Məhkəmə qərarları › İş №2-1(114)-3969/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3969/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3969/2025 06.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı aliment borcunun silinməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 19 ay müddət ərzində barəsində çıxarılmış ittiham hökmü üzrə cəzaçəkmə müəssisəsində olduğu müddət ərzində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 1357/2023 saylı icra sənədi üzrə tələbkar X3 ödəməli olduğu 5760 (beş min yeddi yüz altmış) manat məbləğində aliment borcunun silinməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 19 ay müddət ərzində barəsində çıxarılmış ittiham hökmü üzrə cəzaçəkmə müəssisəsində olduğu müddət ərzində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 1357/2023 saylı icra sənədi üzrə tələbkar X3 ödəməli olduğu 5760 (beş min yeddi yüz altmış) manat məbləğində aliment borcunun silinməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 (bir) il 25 (iyirmi beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Yəni, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentennsiar Xidmətinin 10 və 6 saylı cəzaçəkmə müəssisələrində cəza çəkmişdir. Cəzaçəkmə müəssisəsindən evinə qayıdandan sonra Cavabdeh icra məmuru Ayaz Hüseynov onu telefonla icra şöbəsinə dəvət edib, arvadı X1 onun cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman Şəmkir Rayon Məhkəməsində qaldırmış olduğu nikahlarının pozulması və birgə nikahlarından olub, həmin vaxtlar anasının himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü Ümid və xx.xx.2015-ci il təvllüdlü Ramal adlı uşaqlarının analarının himayəsində saxlanması, həmin uşaqların maddi cəhətdən saxlanmaları üçün ayda hər uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin məndən alınıb iddiçıya verilməsinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1357/2023 saylı qətnaməsinin artıq qanuni qüvvəsini alaraq icraya yönəldilməsini və həmin icra işinin özünün icraatında olmasını bildirmişdir. Cavabdeh icra məmuru Ayaz Hüseynov həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət üçün toplanmış 7040 (yeddmin qırx) manat məbləğində aliment borcunu bir dəfəyə ödəməyini tələb etmişdir. O, isə cəzaçəkə müəssisəsində olduğu müddətdə toplanmış aliment borcunun silinməklə qalan aliment borcunu hissə ilə ödəməyini təklif etməyinə, həmçinin cəzaçəkmə müəssisəsində olduğu zaman təklifi ilə anasının uşaqları üçün dörd yüz manat məbləğində pul göndərməsinə, özümün cəzaçəkmə müəsisəsindən çıxandan sonra da uşaqları üçün 500 (beş yüz) manat dəyərində paltar almağına, nağd olaraq 500 manat pulu ödəməyinə dair qəbzi təqdim etməyinə və əlavə olaraq göndərdiyi 100 manat pulları, bundan əlavə anası tərəfindən nağd olaraq uşaqları görməyə gedərkən verdiyi cəmi 200 (iki yüz) manat, yəni, ümumilikdə iki min manatadək tələbkara verilən pulların onun aliment borcundan çıxılmalı olmasını, eyni zamanda onun cəzaçəkmə müəssisəsində işləməyərək heç bir qazanc əldə etməməyini, cəza çəkdiyi müddət üçün yəni, xx.xx.2023-cü ildən 2024-cü ilin xx.xx.2024-cü ilədək olan bir il 6 ay müddətində olan aliment borcunun ümumi məbləğdə 5760 (beş min yeddi yüz altmış) manat aliment borcunun silinməsini icra məmuruna təklif etsə də nəticəsi olmadı və cavabdeh barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli inzibati xəta protokolu protokolunda AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək, Şəmkir Rayon Məhkəməsinə təqdimat göndərmiş və Məhkəmənin xx.xx.2025-ci il tarixli 3(076)-224/2025 saylı qərarı ilə 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs cəzası ilə tənbeh edilmişdir. Cavabdehə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək cəzaçəkmə müəssisəsində olduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddət üzrə yığılmış aliment borcunun yəni, 18 ay üçün cəmisi 5760 (beş min yeddi yüz altmış) manat məbləğində aiment borcumun silinməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Ərizəsi cavabdeh tərəfindən xx.xx.2025-ci ildə rəsmi olaraq qəbul edilməsinə baxmayaraq cavab verilməməsinə görə həmin ərizəmə mahiyyəti üzrə cavab verilməsi xahişi ilə xx.xx.2025-ci il tarixli teleqrrammanı da cavabdehə göndərmişdir. Eyni zamanda tələbkara olan borcundan 1920 (bir min doqquz yüz iyirmi) manat pulu yaxın qohumlardan borc olaraq alıb ödəmişdir. Nəhayət, cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizə və xx.xx.2025ci il tarixli teleqramması əsasında cavabdeh, ona ünvanladağı xx.xx.2025-cii İ tarixli 2932\2025 saylı məktubunda Azərbaycan Respublikası Konstitusiyasının 60, İcra Haqqında Azərbaycan Respublikası Qanunun 87, İnzibati Prosessual Məcəlləsinin 2-ci maddələrinin tələblərinə əsasən iş üzrə tələbkar X2 qarşı aliment borcunun silinməsi tələbinə dair iddia qaldırmaq hüququnun olması, iddiasının təmin edilməsinə dair qanuni qüvvəsini alacaq məhkəmə qətnaməsi əsasında tələbinin təmin edilməsinin mümkünlüyü qeyd edilmişdir. Halbuki, Ali Məhkəmənin müvafiq qərarı əsasında cavabdeh olaraq tələbkara deyil, tələbimi təmin etməli olan icra məmuruna qarşı aliment borcumun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırmalı və həmin iddia tələbini isə ümumi məhkəmələrdə deyil, aidiyyəti inzibati məhkəmələrdə qaldırmalıdır. Ona görə haqlı hesab etdiyi, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 18 ay müddət üzrə yığılmış, cəmisi 5760 (beş min yeddi yüz altmış) manat məbləğində aiment borcunun silinməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair cavabdeh icra məmuru Ayaz Hüseynova qarşı məlum iddianı qaldırmalı olmuşdur.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

Əsaslandırma hissəsi:

4. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, hazırkı ərizəyə iddia və inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır.

5. Belə ki, İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 1357/2023 saylı icra sənədi üzrə tələbkar X3 ödəməli olduğu 5760 (beş min yeddi yüz altmış) manat məbləğində aliment borcunun silinməsini xahiş edir.

6. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən(hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, "...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra, edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.

9. Həmin Qərarın yekununda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

10. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair bir çox qərarlarında ifadə etdiyi mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir.

11. Həm icra haqqında qanunvericilikdən, həm Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

12. Qanunvericilikdə icra məmurunun qərar, hərəkət və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edilsə də, burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur və pozulması ehtimal olunan hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılması istisna edilir. Belə ki, icra sənədini vermiş məhkəmədə işlərə baxılması bir tərəfdən hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edirsə, digər tərəfdən məhkəmənin verdiyi icra sənədinin icrasına bilavasitə nəzarət etmək imkanını təmin edir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli (İş № 2-1(102)-2042/2017) və xx.xx.2019-cu il tarixli (İş № 2-1(102)- 2242/2019) nömrəli qərarlarında da qeyd edilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər.

14. Hazırkı iş üzrə İddiaçı tələbi də Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1357/2023 saylı icra sənədi üzrə icra hərəkətləri ilə bağlıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) isə inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.

15. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər."İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

16. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir.

17. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir.

19. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar