Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3998/2024 20.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinə qarşı yaşayış və qeyri-yaşayış obyektərinin vahid pəncərədən sənədləşdirilməsi ilə bağlı “razılıq” məktubunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinə qarşı şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidenti təqaüdünün verilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o erməni təcavüzü ilə əlaqədar Ağdam rayonu İlxıçı kəndindən məcburi köçkün olaraq müvəqqəti Bərdə şəhəri 105-nömrəli peşə məktəbində məskunlaşmış və uzun müddət həmin ünvanda yaşamışdır. Cənab Prezdentin tapşırığına uyğun olaraq Bərdə şəhərində 588-yerlik Köçkün şəhərciyi salınıb, ona və ailə üzvlərinə ev verilmişdir. O yaşadığı köçkün şəhərciyində 320 kv iaşə və bizneslə məşğul olmaq üçün torpaq sahəsi ayrılmış və orada Köçkünlərin Dövlət proqramın uyğun olaraq Dərzi sexi, gözəllik salonu, məişət avadanlığını satışı mağazası tikmiş və hazırdada fəaliyyət göstərir. Qaçqın və X3 üzrə Dövlət Komitəsindən Sahibkarlıq fəaliyyəti üçün yaşadığı ərazidə 320-kv torpaq sahəsi almış ərazidə müxtəlif iaşə obyektləri tikərək xidməti göstərmişdir. Cənab Prezidentin yaşayış və qeyri-yaşayış obyektlərin vahid pəncərədən sənədləşdirilməsi ilə bağlı verdiyi fərmana uyğun olaraq həmin ərazidə olan qeyri yaşayış obyektinin sənədləşdirilməsi zərurəti yaranmışdır. Cənab Prezidentin fərmanına uyğun olaraq FHN-nin Yevlax rayon Regional Şöbəsində sənədləri təqdim etmiş, ona həmin qərargahdan bildirilmişdir ki, sənədləri qaydasındadır, ancaq sahibkarlıq məqsədi ilə inşa etdiyi Tikiliyə "Qaçqın və X3 üzrə Dövlət Komitəsindən sənədləşdirmək üçün "RAZİLİQ" məktubu tələb olunur. O, Qaçqın və X3 üzrə Dövlət Komitəsinin rəhbərinə ərizə ilə müraciət edərək tikdirdiyi qeyri yaşayış sahəsi olan iaşə obyeklərini vahid portaldan sənədləşdirilməsi üçün ona RAZİLİQ məktubu verilməsini xahiş etmişdir. Komitənin Mənzil İstismar Departamentindən ona cavab olaraq bildirmişdilər ki, ərizəyə komitədə baxılmış Məcburi Köçkünlərə müvəqqəti məskunlaşması məqsədi ilə salınmış qəsəbədə onlara verilmiş obyekt və torpaq sahələri icarə müqaviləsi əsasında verildiyi üçün müraciətini müsbət həlli imkan xaricindədir. O. həmin kəktubu inzibati orqanın imtinası kimi qəbul etmiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə şifahi məhkəmə hazırlıq icraatı iclası 20 noyabr 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçı gəlməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. (Azərbaycan Respublikasının İPM-nin 62.3cü maddəsi) Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında izahat verərərək, iddia tələbinin əsassız olduğunu bildirmiş və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edir: -iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surəti; -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surəti; -iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 081446 nömrəli lisenziyanın surəti; -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AA 418202 nömrəli məcburi köçkün vəsiqəsinin surəti; -iş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyətinin başçısının aparatı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-32/2/321 nömrəli məktubdan görünür ki, Bərdə rayon İcra Hakimiyyəti tərəfindən Bərdə şəhərində məcburi köçkünlərin yaşadığı şəhərcikdə İddiaçı adına heç bir iaşə və bizneslə məşğul olmaq üçün obyektlər istismara qəbul edilməmişdir; -iş materiallarına əlavə edilmiş Yevlax rayon X4 Hissəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-18-312/2-523/2024 nömrəli məktubdan görünür ki, İddiaçı Yevlax rayon X4 Hissəsinə heç bir müracət etməmişdir. -iş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-36-5/2- 57/2024 nömrəli etirazda bildirilmişdir ki, İddiaçı ilə Komitənin Mənzil İstismar Departamenti arasında bağlanılmış müqavilənin hüquqi mənasından aydın görünür ki, icarəyə verilmiş torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı tərəflərin har hansı bir hüququ yoxdur. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının məqsədi yaşadığı köçkün şəhərciyində 320 kv iaşə və bizneslə məşğul olmaq üçün torpaq sahəsi ayrılmış və orada Köçkünlərin Dövlət proqramın uyğun olaraq inşa etmiş olduğu iaşə obyetlərin sənədləşdirilməsidir. Lakin iş maretiallarını araşdıran zaman müəyyən edilmişdir ki, iddia tərəfindən tikilmiş iaşə obyetləri istismara qəbul edilməmişlər. Bundan əlavə qeyd etmək lazımdır ki, inşa edilmiş qeyri yaşayış sahələrinin özəlləşməsi Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8-ci maddəsi ilə tənzimlənir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinə qarşı yaşayış və qeyri-yaşayış obyektərinin vahid pəncərədən sənədləşdirilməsi ilə bağlı “razılıq” məktubunun verilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinə qarşı yaşayış və qeyri-yaşayış obyektərinin vahid pəncərədən sənədləşdirilməsi ilə bağlı “razılıq” məktubunun verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-3998/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3998/2024
20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver