu)-Model- LTM-3.5MT-İkili Əyimli-Hissə və Aksessuarları ilə birlikdə)-1 ədəd ********* kodu altında bəyan edilmişdir.

10. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan texnika, Marka- “Farmer”, invoys üzrə-1-ci mal-traktora qoşulan tesviyə küreği-(Lazer kontrollu)-Model- LTM-4MT-İkili Əyimli-Hissə və Aksessuarları ilə birlikdə)-2 ədəd ********* kodu altında bəyan edilmişdir.

11. Cavabdeh Gömrük borcunun yaranması haqqında xx.xx.2025-ci il tarixli 3-33- 1600/003Q nömrəli qərarına əsasən İddiaçı MMC-yə əlavə dəyər vergisi üzrə 159.297,01 manat, dəbbə pulu üzrə 37.954,54 manat olmaqla, ümumilikdə 197.251,55 manat gömrük borcu hesablanmışdır.

12. Dövlət Gömrük Komitəsinin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli 1600/017/003 nömrəli bildirişə əsasən Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-33-1600/003Q nömrəli qərarda göstərilən gömrük bəyannamələri üzrə aşağıda göstərilən məbləğlərdə ödənilməmiş gömrük ödənişləri mövcuddur: əlavə dəyər vergi üzrə 159.297,01 manat. Qeyd: göstərilən ödənişlərin 5 (beş) gün ərzində ödənilməsi tələb olunur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməyən gömrük borcu məbləğinin 0,1 faizi məbləğində dəbbə pulu hesablanır (bildiriş tərtib olunduğu tarixə dəbbə pulunun məbləği 37.954,54 manat təşkil edir).

13. İddiaçı MMC qeyd olunan qərardan və bildirişdən şikayət vermiş, Dövlət Gömrük Komitəsinin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2025-ci il tarixli 3-33/016Q nömrəli qərarı ilə şikayətçinin inzibati şikayəti təmin edilməmiş, Cavabdeh Gömrük borcunun yaranması haqqında xx.xx.2025-ci il tarixli 3-33-1600/003Q nömrəli qərarı və “Aşkarlanmış gömrük borcuna dair” xx.xx.2025-ci il tarixli 1600/017/003 nömrəli bildirişi dəyişdirilmədən saxlanılmışdır.

14. “X10 və X24 X11 verdiyi xx.xx.2021-ci il tarixli 2000/2021-636 nömrəli kredi uygunluk belgesi”ndə qeyd edilir ki, X23 San. ve Tic. A.Ş tərəfindən istehsal edilən Farmersoil markalı, LTM-400model, 4m-lik, lazer kontrollü təsviyə makinası kənd tısırrüfatında başqa yerlərdə istifadə oluna bilməz (tarımsal faaliyetler dışında kullanılamaz). II. Məhkəmədə icraat

15. İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Gömrük borcunun yaranması haqqında” Cavabdeh 06 mart 2025-ci il tarixli 3-33-1600/003Q nömrəli qərarının və “Aşkarlanmış gömrük borcuna dair” Cavabdeh 06 mart 2025-ci il tarixli 1600/017/003 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh 06 mart 2025-ci il tarixli 3-33- 1600/2-000210/2025 nömrəli məktubuna qoşma edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Gömrük borcunun yaranması haqqında" Cavabdeh 06 mart 2025-ci il tarixli 3-33-1600/003Q nömrəli Qərarı və "Aşkarlanmış gömrük borcuna dair" 06 mart 2025-ci il tarixli 1600/017/003 nömrəli bildiriş göndərilmişdir. Cavabdeh 06 mart 2025-ci il tarixli 3- 33-1600/003Q nömrəli Qərarında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılan araşdırmalar zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən gömrük orqanına təqdim olunan 21 oktyabr 2022-ci il tarixli **********7952, 12 avqust 2022-ci il tarixli **********4162, 04 aprel 2024-cü il tarixli **********1491, 27 may 2024-cü il tarixli **********7796, 21 iyun 2024-cü il tarixli **********4847, 18 iyul 2024-cü il tarixli **********6305, 21 avqust 2024-cü il tarixli **********5712, 09 sentyabr 2024-cü il tarixli **********4182, 24 sentyabr 2024-cü il tarixli **********7570 və 06 oktyabr 2024-cü il tarixli **********6097 nömrəli gömrük bəyannamələri ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan olunan "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" adlı malları X8 mal nomenklaturası üzrə ********** mal kodu altında sinifləşdirilərək 0 faiz idxal rüsumu və 18 faiz əlavə dəyər vergisinə cəlb edilməli olduğu halda, gömrük rəsmiləşdirilməsi zamanı ********** mal kodu altında bəyan edilərək idxal gömrük rüsumu ilə yanaşı malların əlavə dəyər vergisinə cəlb olunmadan sərbəst dövriyyəyə buraxılışının həyata keçirildiyinin müəyyən olunduğu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X8 mal nomenklaturası, X16 dərəcələri və X17 dərəcələri"ndə, eləcə də malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistemin 8432 mal mövqeyinə dair izahnaməsinin istinadedici qeydlərinin "(f)" bəndinə əsasən "torpağın qazılması, çıxarılması və ya hamarlaşdırılması üçün istifadə olunan maşın və mexanizmlərin" 8430 mal mövqeyində sinifləşdirildiyinin göstərildiyi, malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistemin 8430 mal mövqeyinə dair izahnaməsinin "(V)" bölməsinin "(D)" bəndində planlaşdırıcıların "Müvafiq sahənin üst təbəqəsindəki torpağın qazılması və köhnə yolların yenidən qurulması üçün dağıdılıb hamarlaşdırılması funksiyalarını yerinə yetirən kəsici dişlərə malik olan maşın və mexanimlər" olaraq aydın şəkildə təsvir edildiyi, "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını"nın sinifləşdirilməli olduğu ********** mal kodunun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 dekabr 2022-ci il tarixli 430 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı"na aid olmadığı, bu səbəbdən də əlavə dəyər vergisi üzrə 159297,01, dəbbə pulu üzrə isə 37954,54 Azərbaycan manatı məbləğində olmaqla, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cəmi 197251,55 Azərbaycan manatı məbləğində gömrük borcunun yarandığı barədə məlumat verilmişdir. Cavabdeh "Aşkarlanmış gömrük borcuna dair" 06 mart 2025-ci il tarixli 1600/017/003 nömrəli bildirişində Cavabdeh 06 mart 2025-ci il tarixli 3-33-1600/003Q nömrəli Qərarında göstərilən gömrük bəyannamələri ilə əlaqədar əlavə dəyər vergisi üzrə 159297,01, dəbbə pulu üzrə isə 37954,54 Azərbaycan manatı məbləğində olmaqla, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cəmi 197251,55 Azərbaycan manatı məbləğində gömrük borcunun olduğu bildirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə "Gömrük borcunun yaranması haqqında" Cavabdeh 06 mart 2025-ci il tarixli 3-33-1600/003Q nömrəli Qərarının və "Aşkarlanmış gömrük borcuna dair" 06 mart 2025-ci il tarixli 1600/017/003 nömrəli bildirişin ləğv edilməsi haqqında" 10 mart 2025-ci il tarixli şikayət ünvanlamış, şikayətdə sözügedən Qərarın və bildirişin qanunsuz olduğu aşağıda qeyd olunan sübut əhəmiyyətli xüsusatlarla nəzərə çatdırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 oktyabr 2022-ci il tarixli **********7952, 12 avqust 2022-ci il tarixli **********4162, 04 aprel 2024-cü il tarixli **********1491, 27 may 2024-cü il tarixli **********7796, 21 iyun 2024-cü il tarixli **********4847, 18 iyul 2024-cü il tarixli **********6305, 21 avqust 2024-cü il tarixli **********5712, 09 sentyabr 2024-cü il tarixli **********4182, 24 sentyabr 2024-cü il tarixli **********7570 və 06 oktyabr 2024-cü il tarixli **********6097 nömrəli gömrük bəyannamələri ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan etdiyi mallar kənd təsərrüfatında torpağın hamarlaşdırılması üçün traktora qoşularaq istifadə olunan lazerli maladır və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X8 mal nomenklaturası, X16 dərəcələri və X17 dərəcələri"ndə torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınlarının 8432 mal mövqeyində sinifləşdirildiyi də bilavasitə qeyd olunur. Bu səbəbdən idxal edilən kənd təsərrüfatında torpağın hamarlaşdırılması üçün traktrora qoşularaq istifadə olunan lazerli malaları məhz qüvvədə olan qanunvericiliyə uyğun olaraq ********** mal kodu altında bəyan etmişlər. Lakin "Gömrük borcunun yaranması haqqında" Cavabdeh 06 mart 2025-ci il tarixli 3-33- 1600/003Q nömrəli Qərarında idxal edilən kənd təsərrüfatında torpağın hamarlaşdırılması üçün traktora qoşularaq istifadə olunan lazerli malaların ********** mal kodu altında sinifləşdirilməli olduğu iddia edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X8 mal nomenklaturası, X16 dərəcələri və X17 dərəcələri"ndə isə 8430 mal mövqeyində torpağın, faydalı qazıntıların və ya filizlərin yerdəyişməsi, planlaşdırılması, profillənməsi, işlənməsi, toxaclaması, sıxlaşdırılması, çıxarılması və ya qazılması üçün digər maşınların və mexanizmlərin, dirəklərin vurularaq bastırılması və çıxarılması üçün avadanlıqların, kotanlı və rotorlu qartəmizləyicilərin sinifləşdirilməli olduğu bilavasitə göstərilmişdir və ********** mal kodu adları sadalanan malların digər kateqoriyalarının sinifləşdirilməsi üçün nəzərdə tutulmuş kodudur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti idxal etdiyi kənd təsərrüfatında torpağın hamarlaşdırılması üçün traktrora qoşularaq istifadə olunan lazerli malanın X8 mal nomenklaturası üzrə sinifləşdirilməli olduğu mal kodu ilə əlaqədar ovvəllər də Cavabdeh ilə mübahisəli məqamlar yaşamış və hüquqlarını məhkəmədə müdafiə edərək haqlı olduğunu sübut etmişdir. Belə ki, 24 mart 2023-cü il tarixli **********9471 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş kənd təsərrüfatında torpağın hamarlaşdırılması üçün traktrora qoşularaq istifadə olunan lazerli malanın ********** mal kodu altında sinifləşdirilməli olduğunu qeyd etsələr də, həmin vaxt gömrük orqanı həmin mövqe ilə razılaşmamış, sözügedən malın X8 mal nomenklaturası üzrə mal kodunun dəqiqləşdirilməsi məqsədilə X7 İdarəsinə müraciət etmiş, X7 idarəsi idxal edilən kənd təsərrüfatında torpağın hamarlaşdırılması üçün traktrora qoşularaq istifadə olunan lazerli malanın ********** mal kodu altında bəyan edilməli olduğu barədə yanlış qənaətə gəlmişdir. Hüquqlarının müdafiə edilməsi məqsədilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilmiş, sözügedən Məhkəmənin 21 iyul 2023-cü il tarixli 2-191140-3192 /2023 nömrəli qərarı ilə iddiaları təmin edilərək, idxal edilən kənd təsərrüfatında torpağın hamarlaşdırılması üçün traktrora qoşularaq istifadə olunan lazerli malanın ********** mal kodu altında əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı təyinatlı texnika kimi gömrük rəsmiləşdirilməsinin başa çatdırılaraq sərəncamlarına verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, Cavabdeh bununla razılaşmayaraq Gəncə İnzibati Məhkəməsin 21 iyul 2023-cü il tarixli 2-191140-3192 /2023 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh orqan olan Cavabdeh nümayəndəsi mübahisə predmeti olan mal üzrə müvafiq ekspertizanın keçirilməsini xahiş etmiş, məhkəmə kollegiyasının qərardadı ilə mübahisə predmeti olan malın X8 mal nomenklaturası üzrə mal kodunun müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2023-cü il tarixli 9/7742 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malın traktora qoşulan torpaq malasının yalnız kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulduğu və torpağın düzləşdirilməsi məqsədilə istifadə olunduğu qeyd edilmiş və X8 mal nomenklaturası üzrə ********** alt yarımmövqeydə sinifləşdirildiyi göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(104)-97/2024 nömrəli qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2-191140-3192 /2023 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Haqlı olduqlarını anlayaraq cavabdeh tərəfindən kassasiya şikayəti verilmədiyi səbəbindən Gəncə Apellyasiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(104)-97/2024 nömrəli qərarı qanuni qüvvəyə minmişdir. Cəmiyyət tərəfindən sonradan idxal olunan eyni mallara dair gömrük bəyannamələri Cavabdehnə təqdim olunarkən gömrük bəyannaməsinə əlavə edilən qoşmalarda da hər zaman sözügedən məhkəmə qərarlarının surətləri əlavə olunmuşdur. Bu səbəbdən də Cavabdeh hazırkı Qərarında göstərdiyi və yeni xüsusat kimi təqdim etməyə çalışdığı məqamlar həqiqətə uyğun deyildir. 3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2022-ci il tarixli 430 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı"nda ********** mal kodunun əlavə dəyər vergisindən azad olunduğu göstərilmişdir. Eyni zamanda, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 406VQ nömrəli xx.xx.2021-ci il tarixli Qanununun 1.59.3-cü maddəsi ilə sözügedən güzəştin tətbiqi üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində "bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş" sözləri "siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə" sözləri ilə əvəz edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 26 aprel 2019-cu il tarixli Q-08-19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı"nın 2-ci bəndində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idxal olunan sözügedən malların adı da daxil edilmişdir. 4) Eyni zamanda, təqdim olunan Qərar və bildirişdə qanunsuz olaraq əlavə dəyər vergisi ödəməli olduğumuz barədə göstərilənlərdən başqa, həmçinin qüvvədə olan Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin tələbləri kobud surətdə pozulmaqla qanunvericiliyin tələbləri təhrif olunmuş şəkildə təqdim edilərək guya 37954,54 Azərbaycan manatı məbləğində dəbbə pulu ödəməli olmaları da göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 247.1-ci maddəsində bilavasitə göstərilir ki, gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Sözügedən Məcəllənin 247.2-ci maddəsində isə qeyd edilir ki, dəbbə pulunun hesablanması üçün müddətlər gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək və bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək olan müddətlərdir. Hazırkı halda isə göründüyü kimi, gömrük borcunun ödənilməsi üçün hər hansı bir möhlət olmamış, malların rəsmiləşdirilməsi tam şəkildə həyata keçirilərək sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun tələblərinə riayət edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanladığı "Gömrük borcunun yaranması haqqında" Cavabdeh 06 mart 2025-ci il tarixli 3-33-1600/003Q nömrəli Qərarının və "Aşkarlanmış gomruk borcuna dair" 06 mart 2025-ci il tarixli 1600/017/003 nömrəli bildirişin ləğv edilməsi haqqında" 10 mart 2025-ci il tarixli şikayətində yuxarıda sadalanan hər dörd bənd üzrə qeyd olunan xüsusatlarla Cəmiyyət tərəfindən idxal edilən malların traktora qoşulan torpaq malaları olduğunun, bu malaların yalnız kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulduğunun və torpağın düzləşdirilməsi məqsədilə istifadə olunduğuna görə X8 mal nomenklaturası üzrə ********** mal kodu altında sinifləşdirildiyinin sübut olunduğunu qeyd etməklə yanaşı, yuxarı gömrük orqanı olan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən şikayətə baxılarkən aşağıdakı sualların əsaslandırılmış cavablandırılmasını da xahiş etmişdir: 1) Gömrük rəsmiləşdirilməsi aparılaraq buraxılışı həyata keçirildikdən uzun müddət sonra sözügedən gömrük bəyannamələri üzrə inzibati icraat qaydasında araşdırmanın başlanıldığı haqda maraqlı şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat hansı səbəbdən vaxtında deyil, araşdırma zamanı işin halları guya müəyyən olunduqdan sonra 28 fevral 2025-ci il tarixli 3-33-1600/2-000179/2025 nömrəli məktubla verilmişdir ? 2) Cavabdeh 28 fevral 2025-ci il tarixli 3-33-1600/2-000179/2025 nömrəli "İnzibati icraatda iştirakın təmin edilməsi haqqında" məktubunun birinci abzasında qeyd olunur ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılan araşdırmalar nəticəsində idxal edilən traktora qoşularaq torpağın düzləşdirilməsi üçün lazerli malaların X8 mal nomenklaturası üzrə mal kodunun düzgün bəyan olunmadığı müəyyən edilmişdir. Sözügedən məktubun ikinci abzasında isə bildirilir ki, bununla əlaqədar inzibati araşdırma başlanacaqdır. Göründüyü kimi, Cavabdeh tərəfindən həmin dövrdə inzibati icraat başlanılmamış və sözügedən məktubla da bu xüsusat bilavasitə təsdiq olunmuşdur. İnzibati icraat başlanmadan gömrük borcunun yaranmasına dair nəticə araşdırmanın hansı növü ilə əldə edilmişdir? 3) Hər hansı bir malın X8 mal nomenklaturası üzrə mal kodunun düzgün bəyan olunmaması hüquqpozma faktıdır və törədilmiş əməlin tövsifinə görə onu törətmiş şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində isə bilavasitə bildirilir ki, bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Belə olan halda, hansı səbəbdən mal kodunun düzgün bəyan olunmaması üzrə araşdırma işi Cavabdeh tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinin tələbi kobud şəkildə pozularaq məhz bu Qanuna istinad edilərək aparılır? "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanladığı "Gömrük borcunun yaranması haqqında" Cavabdeh 06 mart 2025-ci il tarixli 3-33-1600/003Q nömrəli Qərarının və "Askarlanmış gomruk borcuna dair" 06 mart 2025-ci il tarixli 1600/017/003 nömrəli bildirişin ləğv edilməsi haqqında" 10 mart 2025-ci il tarixli şikayətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 15 aprel 2025-ci il tarixli 3-33/2-005721/2025 nömrəli məktubu ilə cavab verilmiş və sözügedən məktuba "İnzibati şikayətin təmin edilməməsi haqqında" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aparat rəhbərinin müavini Kənan Əsədovun 11 aprel 2025-ci il tarixli 3-33/016Q nömrəli Qərarı goşma edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 15 aprel 2025-ci il tarixli 3-33/2- 005721/2025 nömrəli məktubuna qoşma edilmiş "İnzibati şikayətin təmin edilməməsi haqqında" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aparat rəhbərinin müavini Kənan Əsədovun 11 aprel 2025-ci il tarixli 3-33/016Q nömrəli Qərarında aşağıdakılar göstərilmişdir: "Dövlət Gömrük Komitəsinə (şikayət instansiyası) 11 mart 2025-ci il tarixdə daxil olmuş "Gömrük borcunun yaranması haqqında" Cavabdeh 6 mart 2025-ci il tarixli 3-33-1600/003Q nömrəli Qərarının və "Aşkarlanmış gömrük borcuna dair" 6 mart 2025-ci ii tarixli 1600/017/003 nömrəli bildirişinin ləğv edilməsi haqqında İddiaçı (şikayətçi) 10 mart 2025-ci il tarixli inzibati şikayətinə baxılaraq müəyyən edildi: Cavabdeh tərəfindən şikayətçiyə göndərilmiş "Aşkarlanmış gömrük borcuna dair" 6 mart 2025-ci il tarixli 1600/017/003 nömrəli bildirişdə və "Gömrük borcunun yaranması haqqında" Cavabdeh 6 mart 2025-ci il tarixli 3-33- 1600/003Q nömrəli Qərarında (inzibati aktda) şikayətçinin əlavə dəyər vergisi üzrə 159.297,01 manat gömrük borcunun olduğu və 37.811,46 manat dəbbə pulunun hesablandığı qeyd edilmişdir. Belə ki, inzibati aktda aparılan araşdırmalar zamanı şikayətçi tərəfindən bəyan edilmiş **********4162, **********7952, **********1491, **********7796, **********4847, **********6305, **********5712, **********4182, **********7570, **********6097 sorğu nömrəli gömrük bəyannamələri əsasında idxal edilən traktora qoşularaq torpağın düzləşdirilməsi üçün istifadə olunan lazerli mala" yüklərinin XİF MN-nin 8430 69 000 0 alt yarımmövqeyində sinifləşdirilərək 0% idxal gömrük rüsumu və 18% əlavə dəyər vergisinə cəlb olunmaqla rəsmiləşdirilməli olmasına baxmayaraq həmin malların 8432 80 000 0 alt yarımmövqeyində sinifləşdirilərək 0% idxal gömrük rüsumu ilə yanaşı əlavə dəyər vergisindən azad olunmaqla buraxılışının həyata keçirildiyinin müəyyən edildiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 17 noyabr tarixli 500 nömrəli "Azərbaycan Respublikasının X8 mal nomenklaturası X16 dərəcələri və X17 dərəcələri haqqında" Qərarına və malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistemin 8432 mal mövqeyinə dair izahnaməsinin istisnaedici qeydlərinin "(f)" bəndinə əsasən "torpağın qazılması, çıxarılması və ya hamarlaşdırılması üçün istifadə olunan maşın və mexanizmlərin" (planlaşdırıcılar) 8430 mal mövqeyində sinifləşdirildiyinin qeyd olunduğu, "Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem"in 8430 mal mövqeyinə dair izahnaməsinin "(V)" bölməsinin "(D)" bəndində planlaşdırıcılar "müvafiq sahələrin üst təbəqəsindəki torpağın qazılması və köhnə yolların yenidən qurulması üçün dağıdılıb hamarlaşdırılması funksiyalarını yerinə yetirən kəsici dişlərə malik olan maşın və mexanizmlər" olaraq aydın şəkildə təsvir edildiyi, beləliklə, qeyd edilən gömrük bəyannamələri ilə bəyan edilmiş "traktora qoşularaq torpağın düzləşdirilməsi üçün istifadə olunan lazerli mala" yüklərinin XİF MN kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 430 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin" Siyahısında əks olunmadığı qeyd edilmişdir. Şikayətçinin şikayət ərizəsində qeyd etdiyi hallar və istinad etmiş olduğu müddəalar nəzərdən keçirilmiş, işin faktiki halları araşdırılmış və nəticədə şikayət instansiyası belə qərara gəlmişdir ki, Gəncə Gömrük ldarəsinin müvafiq qərarı qanuni və əsaslıdır. Aşağıda qeyd olunan sübut əhəmiyyətli xüsusatları göstərməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 15 aprel 2025-ci il tarixli 3-33/2-005721/2025 nömrəli məktubuna qoşma edilmiş "İnzibati şikayətin təmin edilməməsi haqqında" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aparat rəhbərinin müavini Kənan Əsədovun 11 aprel 2025-ci il tarixli 3-33/016Q nömrəli Qərarının qanunsuz olduğunu bildirir və ləğv edilməsi xahiş olunur: 1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında" Əsasnamənin 5.4-cü maddəsinə əsasən Komitəyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (bundan sonra - sədr) rəhbərlik edir. Sədr Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Bu Əsasnamənin 5.5-ci maddəsinə əsasən sədrin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müavini və üç müavini vardır. Sədrin müavinləri onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar. Əsasnamənin 5.7-ci maddəsində isə göstərilir ki, sədr öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə tapşıra bilər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında" Əsasnamənin müddəalarına əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin adından Qərar qəbul etmək səlahiyyətinin Komitənin sədrinin səlahiyyətlərinə aid ola biləcəyi nəzərə alınaraq, hazırkı Qərar formasında qəbul olunmuş inzibati aktın - onu qəbul etmiş vəzifəli şəxsin (konkret halda isə DGK-nın Aparat rəhbərinin müavini) qanunla şikayətə baxmaq və bununla əlaqədar qərar qəbul etmək səlahiyyətinə malik olub-olmaması halı dəqiqləşdirilməlidir. Hesab edirik ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin adından çıxarılmış "İnzibati şikayətin təmin edilməməsi haqqında" 11 aprel 2025-ci il tarixli 3-33/016Q nömrəli Qərarı belə bir qərarı qəbul etmək səlahiyyəti olmayan şəxs tərəfindən qəbul olunmuşdur. Beləliklə, səlahiyyəti olmayan şəxsin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin adından qərar qəbul etməsi qanunsuz olduğu səbəbindən ləğv edilməlidir. 2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 322.1.2-ci maddəsinə əsasən malların X8 mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi gömrük ekspertizasının aparılmasının məqsədlərindən biridir. Həmin Məcəllənin 322.2-ci maddəsində göstərilmişdir ki, gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Sözügedən Məcəllənin 322.4-cü maddəsinə əsasən gömrük ekspertizası gömrük laboratoriyalarının ekspertləri və müqavilə əsasında cəlb edilmiş digər ekspertlər tərəfindən aparılır. Bu Məcəllənin 325.1-ci maddəsində isə bilavasitə göstərilir ki, aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert öz adından yazılı formada rəy verir. Sözügedən halda isə, 21 oktyabr 2022-ci il tarixli **********7952, 12 avqust 2022-ci il tarixli **********4162, 04 aprel 2024-cü il tarixli **********1491, 27 may 2024-cü il tarixli **********7796, 21 iyun 2024-cü il tarixli **********4847, 18 iyul 2024-cü il tarixli **********6305, 21 avqust 2024-cü il tarixli **********5712, 09 sentyabr 2024-cü il tarixli **********4182, 24 sentyabr 2024-cü il tarixli **********7570 və 06 oktyabr 2024-cü il tarixli **********6097 nömrəli gömrük bəyannamələri ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan olunan traktora qoşularaq torpağın düzləşdirilməsi üçün istifadə olunan lazerli malaların gömrük rəsmiləşdirilməsindən keçirilərək sərbəst dövriyyəyə buraxılışından uzun müddət keçdikdən, bir halda isə hətta 2 ildən artıq müddətdən sonra həmin malların üzərində faktiki olaraq gömrük ekspertizası həyata keçirilmədən belə gömrük orqanının fərziyyəsi əsasında onların X8 mal nomenklaturası üzrə ********** mal kodu altında sinifləşdirilməli olduğu barədə gömrük orqanının mövqeyi qanunaziddir. 3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X8 mal nomenklaturası, X16 dərəcələri və X17 dərəcələri"ndə torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınlarının 8432 mal mövqeyində sinifləşdirildiyi bilavasitə qeyd olunur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti idxal edilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünü məhz qanunvericiliyə uyğun olaraq ********** mal kodu altında bəyan etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X8 mal nomenklaturası, X16 dərəcələri və X17 dərəcələri"ndə 8430 mal mövqeyində torpağın, faydalı qazıntıların və ya filizlərin yerdəyişməsi, planlaşdırılması, profillənməsi, işlənməsi, toxaclaması, sıxlaşdırılması, çıxarılması və ya qazılması üçün digər maşınların və mexanizmlərin, dirəklərin vurularaq bastırılması və çıxarılması üçün avadanlıqların, kotanlı və rotorlu qartəmizləyicilərin sinifləşdirilməli olduğu bilavasitə göstərilmişdir, bu isə öz növbəsində onu sübut edir ki, ********** mal kodu yuxarıda adları sadalanan malların digər kateqoriyalarının sinifləşdirilməsi üçün nəzərdə tutulmuşdur. 4) Nəzərə alınmalıdır ki, eyni ixracatçıdan alınmaqla 2023-cü ildə idxal edilmiş eyni mallara münasibətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti idxal etdiyi "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün X8 mal nomenklaturası üzrə sinifləşdirilməli olduğu mal kodu ilə əlaqədar əvvəllər də Gəncə Gömrük ldarəsi ilə mübahisəli məqamlar üzrə araşdırmalarda iştirak etmiş, hüquqlarını məhkəmədə müdafiə edərək haqlı olduqlarını sübut etmişlər. Belə ki, 24 mart 2023-cü il tarixli **********9471 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün ********** mal kodu altında sinifləşdirilməli olduğunu qeyd etsələr də, həmin vaxt gömrük orqanı həmin mövqe ilə razılaşmamış, sözügedən malın X8 mal nomenklaturası üzrə mal kodunun dəqiqləşdirilməsi məqsədilə X7 İdarəsinə müraciət etmiş, X7 İdarəsi idxal etdiyimiz "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün ********** mal kodu altında bəyan edilməli olduğu barədə həmin vaxt yanlış qənaətə gəlmişdir. Hüquqlarının müdafiə edilməsi məqsədilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilmiş, sözügedən Məhkəmənin 21 iyul 2023-cü il tarixli 2-191140-3192 /2023 nömrəli qərarı ilə iddiaları təmin edilərək, idxal edilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün ********** mal kodu altında əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı təyinatlı texnika kimi gömrük rəsmiləşdirilməsinin başa çatdırılaraq sərəncamlarına verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh bununla razılaşmayaraq Gəncə İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2-191140-3192 /2023 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsində 14 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh nümayəndəsi mübahisə predmeti olan mal üzrə müvafiq ekspertizanın keçirilməsini xahiş etmiş, məhkəmə kollegiyasının qərardadı ilə mübahisə predmetinin X8 mal nomenklaturası üzrə mal kodunun müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2023-cü il tarixli 9/7742 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malın traktora qoşulan torpaq malasının yalnız kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulduğu və torpağın düzləşdirilməsi məqsədilə istifadə olunduğu qeyd edilmiş və X8 mal nomenklaturası üzrə ********** alt yarımmövqeydə sinifləşdirildiyi göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(104)-97/2024 nömrəli qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsin 21 iyul 2023-cü il tarixli 2-191140-3192/2023 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən şikayət verilmədiyi səbəbindən Gəncə Apellyasiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(104)-97/2024 nömrəli Qərarı qanuni qüvvəyə minmişdir. Məhz bu səbəbdən də, Cəmiyyət tərəfindən sonradan idxal olunan eyni yüklərə dair gömrük bəyannamələri Cavabdehnə təqdim olunarkən gömrük bəyannaməsinə əlavə edilən qoşmalarda da hər zaman sözügedən məhkəmə qərarlarının surətləri əlavə olunmuşdur. Cavabdeh "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün X8 mal nomenklaturası üzrə ********** mal kodu altında sinifləşdirilməli olduğu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olduğunu bilavasitə bilsə də, eyni adlı malın idxalı zamanı yenidən mal kodunun müəyyənləşdirilməsi təşəbbüsü ilə çıxış etməsi özü-özlüyündə qanunazidd hərəkətdir. Halbuki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikaının Qanununun "Etimad hüququnun qorunması prinsipi" adlanan 13-cü maddəsinin 1-ci bəndində inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadının qanunla qorunduğu, həmin maddənin 2-ci bəndində isə inzibati orqanın mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğu göstərilmişdir. Bundan əlavə sözügedən Qanunun "Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası" adlanan 14-cü maddəsinin 1-ci bəndində inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borclu olduğu, həmin maddənin 2-ci bəndində diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarların həmin səlahiyyətlərin məqsədinə uyğun olmalı olduğu, 3-cü bəndində diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarların qəbul oluna bilinməzliyi açıq-aşkar göstərilmişdir. 6) "İnzibati şikayətin təmin edilməməsi haqqında" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aparat rəhbərinin müavini Kənan Əsədovun 11 aprel 2025-ci il tarixli 3-33/016Q nömrəli Qərarının demək olar ki bütün bəndlərində mövcud qanunvericilik aktlarının və beynəlxalq normalarının tələbləri təhrif olunmuş qaydada göstərilmişdir ki, bu da öz növbəsində həmin inzibati aktın ədalətli olmamasına və əlverişsiz inzibati akt qismində tanınmasına əsas verir. Belə ki, Azərbaycan Respublikasının "İnzibati İcraat haqqında" Qanunun 2.0.11-ci maddəsində maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktın - əlverişsiz (yükləyici) inzibati akt olduğu təsbit olunmuşdur. Həmin Qanunun 65.1.5- ci maddəsində isə faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati aktın etibarsız sayılması qeyd olunmaqla 67.1-ci maddəsində göstərilmişdir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Sözügedən Qanunun 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

18. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Gömrük borcunun yaranması haqqında” Cavabdeh 06 mart 2025-ci il tarixli 3-33-1600/003Q nömrəli qərarının ləğv edilməsi tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

20. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

21. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

22. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirdiyi “Gömrük borcunun yaranması haqqında” Cavabdeh 06 mart 2025-ci il tarixli 3-33-1600/003Q nömrəli qərarının ləğvi ilə bağlı ilkin olaraq yuxarı gömrük orqanına şikayət etmiş və onun inzibati şikayəti Dövlət Gömrük Komitəsinin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2025-ci il tarixli 3-33/016Q nömrəli qərarı ilə təmin edilmədiyindən xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir ki, bu halda, qanunda nəzərdə tutulmuş iddia müddətinin ötürülmədiyi və müddətlə bağlı mümkünlük şərtinin ödənilməsi qənaətinə gəlir.

23. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

24. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

27. İddiaçının nümayəndəsi və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

28. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Gömrük Məcəlləsinin 249-cu maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Göründüyü kimi maddədə aşkarlanmış gömrük borcu ilə bağlı gömrük orqanının görməli olduğu tədbirlər və məsələyə hansı qanunvericilik aktının prizmasından yanaşmalı olduğu açıq şəkildə bildirilmişdir. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Belə ki, Dövlət Gömrük Komitəsi tərəfindən aparılan araşdırmalar zamanı İddiaçı MMC (VÖEN:**********) tərəfindən bəyan edilmiş **********4162, **********7952, **********1491, **********7796, **********4847, **********6305, **********5712, **********4182, **********7570, **********6097 sorğu nömrəli gömrük bəyannamələri əsasında idxal edilən “traktora qoşularaq torpağın düzləşdirilməsi üçün istifadə olunan lazerli mala” yüklərinin XİF MNnin ********** alt yarımmövqeyində sinifləşdirilərək 0% idxal gömrük rüsumu və 18% əlavə dəyər vergisinə cəlb olunmaqla rəsmiləşdirilməli olmasına baxmayaraq həmin malların ********** alt yarımmövqeyində sinifləşdirilərək 0% idxal gömrük rüsumu ilə yanaşı əlavə dəyər vergisindən azad olunmaqla buraxılışının həyata keçirildiyi müəyyən edilmişdir. Yuxarıda sadalanan faktlar nəticəsində əlavə dəyər vergisi (ƏDV) üzrə 159297.01 manat, dəbbə pulu üzrə 37954.54 manat olmaqla ümumilikdə 197251.55 manat gömrük borcunun aşkar edildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, Cavabdeh tərəfindən şəxsə 2025-ci il 25 fevral tarixli 3-33-1600/2-000179/2025 nömrəli “İnzibati icraatda iştirakın təmin edilməsi haqqında” dəvət məktubu göndərilmişdir. İddiaçıya işin halları ilə yanaşı, hüquq və vəzifələri də aydın şəkildə izah olunmuşdur. İlkin prosessual hərəkətlərdən sonra gömrük borcu borclu şəxs tərəfindən ödənilmədiyindən, İdarə tərəfindən 2025-ci il 6 mart tarixli 3- 33-1600/003Q nömrəli gömrük borcunun yaranması haqqında qərar və aşkarlanmış gömrük borcuna dair 2025-ci il 6 mart tarixli 1600/017/003 nömrəli bildiriş göndərilmişdir. 10 aprel 2025-ci il tarixində iddiaçı tərəfindən həmin qərardan inzibati qaydada Dövlət Gömrük Komitəsinə şikayət edilmişdir. Komitə tərəfindən şikayətçinin şikayət ərizəsində qeyd etdiyi hallar və istinad etmiş olduğu müddəalar nəzərdən keçirilmiş, işin faktiki halları araşdırılmış və nəticədə şikayət instansiyası tərəfindən İdarənin qərarı qanuni və əsaslı hesab edilərək 15 aprel 2025-ci il tarixli 3-33/016Q nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçının səlahiyyəti olmayan şəxs tərəfindən Dövlət Gömrük Komitəsi adından qərar qəbul edilməsinin qanunsuz olması məsələsinə münasibətdə bildirilir ki, Dövlət Gömrük Komitəsinin 2024-cü il 19 noyabr tarixli 3-33/000354S nömrəli “Dövlət Gömrük Komitəsi Aparatında aparılan inzibati icraatla bağlı inzibati aktları imzalamaq səlahiyyətinin verilməsi haqqında” Sərəncamına əsasən Aparat rəhbərinin müavini Kənan Əsədova aparılmış inzibati icraat nəticəsində qəbul edilən yazılı inzibati aktları imzalamaq səlahiyyəti verilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 148 və 151-ci maddələrinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikası 2 may 2000-ci il tarixli 872-İQ saylı Qanunla "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" Beynəlxalq Konvensiyaya və göstərilən X3 qoşulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 319.2, 319.4, 320.0.1, 321.3-cü maddələrinin tələblərinə əsasən X8 mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) X8 mal nomenklaturasının ayrılmaz hissəsidir. Azərbaycan Respublikasında istifadə edilən X8 mal nomenklaturası X4 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X15 Edilmiş Sisteminə və X5 X8 vahid mal nomenklaturasına uyğun olmalıdır. Bəyan edilən malların X8 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Müvafiq icra hakimiyyəti orqanı (Dövlət Gömrük Komitəsi) X8 mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişikliklərin və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin) və qərarların izlənməsini və gömrük işində operativ tətbiqini təmin edir. "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" X2 X12 tərəfindən hazırlanmış və nəşr olunan, Harmonikləşdirilmiş Sistem üzrə bölmələrin, qrupların, mal mövqelərinin və yarımmövqelərinin izahını verən rəsmi, lakin izahat xarakterli sənədlərdir. Bu izahnamələrin əsas məqsədi – malların dəqiq və düzgün kodlaşdırılmasını təmin etmək, tətbiq zamanı vahid yanaşma formalaşdırmaq və beynəlxalq təcrübəyə uyğunlaşdırılmış hüquqi izahlar verməkdir. Harmonikləşdirilmiş Sistemin (HS) İzahnamələri X8 mal nomenklaturası üzrə hüquqi interpretasiya üçün istifadə edilən əsas istinad mənbəyidir. Bir çox ölkələrin məhkəmə və gömrük orqanları bu izahnamələri praktiki və texniki interpretasiya vasitəsi kimi qəbul edir. Məhkəmə və ya inzibati mübahisələr zamanı, malın düzgün XİF MN üzrə kodunun müəyyən edilməsində HS İzahnamələri həmin kodun mahiyyəti, əhatə dairəsi və istisnaları barədə dəqiq və beynəlxalq səviyyədə qəbul olunmuş izahlar təqdim etdiyi üçün əsaslı istinad kimi qəbul olunur. HS İzahnamələri hər bir bölmənin, qrupların, mal mövqelərinin və mal yarımmövqelərinin əhatə dairəsinə dair şərhlər verir, bunlara daxil edilən və bunlardan istisna edilən malların siyahısını əks etdirir, habelə müvafiq malların texniki təsvirlərini (xarici görünüşü, xüsusiyyətləri, istehsal üsulu və istifadəsi) və onların müəyyənləşdirilməsi üçün praktiki göstərişləri ehtiva edir. HS İzahnaməsinin 8432 mal mövqeyinə aid qeydlərində bu mal mövqeyinə məhz hansı kənd təsərrüfatı, bağçılıq və meşə təsərrüfatı texnika və avadanlıqlarının daxil edildiyi sıra ilə göstərilmişdir. Daxil edilən 10 (on) başlıqdan heç birində torpağın hamarlaşdırılması və səviyyələndirilməsi üçün olan texnika və avadanlıqlar göstərilməmişdir. Əlavə olaraq 8432 mal mövqeyinin istisnaedici qeydlərinin “f” bəndində torpağın hamarlaşdırılması və səviyyələndirilməsi üçün olan texnika və avadanlıqların bu qrupdan istisna edildiyi və 8430 mal mövqeyinə daxil edildiyi göstərilmişdir (The heading (84.32) does not include: (f) Earth excavating, levelling, boring or extracting machinery and non self-propelled road rollers (heading 84.30)) Eyni zamanda, “f” bəndi ilə yanaşı “c” (heading 84.24), “d” (heading 84.28) və “h” (Chapter 87) bəndlərində öz əksini tapan mal mövqeləri üçün kənd təsərrüfatı ifadəsinə istinad edilsə belə həmin mallar 84.32 mal mövqeyində deyil, digər mal mövqelərində təsnifləşdirilmişdir. 8430 mal mövqeyinin qeydlərində bu mal mövqeyinə 8429 mal mövqeyinin özüyeriyən texnikaları və 8432 mal mövqeyinə daxil edilən 10 (on) başlıqda göstərilmiş kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı texnika və avadanlıqları istisna olmaqla yer qabığını “işləmək” üçün nəzərdə tutulan maşınları (məsələn, qayaları, torpağı, kömürü və s. kəsmək və parçalamaq; torpağın qazılması, çıxarılması və s.) və ya ərazinin hazırlanması və ya sıxlaşdırılması üçün nəzərdə tutulan maşınları (məsələn, qazıntı aparmaq, səviyyələndirmək, dərəcə vermək, bərkitmə və ya silindrlə sıxlaşdırmaq) əhatə etdiyi göstərilmişdir. Daha sonra bu mal mövqeyinin əhatə etdiyi mallar 5 (beş) başlıqla qruplaşdırılaraq göstərilmişdir. Məhz beşinci başlıqda torpağın qazılması, qazınması və hamarlaşdırılması və səviyyələndirilməsi üçün olan texnika və avadanlıqlar qeyd edilmişdir. Əlavə olaraq bildirilir ki, X1 Respublikası tərəfindən rəsmi olaraq tərcümə və təsdiq edilmiş İzahnaməsinin 8430 mal mövqeyinə aid qeydlərində bu mal mövqeyinin əhatə etdiyi mallar 5 (beş) başlıqla qruplaşdırılaraq göstərilmişdir və beşinci başlığın (D) bəndində aydın şəkildə torpağın hamarlaşdırılması və səviyyələndirilməsi üçün olan texnika və avadanlıqlar “yer tesviyesine mahsus makina ve cihazlar” olaraq qeyd edilmişdir. Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azad edilmişdir (burada diqqət yetirilməli olan nöqtəvi hissə yuxarıda göstərilən malların bilavasitə kənd təsərrüfatı təyinatlı olmasıdır). Maddədə qeyd olunan müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir. Nazirlər Kabineti isə məlum siyahını 2022-ci il 2 dekabr tarixli 430 nömrəli Qərarı ilə təsdiq etmişdir. Nəzərə alınmalıdır ki, cari inzibati mübahisənin mahiyyəti bilavasitə Beynəlxalq İzahnamədə göstərilənlərin tətbiqi ilə bağlıdır. Belə ki, digər bir gömrük orqanının cavabdeh olduğu anoloji inzibati mübahisə üzrə yekun məhkəmə qərarı (Azərbaycan Respublikasının Ali Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2-1(1066)/2024 nömrəli qərarı) ilə də müəyyən edilmişdir ki, gömrük rəsmiləşdirilməsi zamanı malların təsnifatı müəyyən edilərkən mütləq “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyanın ayrılmaz tərkib hissəsi olan Beynəlxalq İzahnamə nəzərə alınmalı və tətbiq edilməlidir. İşin mübahisəsiz hallarında müəyyən edilir ki, iddiaçı idxal etdiyi malın kənd təsərrüfatı təyinatlı olmasını iddia edir. Lakin iddiaçının idxal etdiyi malın təyinatının yalnız kənd təsərrüfatı təyinatlı deyil başqa sahələrdə də istifadə olunması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının hüquqlarının pozulmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirmir və iddiaçının iddiası hər hansı əsaslı şübhə yaratmayan sübutla təsdiq edilmir. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Buna görə də iddiaçının idarəyə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir.

29. İddiaçının nümayəndəsi X20 şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

30. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh orqanın kodun səhv bəyan edildiyini iddia etdiyi bəyannamələr üzrə onların sərəncamına verilmiş malların hamısı 40% dövlət dəstəyi olmaqla fermerlərə əlavə dəyər vergisindən azad şəkildə satılmışdır.

31. Cavabdehin nümayəndələri X6 və X21 şifahi məhkəmə baxışı iclasında iddiaya yazılı etirazda göstərilənləri müdafiə etdiklərini bildirərək, iddianın rədd olunmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

32. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 12.08.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli gömrük bəyannamələri; - Cavabdeh Gömrük borcunun yaranması haqqında xx.xx.2025-ci il tarixli 3-33- 1600/003Q nömrəli qərarı; - Dövlət Gömrük Komitəsinin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli 1600/017/003 nömrəli bildiriş; - Dövlət Gömrük Komitəsinin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2025-ci il tarixli 3-33/016Q nömrəli qərarı.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

33. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

34. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh Gömrük borcunun yaranması haqqında xx.xx.2025-ci il tarixli 3-33-1600/003Q nömrəli qərarına əsasən İddiaçı MMC-yə əlavə dəyər vergisi üzrə 159.297,01 manat, dəbbə pulu üzrə 37.954,54 manat olmaqla, ümumilikdə 197.251,55 manat gömrük borcu hesablanmışdır. Dövlət Gömrük Komitəsinin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli 1600/017/003 nömrəli bildirişə əsasən Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-33-1600/003Q nömrəli qərarda göstərilən gömrük bəyannamələri üzrə aşağıda göstərilən məbləğlərdə ödənilməmiş gömrük ödənişləri mövcuddur: əlavə dəyər vergi üzrə 159.297,01 manat. Qeyd: göstərilən ödənişlərin 5 (beş) gün ərzində ödənilməsi tələb olunur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməyən gömrük borcu məbləğinin 0,1 faizi məbləğində dəbbə pulu hesablanır (bildiriş tərtib olunduğu tarixə dəbbə pulunun məbləği 37.954,54 manat təşkil edir). İddiaçı MMC qeyd olunan qərardan və bildirişdən şikayət vermiş, Dövlət Gömrük Komitəsinin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2025-ci il tarixli 3-33/016Q nömrəli qərarı ilə şikayətçinin inzibati şikayəti təmin edilməmiş, Cavabdeh Gömrük borcunun yaranması haqqında xx.xx.2025-ci il tarixli 3-33- 1600/003Q nömrəli qərarı və “Aşkarlanmış gömrük borcuna dair” xx.xx.2025-ci il tarixli 1600/017/003 nömrəli bildirişi dəyişdirilmədən saxlanılmışdır.

35. İddiaçı MMC hazırki tələbində ona gömrük borcunun hesablanması barədə “Gömrük borcunun yaranması haqqında” Cavabdeh 06 mart 2025-ci il tarixli 3-33- 1600/003Q nömrəli qərarını mübahisələndirir.

36. Həmin qərarı qəbul edilməsinə zəruri edən şərtlərlə bağlı cavabdeh gömrük orqanı o hallara istinad edir ki, “Umut Aqro" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən gömrük orqanına təqdim olunan 21 oktyabr 2022-ci il tarixli **********7952, 12 avqust 2022-ci il tarixli **********4162, 04 aprel 2024-cü il tarixli **********1491, 27 may 2024-cü il tarixli **********7796, 21 iyun 2024-cü il tarixli **********4847, 18 iyul 2024-cü il tarixli **********6305, 21 avqust 2024-cü il tarixli **********5712, 09 sentyabr 2024-cü il tarixli **********4182, 24 sentyabr 2024-cü il tarixli **********7570 və 06 oktyabr 2024-cü il tarixli **********6097 nömrəli gömrük bəyannamələri ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan olunan "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" adlı malları X8 mal nomenklaturası üzrə ********** mal kodu altında sinifləşdirilərək 0 faiz idxal rüsumu və 18 faiz əlavə dəyər vergisinə cəlb edilməli olduğu halda, gömrük rəsmiləşdirilməsi zamanı ********** mal kodu altında bəyan edilərək idxal gömrük rüsumu ilə yanaşı malların əlavə dəyər vergisinə cəlb olunmadan sərbəst dövriyyəyə buraxılışının həyata keçirildiyinin müəyyən olunmuş və bununla bağlı inzibati icraat başlanılaraq, yekunda hazırda mübahisə predmeti olan qərar qəbul edilmişdir.

37. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanuni və əsaslı hesab edir.

38. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə: Maddə 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Maddə 319.1. X8 mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. Maddə 319.2. X8 mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) X8 mal nomenklaturasının ayrılmaz hissəsidir. Maddə 319.3. X8 mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. Maddə 319.4. Azərbaycan Respublikasında istifadə edilən X8 mal nomenklaturası X4 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X15 Edilmiş Sisteminə və X5 X8 vahid mal nomenklaturasına uyğun olmalıdır. Maddə 319.5. X8 mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X8 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Maddə 321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. Maddə 321.3. Bəyan edilən malların X8 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Maddə 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları X8 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Maddə 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər.

39. Göründüyü kimi, hazırkı mübahisə "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" adlı malların X8 mal nomenklaturası üzrə kodunun müəyyən edilməsi ilə bağlı yaranmışdır. “Umut Aqro" Məhdud Məsuliyyətli Cəmiyyəti 21 oktyabr 2022-ci il tarixli **********7952, 12 avqust 2022ci il tarixli **********4162, 04 aprel 2024-cü il tarixli **********1491, 27 may 2024-cü il tarixli **********7796, 21 iyun 2024-cü il tarixli **********4847, 18 iyul 2024-cü il tarixli **********6305, 21 avqust 2024-cü il tarixli **********5712, 09 sentyabr 2024-cü il tarixli **********4182, 24 sentyabr 2024-cü il tarixli **********7570 və 06 oktyabr 2024-cü il tarixli **********6097 nömrəli gömrük bəyannamələrində sözügedən malı ********** mal kodu altında bəyan etmiş və həmin vaxt gömrük orqanı həmin kod altına rəsmiəşdirməni həyata keçirərək, malların əlavə dəyər vergisinə cəlb olunmadan sərbəst dövriyyəyə buraxılışını təmin etmiş, sonradan isə həmin malların ********** mal kodu altında sinifləşdirilməli və 18 faiz əlavə dəyər vergisinə cəlb edilməli olmasını iddia etmişdir.

40. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəllər də hazırkı mübahisə tərəfləri arasında eyni hal üzrə, məhz ərizəçi müəssisənin Türkiyə Respublikasından idxal etdiyi lazer mala-təsviyyə makinasının sinifləşdirilməli olduğu kodla bağlı mübahisə olmuş, belə ki, ərizəçi sözügedən texnikanın 8432.80.00.00.19 kod altında rəsmiləşdirmək istəsə də, cavabdeh gömrük orqanı 8429.20.00.00.12 kod altında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməli olduğunu bildirmiş və mübahisə ərizəçi müəssisənin xeyrinə yekunlaşmışdır.

41. Belə ki, Gəncə İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2-1(114)- 3192/2023 nömrəli qərarı əsasında iddiaçının idxal etdiyi kənd təsərrüfatında torpağın hamarlaşdırılması üçün traktrora qoşularaq istifadə olunan lazerli malanın ********** mal kodu altında əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı təyinatlı texnika kimi gömrük rəsmiləşdirilməsinin başa çatdırılaraq müəssisənin sərəncamına verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, Cavabdeh bununla razılaşmayaraq Gəncə İnzibati Məhkəməsin 21 iyul 2023-cü il tarixli 2-191140-3192/2023 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh orqan olan Cavabdeh nümayəndəsi mübahisə predmeti olan mal üzrə müvafiq ekspertizanın keçirilməsini xahiş etmiş, məhkəmə kollegiyasının qərardadı ilə mübahisə predmeti olan malın X8 mal nomenklaturası üzrə mal kodunun müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2023-cü il tarixli 9/7742 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malın traktora qoşulan torpaq malasının yalnız kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulduğu və torpağın düzləşdirilməsi məqsədilə istifadə olunduğu qeyd edilmiş və X8 mal nomenklaturası üzrə ********** alt yarımmövqeydə sinifləşdirildiyi göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(104)-97/2024 nömrəli qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsin 21 iyul 2023-cü il tarixli 2-191140-3192 /2023 nömrəli qərarı qüvvədə saxlanılmışdır.

42. Yəni, mübahisə predmeti olan malların X8 mal nomenklaturası üzrə ********** alt yarımmövqedə sinifləşdirilməli olduğu ekspert rəyi və qanuni qüvvədə olan məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır.

43. Hansı ki, cavabdeh gömrük orqanı iddiaçının kodu düzgün bəyan etmədiyini və 18 faiz əlavə dəyər vergisi ödəməli olduğunu iddia etdiyi 10 ədəd gömrük bəyannaməsindən 8-i sözügedən mübahisəni həll edən məhkəmə qərarından sonra bəyan edilmişdir.

44. Digər tərəfdən iddiaçının müəssisənin nümayəndəsi sədrlik edənin sualına cavab olaraq cavabdeh orqanın kodun səhv bəyan edildiyini iddia etdiyi bəyannamələr üzrə müəssisənin sərəncamına verilmiş malların hamısının 40% dövlət dəstəyi olmaqla fermerlərə əlavə dəyər vergisindən azad şəkildə satıldığını bildirmişdir ki, inzibati icraat aparan gömrük orqanının icraat zamanı həmin halı aydınlaşdırdığı müəyyən edilmir. Belə ki, əlavə dəyər vergisi yekunda alıcı tərəfindən ödənilməli olan vergidir, hansı ki, iddiaçı müəssisə malları Azərbaycan Respublikasına idxal edərkən əlavə dəyər vergisi ödəyəcəyi halda, həmin malları satarkən alıcıdan həmin növ vergini əvəzləşdirmək hüququ əldə edirdi. Hazırkı halda isə iddiaçı idxal edilmiş və bəyan olunmuş malları alıcılara əlavə dəyər vergisindən azad şəkildə satdığını iddia edir, gömrük orqanı apardığı icraat zamanı həmin halı araşdırmasına, yəni iddiaçı müəssisənin sözügedən malları satarkən əlavə dəyər vergisi alması və əvəzləşdirməsinə dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir.

45. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur.

46. Ümumiyyətlə isə, gömrük orqanı ilə iddiaçı MMC-nin arasındakı mübahisənin mahiyyəti idxal edilən texnikanın təyinatının məhz kənd təsərrüfatı təyinatlı olub-olmaması ilə bağlıdır. Belə ki, gömrük orqanı həmin malın yalnız kənd təsərrüfatında deyil, həm də digər sahələrdə, məsələn inşaat və sənaye sahələrində, futbol meydançalarında və s. bu kimi yerlərdə torpağın düzləşdirilməsi, hamarlaşdırılması məqsədilə istifadə edildiyini iddia edir.

47. Lakin gömrük orqanın istinad etdiyi XİF MN kodu olan – 8430 yarımmövqeyinin adı “Torpağın, faydalı qazıntıların və ya filizlərin yerdəyişməsi, planlaşdırılması, profillənməsi, işlənməsi, toxaclaması, sıxlaşdırılması, çıxarılması və ya qazılması üçün digər maşınlar və mexanizmlər; dirəklərin vurularaq bastırılması və çıxarılması üçün avadanlıq; kotanlı və rotorlu qartəmizləyicilər” kimi qeyd edilməklə, həmin texnikaların məhz kənd təsərrüfatında istifadə edilən olması ilə bağlı hər hansı qeyd yoxdur.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X8 Mal Nomenklaturası, X16 Dərəcələri və X17 Dərəcələri, X8 X13 Şərhetmə Qaydalarına görə:

8430 Torpağın, faydalı qazıntıların və ya filizlərin yerdəyişməsi, planlaşdırılması, profillənməsi, işlənməsi, toxaclaması, sıxlaşdırılması, çıxarılması və ya qazılması üçün digər maşınlar və mexanizmlər; dirəklərin vurularaq bastırılması və çıxarılması üçün avadanlıq; kotanlı və rotorlu qartəmizləyicilər: 8430 69 000 0 – – digərləri əd 0 8432 Torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınları; qazon və ya idman meydançaları üçün vallar: 8432 80 000 0 – digər maşınlar əd 1

49. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 430 nömrəli Qərarı ilə “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı” təsdiq edilmiş və həmin Qərarla “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 121 nömrəli Qərarı ləğv edilmişdir.

50. İddiaçı MMC həmin texnikanı idxal etdiyi zaman əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikası kimi alıcılara ƏDV-dən azad şəkildə satmışdır. İşin bu halı tərəflər arsdında olan əvvəlki mübahisə zamanı da sübuta yetirilmişdir.

51. Adıçəkilən Siyahıya görə:

XİF MN üzrə Malların təsviri kod 1 2 torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınları; qazon və ya idman meydançaları üçün ********** vallar: digər maşınlar (qazon və idman meydançaları üçün katoklar istisna olmaqla)

52. Eyni zamanda, Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il “ 26” aprel tarixli “Q-08- 19” nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın 2.4-cü bəndində mala nəzərdə tutulmuşdur.

53. İddiaçı həmin texnikaları məhz güzəşt tətbiq edilmiş texnika olaraq dövlət dəstəyi ilə yalnız fermerlərə və əlavə dəyər vergisindən azad satdığına istinad edərək, bir tərəfdən dövlətin aqrar sahəni inkişaf etdirmək məqsədli fermerə 40% güzəşt tətbiq etdiyini, digər tərəfdən isə gömrük orqanının həmin texnikanı əlavə dəyər vergisinə cəlb edilən texnika qismində rəsmiləşdirmək istəməsini təzad adlandırır.

54. Eyni zamanda, gömrük dəyərinin müəyyən edilməsinə nəzarət orqanı olaraq gömrük orqanlarının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ olsa da, o, bu hüququ qanunvericilikdə müəyyən olunmuş hüdud daxilində və qanunda nəzərdə tutulmuş formada həyata keçirməli, eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsindən çəkinməli, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etməməlidir.

55. Bundan başqa, etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır.

56. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

57. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

58. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

59. Xüsusilə qeyd edilməlidir ki, inzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur.

60. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Hazırkı vəziyyətdə isə həmin hallardan hər hansı birinin olması müəyyən edilmir.

61. Tərəflər arasında eyni növlü malların kodunun müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsinin həll edildiyi məhkəmə qərarı qüvvədə olduğu halda, cavabdeh gömrük orqanının yenidən eyni mübahisəni açmaqla icraat başlaması etimad hüququnun pozulması kimi dəyərləndirilməlidir.

62. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

63. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Gömrük borcunun yaranması haqqında” Cavabdeh 06 mart 2025-ci il tarixli 3-33-1600/003Q nömrəli qərar qanunsuz olduğundan ləğv edilməlidir.

64. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

65. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Gömrük borcunun yaranması haqqında” 06 mart 2025-ci il tarixli 3-33- 1600/003Q nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar