Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4010/2023 07.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu və X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" ASC) çıxarışların etibarsız hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. M üə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu və X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyəti olan 0,30 hektar həyətyanı torpaq sahəsi və 1,06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2022-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 saylı qərarı ilə İddiaçı1, X5, X8 və X4 ümumi birgə mülkiyyətinə Bərdə rayonu. Otuzikilər kəndində yerləşən 0,30 hektar həyətyanı torpag sahəsi verilmiş və JN-354A seriyalı, KOD: 61018018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasən rəsmiləşdirilmişdir. Bundan əlavə, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə yenə onların ümumi birgə mülkiyyətinə Bərdə rayonu, Otuzikilər kəndində yerləşən 2,129 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və DTXK-nin Bərdə rayon şöbəsinin xx.xx.2000-ci il tarixli JN-286 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən rəsmiləşdirilmişdir. Həmin vaxtdan həyətyanı və pay torpaq sahələri onların ümumi birgə mülkiyyətində olmuş və istifadə etmişlər. Yalnız Bərdə regional «ASAN xidmət» mərkəzində notariat kontorunda 24 fevral 2016-cı il tarixli, 4Ə-224 saylı reyestrli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 2,129 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,0645 hektarını X1. ƏMDK-nin DƏDRX-nin xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 1,0645 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların ümumi birgə mülkiyyətində qalmışdır və bu günə qədər onların istifadəsindədir və onlar ümumi birgə mülkiyyətimiz olan 0,30 hektar həyətyanı torpaq sahəsi üzərində tikdirdikləri fərdi yaşayış evində yaşayırlar. Lakin yaxın vaxtlarda məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən 0,30 hektar həyətyanı və 1,0645 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Halbuki iddiaçılar heç vaxt nə "xxxx" ASCdən, nə də digər banklardan kredit götürüb, torpaq sahəsini girov qoymamışdır. Həmin torpaq sahələrinin hansı əsasla "xxxx" ASC-nin mülkiyyətinə verilməsi iddiaçılara məlum deyil. Bu səbəbdən də hesab edirlər ki, ümumi birgə mülkiyyətdə olan 0,30 hektar həyətyanı torpaq sahəsi və 1,06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2022-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar etibarsız hesab edilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisələndirilən qeyd hərracın nəticələrinə əsasən aparılmışdır, ona görə də etibarsız hesab edilməsi üçün əsas yoxdur. İddiaçılara və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmiş, üçüncü şəxs isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçıların və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş məlumatdan görünür ki, "xxxx"ASC-nin adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsinə əsas "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli, 02/22 nömrəli “Hərracın yekunları barədə” protokolu olmuşdur. Göründüyü kimi mübahisələndirilən qeydlər hərracın nəticələrinə əsasən aparılmışdır, ona görə də məhkəmə hesab edir ki, hərracın nəticələri qüvvədə olduğu təqdirdə onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin etibarsız hesab edilməsi üçün əsas yoxdur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-4010/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4010/2023
07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver