Məhkəmə qərarları › İş №2-1(114)-389/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-389/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-389/2024 14.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsi 5 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək “şəxsiyyət vəsiqəsinin ünvanına qeydiyyata alınmasına köməklik göstərilməsi”ni xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı Cavabdehnə qarşı iddia dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək məhkəmədən “polisin inzibati binasının ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması”nı xahiş etmişdir. Məhkəmənin 11 avqust 2023-cü il tarixli, 2-1(114)-3647/2023 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, qeydiyyatda olduğu polisin inzibati binasından pasport qeydiyyatından çıxarılmışdır. Qeydiyyata düşmək üçün səlahiyyətli orqanlara göndərdiyi çoxsaylı ərizələrinə eyni məzmunlu cavab almışdır. İddiaçı müharibə iştirakçısı və İİ qrup əlil, 65 yaşlı tənha və kimsəsizdir. Təzə yaşayış massivində sənədləri olmayan yarımçıq tikili evdə kirayədə qalır. Şəxsiyyət vəsiqəsi etibarsızdır, bankdan sənəd və pulunu ala bilmir, xəstəxanaya, həkimə, sığortaya müraciət edə bilmir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı bildirmişdir ki, hazırda Gəncə şəhəri, Gülüstan massivi, ev 57, mənzil 16 ünvana müvəqqəti olaraq qeydiyyata düşmüşdür. Mənzilin mülkiyyətçisi onu müvəqqəti qeydiyyata salmağa razı olmuş və qısa müddət ərzində qeydiyyatdan çıxmasını tələb etmişdir. Həmin ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, hazırda iddiaçı ünvan 2 ünvandan qeydiyyatdan çıxarılsa belə, polis idarəsinin inzibati binasına qeydiyyata düşməyə əsası yoxdur. Belə ki, Samux Rayon İcra Hakimiyyətinin Başçısının Lək kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışına əsasən iddiaçının Samux rayonun Sarıqaya kəndində təsərrüfatı, həmçinin Göygöl rayonun Üçtəpə kəndində həyətyanı torpaq sahəsi vardır. Beləliklə, iddiaçının qeydiyyata düşməyə ünvanı olduğu əsassız olaraq Cavabdeh inzibati binasına qeydiyyata alınmağa dair müraciətlər etmişdir. Məhkəmə iddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd).İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddianın mümkünlüyü yoxlanılmadan iddianın əsaslılığı araşdırıla bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İPM-in 35.1-ci maddəsinin mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda Gəncə şəhəri, Gülüstan massivi, ev 57, mənzil 16 ünvanında daimi qeydiyyatdadır və ona xx.xx.2023-cü il tarixdə ASAN-Gəncə qurumu vasitəsilə AA5585367 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Başqa sözlə, iddiaçının qeydiyyat ünvanı mövcuddur və şəxsiyyət vəsiqəsi aktivdir. Göründüyü kimi, cavabdeh inzibati orqan imtinası iddiaçının hüquqlarına birbaşa müdaxilə mövcud olmadığından hazırkı tələb üzrə mübahisə yoxdur. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsi 5 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar