Məhkəmə qərarları › İş №2-1(114)-396/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-396/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-396/2020 10.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X11 (bundan sonra AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X13) qarşı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ləğv edilmiş “Gəncə-Gözəllik-1” X14 Cəmiyyətinə məxsus olmuş 152,7 kv.m hissəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X7rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ləğv edilmiş “Gəncə-Gözəllik-1” X14 Cəmiyyətinə məxsus olmuş 152,7 kv.m hissəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olmuş “Gəncə-Gözəllik-1” ATSC cəmiyyətin yeganə təsisçisi (iştirakçısı) kimi İddiaçı təşəbbüsü ilə xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Qurumun ləğv prosesi Cəmiyyətin tək səhmdarı kimi iddiaçının xx xxxxxx 2018-ci il tarixli qərarıına əsasən başlanmış və onun tərəfindən təsviyəçi (ləğvedici) təyin edilmiş və eyni zamanda təmsilçi səlahiyyətlərinə malik olan X10 adlı fiziki şəxs tərəfindən aparılmışdır. Cəmiyyət ləğv olunanadək ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 152.7 kv.m hissəsi Cəmiyyətin xüsusi mülkiyyətində olmuşdur. Cəmiyyətin ləğv edilmə prosesində qanunla nəzərdə tutulan qaydada dövlət büdcəsinə ödəmələr aparılmış, digər kreditorlar qarşısında Cəmiyyətin borcu olmamışdır. Bundan sonra, ləğv prosesi başa çatanadək Cəmiyyətin mülkiyyətində olan həmin ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 152.7 kv.m hissəsinin Cəmiyyətin qalıq əmlakı kimi iddiaçıya təqdim edilməsi haqda xx xxxxx 2019-cu il tarixli yeganə səhmdar kimi onunla təsviyəçi (ləğvedici) X10 arasında təhvil-təslim aktı tərtib olunmuşdur. Bundan sonra, bilavasitə əmlakın təqdim edilməsi baş tutmuş və aktla müəyyən edilmişdir ki, “Cəmiyyətin mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən, RX seriyalı ********** saylı reyestr nömrəli, 152,7 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi müəssisənin qanuni təmsilçisi X10 tərəfindən “Gəncə-Gözəllik-1” X15 Cəmiyyətinin yeganə səhmdarı İddiaçı mülkiyyətinə verilməklə ona təhvil verilir”. O, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ləğv edilmiş “Gəncə-Gözəllik-1” X14 Cəmiyyətinə məxsus olmuş 152,7 kv.m hissəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar rəsmi qaydada ərizə ilə AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X11 müraciət etmiş, lakin cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi (vəkili) X8 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ləğv edilmiş “Gəncə-Gözəllik-1” X14 Cəmiyyətinə məxsus olmuş 152,7 kv.m hissəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X13 nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X13 etibarnamə üzrə nümayəndəsi X3 iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti; DƏDRX-nin 3 saylı X9 iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********20 nömrəli məktubu ; RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti ; 12175 inventar nömrəli texniki pasportun surəti ; xx.xx.2018-ci il tarixli təhvil aktının təsdiq edilmiş surəti ; xx.xx.2019-cu il tarixli təhvil-təslim aktının təsdiq edilmiş surəti ; 12 saylı X2 kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********0 nömrəli bildirişinin təsdiq edilmiş surəti ; “Gəncə-Gözəllik-1” X14 Cəmiyyətinə məxsus qiymətli kağız mülkiyyətçilərinin reyestri ; xx.xx.2018-ci il tarixli, **********366800 nömrəli dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surəti ; «Gəncə-Gözəllik-1» ATSC-nin qiymətli kağızlarının ləğv edilməsinə dair xx.xx.2019-cu il tarixli aktın surəti ; Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2019-cu il tarixli arayışının surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X4 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olmuş “Gəncə-Gözəllik-1” ATSC mülki qanunvericiliklə tənzimlənən prosedur qaydalarına uyğun olaraq cəmiyyətin yeganə təsisçisi (iştirakçısı) kimi İddiaçı təşəbbüsü ilə xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Qurumun ləğv prosesi Cəmiyyətin tək səhmdarı kimi iddiaçının xx xxxxxx 2018-ci il tarixli qərarıına əsasən başlanmış və onun tərəfindən təsviyəçi (ləğvedici) təyin edilmiş və eyni zamanda təmsilçi səlahiyyətlərinə malik olan X10 adlı fiziki şəxs tərəfindən aparılmışdır. Cəmiyyət ləğv olunanadək ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 152.7 kv.m hissəsi Cəmiyyətin xüsusi mülkiyyətində olmuşdur (həmin hallar daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışla və texniki pasportla təsdiq edilir) Cəmiyyətin ləğv edilmə prosesində qanunla nəzərdə tutulan qaydada dövlət büdcəsinə ödəmələr aparılmış, digər kreditorlar qarşısında Cəmiyyətin borcu olmamışdır. Bundan sonra, ləğv prosesi başa çatanadək Cəmiyyətin mülkiyyətində olan həmin ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 152.7 kv.m hissəsinin Cəmiyyətin qalıq əmlakı kimi iddiaçıya təqdim edilməsi haqda xx xxxxx 2019-cu il tarixli yeganə səhmdar kimi onunla təsviyəçi (ləğvedici) X10 arasında təhvil-təslim aktı tərtib olunmuşdur. Bundan sonra, bilavasitə əmlakın təqdim edilməsi baş tutmuş və aktla müəyyən edilmişdir ki, “Cəmiyyətin mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən, RX seriyalı ********** saylı reyestr nömrəli, 152,7 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi müəssisənin qanuni təmsilçisi X10 tərəfindən “Gəncə-Gözəllik-1” X15 Cəmiyyətinin yeganə səhmdarı İddiaçı mülkiyyətinə verilməklə ona təhvil verilir”. Bundan sonra, İddiaçıünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ləğv edilmiş “Gəncə-Gözəllik-1” X14 Cəmiyyətinə məxsus olmuş 152,7 kv.m hissəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar rəsmi qaydada ərizə ilə AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X11 müraciət etmiş, lakin cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, **********20 nömrəli məktubunda imtinanın əsası kimi qeyri-yaşayış sahəsinin hüquqi şəxsə məxsus olmuş hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığını qeyd etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina ilə bağlı hərəkətlərinin iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, cavabdeh hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini əsas gətirsə də, dəqiq hansı qaydalar əsasında hansı sənədlərin tələb olunduğunu bildirməmişdir. Qanunvericilikdə yalnız ləğv edilmiş hüquqi şəxsin qalıq əmlakının təqdim edilməsinin təsdiqi tələb olunur və bu da səlahiyyətli şəxslər arasında, o cümlədən təhviltəslim aktının tərtibi ilə də təsdiq olunur. Belə ki, bu cür əmlaka hüquqların keçməsi zamanı tələb olunan sənədlərin nədən ibarət olması barədə qanunvericilikdə heç bir göstəriş yoxdur. Cavabdeh inzibati orqanın imtina məktubunda istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.10-cu maddəsinə münasibətdə məhkəmə qeyd edir ki, yalnız iki və ya daha çox iştirakçısı olan hüquqi şəxsin qalıq əmlakına münasibətdə bölünmə planının tərtibi tələb olunur. Belə ki, həmin maddəyə əsasən, “...qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına... ” təqdim edilməsi haqda deyilir. Həmin bölünmə planı tərtib edildikdə də, yalnız iştirakçılar və ya onlar tərəfindən vəkil edilmiş şəxs tərəfindən təsdiq edilir (MM-nin 61.8-ci maddəsi). Yəni, “Gəncə-Gözəllik- 1” X15 Cəmiyyətinin yalnız bir iştirakçısı olduğu üçün bölünmə planının tərtibi qanunvericiliklə tələb olunmur. “Daşınmaz əmlakın dövlət reyestyi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində ləğv edilmiş hüquqi şəxslərin qalıq daşınmaz əmlaklarına təsisçilərinin (iştirakçılarının) mülkiyyət hüququnu əldə etmələri əsası yoxdur. Həmin Qanunun 10.1-ci maddəsində də deyilir ki, “Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında, aparılır... ” və qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: "10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri”. Cavabdehin istinad etdiyi Mülki Məcəllənin 60-cı və 61-ci maddələrində ardıcıllıqla aparılan hərəkətlərin əsas məqsədi ləğv olunan hüquqi şəxsin kreditorlarının hüquqlarının qorunmasına, borcların ödənilməsinin təmin edilməsinə yönəlib. Hüquqi şəxsin iştirakçılarının mülkiyyətinə qalıq əmlakın verilməsi yalnız “təqdim edilmə” termini ilə qeyd olunub və ona görə də, daşınmaz əmlaka yeganə iştirakçı kimi iddiaçının hüquqlarının müvafiq reyestrdə qeydiyyatı üçün cavabdehə yalnız əmlakın ona təqdim edilməsini təsdiq edilən sənədin verilməsi kifayət etməlidir. Belə ki, ləğv edilmiş hüquqi şəxsin əmlakına dair iddiaçının hüquqlarının olmasının əsasında həmin əmlaka dair onun əşya hüququnun olması durur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, ünvan 5 ünvanında yerləşən, 152,7 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin təhvil-təslim aktı əsasında iddiaçıya təqdim edilməsi əqd hesab olunmaqla Mülki Məcəllənin 324-cü maddəsinin qaydalarına əsasən tənzimlənməlidir və hüquqi nəticəsi olaraq mülkiyyət hüququ iddiaçıya keçməsilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4.-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı- satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının nümayəndəsinin (vəkilinin) izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ləğv edilmiş “Gəncə-Gözəllik-1” X14 Cəmiyyətinə məxsus olmuş 152,7 kv.m hissəsinə dair İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ləğv edilmiş “Gəncə-Gözəllik-1” X14 Cəmiyyətinə məxsus olmuş 152,7 kv.m hissəsinə dair İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar