Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3940/2025 19.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxslər X12 və Bərdə rayonu Yeni Əyricə bələdiyyəsi) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin 20 aprel 2002-ci il tarixli, 04 saylı qərarı ilə bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahəsindən yaşayış evi tikmək məqsəd ilə 0,10 ha torpaq sahəsinin X3 qərara alınmışdır. 10 may 2002-ci il tarixli Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsi tərəfindən təsdiq edilmiş sahəseçmə aktına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 106 saylı qərarına, Torpaq islahatı haqqında qanunun 19-cu maddəsinin 2-ci abzasına ,Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 04 saylı iclasının qərarına və DT və XK-nin Bərdə rayon şöbəsinə yazdığı xx.xx.2002-ci il tarixli 03 saylı məktubuna əsasən KPİ üçün saxlanılmış torpaq sahəsindən 0,10/on sot/ hektar torpaq shaəsinin ayrılıb yaşayış evi tikmək üçün Mirzalıbəyli kənd sakini X1 komissiya üzvləri etiraz etmirlər.Ayrılmış 0,10 hektar torpaq shəsi şimaldan yol ilə,qərbdən Əliyeva Tamamın həyətyanı sahəsi ilə, cənubdan KPİ ilə, şərqdən isə X5 həyətyanı torpaq sahəsi ilə həmsərhəddir. İş materiallarına əlavə edilmiş xx.xx.2002-ci il tarixli, 10 nömrəli qəbz ilə müəyyən edilir ki, X10 tərəfindən torpaq satışı ilə bağlı Mirzalıbəyli bələdiyyəsinin hesabına 930000 manat məbləğində ödəniş edilmişdir. Bərdə Regional ASAN Xidmət mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli, 351/2025 nömrəli məktubuna əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş aşağıdakı şəxslər X6 qanun üzrə 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdirlər. 1 .Oğlu - İddiaçı, 2.Qızı -X12 3.Qızı - X15. AZ-İ №024182 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X20 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. AZ-İ №488777 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X11 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-Ə-0026-8/2025 nömrəli imtina məktubundan görünür ki, torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi üçün təqdim etdiyiniz sənədlərdə bir sıra çatışmazlıqlar vardır. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, mərhum anası X7 adına ayrılmış, ünvan 1i ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə dair Bərdə rayonu Mirzalıbəyli Bələdiyyəsinin 20 aprel 2002-ci il tarixli 04 saylı qərarı, sahəseçmə aktı, təsdiq olunmuş yerquruluşu planı təqdim olunsa da, lakin torpaqların alqı-satqısına dair akt, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədi təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilməlidir. Sözügedən torpaq sahəsinə dair koordinatları əks etdirən sənəd (plan və ölçü sənədi) təqdim olunmadığına görə torpaq sahəsinin başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi, həmçinin hər hansı kommunikasiya xətlərinin mühafizə zolağına və ya sürüşmə zonasına düşməsini müəyyən etmək mümkün deyildir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onun mərhum anası X9 Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 04 saylı iclasının qərarı ilə ünvan 1ində fərdi yaşayış evi tikiməsi üçün ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1: ünvan 1ində yerləşən mübahisəli 0.10 ha torpaq sahəsi, TEKUİS məlumat bazasına və Bakı təsərrüfatının Mirzalıbəyli kəndi ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, yaşayış məntəqələrinin torpaqları olmaqla, bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsidir. 2: Elektron məlumat bazasına əsasən həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqları, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. 3: Torpaq sahəsi üzərində mühəndis kommunikasiya xəttləri mövcud olmadığından qaz kəmərinin, elektrik xəttinin qoruma zolağına və eləcə də, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür. 4: Elektron məlumat bazasında, qeydə alınması nəzərdə tutulan torpaq sahəsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyil. Lakin İddiaçı və bacısı X13 birlikdə faktiki istifadə etdikləri 0.21 hahəyətyanı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən, birgə istifadə edirlər. Məhkəmə məktubuna əlavə edilmiş Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən iddia olunan 0.10 ha həyətyanı torpaq sahəsi iddiaçının anası mərhum X7 adına tərtib olunmuşdur. Bu sxematik planda öz əksini tapmışdır. 5: Faktiki istifadə edilən torpaq sahəsi 0.21 hektar təşkil edir, koordinatları və ölçüləri rəyə əlavə olunmuş sxematik planda öz əksini tapmışdır. 6: Faktiki istifadə edilən 0.21 ha torpaq sahəsi üzərində İddiaçı və bacısı X13 birgə istifadə etdikləri mişar daşından inşa edilmiş 188 kv.m ölçüdə bir fərdi yaşayış evi, bir metal kanstruksiyadan ibarət 95 kv.m ölçüdə çardaq tikilisi, bir mişar daşından 60 kv.m ölçüdə köməkçi tikili və bir mişar daşından 37 kv.m ölçüdə köməkçi tikili mövcuddur. Tikililərin hansı tarixdə tikilməsi ilə bağlı məlumatın verilməsi Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. 7: Faktiki istifadə edilən 0.21 ha torpaq sahəsi üzərində İddiaçı və bacısı X13 birgə istifadə etdikləri 188 kv.m ölçüdə fərdi yaşayış evinin 48 kv.m hissəsi, metal kanstruksiyadan ibarət 95 kv.m ölçüdə çardaq tikilisinin 54 kv.m hissəsi, mişar daşından ibarət 65 kv.m ölçüdə köməkçi tikilinin 43 kv.m hissəsi və mişar daşından ibarət ümumilikdə 37 kv.m ölçüdə köməkçi tikili məhkəmə məktubuna əlavə edilmiş, Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən sahənin hüdudları daxilində yerləşir. Eynilədə, faktiki istifadə edilən 0.21 ha torpaq sahəsi üzərində İddiaçı və bacısı X13 birgə istifadə etdikləri 188 kv.m ölçüdə fərdi yaşayış evinin 140 kv.m hissəsi, metal kanstruksiyadan ibarət 95 kv.m ölçüdə çardaq tikilisinin 41 kv.m hissəsi, mişar daşından ibarət 65 kv.m ölçüdə köməkçi tikilinin 22 kv.m hissəsi, məhkəmə məktubuna əlavə edilmiş, Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən sahənin hüdudlarından kənarda yerləşir 8: ünvan 1ində yerləşən mübahisəli 0.10 ha torpaq sahəsininyrıldığı zaman, Bakı təsərrüfatının Mirzalıbəyili kəndi ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmuşdur. 9:İddiaçı və bacısı X13 birlikdə faktiki istifadə etdikləri 0.21 ha həyətyanı torpaq sahəsindən, onun iddia etdiyi 0.10 ha hissəsi Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən sahənin hüdudları daxilində yerləşir. 10: İddiaçı və bacısı X13 birlikdə faktiki istifadə etdikləri 0.21 ha həyətyanı torpaq sahəsindən, onun iddia etdiyi 0.10 ha hissəsi, Mirzalıbəyli bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən 1:2000 miqyasa uyğundur. 11: Məhkəmə məktubuna əlavə edilmiş Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin yerquruluşu planından çıxarışda torpaq sahəsinə dair koordinatlar əks olunmadığından, yalnız, İddiaçı və bacısı X13 birlikdə faktiki istifadə etdikləri 0.21 ha həyətyanı torpaq sahəsindən, onun iddia etdiyi 0.10 ha hissəsi Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən sahənin sərhədləri daxilində yerləşdiyini qeyd etmək mümkündür. 12: Torpaq sahəsinə dair rəy, TEKUİS məlumat bazasına və Bakı təsərrüfatının Mirzalıbəyli kəndi ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən hazırlanmışdır. X14 ərizə təqdim edərək, 0 ,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxs X8 məxsus olmasına dair arayışın verilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin 20 aprel 2002-ci il tarixli, 04 saylı qərarı ilə X4 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxs X8 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin 20 aprel 2002-ci il tarixli, 04 saylı qərar ilə həyətyanı məqsədilə 0,10 ha torpaq sahəsi X2. X10 tərəfindən bələdiyyənin hesabına ödəniş edilmişdir. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan X7 adına ayrılmış, ünvan 1i ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə dair Bərdə rayonu Mirzalıbəyli Bələdiyyəsinin 20 aprel 2002-ci il tarixli 04 saylı qərarı, sahəseçmə aktı, təsdiq olunmuş yerquruluşu planı təqdim olunsa da, lakin torpaqların alqı-satqısına dair akt, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədi təqdim olunmamasına istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki,Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin 20 aprel 2002-ci il tarixli, 04 saylı qərarı ilə 10 ha torpaq sahəsi X2, işdəki mütəxəssis rəyinə əsasən yaşayış məntəqələri torpaqları olmaqla, mülkiyyət növü bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üstüstə düşməməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin 20 aprel 2002-ci il tarixli, 04 saylı qərarı ilə X4 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxs X8 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva