Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4/2025 02.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsi) qarşı Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə satılmış və Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun mərhum X16 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən
1. İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1984-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami küçəsi, ev 27, mənzil 10 ünvanda yaşayır.
2. X16 ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş yerquruluşu planından çıxarış DT və XK-nin Daşkəsən rayon şöbəsinin müdiri tərəfindən razılaşdırılmış, bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir.
3. Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə iddiaçıya həyətyanı məqsədi ilə 0,04 hektar torpaq sahəsi satılmışdır (2-ci bəndi).
4. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin arayışına əsasən Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı iclas protokoluna əsasən fərdi yaşayış evi tikintisi üçün X4 torpaq sahəsi Daşkəsən-Gədəbəy dağlıq zonasına aiddir. Həmin torpaq sahəsi Daşkəsən rayonunun İİ qiymət zonasında olmaqla, cəmi 0,04 hektar və normativ qiyməti 26,40 manat olmaqla torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir.
5. X19 tərəfindən 26,40 manat haqq X20 rayon filialının **********0 saylı hesabına ödənildikdən sonra Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin nümayəndəsi X7, torpaq alan X19 və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri X13 iştirakı ilə xx.xx.2007-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. X26 və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsində xx.xx.2007-ci il tarixdə 1848 nömrə ilə qeydiyyata alınmışdır.
6. İddiaçının anası X15 istifadəsində olan torpaq sahəsinə dair təqdim edilmiş torpaq ayırma sənədlərinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsində baxılmışdır. Ayrılmış torpaq sahəsinin istifadə vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı Qərarına əsasən fərdi yaşayış evi tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsi X15 istifadəsində olmaqla Daşkəsən rayonun İİ qiymət zonasında yerləşir. Ona görə də, X15 istifadəsində olan torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” 1 saylı nümunənin hazırlanmasına etiraz etməmişdir.
7. X16 Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarına əsasən fərdi yaşayış evi tikmək üçün ayrılmış 400 kv.m torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixdə X22 kitabında TŞ-1840 nömrə ilə uçota alınmış A№377874 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Torpaq sahəsinin kadastr göstəricilərinə əsasən torpaq sahəsinin faktiki ölçüsü 393,96 kv.m; torpaq sahəsinin zonası 2; normativ qiyməti 26 azn-dir. Əsas döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir:
Döngə Koordinatları Döngə nöqtələri arasındakı məsafə nöqtəsi X Y Nöqtələr Məsafə (metrlə) 1 587858.04 4478120.93 1-2 24,49 2 587872.88 4478101.45 2-3 18,94 3 587855.13 4478094.84 3-4 21,34 4 587844.11 4478113.11 4-1 15,98
8. Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 67 nömrəli sərəncamı ilə X16 Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə satılmış və mülkiyyətində olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
9. X19 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 899 nömrə ilə qeyd aparılmışdır.
10. Sonuncunun vəfatından sonra iddiaçı Gəncə şəhəri 2 saylı notariat kontoruna müraciət edərək anasının vəfatından sonra onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin sonradan torpaq sahəsinə dair çıxarış olmadığı müəyyən edilmişdir. Ona görə Gəncə şəhəri 2 saylı xüsusi notariusu tərəfindən xx.xx.2018-ci il tarixli, 199 nömrəli məktubla cavabdehə müraciət edilərək mərhumun adına çıxarış verilməsi xahiş edilmişdir.
11. İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının hüquqların qeydə alınması ilə bağlı xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir.
12. Cavabdeh iddiaçı tərəfə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********78 nömrəli məktubda bildirmişdir ki, aparılan araşdırma zamanı, Ərazi İdarəsinin kadastr məlumat bazasına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı əraziyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
13. İddiaçı daha sonra köməklik göstərilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə xx.xx.2020-ci il tarixdə İN-D/O-N-348/2020 nömrəli ərizə ilə müraciət etmişdir.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi xx.xx.2020-ci il tarixli, **********53 nömrəli məktubunda bildirmişdir ki, araşdırma nəticəsində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli, A№377874 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən Daşkəsən rayonun Xoşbulaq kəndi ərazisindəki fərdi yaşayış evinin yerləşdiyi 0,04 ha torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin ehtiyat fondu kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Qanunun 7-ci maddəsinə əsasən bələdiyyənin - ehtiyat fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12.5-ci maddəsinə əsasən bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldıra bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəšinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
Məhkəmə prosesi:
İddiaçının tələbi
15. İddiaçı cavabdehə qarşı “ünvan 3i ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeydiyyata alınma barədə çıxarışın verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.
16. İddia ərizəsi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-215/2021 nömrəli (hakim U.Osmanov) qərarı ilə iddia rədd edilmişdir.
18. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(104)-489/2021 nömrəli qərardadı ilə qismən təmin edilmiş, inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
19. İş yenidən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
20. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən “ünvan 3i ünvanında yerləşən fərdi yaşayış evinə mərhum X15 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın (və ya hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.
21. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “ünvan 3ində yerləşən AN№377874 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında torpaq sahəsinin mərhum X16 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunması xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.
22. İddiaçı sonuncu dəfə xx.xx.2025-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə satılmış və Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun mərhum X16 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.
24. 23.04.2025-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək əvvəlki çıxışları əsas götürülərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.
Cavabdehin dəlilləri:
25. Cavabdeh iddiaya dair təqdim etdiyi xx.xx.2020-ci il tarixli, **********64 nömrəli etirazında imtina əsaslarını təkrarlayaraq iddianın təmin olunmamasını xahiş etmişdir.
26. Cavabdeh xx.xx.2021-ci il tarxili, **********28 nömrəli etirazında da əvvəlki mövqeyini bildirmişdir.
27. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz və imtina əsaslarını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
Üçüncü şəxsin dəlilləri:
28. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(114)-2083/2021 nömrəli qərardadı ilə Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
29. Üçüncü şəxsin ünvanına göndərilmiş məhkəmə bildirişləri müvafiq poçt xidməti orqanı tərəfindən “bələdiyyə işləmir” qeydi ilə geri qaytarılmışdır.
30. Üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi)
Məhkəmə araşdırması zamanı əldə edilmiş sənədlərə əsasən:
31. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyi verilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir.
32. Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********73 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur ki, Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin xx.xx.2007ci il tarixli 10 saylı qərarı ilə X4, A№377874 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən torpaq sahəsi, mövcud elektron xəritə materiallarına istinadən, dövlət mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, yay otlaq sahəsidir. 2. A№377874 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən torpaq sahəsinin yerləşdiyi ərazinin kateqoriyasının və mənsubiyyətinin dəyişdirilibdəyişdirilməməsi barədə 3 saylı Gəncə Ərazi İdarəsində rəsmi məlumat mövcud deyildir. 3.İddiaçının etibarnaməli nümayəndəsinin təqdim etdiyi faktiki istifadə sahəsinin, koordinatları ilə AN377874 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Faktiki istifadə edilən torpaq sahəsi, fərdi yaşayış evinin altında olan hissə də daxil olmaqla 467.0 kv.m təşkil edir. Faktiki istifadə sahəsinin 416.0 kv.m hisəsi, xx.xx.2020-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən Bələdiyyə mülkiyyətində olan Ehtiyyat fond torpaqları kateqoriyasına aiddir. Faktiki istifadə sahəsinin 51.0 kv.m hisəsi isə mövcud elektron xəritə materiallarına əsasən dövlət mülkiyyətində olan, kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş ərazidə yerləşir. 4. Torpaq sahəsi üzərindən hava elektrik ötürücü xətti, qaz kəməri və digər kommunikasiya xətləri müşahidə olunmadı. Sözügedən torpaq sahəsinin kommunikasiya xətlərinin, çayların, göllərin və sənaye, nəqliyyat rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşüb-düşməməsi barədə münasibət bildirilməsi səlahiyyətlərinə aid deyildir.
İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları:
Döngə Döngə Döngə nöqtələri nöqtələrinin nöqtələrinin koordinatları koordinatları (Y) (X)
1. 587821.38 4478144.16
2. 587840.57 4478118.29
3. 587816.99 4478114.75
4. 587808.43 4478132.91
33. İş üzrə keçirilmiş xx.xx.2022-cü il tarixli, 10/7465 nömrəli ekspert rəyi də mütəxəssis rəyi əsasında tərtib edilmişdir.
34. Məhkəmə iclasında iştirak etmiş rəy vermiş mütəxəssis sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi plan və ölçü sənədində əks olunan torpaq sahələri başqa yerlərdədir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi çayın yaxınlığındadır. Həmin ərazilər yaylaq ərazisi olduğu üçün çayın və digər su hövzələrinin mühafizə zolağı xəritə məlumatlarında əks olunmamışdır.
35. Məhkəmə sorğusu əsasında cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 6333/2023 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki, Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə X5 500 kv.m həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair sonuncunun xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə, ********* nömrə ilə, həmin qərarla X1 300 kv.m həyətyanı torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
36. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X12 Xidməti xx.xx.2025-ci il tarixli, 3-53-1/2-923/2025 nömrəli məktubunda bildirmişdir ki, müraciətdə qeyd olunan ərazinin 2-ci nöqtəsi uzunluğu 6.6 km olan Dəliqoşqarçay çayından 55.0 metr məsafədə, 3-cü nöqtəsi isə 53.0 metr məsafədə yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları"nın 8-ci bəndinə əsasən, uzunluğu 10 km-dək olan çayların mühafizə zonası 50 metr təşkil edir. Qeyd olunanları nəzərə alaraq müraciətdə göstərilən ərazi Dəliqoşqarçay çayının su mühafizə zonasından kənarda yerləşir.
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunanlara əsasən iddianı əsaslı hesab edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər.. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. İşin hallarından görünür ki, Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə bələdiyyənin torpağından 0,04 ha torpaq sahəsi iddiaçının mərhum anasına fərdi yaşayış evi tikmək məqsədilə satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı bələdiyyənin hesabına ödəniş edilmiş, eləcə də alqı-satqı aktı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsində qeydiyyata alınmışdır. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarıla satılmış torpaq sahəsinin iddiaçının anasına məxsus olmasına dair arayışın verilməsindən ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı tərəfindən təqdim edilən Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən sənədlərə aiddir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının əsaslandığı bələdiyyə qərarı geri çağırılmamış, ləğv edilməmiş, hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, hazırkı halda da hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, iddia olunan torpaq sahəsi iddiaçının mülkiyyətinə qanuni əsaslarla verildiyindən, yuxarıda istinad edilən normalara əsasən o, həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının anası ilə eyni statusda olan şəxslərə münasibətdə Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır (qərarın 37-ci bəndində qeyd olunmuş şəxslər) Belə olan halda, məhkəmə hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən və eyni hüquqmüəyyənedici sənədlərə sahib olan şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitusion norma və prinsipin mahiyyətinə ziddir. Bununla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Normanın məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında çıxarış deyil, arayış verilir. Başqa sözlə, ilk növbədə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı alınmalı, həmin arayış əsasında vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli, yalnız bundan sonra həmin sənədlər əsasında daşınmaz əmlaka hüquqlar vərəsənin (və ya vərəsələrin) adına qeydə alınmalı və müvafiq çıxarışı verilməlidir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə həmin torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədindəki koordinatlar uyğunsuzluq təşkil edir. İşdəki mütəxəssis rəyinə əsasən iddiaçının faktiki istifadə sahəsinin, koordinatları ilə AN377874 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən torpaq sahəsinin koordinatları üst-üstə düşmür, faktiki istifadə edilən 467 kv.m torpaq sahəsinin 416.0 kv.m hissəsi, xx.xx.2020-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən Bələdiyyə mülkiyyətində olan Ehtiyyat fond torpaqları kateqoriyasına aiddir. Faktiki istifadə sahəsinin 51.0 kv.m hisəsi isə mövcud elektron xəritə materiallarına əsasən dövlət mülkiyyətində olan, kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş ərazidə yerləşir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması aşağıdakı tələblərə riayət edilməklə həyata keçirilsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdehin vəzifələrinə aid edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının faktiki istifadəsində uzun müddət torpaq sahəsinin olmasını, həmin torpaq sahəsinin qüvvədə olan bələdiyyə qərarı ilə ayrılmasını nəzərə almaqla, faktiki uyğunsuzluğun aradan qaldırılmasında “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının tətbiq edilməli və faktiki istifadəyə uyğun torpaq sahəsinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə satılmış və Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun mərhum X16 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat ekspertiza xərci “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X9, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zəfər Quliyev