Məhkəmə qərarları › İş №2-1(114)-4009/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4009/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4009/2023 18.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, Cavabdeh Göygöl rayonu Göygöl Bələdiyyəsinin vəkalətnamə üzrə nümayəndəsi X7, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Göygöl rayonu Göygöl Bələdiyyəsinə (üçüncü şəxs X8) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Göygöl rayonu Göygöl Bələdiyyəsinə (üçüncü şəxs X8) qarşı məhkəməyə iddia ilə müraciət edərək, Göygöl rayon Bələdiyyəsinin 2023-cü ilin aprel ayında 0,06 ha torpaq sahəsinin X8 ilə alqı-satqı qaydasında bağlanmış aktın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddiaçıya hüquqi yardım göstərilərək ona X8 ilə alqı-satqı qaydasında bağlanmış aktın ləğv edilməsi deyil, həmin aktın qəbul edilməsin əsas olmuş Göygöl rayon Bələdiyyəsinin qərarını mübahisələndirə bilməsi izah edilmişdir. Sonradan iddiaçı məhkəməyə yeni iddia ərizəsi göndərərək Göygöl rayon Bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin hərrac vasitəsi ilə üçüncü şəxs X8 tərəfindən əldə edilmiş torpaq sahəsinin hərraca çıxarılmasına dair Göygöl Bələdiyyəsi qərarının və hərracın nəticələrinin ləğv edilməsi barədə qərar edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı məhkəməyə vəsatətlə müraciət edərək cavabdeh orqana qərarın ona təqdim edilməsini xahiş etsə də sonuncu həmin qərarın ona təqdim edilmədiyi və məhkəmədən həmin qərarın əldə edilməsini xahiş etmişdir. Məhkəmənin sorğusu əsasında Göygöl rayon Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 15 saylı qərarı məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçıya Göygöl rayon Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 15 saylı qərarının mübahisələndirilməsi izah edilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Göygöl rayonu Göygöl Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 15 saylı qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Göygöl rayonu Göygöl Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 15 saylı qərarı iddiaçıya məhkəmə iclasında, yəni xx.xx.2023-cü il tarixdə təqdim edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qərarın mübahisələndirmə müddəti buraxılmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar rayon İcra Hakimiyyəti Başçısının 22 fevral 1999-cu il tarixli 45 saylı sərəncamına əsasən Xanlar rayon Aşıq Ələsgər küçəsi 25 saylı evdə yaşamış X9 vəfat etdiyi üçün ona Rayon İcra Hakimiyyəti Başçəsının xx.xx.1992-ci il tarixli 153 saylı sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün 2-ci küçə 32 saylı yerdə ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsi arvadı İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmış və sonradan torpaq sahəsinə müvafiq çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsinin qonşuluğunda torpaq sahəsi olmuş, o, həmin torpaq sahəsini daşlardan təmizləyib münbitləşdirmiş və sonradan həmin torpaq sahəsindən istidadə etmişdir. O, həmin torpaq sahəsinin ona satılması barədə dəfələrlə bələdiyəyə müraciət etsə də torpaq sahəsi ona satılmamış və sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi üçüncü şəxs X1. Qeyd edilənləri əsas gətirən iddiaçı Göygöl rayonu Göygöl Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 15 saylı qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı iclası 18 dekabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığı yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarında olan Göygöl rayonu Göygöl Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 15 saylı qərarının təsdiqlənmiş surətindən görünür ki, bələdiyyə mülkiyyətində olan 0.0251 ha torpaq sahəsinin həyətyanı məqsədilə X2 qərara alınmışdır. Göygöl rayonu Göygöl Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 432 saylı məktubundan müəyyən olunur ki, Göygöl Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 15 saylı qərarı ilə X3 0,0251 ha torpaq sahəsi ilə İddiaçı və ailə üzvlərinə N.Rəfibəyli küçəsində Xanlar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 153 saylı qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsinə aidiyyatı yoxdur. X8 şəhid atasıdır və ona ayrılmış torpaq sahəsinin üzərində oğlu şəhid X6 Xatirə bulaq kompleksi inşa edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı torpaq sahəsi almaqla bağlı bələdiyyəyə rəsmi müraciət etməmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, torpaq sahəsinə onun bağlılığının olmadığı, yalnız onun tərəfindən torpaq sahəsini zəbt edərək istifadə etmişdir. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq müəyyən etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsinin qanuni əsaslarla iddiaçının istifadəsində olması və qanuni əsaslarla ona verilməsi sübuta yetirilməmişdir. Belə ki, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilmiş torpaq sahəsi olmuşdur. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh Göygöl rayonu Göygöl Bələdiyyəsinə (üçüncü şəxs X8) qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar