Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3929/2025 29.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. 05.12.2004-cü il tarixli AZ-İ 080310 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X18 ilə X4 xx.xx.2004-cü il tarixdə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2004-cü ilin dekabr ayının 06 günündə 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Adilov”, arvada “Adilova” soyadı verilmişdir.
2. 20.07.2005-ci il tarixli AZ-İİ № 550754 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə Gəncə şəhərində anadan olmuşdur. X6, anası X3r.
3. xx.xx.2015-ci il tarixli AA 341004 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən X18 1992-ci ildə Xocalı rayonundan məcburi köçkün düşmüş və hazırda müvəqqəti olaraq Gəncə şəhərində məskunlaşmışdır.
4. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Gəncə şəhəri, Göygöl, Daşkəsən, Samux rayonları üzrə Sektorunun xx.xx.2025-ci il tarixli 625 nömrəli arayışına əsasən, X18 həqiqətən Xocalı rayonundan məcburi köçkün düşmüş və hal-hazırda müvəqqəti olaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafı ünvanında məskunlaşmışdır. Ailə tərkibi aşağıdakı kimidir: Həyat yoldaşı – X7; Qızı – İddiaçı; Qızı – X12; Oğlu – X19.
5. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə etdiyi müraciətə, cavabdeh orqan tərəfindən rəsmi qaydada cavab verilməmişdir.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli 2-36-3/2/-4980/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Komitənin Regional idarəetmə və status şöbəsinin 29 iyul 2015-ci il tarixli protokoluna əsasən X13 məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Məlumat üçün bildirilir ki, X18 və ailə üzvləri Komitənin məcburi köçkünlərin vahid elektron bazasında Xocalı rayonundan məcburi köçkün kimi ünvan 2 ünvanında müvəqqəti qeydiyyatda olmaqla faktiki məskunlaşmışlar.
7. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçının atası X5 rayonunda, anası X1 şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 xx.xx.1983-cü il tarixdə Xocalı şəhərində anadan olmuşdur, 1993-cü ildə Xocalıdan köçkün düşmüşdür. Atasının məcburi köçkün vəsiqəsinin seriyası, nömrəsi və tarixi: AA 341004, xx.xx.2015-ci il. X6 xx.xx.2004cü il tarixdə icma nümayəndəsi olmayan Gəncə şəhəri qeydiyyatında olan, X7 ilə rəsmi qaydada ailə həyatı qurmuşdur. Bu evlilikdən xx.xx.2005-ci il təvəllüdlü İddiaçı, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X19 adlı üç övladları anadan olmuşdur. Ona məcburi köçkün statusunun verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Baxmayaraq ki, Komitəyə xx.xx.2025-ci il tarixdən rəsmi ərizə ilə müraciət etmiş, X10 üzrə Dövlət Komitəsi rəsmi müraciətinə cavab verilməmişdir. Qəbz əlavə olunur. Xocalı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə yazdığı ərizə cavabının olmaması, müddətinin keçməsini nəzərə alaraq və Konstitusion hüququnu rəhbər tutaraq müraciət edir. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt ödənilmişdir. Belə ki, iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, ona məcburi köçkün vəsiqəsinin verilməsini xahiş etmiş, lakin iddiası cavabdeh orqan tərəfindən təmin edilməsindən imtina edilmişdir.
12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının məcburi köçkün kimi məskunlaşdığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
17. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
18. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
20. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı Xocalı rayonundan məcburi köçkün kimi ünvan 2 ünvanında müvəqqəti qeydiyyatda olmaqla faktiki məskunlaşmışdır. İddiaçının X6na xx.xx.2015-ci il tarixli AA 341004 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir.
21. İddiaçı ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin orqan tərəfindən rəsmi qaydada imtina cavabı verilməmişdir.
22. Məhkəmə iddianın təmin edilməli olmamasına dair qənaətinin əsası kimi aşağıdakıları qeyd edir.
23. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir.
24. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.
25. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtin ödənilməsi mübahisəsizdir.
26. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir.
27. Belə ki, iddiaçının atası X5 rayonunda qeydiyyatda olsa da, anası X2 şəhəri, Nəriman Nərimanov prospekti ünvanda qeydiyyatdadır.
28. Göründüyü kimi, iddiaçının anasının daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Gəncə şəhəri işğal olunmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-880/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe də bu istiqamətdə olmuşdur.
29. Yuxarıda qeyd edilən məhkəmə qərarından görünür ki, Ali Məhkəmə müvafiq kateqoriyadan olan mübahisələrə dair formalaşdırdığı hüquqi mövqedə ifadə etmişdir ki, əgər şəxsin hər iki valideyninin yaşayış yeri üzrə qeydiyyatı işğaldan azad olunmuş əraziyə aid deyilsə, həmin halda Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmiş hesab olunur və bu səbəbdən məcburi köçkün statusunun verilməsindən imtina hüquqi əsaslıdır.
30. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
31. İPM-in: 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva