Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-390/2021 11.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X4, X5 və X2) qarşı üçüncü şəxslərin ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) (üçüncü şəxslər X4, X5 və X2) qarşı 19.01.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxslərin ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı 02.03.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək bildirmişdir ki, o, cavabdeh X1 qarşı cavabdehin ona məxsus mənzildən məcburi qaydada çıxarılması və onun öz mənzilinə köçürülməsi tələbi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi 18.06.2020-ci il tarixli, 2(044)- 1398/2020 nömrəli qətnamə qəbul edərək İddiaçı iddia tələbini qismən təmin etmiş, qalan hissədə isə təmin etməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi 18.06.2020-ci il tarixli, 2(044)-1398/2020 nömrəli qətnaməsindən İddiaçı Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2(104)-3122/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2(104)-3122/2020 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kasasiya şikayəti vermişdir. İddiaçı kasasiya şikayəti verilmiş iş üzrə yekun qərar qəbul edilənədək Gəncə İnzibati Məhkəməsinin icraatında olan 2-1(114)-390/2021 nömrəli iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 04.03.2021-ci il tarixli, 2-1(114)- 390/2021 nömrəli qərardad ilə iş üzrə icraat kasasiya şikayəti verilmiş iş üzrə yekun qərar qəbul edilənədək dayandırılmışdır. İddiaçı 30.09.2021-ci il tarixdə məhkəmə dəftərxanasına ərizə təqdim edərək, kasasiya şikayəti verilmiş iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən yekun qərar qəbul edildiyi üçün Gəncə İnzibati Məhkəməsinin icraatında olan 2-1(114)- 390/2021 nömrəli iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 30.09.2021-ci il tarixli, 2-1(114)- 390/2021 nömrəli qərardad ilə iş üzrə icraat təzələnmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 11.10.2021-ci il tarixinə təyin edilmiş, məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə tərəflərə lazimi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Şifahi məhkəmə baxışı iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. İddiaçı məhkəmə dəftərxanasına 30.09.2021-ci il tarixli ərizə göndərərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, həmin ərizəyə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15, 55 və 80-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə (üçüncü şəxslər X4, X5 və X2) qarşı üçüncü şəxslərin ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-390/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-390/2021
11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver