Məhkəmə qərarları › İş №2-1(114)-40/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-40/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-40/2024 19.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “2016-cı ilin iyun ayının 1-ə olan vəziyyətə pensiya məbləğinin 390,81 manat, xx.xx.2022-ci il tarixdən 868,68 manat həcmində hesablanması, pensiyanın xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə ödənilməli məbləğinə nisbətən az ödənilmiş 12417,94 manat məbləğində pulun ödənilməsi və xx.xx.2022-ci il tarixdən təyin edilmiş 868,68 manat nəzərə alınmaqla pensiya məbləğinin qərar icra olunduğu günədək ödənilməli hissəsinin tam şəkildə öənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1953-cü il tarixdə Kəlbəcər rayonun Əlibayramlı kəndində anadan olmuş, hazırda Kəlbəcər rayonu, Mollabayramlı kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Xasabağ kəndində yaşayır. DSMF Göygöl rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 19a nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyini zamanı xx.xx.2006-cı il tarixədək 28 il 08 ay 15 gün (təhsil aldığı müddəti nəzərə alınmamışdır), xx.xx.2006-cı il tarixdən sonra 9 il 11 ay olmaqla, faktiki 38 il 07 ay 15 gün staj hesablanmışdır. Əmək pensiyasının baza hissəsi 110,00 manat, sığorta hissəsi 65,30 manat, yığım hissəsi 60,53 manat olmaqla, cəmi 235,83 manat məbləğində pensiya təyin edilmişdir. Daha sonra dəyişikliklər edilərək xx.xx.2016-cı il tarixdən pensiya məbləği 110 manat, baza hissə sığorta hissəsi 66,82 manat, yığım hissə 66,77 manat olmaqla, 243,59 manat pensiya hesablanmışdır. DSMF Göygöl rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 724 nömrəli arayışına əsasən iddiaçıya pensiya təyin edilən zaman fərdi hesabın sığorta hissəsində 9.131,98 manat, DSMF Kəlbəcər rayon şöbəsinin xx.xx.2016-cı il tarixli arayışına əsasən 481,73 manat pensiya kapitalı vardı. Hər iki arayışda 2015-ci ilin illik indeksləşmə əmsalının nəzərə alındığı qeyd edilmişdir. Pensiya uçotu vərəqindən görünür ki, xx.xx.2017-ci il tarixdən baza hissə 110,00 manat, sığorta hissə 75,11 manat, yığım hissə 75,05 manat olmaqla 260,16 manat, xx.xx.2018-cı ildə 274,99 (artıq ancaq sığorta hissə) manat, xx.xx.2019-cu il tarixdən 283,24 manat, xx.xx.2020-ci il tarixdən 330.25 manat məbləğində pensiya məbləği hesablanmışdır. Daha sonra iddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı xx.xx.2020-ci il tarixli müraciətinə əsasən xx.xx.2006-cı il tarixədək təhsil müddəti daxil olmaqla 33 il 02 ay 18 gün sığorta stajı əsasında xx.xx.2017-ci il tarixdən 269,98 manat, xx.xx.2018-ci il tarixdən 285,36 manat, xx.xx.2019-cu il tarixdən 293,93 manat, xx.xx.2020-ci il tarixdən 342,72 manat təyin edilmişdir. Sosial arayışa əsasən iddiaçıya Kəlbəcər rayon Təhsil şöbəsi tərəfindən 2006-cı il üzrə 499,34 manat, Göygöl rayon Təhsil şöbəsi tərəfindən 2006-cı il üzrə 642,6 manat, 2007-ci il üzrə 927,52 manat, 2008-ci il üzrə 1230,11 manat, 2009-cu il üzrə 1388,57 manat, 2010-cu il üzrə 1433,3 manat, 2011-ci il üzrə 1526,97 manat, 2012-ci il üzrə 1546,76 manat, 2013-cü il 1677,19 manat, 2014-cü il üzrə 1813,67 manat, 2015-ci il üzrə 1840,88 manat, 2016-cı il üzrə 2005,2 manat, Gəncə-Daşkəsən regional təhsil idarəsi tərəfindən 2022-ci ilin aprel-iyun ayları üzrə 425,64 manat, 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 2017-ci il üzrə 2.561,85 manat, 2018-ci il üzrə 2.653,54 manat, 2019-cu il üzrə 2417,59 manat, 2020-ci il üzrə 2794,33 manat, 2021-ci il üzrə 2245,33 manat, 2022-ci ilin yanvar-iyun ayları üzrə 635 manat hesablanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə elektron formada pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmişdir. X1 Sisteminin “X7” alt sistemində olan məlumata əsasən iddiaçının əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, ********** nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixə qeydə alınmış 14.842,78 manat pensiya kapitalı əsasında Qanunun 37.3.1-ci maddəsini əsas götürməklə iddiaçıya təyin edilmiş pensiya məbləği 394,77 manatdan 575,78 manata artırılmış, pensiyanın yenidən hesablandığı və ödəniş tarixi xx.xx.2022-ci il qeyd olunmuş, 271,52 manat məbləğində əksik vermə müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixində işdən azad olunduğunu bildirərək, onun nəzərə alınmamış pensiya kapitalının yenidən hesablanmasını xahiş etmişdir İnzibati icraat zamanı müəyyən edilmişdir ki, iddiaçının 2016-cı ilin iyun ayından 2022-ci ilin iyul ayınadək 15.368,84 manat məbləğində pensiya kapitalı fərdi hesabının sığorta hissənində qeydə alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixə qeydə alınmış 15.368,84 manat pensiya kapitalı əsasında Qanunun 37.3.1-ci maddəsini əsas götürməklə iddiaçıya təyin edilmiş pensiya məbləği 575,78 manatdan 582,19 manata artırılmış, pensiyanın yenidən hesablandığı və ödəniş tarixi xx.xx.2022-ci il qeyd olunmuş, 22,86 manat əksikvermə müəyyən edilmişdir. Cavabdeh iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirmişdir ki, işləməyən əmək pensiyaçı kateqoriyasına keçdiyi üçün pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 582,19 manat müəyyən edilmişdir. Keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilərək ödəniləcəkdir. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş, müraciətə aidiyyəti üzrə cavabdeh tərəfindən baxılmışdır. İddiaçı müraciətində bildirmişdir ki, 2016-cı ilin iyun ayının 1-dən əmək pensiyasına çıxmış, təqaüdə çıxandan sonra səhhəti imkan verdiyinə və iş yerində fərqləndiyinə görə onunla əmək müqaviləsinə xitam verilməmiş və 2022-ci ilin iyun ayının 14-dək əmək müqaviləsi üzrə işləmiş və illər üzrə müvafiq olaraq 2016-cı ilin 6 ayı 1185,55, 2017 ci il 2561,85, 2018-ci il 2653,54, 2019-cu il 2410,90, 2020-ci il 2688,21, 2021-ci il 2329,68, 2022-ci ilin 6 ay 14 günü 1089,14 manat cəmi 14.918,87 manat əlavə sosial sığorta haqqı yığılmışdır. 2006-2016-cı illər üzrə yığılmış pensiya kapitalı indeksləşdirilməsinə baxmayaraq əmək müqaviləsinə xitam verdikdən sonra, yəni 2016-cı ilin iyun ayının 1-dən 2022-ci ilin iyun ayının 14-dək olan müddətdə yığılmış pensiya kapitalı indeksləşdirilmədiyindən düzgün hesablanmayaraq təxminən aylıq 28 manat az hesablanmışdır. Belə ki, əmək pensiyaları haqqında qanunun 29-1.1 maddəsinə əsasən Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Yuxarıda qeyd edilənlərə əsasən əmək pensiyasının düzgün hesablanması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda bildirmişdir ki, təqdim edilən sənədlərə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1972-ci il tarixindən xx.xx.1976-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla 33 il 2 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 11.761,92 manat pensiya kapitalı və Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 15.364,84 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 582,19 manat müəyyən edilmişdir. "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardım (İ, İİ və İlİ rüb üzrə) pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi, xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək pensiya məbləğinin xx.xx.2022-ci il tarixdən 633,40 manat məbləğində hesablanmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin iyun ayının 1-dən əmək pensiyasına çıxmasına baxmayaraq əmək fəaliyyətini xx.xx.2022-ci il tarixədək davam etdirmişdir. Həmin illər ərzində topladığı pensiya kapitalının ümumi məbləği 14.918,61 manat olmuşdur. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən əmək pensiyasına çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirilmiş illər üzrə yığılmış pensiya Kapitalı da əlavə olunmaqla əmək pensiyası yenidən hesablanır. Cavabdeh orqan tərəfindən 14.918,61 manat pensiya kapitalına görə əlavə hesablanma 187,42 manat olmaqla cəmi pensiya məbləği 582,19 manat müəyyən edilmişdir. Halbuki cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncama uyğun olaraq illər üzrə pensiya kapitalının üzərinə əlavə edilməli olan infilyasiya faizi düzgün hesablanmamışdır. Belə ki, 2016-cı ilin iyun ayının 1-dən xx.xx.2016-cı il tarixdək iddiaçı tərəfindən ödənilmiş pensiya kapitalı 1185,55 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi kimi rəsmi məlumata əsasən 12,4% olmuşdur. Yəni 2016-cı il üzrə pensiya kapitalı 1332,56 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2017-ci ildə ödədiyi pensiya kapitalının məbləği 2.561,85 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 12,9% olmuşdur. Yəni 2016-2017-cı il üzrə pensiya kapitalı riyazi dillə deyilsə mürəkkəb faiz artımı kimi hesablanmaqla 4396,79 manat kimi nəzərə alınmalı idi. Misal: 1332,56 + 2561,85+12,9%)=4396,79 Bu zamanda, 2018-ci ildə ödədiyi pensiya kapitalının məbləği 2653,54 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 2,3% olmuşdur. Yəni 2016-2018-cı il üzrə pensiya kapitalı 7212,49 manat kimi nəzərə alınmalı idi. Bu zamanda, 2019-ci ildə ödədiyi pensiya kapitalının məbləği 2417,59 manat oİmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata sasən 2,6% olmuşdur. Yəni 2016-2019-cı il üzrə pensiya kapitalı 9880,46 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2020-ci ildə ödədiyi pensiya kapitalının məbləği 2794,35 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata sasən 2,8% olmuşdur. Yəni 2016-2020-ci il üzrə pensiya kapitalı 13.029,70 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2021-ci ildə ödədiyi pensiya kapitalının məbləği 2245,38 manat İmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 6,7% olmuşdur. Yəni 2021-cı il üzrə pensiya kapitalı 16298,51 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2022-ci ildə ödədiyi pensiya kapitalının məbləği 1089,14 manat İmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata sasən 12,5% olmuşdur. Yəni 2016-2022-cı il üzrə pensiya kapitalı 19561,11 manat kim nəzərə alınmalı idi. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində hesablanmış pensiya kapitalının məbləği cavabdeh tərəfindən 4196,27 manat az hesablanmışdır ki, bu da pensiyanın hər ay 51,19 manat az hesablanması deməkdir. Cavabdeh orqan tərəfindən 15364,84 manat ödənilmiş sığorta kapitalına hesblanmış əlavə pensiya məbləği 187,42 manat təşkil edirsə, 19561,11 manat pensiya kapitalına görə əlavə hesablanmalı pensiya məbləği 238,60 manat olmalıdır. xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi “İddia tələbinin dəqiqləşdirilməsinə və həcminin artırılmasına dair” ərizəsində iddiaçı qeyd etmişdir ki, iddiaçı 1972-ci il tarixdə hazırkı Gəncə Dövlət Universitetinin əyani şöbəsinə daxil olmuşdur. 1976-cı ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1976-cı ilin sentyabr ayının 1-dən əmək fəaliyyətinə başlamışdır. 2006-cı ilin yanvar ayının 1- dək iddiaçının əmək stajı 33 il 2 ay olmuşdur. 2016-cı ilin iyun ayının 1-də, yəni iddiaçı pensiyaya çıxdığı gün qüvvədə olan əmək pensiyaları haqqında qanunun tələblərinə əsasən iddiaçıya pensiya hesablanmalıdır. İddiaçıya hesablanmış pensiya məbləği əslində qanunun 10-cu maddəsindəki kimi nəzərə alınmalı idi. Lakin cavabdeh tərəfindən hansı qanunvericiliyə istinad edilməsi anlaşılan deyil. Necə deyərlər cavabdeh iddiaçıya pensiya məbləği qanuni və qanunsuz olması maraqlandırmadan öz mülahizəsinə uyğun pensiya hesablamışdır. İddiaçının 2006-cı ilin yanvar ayının 1-dək olan pensiya kapitalı ümumilikdə 5638,33 manat, 2006-cı ilin yanvar ayının 1-dən 2016-c1 ilin iyun ayının 1-dək yığılmış pensiya kapitalı indeksləşdirilmədən 15388,56 manat (o cümlədən 2006-cı il üzrə 1141,94 manat, 2007-c1 il üzrə 927,52 mant, 2008-ci il üzrə 1230,11 manat, 2009-cu il üzrə 1388,57 manat, 2010-cu il üzrə 1433,3 manat, 2011-ci il üzrə 1526,97 manat, 2012-ci il üzrə 1546,76 manat, 2013-cü il üzrə 1677,19 manat, 2014- cü il üzrə 1813,67 manat, 2015-ci il üzrə 1840,88 manat, 2016 yanvar-may 829,24 manat) olmuşdur. Lakin cavabdeh bunu 7678,05 manat (o cümlədən 2006-cı il üzrə 570,97 manat, 2007-c1 il üzrə 463,76 mant, 2008-ci il üzrə 615,55 manat, 2009-cu il üzrə 691,82 manat, 2010-cu il üzrə 716,65 manat, 2011-ci il üzrə 763,485 manat, 2012-ci il üzrə 773,38 manat, 2013-cü il üzrə 841,06 manat, 2014-cü il üzrə 903,54 manat, 2015-ci il üzrə 923,735 manat, 2016 yanvar-may 414,60 manat) olmuşdur. Qeyd edilənlərdən də aydın görsənir ki, iddiaçının ödədiyi sosial sığorta haqqı (2006-2016-cı illər üzrə) pensiya hesablanarkən heç bir əsas olmadan 2 dəfə az hesablanmışdır. Hesab edirik ki, cavabdeh tərəfindən pensiya kapitalı məbləği 2 az nəzərə alındığına görə 2016-cı ilin iyun ayının 1-dən iddiaçının pensiya məbləği 243,38 manat deyil 381,76 manat həcmində hesablanmalı idi. Eyni zamanda, 2022-ci ilin iyun ayının 14-dən pensiya məbləği yenidən hesablanarkən iddiaçının ödədiyi sosial sığorta haqqının məbləği (xx.xx.2016-xx.xx.2022-ci illər arası) Azərbaycan Respublikası Prezidentinin Əmək Pensiyalarının indeksləşdirilməsi haqında xx.xx.2021-ci il tarixli sərəncamının 1.2- ci bəndinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, həmin sərəncamın 1.2-ci bəndində qeyd edilir ki, bütün növ əmək pensiyalarının sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. Məhkəməyə təqdim edilən ilkin iddia ərizəsində illər üzrə istehlak qiymətlərinin indeksinin illik faiz dərəcələri texniki olaraq düzgün hesablanmamışdır. Belə ki, hər hansı bir il üzrə yığılmış pensiya kapitalının üzərinə ondan əvvəlki ilin istehlak qiymətləri fazizi əlavə edilməlidir. Lakin eyni ilin indeksləşdirilməsi kimi hesablanmışdır. Ona görə də hesablanma aşağıdakı düsturla və ardıcıllıqla aparılmalıdır. Belə ki, 2016-cı ilin iyun ayının 1-dən xx.xx.2016-cı il tarixdək tərəfimdən ödənilmiş pensiya kapitalı 1185,55 manat olmuşdur. 2016-cı ildən əvvəlki il üzrə, yəni 2015-ci il üzrə istehlak qiymətləri indeksi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 4% olmuşdur. Yəni 2016-cı il üzrə pensiya kapitalı 1232,97 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2017-ci ildə ödədiyim pensiya kapitalının məbləği 2561,85 manat olmuşdur. Əvvəlki il üzrə, yəni 2016-cı il üzrə istehlak qiymətləri indeksi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 11,4% olmuşdur. Yəni 2016-2017-cı il üzrə pensiya kapitalı riyazi dillə desək mürəkkəb faiz artımı kimi hesablanmaqla 4265,38 manat kimi nəzərə alınmalı idi. Misal: (1232,97+ 2561,85+11,4%)=4265,38. Eyni zamanda, 2018-ci ildə ödədiyim pensiya kapitalının məbləği 2653,54 manat olmuşdur. Əvvəlki il üzrə, yəni 2017-c1 il üzrə istehlak qiymətləri indeksi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 12,9% olmuşdur. Yəni 2016- 2018-cı il üzrə pensiya kapitalı 7811,46 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2019-ci ildə ödədiyim pensiya kapitalının məbləği 2417,59 manat olmuşdur. Əvvəlki il üzrə, yəni 2018-cı il üzrə istehlak qiymətləri indeksi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 2,3% olmuşdur. Yəni 2016- 2019-cı il üzrə pensiya kapitalı 10464,32 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2020-ci ildə ödədiyim pensiya kapitalının məbləği 2794,35 manat olmuşdur. Əvvəlki il üzrə, yəni 2019-c1 il üzrə istehlak qiymətləri indeksi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 2,6% olmuşdur. Yəni 2016- 2020-ci il üzrə pensiya kapitalı 13603,39 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2021-ci ildə ödədiyim pensiya kapitalının məbləği 2245,38 manat olmuşdur. Əvvəlki il üzrə, yəni 2020-c1 il üzrə istehlak qiymətləri indeksi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 2,8% olmuşdur. Yəni 2016- 2021-cı il üzrə pensiya kapitalı 16292,54 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2022-ci ildə ödədiyim pensiya kapitalının məbləği 1089,14 manat olmuşdur. Əvvəlki il üzrə, yəni 2011-c1 il üzrə istehlak qiymətləri indeksi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 6,7% olmuşdur. Yəni 2016- 2022-cı il üzrə pensiya kapitalı 18546,25 manat kimi nəzərə alınmalı idi. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində hesablanmış pensiya kapitalının məbləği cavabdeh tərəfindən 3181,41 manat az hesablanmışdır. Pensiya məbləğindəki artım 231,83 qəpik olmalı idi. Cavabdeh orqan tərəfindən 15364,84 manat ödənilmiş sığorta kapitalına hesblanmış əlavə pensiya məbləği 187,42 manat təşkil edirsə, 18546,25 manat pensiya kapitalına görə əlavə hesablanmalı pensiya məbləği 231,83 manat olmalıdır. Odur ki, iddiaçının 2016-cı ilin iyun ayının 1-ə olan vəziyyətə pensiya məbləğinin 381,76 manat həcmində hesablanması, 2016-cı ilin iyun ayının 1-dən 2022-ci ilin iyun ayının 17-dək (illər üzrə artımlar da nəzərə alınmaqla) ödənilmiş pensiya məbləğinin ödənilməli olan pensiya məbləğində yaranan fərqin ödənilməsi və 2022-ci ilin iyun ayının 17-dək hesablanmış pensiya məbləğinin üzərinə 231,83 manat əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına dair Qərar qəbul edilməsini xahiş edir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 2016-cı ilin iyun ayının 1-ə olan vəziyyətə pensiya məbləğinin 390,81 manat, xx.xx.2022-ci il tarixdən 868,68 manat həcmində hesablanması, pensiyanın xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə ödənilməli məbləğinə nisbətən az ödənilmiş 12417,94 manat məbləğində pulun ödənilməsi və xx.xx.2022-ci il tarixdən təyin edilmiş 868,68 manat nəzərə alınmaqla pensiya məbləğinin qərar icra olunduğu günədək ödənilməli hissəsinin tam şəkildə öənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-16369/2023 nömrəli etirazında imtina əsaslarını təkrarlamış və iddianın təmin olunmamasını xahiş etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli, 3-17-1/2-155136/2024 nömrəli etiraza əlavədə ekspert rəyinə münasibətdə bildirmişdir ki, birinci sual üzrə ekspert rəyində göstərilmişdir ki, xx.xx.2006-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dovr ərzində iddiaçının fərdi şəxsi hesabının siğorta hissəsində qeydə alınmış 15356 15 manat pensiya kapitalı illər üzrə indeksləşdirildikdən sonra əmək pensiyasının siğorta hissəsi 205,76 manat, xx.xx.2016-ci il tarixə əmək pensiyasının məbləği 390,81 manat müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 1.0.7. fərdi şəxsi hesab - hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəlindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial siğorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial siğorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitın qeydə alındığı subhesabdır; (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiya) 1.0.5. fərdi şəxsi hesabın sığorta hissəsi - müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır; (xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci i tarixədək qüvvədə olan redaksiya) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanına əsasən həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. xx.xx.2017-ci il tarixədək qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.2.3-cü maddəsinə görə Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır. "Əmək pensiyaları haqqında" Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır, Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Göründüyü kimi ekspert rəyində yuxarıda qeyd edilən 50% və 80% məsələsi nəzərə alınmamışdır. İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 15352,14 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.Məhkəmə Ekspertiza Mərkəzinin eksperti öz rəyində əsassız olaraq bu sığorta haqqını 2006-2016-cı illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirmişdir.Hansıki bu dövr üzrə ödənilən pensiya kapitalı illər üzrə ayrı ayrılıqda indeksləşdirilməlidir. Yəni, 2006-ci üçün ödənilmiş 1141,94 manat MDSSH 2006-2016 cı illərin istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında, 2007 ci ilin 927,52 manat MDSSH 2007-2016 cı illərin istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında, bu minvalla ardıcıl olaraq məsələn 2014 ci ilin 1813,67 manat MDSSH 2014- 2016-cı illərin istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indekləşdirilməlidir İddiaçının əmək pensiyasının hüququ yarandığı xx.xx.2016-cı il tarixə xx.xx.2006xx.xx.2016-cı illər üzrə pensiya kapitalına əsasən pensiyanın siğorta hissəsinin hesablanma qaydası (2016-ci il vəziyyətinə - 50%-lə):2 29526,17 : 8,8% : 13,9% : 6,7% : 2,8% : 2,6% : 3,0 % : 5,7 % : 12,4 % = 17300,99 80% = 9611,66 (50%-lə) : 144 = 66,75 manat Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin "Pensiya" alt sistemindən çıxarışda qeyd olunmuş iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi şəxsi hesabının siğorta hissəsində 2024-cü il üzrə indeksləşdirilmiş məbləği 29526,17 manat təşkil edir. SH (2006-2016) 29526,17/108,8%/113,9%/106,7%/102,8%/ 102,6%103%/105,7%/112,4%/144/1,8=66,74. SH (2006-dək). İddiaçı xx.xx.2006-cı il tarixədək sosial sığorta stajının 33 il 2 ay 18 gün təşkil etdiyini nəzərə alaraq:((18/30+2)/12)+33=3,22x170/144+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2 ,4%+1,4%+4%=75,67 Qeyd olunanlara əsasən bildiririk ki, xx.xx.2016-cı il tarixə əmək pensiyasının məbləği 110(BH)+75,67(SH)+66,74(SH)=252,41 manat təşkil edir. ikinci və üçüncü suallar üzrə ekspert rəyində göstərilmişdir ki, 2022-ci ilin iyun ayının 17-dən İddiaçı əmək pensiyasının yenidən hesablanması zamanı artım məbləğinin 238,60 manat olmasını nəzərə alaraq 2022-ci ilin iyun ayının 17-dən İddiaçı təyin edilməli pensiya məbləği 868,68 manat məbləğində müəyyən edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Bildiririk ki, iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalının məbləği 2024-cü il üzrə 19048,31 manat təşkil edir: 2022-ci il üzrə - 19048,31/108,8%/113,9%=15370,9 manat SH - Qanunun 37.3.1-ci maddəsinə əsasən - 15370,9/( 144-62 )=187,45 İddiaçının əmək pensiyasının məbləği illər üzrə aşağıdakı məbləğdə müəyyən edilmişdir: xx.xx.2017- (252,41-110)+ (252,41- 110)x12,4%+110=270,07 xx.xx.2018 - 270,07+270,07x5,7%=285,46 xx.xx.2019 - 285,46+285,46x3%=294,02 xx.xx.2020 - 294,02+294,02x16,6%=342,83 xx.xx.2021 - 342,83+342,83x11,4%=381,92 xx.xx.2022 - 381,92+381,92x3.4%=394,90 xx.xx.2022 - 394,90+187,45=582,35 Qanunun 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardim 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavalər alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli sərəncamına əsasən bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuş indeksləşdirməyə əlavə olaraq, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddı yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsinin təmin edilməsi qeyd olunmuşdur: 200/12+200/12x14,7%=19,11 xx.xx.2023 - 582,35+582,35x14,7%+19,11=687,07 xx.xx.2024 - (687,07-19,11)+ (687,07- 19,11)x11,2%=764,02. Bildirilmişdir ki, iddiaçının əmək pensiyasının məbləği Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarına əsasən yenidən hesablanmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 15370.9 manat pensiya sığorta kapitalı əsasında yenidən hesablanmışdır. Eyni zamanda iddiaçının əmək pensiyasına ümumilikdə 306.45 manat əskik ödəmə məbləği müəyyən olunmuşdur və ödənilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi imtina və etiraz əsaslarını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-708/2023 nömrəli qərardadına əsasən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 9/2340 nömrəli ekspert rəyinin nəticəsində qeyd olunur ki, iş materiallarında olan sənədlərə əsasən 2016-cı ilin iyun ayının 1-dən xx.xx.2016-cı il tarixədək ödənilməmiş pensiya kapitalı 1185,55 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 12,4% olmuşdur. Yəni 2016-cı il üzrə pensiya kapitalı 1332,56 manat müəyyən edilir 2017-ci ildə ödənilən pensiya kapitalının məbləği 2561,85 manat olmuşdur. Həmin il izrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 12,9% olmuşdur. Yəni 2016-2017-cı il üzrə pensiya kapitalı mürəkkəb faiz artımı kimi hesablanmaqla 4396,79 manat kimi müəyyən edilir. Misal:(1332,56 2561,85+12,9%)=4396,79 2018-ci ildə ödədiyim pensiya kapitalının məbləği 2653,54 manat olmuşdur.Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 2,3% olmuşdur.Yəni 2016-2018-cı il üzrə pensiya kapitalı 7212,49 manat kimi müəyyən edilir. 2019-ci ildə ödənilən pensiya kapitalının məbləği 2417,59 manat olmuşdur… Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 2,6% olmuşdur. Yəni 2016-2019-cı il üzrə pensiya kapitalı 9880,46 manat müəyyən edilir. 2020-ci ildə ödənilən pensiya kapitalının məbləği 2794,35 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 2,8% olmuşdur. Yəni 2016-2020-ci il üzrə pensiya kapitalı 13029,70 manat müəyyən edilir. 2021-ci ildə ödədiyim pensiya kapitalının məbləği 2245,38 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 6,7% olmuşdur. Yəni 2021-cı il üzrə pensiya kapitalı 16298,51 manat müəyyən edilir. 2022-ci ildə ödədiyim pensiya kapitalının məbləği 1089,14 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata psasən 12,5% olmuşdur. Yəni 2016-2022-cı il üzrə pensiya kapitalı 19561,11 manat müəyyən edilir. Yuxanda qeyd edilənlərdən də aydın olur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində hesablanmış pensiya kapitalının məbləği cavabdeh tərəfindən 196,27 manat az hesablanması müəyyən edilir. Bu da hər ay 51,19 manat az hesablanması deməkdir Cavabdeh orqan tərəfindən 15.364,84 manat ödənilmiş sığorta kapitalına hesablanmış əlavə pensiya məbləği 187,42 manat təşkil etdiyi təqdirdə 19.561,11 manat pensiya kapitalına görə əlavə hesablanmalı pensiya məbləği 238,60 manat müəyyən edilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-708/2023 nömrəli qərardadına əsasən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 9/9916 nömrəli ekspert rəyinin nəticəsində qeyd olunur ki, Birinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərildiyi kimi,iş materiallarında olan İddiaçı akbər oğluna məxsus olan sosial arayışdan göründüyü kimi, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının indekisləşdirilməmiş məbləği 15356,15 manat təşkil edir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış 15356,15 pensiya kapitalı illər üzrə (2006-2016) indeksləşdirildikdən sonra: SH=(15356,15+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4%)=2963 0,12/144=205,76 manat məbləğində müəyyən edilir. Bundan başqa xx.xx.2006-cı il tarixə İddiaçı pensiya məbləği 390,81 manat məbləğində müəyyən edilir, o cümlədən: 75,05(xx.xx.2006-dək SH)+205,76 (xx.xx.2006-xx.xx.2016-dək SH)+110 (BH)=390,81. İkinci və üçüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi,iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı pensiya məbləği 2017-ci ildə 6,8%, 2018-ci ildə 5,7% 2019-cu ildə 3%, 2020-ci ildə 16,6%, 2021-ci ildə 15,6% 2022-ci ildə isə 3,4% artım olduğunu nəzərə alaraq İddiaçı 2016-cı ilin iyun ayının 1-də təyin edilməli pensiya məbləğinin (390,81 manat) üzərinə illə üzrə gəlməklə ümumilikdə İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 34989,72 manat (o cümlədən 2016-cı ildə 2344,86 manat, 2017-ci il üzrə 5008,62 manat, 2018-ci il üzrə 5294,17 manat, 2019-cu il üzrə 5452,98 manat, 2020-ci il üzrə 6325,53 manat, 2021-ci il üzrə 7312,35 manat, 2022-ci il üzrə 3251,20 manat) pensiya hesablanıb ödənməli idi. İş materiallarından görsənir ki, İddiaçı ümumilikdə 22571,78 manat məbləğində pensiya ödənilmişdir. Pensiyanın ödənilməli məbləğinə (34989,72 manat) nisbətdə 22571,78 manat ödənildiyindən İddiaçı ödənilməli pensiya məbləğinin fərqi 12417,94 manat müəyyən edilir. İş üzrə verilmiş xx.xx.2023-cü il tarixli 9/2340 saylı ekspertiza rəyinin nəticəsinə əsasən 2022-ci ilin iyun ayının 17-dən İddiaçı pensiyası yenidən hesablanması zamanı artım məbləğinin 238,60 manat olmasını nəzərə alınaraq 2022-ci ilin iyun ayının 17-dən İddiaçı təyin edilməli pensiya məbləği 868,68 manat məbləğində müəyyən edilir. Məhkəmə iclasında dindirilmiş ekspert X2 edənin və tərəflərin suallarına cavab olaraq bildirmişdir ki, ekspert rəyi tərtib edilərkən iş materiallarında olan sosial arayışda 15.356,15 manat məbləği indeksləşdirilmiş məbləğ olduğu göstərilmədiyindən indeksləşdirilməmiş məbləğ kimi nəzərə almışdır. Həmin məbləğ Statistika Komitəsinin təqdim etdiyi illik inflyasiya faizi üzrə indeksləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli sərəncamına 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına 200 (iki yüz) manat məbləğində maddi yardım hesablanmamışdır. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddiaçı tərəf məhkəmədən xahiş edir: 1) 2016-cı ilin iyun ayının 1-ə olan vəziyyətə pensiya məbləğinin 390,81 manat həcmində hesablanması, 2) xx.xx.2022-ci il tarixdən 868,68 manat həcmində hesablanması, 3) pensiyanın xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə ödənilməli məbləğinə nisbətən az ödənilmiş 12417,94 manat məbləğində pulun ödənilməsi; 4) xx.xx.2022-ci il tarixdən təyin edilmiş 868,68 manat nəzərə alınmaqla pensiya məbləğinin qərar icra olunduğu günədək ödənilməli hissəsinin tam şəkildə öənilməsi Tələbin ilk hissəsindən aydın olur ki, iddiaçı xx.xx.2016-cı il tarixdə ona təyin edilmiş pensiya məbləğinin düzgün hesablanmadığını iddia edir. İddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 27.1-ci maddəsinə, həmçinin, həmin zaman hüquq münasibətlərini tənzimləyən “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu 21 sentyabr 2010-cu il tarixli 941 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.2.3 və 2.2.4-cü bəndlərinə əsasən xx.xx.2006-cı il tarixinədək olan 33 il 02 ay 18 gün sığorta stajı üzrə 5.638,8 manat ((33x170 AZN)+(2x170AZBN/12ay=5.638,33 manat) pensiya kapitalı vətəndaşın 2006-cı il vəziyyətinə fərdi hesabında nəzərə alınmışdır. İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixədək sığorta stajı və onun pensiya kapitalına çevrilməsi və indeksləşdirilməsi mübahisələndirilmir. İddiaçının mübahisələndirdiyi xx.xx.2006-cı il-xx.xx.2016-cı il dövrü üçün pensiya kapitalı və onun əsasında hesablanmış pensiya məbləğidir. Hesab edir ki, xx.xx.2006-cı ilxx.xx.2016-cı il dövrü üzrə ödənilmiş pensiya kapitalı əsasında təyin edilməli olan pensiya məbləği 390,81 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 saylı 6 mart 2006-cı il tarixli Fərmanının 2.9-cu bəndinə əsasən həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1352 saylı 01 may 2017-ci il tarixli Fərmanı ilə Qanunun “2.9-cu bəndinə əsasən, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır” bəndi ləğv edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən (hazırda) qüvvədə olan redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 27.1-ci maddəsinə əlavə edilmiş və 1 iyul 2017-ci il tarixdən qüvvədə olan üçüncü cümləsində qeyd edilir ki, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Göründüyü kimi, xx.xx.2017-ci il tarixinədək ödənilən məcburi dövlət sosial sığorta haqlarının 50 faizi, həmin tarixdən isə sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır. Sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 10 faizi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta ehtiyatına və idarəetmə xərclərinə yönəldilir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabında toplanmış pensiya kapitalının 50%-nin 2016-cı il vəziyyətinə indeksləşmiş məbləği 9612,71 manat olmuşdur ki, həmin kapital qanunvericiliyin tələbinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 144-ə bölünməklə həmin dövr üçün pensiyanın sığorta hissəsi 66,75 manat hesablanmışdır. İddiaçıya pensiya təyin olunan vaxt pensiyanın baza hissəsi 110 manat təşkil edirdi. Həmin baza hissəsi yuxarıda qeyd edilən məbləğlərin üzərinə əlavə edilməklə iddiaçıya 705,70 manat (110BZ+75,67SH+66,75SH=252,42) pensiya hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilmişdir. Məhkəmə, həmçinin onu da qeyd edir ki, hazırkı dövrdə pensiya kapitalı haqqında məlumatda pensiya kapitalının məbləği bugunki günə olan məbləğdir. Pensiya kapitalının artıq göstərilməsi səbəbi avtomatik olaraq bütün pensiya kapitallarının indeksləşdirilməsi nəticəsində yaranan məbləğdir. Hansı ki, bunu X3 avtomatik müəyyən edir. İddiaçının hüququ yaranan tarixə pensiya kapitalını hesablamaq üçün indeksləşdirilmələr nəzərə alınmaqla geriyə hesablama aparıb tapıla bilər ki, cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-155136/2024 nömrəli etiraza əlavədə həmin hesablamaları əks etdirmişdir. Tələbin ikinci (xx.xx.2022-ci il tarixdən 868,68 manat həcmində hesablanması) və üçüncü (pensiyanın xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə ödənilməli məbləğinə nisbətən az ödənilmiş 12417,94 manat məbləğində pulun ödənilməsi) hissələri ilə bağlı məhkəmə qeyd edir ki, ilk növbədə, sosial arayışda qeyd olunan kapital xx.xx.2006xx.xx.2033-ci illəri əhatə edir. İddiaçıya 2016-cı ildə pensiya təyin olunub və 2022-ci ildə işləməyən əmək pensiyaçı statusuna keçmişdir. Deməli, 2006-2016-cı illər artıq istifadə olunduğundan həmin dövr üzrə kapital nəzərə alına bilməz. Bundan əlavə, təqdim olunan arayışda illik gəlirdən 25% məcburi dövlət sosial sığorta haqqı hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 100% məbləğində göstərilmişdir. Halbuki, pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin tələbinə uyğun olaraq gəlirdən 25% çıxıldıqdan sonra həmin məbləğin 100%-i həcmində deyil, 90%-i həcmində fərdi hesabın sığorta hissəsində kapital olaraq qeydə alınır. Qalan 10%-i digər xərclərə sərf olunur. Həmçinin, kapital ödənilərkən xx.xx.2016-xx.xx.2017-ci ilədək olan kapitalın 2022-ci il vəziyyətinə deyil, 2022-ci ildən geriyə 2017-ci il tarixə qədər inflyasiya faizləri nəzərə alınmaqla 2017-ci il vəziyyətinə uyğun hesablanaraq ödənilməlidir. Qeyd edilənlər nəzərə alındıqda müəyyən olunur ki, iddiaçının təqdim etdiyi sosial arayışda hər il üzrə ödənilmiş kapital məcburi dövlət sosial sığorta haqlarının 100%-i həcmində göstərilmiş, cavabdehin pensiya kapitalını hesablayarkən əsas götürdüyü PASdan çıxarışda isə qeydə alınmış pensiya kapitalı məcburi dövlət sosial sığorta haqlarının 90%-i həcmində əks etdirilmişdir. İddiaçının təqdim etdiyi sosial arayışdakı məbləğlə pensiya alt sistemində qeyd olunan məbləğ arasında uyğunsuzluq yoxdur. Cavabdeh düzgün olaraq PAS-da təqdim edilmiş 2022-ci il vəziyyətinə qeydə alınmış pensiya kapitalını xx.xx.2017-ci il tarixdən sonra infllyasiya faizlərinə uyğun 90%-lə hesablamaqla düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək pensiya kapitalının hesablanma qaydasına münasibətdə isə qeyd edilməlidir ki, işdəki hər iki rəydə Qanunun yuxarıda adı çəkilən son redaksiyada əks olunmuş xx.xx.2006- cı il tarixdən xx.xx.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50%-i fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla, xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən pensiyanın hesablanması üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınması göstərilməmiş, ekspert tərəfindən yalnız ona təqdim edilən məbləğlər inflasiyaya göstəricilərinə vurulmaqla hesablama aparılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə ekspert rəyləri sübut kimi istinad edilə bilməz. Göstərilənlərə əsasə, məhkəmə hesab edir ki, iddia həmin hissələrdə də əsaslı deyildir. Tələbin sonuncu hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin tələb əvvəlki tələblərdən asılı olduğundan və həmin tələblər təmin edilmədiyindən iddia qeyd edilən hissədə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən (hazırda) qüvvədə olan redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; . Həmin Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əlavə edilmiş və 1 iyul 2017-ci il tarixdən qüvvədə olan üçüncü cümləsində qeyd edilir ki, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Beləliklə, iddiaçı pensiya təyin edilməsi üçün tələb olunan şərtləri ödəmədiyindən qanunvericiliyin tələblərinə əsasən, cavabdehin pensiya təyinatından imtina etməsi qanuni olmuşdur. Ona görə də iddia tələbi təmin edilməməli və məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 200 (iki yüz) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “2016-cı ilin iyun ayının 1-ə olan vəziyyətə pensiya məbləğinin 390,81 manat, xx.xx.2022-ci il tarixdən 868,68 manat həcmində hesablanması, pensiyanın xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə ödənilməli məbləğinə nisbətən az ödənilmiş 12417,94 manat məbləğində pulun ödənilməsi və xx.xx.2022-ci il tarixdən təyin edilmiş 868,68 manat nəzərə alınmaqla pensiya məbləğinin qərar icra olunduğu günədək ödənilməli hissəsinin tam şəkildə öənilməsi”tələbinə iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci İddiaçı alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X4, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar