Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-399/2025 08.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin mərhuma məxsus olmasına dair arayışın verilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X13, cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 500 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum bacısı X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. xx.xx.2001-ci il tarixdə bağlanılmış müqaviləyə əsasən, X4 rayonu, Aşağı Öysüzlü kəndində 500 kv.m torpaq sahəsində yerləşən, 1978-ci ildə inşa edilmiş, ümumi sahəsi 68.5 kv.m, yaşayış sahəsi 49.1 kv.m, köməkçi sahəsi 19 kv.m olan iki otaqdan ibarət fərdi yaşayış evini X1.
2. Tovuz rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 930 reyestr nömrəli, 782 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən iki yaşayış otaqlı, ümumi sahəsi 68.5 kv.m, o cümlədən yaşayış sahəsi 49.1 kv.m olan fərdi yaşayış evi Tovuz rayon dövlət notariat kontorunun 4Ə/28-2001 reyestr nömrəli 04 may 2001-ci il tarixli alğı-satqı müqaviləsi əsasında X6 mülkiyyəti kimi qeydə alınmışdır.
3. Həmin fərdi yaşayış evinə dair X6 adına may 2001-ci il tarixinə tərtib edilmiş texniki pasportda evin yerləşdiyi torpaq sahəsinin həcminin sənəd üzrə 500 kv.m, faktiki 546.8 kv.m olduğu göstərilmişdir.
4. Ölüm haqqında xx.xx.2023-cü il tarixli AZ-İİ 331830 nömrəli şəhadətnaməyə əsasən X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
5. X23 xidmət mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 1397 nömrəli məktubunda xx.xx.2023-cü il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində vəfat etmiş X5 miras qalmış əmlaka dair notariat ofisində xx.xx.2023-cü il tarixdə mərhumun qardaşı İddiaçı müraciəti və təqdim edilmiş sənədlər əsasında V-313(2023) nömrəli vərəsəlik işinin açıldığı göstərilmişdir.
6. Tovuz RİHB Tovuz şəhəri İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli 4162 nömrəli arayışında göstərilmişdir ki, X3nın Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 68.5 kv.m ümumi, 49.1 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evində daimi qeydiyyatda heç kəs yoxdur. X3 xx.xx.2023-cü il tarixdə vəfat etdiyi günə qədər göstərilən ünvanda yaşamışdır.
7. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evi üzərində X3nın əvvəllər tanınmış hüququnun dövlət reyestrdə qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizənin icrası ilə bağlı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri apararkən müəyyən edilmişdir ki, fərdi yaşayış evi sökülmüş və onun yerində yeni fərdi yaşayış evi inşa edilmişdir. Yeni tikiliyə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.
8. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçının istifadəsi kimi göstərilən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun koordinatları təyin edilmişdir. Torpaq sahəsinin daxilində fərdi yaşayış evi mövcuddur. Elektron baza məlumatlarına (TEKUİS) əsasən həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqları, həyətyanı sahələr altında olan torpaqlar və mülkiyyət növü bələdiyyədir. 2) Həmin torpaq sahəsinin baza məlumatlarına əsasən başqa subyektin mülkiyyətində, istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı yoxdur. Rəyə əlavə edilmiş ortofoto görüntüdə iddiaçının faktiki istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 548 kv.m, torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin 144.5 kv.m təşkil etdiyi qeyd olunmuşdur.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-37/2- 2532/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan arxiv məlumatlarına əsasən X3nın vərəsəsi X14 etibarnamə üzrə nümayəndəsi X9 xx.xx.2025-ci il tarixdə müraciəti əsasında Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə dair X6 adına xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin müraciət tək çıxarış alınması üçün olduğuna görə qeyd edilən əmlak müayinə edilməmiş və müayinə baxışı aktı tərtib edilməmişdir. Qeyd edilən əmlak əvvəlki müraciətlər əsasında müayinə edilmiş, fərdi yaşayış evinin sökülərək yerində yeni fərdi yaşayış evinin tikilməsi aşkar edilmiş və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
10. X23 xidmət mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli 693 nömrəli məktubunda xx.xx.2023-cü il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində vəfat etmiş X5 miras qalmış əmlaka dair notariat ofisində xx.xx.2023-cü il tarixdə mərhumun qardaşı oğlu X14 müraciəti və təqdim edilmiş sənədlər əsasında V-313(2023) nömrəli vərəsəlik işinin açıldığı göstərilmişdir.
11. xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli **********37-10301 reyestr nömrəli çıxarışla Tovuz rayonu, Aşağı Öysüzlü kəndində bələdiyyə mülkiyyətində olan 0.0155 kv.m torpaq sahəsinə yerləşən 68.5 kv.m sahədən ibarət fərdi yaşayış evi X6 adına qeydə alınmışdır.
12. İddiaçının Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində X3nın mülkiyyət hüququnun dövlət reyestrdə qeydə alınmasına dair müraciəti cavabdeh orqanın xx.xx.2025-ci il tarixli məktubu ilə təmin edilməmiş və göstərilmişdir ki, ərizəyə hüquqların dövlət qeydiyyatı ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd əlavə olunmamışdır. II. Məhkəmədə icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisində xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum bacısı X8 məxsus olan 391,7 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə vəfat etmiş bacısı X6 varisidir. Mərhum bacısı ailə qurmadığından Tovuz rayonu, Aşağı Öysüzlü yaşayış ərazisində mülkiyyətində olan 1 mərtəbəli, 2 yaşayış sahəsindən ibarət fərdi yaşayış evində onun himayədarlığı altında tək yaşamış, mərhuma o baxmış, xx.xx.2023-cü il tarixdə vəfat edəndə dəfn etdirmiş, bütün yas və dəfn xərcləri onun tərəfindən qarşılanmışdır. Mərhum bacısının birinci növbə vərəsələri (ailəsi, uşaqları və sağ qalmış valideynləri olmadığından) o, bacısından miras qalmış daşınmaz əmlaka (torpağa və üzərində yerləşən fərdi yaşayış evinə) ikinci növbə vərəsəlik işi açdırmaq üçün X23 xidmət mərkəzi ofisinə ərizə ilə müraciət etmiş, ofis onun təqdim etdiyi sənədlər əsasında adına V-313(2023) nömrəli vərəsəlik işi açmış və ondan daşınmaz əmlaka dair çıxarış alınması tələb edilmişdir. O, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş v həmin İdarə tərəfindən xx.xx.2023-cü il tarixdə imtina verilmişdir. İmtina məktubunda səbəb kimi göstərirlər ki, ərizənin icrası ilə bağlı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri apararkən müəyyən edilmişdir ki, fərdi yaşayış evi sökülmüş və onun yerində yeni fərdi yaşayış evi inşa edilmişdir. Yeni tikiliyə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Hesab edir ki, qanunvericilikdə nəzərdə tutulan hüquqları pozulmuşdur. Belə ki, Tovuz rayonu, Aşağı Öysüzlü yaşayış ərazisində mərhum bacısına məxsus olan daşınmaz əmlaka dair arxiv sənədlərindən görünür ki, 391.7 ha torpaq sahəsindən ibarət olan ev iki otaq, bir aynabənddən ibarətdir. Həmin daşınmaz əmlaklar eyni bir yerdə və torpaq sahəsində yerləşir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.
16. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 391,7 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum bacısı X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
17. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 500 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum bacısı X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
19. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
20. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
21. Cavabdeh orqanın yerləşdiyi Touz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
22. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
24. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Tovuz rayonu Aşağı Öysüzlü bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
26. İddiaçı, onun vəkili və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxsin nümayəndəsi isə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
27. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evi üzərində X3nın əvvəllər tanınmış hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciət xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılarkən, fərdi yaşayış evi sökülmməsi müəyyən edilmiş və yeni yaşayış evi inşa edilmişdir. İddiaçı tərəfindən yeni inşa edilmiş yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci madəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Nəzərinizə çatdırırıq ki, İddiaçı X3na məxsus fərdi yaşayış evinin yeni inşa edilmiş tikliyə aid sənədlə birlikdə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı alınması üçün müraciət edə bilər.. İddiaçı konkret imtina edilməmiş və qanunverciliklə nəzərdə tutulmuş qaydada müraciət etdikdən sonra qeydiyyatın vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı verilməsi izah edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin qanunun 14.2-ci maddəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin qanunun 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
28. İddiaçı və vəkili X18 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişlər.
29. Cavabdehin nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.
30. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, X3nın digər vərəsəsi X14 müraciəti yalnız evə dair əvvəllər tanınmış hüquqa dair çıxarışın verilməsindən ibarət olduğu üçün həmin müraciət üzrə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə dair X6 adına çıxarış verilmişdir. Həmin evin altında yerləşən torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğu üçün həmin çıxarışda da torpaq sahəsinin mülkiyyət növü bələdiyyə kimi qeydə alınmışdır. İnzibati orqan öz praktikasında Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin tələblərini tətbiq etmir.
31. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
32. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2001-ci il tarixdə bağlanılmış müqavilə; - Tovuz rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 930 reyestr nömrəli, 782 inventar nömrəli qeydiyyat vəsiqəsi; - X6 adına may 2001-ci il tarixinə tərtib edilmiş texniki pasport; - Ölüm haqqında xx.xx.2023-cü il tarixli AZ-İİ 331830 nömrəli şəhadətnamə; - X23 xidmət mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 1397 nömrəli məktubu; - Tovuz RİHB Tovuz şəhəri İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli 4162 nömrəli arayışı; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu; - Mütəxəssis rəyi və ona əlavə edilmiş ortofoto görüntü; - ndə göstərilmişdir ki: - Məhkəmənin sorğusuna cabavdeh orqanın xx.xx.2025-ci il tarixli 3-21-3-37/2- 2532/2025 nömrəli cavab məktubu; - X23 xidmət mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli 693 nömrəli məktubu; - xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli **********37-10301 reyestr nömrəli çıxarış; - Cavabdeh orqanın xx.xx.2025-ci il tarixli imtina məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
33. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
34. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, X11 xx.xx.2001-ci il tarixdə bağlanılmış müqaviləyə əsasən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində 500 kv.m torpaq sahəsində yerləşən, 1978-ci ildə inşa edilmiş, ümumi sahəsi 68.5 kv.m, yaşayış sahəsi 49.1 kv.m, köməkçi sahəsi 19 kv.m olan iki otaqdan ibarət fərdi yaşayış evini X7 almışdır. Həmin fərdi yaşayış evi Tovuz rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 930 reyestr nömrəli, 782 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən X6 mülkiyyəti kimi qeydə alınmış və sonuncunun adına may 2001-ci il tarixinə texniki pasport tərtib edilərək, evin yerləşdiyi torpaq sahəsinin həcminin sənəd üzrə 500 kv.m, faktiki 546.8 kv.m olduğu göstərilmişdir.
35. X11 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və ölümündən sonra ondan miras qalmış əmlaka dair notariat ofisində xx.xx.2023-cü il tarixdə mərhumun qardaşı İddiaçı müraciəti və təqdim edilmiş sənədlər əsasında V-313(2023) nömrəli vərəsəlik işinin açılmışdır.
36. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evi üzərində X3nın əvvəllər tanınmış hüququnun dövlət reyestrdə qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizənin icrası ilə bağlı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri apararkən müəyyən edilmişdir ki, fərdi yaşayış evi sökülmüş və onun yerində yeni fərdi yaşayış evi inşa edilmişdir. Yeni tikiliyə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.
37. İddiaçı məhkəmə icraatı gedişində iddia tələbini dəyişərək, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 500 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum bacısı X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edərək, həmin məzmunlu tələblə inzibati orqana müraciət etmiş və cavabdeh orqanın xx.xx.2025-ci il tarixli məktubu ilə ərizəyə hüquqların dövlət qeydiyyatı ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd əlavə olunmadığı üçün ərizəsinin icrasından imtina edilmişdir.
38. Məhkəmə cavabdeh orqanın iddiaçıya Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 500 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum bacısı X8 məxsus olması barədə arayışın verilməsindən imtina barədə hərəkətlərini qanunsuz və əsassız sayır.
39. Belə ki, X2 fərdi yaşayış evini xx.xx.2001-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında əldə etdiyi üçün həmin əqd bağlanan zaman qüvvədə olan torpaq qanunvericiliyinin normalarına əsasən evin yerləşdiyi 500 kv.m torpaq sahəsi də əqdin bağlandığı andan onun mülkiyyətinə keçmişdir.
40. X11 mülkiyyət hüququ əldə etdiyi torpaq sahəsini öz adına qeydə aldırmadan vəfat etdiyi üçün onun vərəsəsi olan qardaşı İddiaçı sözügedən torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsini tələb etməkdə haqlıdır.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
42. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə: Maddə 84.1. Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Maddə 88. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb) (Həmin maddənin xx.xx.2001-ci il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası). Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 13662İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir: Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a (2 nömrəli Əlavə) görə: X26 müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Bənd 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
45. Göründüyü kimi, cavabdeh orqanın Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından iddiaçının ərizəsinin təmin edilməsindən imtinası üçün əsaslar mövcud olmamışdır.
46. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
47. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Nəticəvi hissə:
49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 500 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum bacısı X8 məxsus olması barədə İddiaçı arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva