Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4013/2025 16.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********193851 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********184860 nömrəli qərarına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixində başlanmış, xx.xx.2025-ci il tarixində başa çatmışdır. Yoxlama nəticəsi xx.xx.2025-ci il tarixli **********186425 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. SVY nəticəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********193851 saylı qərar qəbul edilərək 220413,21 manat əlavə vergi və 119062,29 manat maliyyə sanksiyası müəyyən edilmişdir. Yoxlama müddəti xx.xx.2024-cü il tarixli qərara əsasən 30 gün, xx.xx.2024-cü il tarixli qərara əsasən 30 gün, ümumillikdə, 2 dəfə olmaqla 60 iş günü müddətində uzadılmış, eyni zamanda xx.xx.2024-cü il tarixli qərara əsəsan 15 gün, xx.xx.2024-cü il tarixli qərara əsasən 12 gün, xx.xx.2024-cü il tarixli qərara əsasən 12 gün, xx.xx.2024-cü il tarixli qərara əsasən 19 gün, xx.xx.2024-cü il tarixli qərara əsasən 24 gün, xx.xx.2025-ci il tarixli qərara əsasən 10 gün, xx.xx.2025-ci il tarixli qərara əsasən 11 gün, xx.xx.2025-ci il tarixli qərara əsasən 5 gün, xx.xx.2025-ci il tarixli qərara əsasən 11 gün, xx.xx.2025-ci il tarixli qərara əsasən 8 gün, ümumillikdə, 10 dəfə olmaqla 127 iş günü müddətinə dayandırılmışdır. SVY aktına əsasən yoxlanılan dövrdə müəssisə qanunvericiliyə uyğun olaraq digər qruplara daxil edilməyən qida əlavələri və digər qida məhsullarının hazırlanması ilə məşğul olmuşdur. SVY ilə 2021-ci il üzrə 25445,76 manat, 2022-ci il üzrə 55943,52 manat, 2023-cü il üzrə 134921,24 manat mənfəət vergisi hesablanmışdır (SVY, səh 7-9). 2021, 2022, 2023 və 2024-cü illər üzrə ƏDV üzrə isə həm artıq hesablama həm azaldılma müəyyən edilmişdir. Belə ki, SVY aktının 14-cü səhifəsinə əsasən ƏDV üzrə isə Oktyabr 2021-ci il üzrə 2376,35 manat, Dekabr 2021-ci il üzrə 459,29 manat, ümumillikdə ƏDV 2021-ci il üzrə 2835,64 manat, fevral 2022-ci il üzrə 1475,20 manat, may 2022-ci il üzrə 673,42 manat, iyun 2022-ci il üzrə 126,19 manat, iyul 2022-ci il üzrə 253,56 manat, avqust 2022-ci il üzrə 1212,71 manat, oktyabr 2022-ci il üzrə 587,60 manat, dekabr 2022ci il üzrə 2425.51 manat, ümumillikdə, ƏDV 2022-ci il üzrə 6754,19 manat, may 2023-cü il üzrə 364.23 manat, iyun 2023-ci il üzrə 3516.71 manat, iyul 2023-cü il üzrə 1815,34 manat, avqust 2023-cü il üzrə 354.70 manat, oktyabr 2023-cü il üzrə 217,68 manat, dekabr 2023-cü il üzrə 82,05 manat, ümumillikdə ƏDV 2023-cü il üzrə 6350,71 manat, mart 2024-cü il üzrə 1688.31 manat, aprel 2024-cü il üzrə 2696.97 manat, may 2024-cü il üzrə 1108.22 manat, ümumillikdə ƏDV 2024-cü il üzrə 5493,50 manat ƏDV-nin azaldılması müəyyən edilmişdir. Ümumillikdə ƏDV üzrə 21434, 04 manat azaldılma, 17338, 39 manat artıq hesablama müəyyən edilmişdir. Aşağıdakılara əsasən İddiaçı MMC cavabdeh 12 saylı Ərazi Vergilər Baş idarəsinin xx.xx.2025-ci il tarixli **********186425 nömrəli səyyar vergi yoxlaması aktı ilə razılaşmır. ƏDV üzrə az hesablama kimi müəyyən edilmiş 21434,04 manat vergi yoxlaması ilə Vergi Məcəlləsinin 166-cı maddəsinə istinadən aparılmış hesablamalar tamamilə əsassızdır. Sözügedən halları təsdiq edən hesabatlar məhkəməyə təqdim edilərək nəzərə çatdırılır ki, bu hesablamalar ƏDV depozit hesabı və bank hesabları üzrə daxilolmalar üzrə hesabatlarla təsdiqlənir. Mənfəət vergisi üzrə isə vergi orqanı Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə və Nazirlər Kabinetinin "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə" 55 saylı hazırda qüvvədə olmayan qərarına istinad edərək mənfəət vergisi hesablamışdır. Nazirlər Kabinetinin 55 saylı qərarı xx.xx.2024-cü il tarixdən qüvvədən düşmüşdür. Lakin vergi orqanı 55 saylı qərarı keçmiş dövrə tətbiq etmiş 55 saylı qərara istinad etməsində əsas kalkulyasiya və reseptin yoxlamaya təqdim edilməməsinə istinad edərək məhsulların kalkulyasiya və reseptinin müəyyən edilməməsini bildirərək xərc sənədləri nəzərə alınmayaraq mənfəət vergisi hesablamışdır. Müəssisə uzun illərdir ki, ərzaq məhsullarının istehsalı ilə məşğul olur və istehsal edilən məhsullar müvafiq standartlara cavab verərək reseptləri bəyan edilərək həm istehlakçılara, həm də vergi yoxlayıcısına təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq yoxlama ilə reseptura və istehsal olunmuş yağların xammal material sərfiyyatının müəyyən olunmaması əsası ilə hesablanmış mənfəət vergisinin tamamilə əsassız olması diqqətinizə çatdırılır. Əlavə olaraq bildirilmişdir ki, SVY aktında hesablanması təklif olununan 220413,21 manat verginin 216330,52 manatı 2021, 2022 və 2023-cü illər üzrə hesablanması nəzərdə tutulan mənfəət vergisidir. Mənfəət vergisinin hesablanması aktda onunla izah olunur ki, göstərilən dövrdə mühasibat uçotu haqqında Azərbaycan Respublikası qanununun və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 №-li fərmanı ilə təsdiq edilmiş istehsal fəaliyyəti sahəsində vergi tutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarının tələbləri pozulmuşdur. Bununla bağlı bildirilmişdir ki, aparılan yoxlama zamanı yoxlayıcılar tərəfindən ona təqdim olunmuş sənədlərin yoxlamaya təqdim olunması barədə tələbnamədə göstərilən bütün sənədlər yoxlamaya təqdim olunmuşdur. Göstərilən illər üzrə (2021, 2022 va 2023) mənfəət vergisi hesabatları vergi orqanına hesablama metodu ilə təqdim olunmuş və həmin metodun tələblərinə uyğun olaraq gəlirin və xərcin uçotu aparılmışdır. Bundan başqa aktda qeyd olunur ki, yoxlanılan dövrdə 2021-ci il üzrə təqdim olunmuş mənfəət vergisi hesabatında xammal material sətirində 659890,07 manat, 2022ci il üzrə təqdim olunmuş hesabatda ******* manat və 2023-cü il üzrə təqdim olunmuş hesabatda ******* manat məbləğində xammal materialların dəyəri xərcə silinmiş, lakin yoxlamaya istehsal olunmuş malların çeşidləri üzrə resepturaları və kalkulyasiyaları təqdim olunmayıb və eyni zamanda yoxlanılan dövr üzrə 831819,96 manat dəyərində satılmış malların dövriyyəsini təsdiq edən sənədlər yoxlamaya təqdim olunmamışdır. Bu səbəbdən də NK-nın 55 saylı qərarı əsasında yoxlama ilə müəssisəyə mənfəət vergisi hesablanmışdır. Bununla bağlı bildirilmişdir ki, yoxlama zamanı sənədlərin təqdim olunması ilə bağlı təqdim olunmuş tələbnamədə göstərilən bütün sənədlər yoxlamaya təqdim olunmuşdur. Aktda qeyd olunan 831819,96 manat satılmış malların dövriyyəsini təsdiq edən sənədlərin olmaması onunla izah edilir ki, həmin məbləğ yoxlamanın əhatə etdiyi dövrdə müxtəlif aylarda kassa aparatının işləmədiyinə görə, pərakədə qaydada satılmış mallar kassa aparatının işləmədiyi dövrdə əməliyyatlaın qeydiyyatı kitabına işləmiş aylar üzrə satış hesabatlarında əks olunmuş və vergi orqanına təqdim olunmuş hesabatlarda göstərilmişdir. Yoxlama zamanı bu əməliyyatlar barədə yoxlayıcılara məlumat verilmiş, kassa aparatının işləmədiyi dövrdə əməliyyatların qeydiyyatı kitabından nümunələr çıxarılıb təqdim olunmuş və eyni zamanda həmin əməliyyatların siyahısı excel cədvəlində də təqdim olunmuşdur. İstehsal olunmuş malların çeşidlər üzrə resepturasının təqdim olunmaması ilə əlaqədar akta qeyd olunanlarla bağlı bildirilmişdir ki, yoxlama dövründə müəssisədə əsasən 3 çeşiddə 72% 11 82% və 100%-li bitki tərkibli yağlar istehsal olunub, bunlarında hər birinin 1 kq-a istifadə olanan xammal va materialların siyahısı yoxlamaya təqdim olunmuşdur. Akta qeyd olunan 2021, 2022 və 2023-cü illər üzra mənfəət vergisi hesabatında xammal material sətrində göstərilən rəqəmlərdə istehsal olunmuş malların miqdarına uyğun olaraq resepturada göstərilan norma ilə silinmişdir. Xərcdə göstərilən xammal va hesabatlarda əsas hissəsi müəssisə tərəfindən idxal olunmuş, bir hissəsi isə yerli vergi ödəyicilərindən elektron qaimə ilə alınmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, yoxlama aparılan zaman vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən istehsal həcminin müəyyən olunması üçün 2 dəfə yoxlamaya mütəxəssis dəvət olunmuşdur. Akın 6-ci səhifəsində qeyd olunmuşdur ki, mütəxəsislərin heç birinin kifayət qədər məlumatı olmadığı üçün rəy verməkdən imtina etmişlər. Nəzərinizə çatdırılır ki, gələn mütəxəssislərin hər birinə müəssisinin yoxlanılan dövrdə aldığı xammal materialların siyahısı, enerjı sərfiyyatı ilə bağlı sənədlər və istehsal olunan malların resepturaları təqdim olunmuş, istehsal prosesini müşahidə etmək üçün şərait yaradılmışdır. Bu da mütəxəssisə rəy vermək üçün kifayət qədər məlumat bazasının verilməsi deməkdir. İddaçının nümayəndəsi-vəkil Nümayəndə tərəfindən məhkəməyə iddia ərizəsinə əlavə daxil olmuş və iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdehin hərəkətlərinin qanunsuz olması və qərarın ləğv edilməsi barədə aşağıdakıların Məhkəmənin diqqətinə çatdırıldığı qeyd edilmişdir. Səyyar vergi yoxlaması aktının 6-cı səhifəsində, 1.9.5-bəndində qeyd edilir ki, mütəxəssis dəvət edilmişdir. Mütəxəssis vergi Belə ki, mənfəət vergisi ilə bağlı hissəni araşdırarkən, səyyar vergi yoxlaması aktının orqanının Baş İdarəsinin xx.xx.2024-xü il tarixli **********8186669 nömrəli Qərarına sasən İddiaçı MMC-də (VÕEN **********) aparılan yoxlama zamanı dəvət edilmişdir. X1 əməkdaşı X9 təyin edilmişdir. Mütəxəssis qarşısında İddiaçı MMC-nin fəaliyyət göstərdiyi Göygöy rayonu Quşqara kəndi ünvanında yerləşdiyi istehsal obyektində xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cu il tarixidək olan yoxlama dövründə aylar üzrə enerji sərfinə uyğun olaraq istehsal olunmuş yağın miqdarının müəyyənləşdirilməsi barədə sual qoyulmuşdur. Lakin, Azərekspertiza birliyi xx.xx.2024-cü il tarixli **********128400 saylı məktubu ilə kifayət qədər məlumat olmadığına əsas gətirməklə rəy verməkdən imtina etmişdir. Sonra isə başqa bir mütəxəssis cəlb edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli **********18814 nömrəli "xxxx" Qərarına əsasən ALDA MMC-də (VÖEN:**********) mütəxəssis X5 təyin edilmişdir. "xxxx" MMC-nin mütəxəssisi qarşısında "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvan 1i ünvanında yerləşdiyi istehsal obyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan yoxlama dövründə aylar üzrə enerji sərfinə uyğun olaraq istehsal olumuş yağın miqdarının müəyyənləşdirilməsi barədə sual qoyulmuşdur. Lakin "xxxx" MMC xx.xx.2025-cü il tarixli **********128800 saylı məktubla kiyafət qədər məlumat olmadığını əsas gətirməklə rəy verməkdən imtina etmişdir. Lakin vergi yoxlaması mütəxəssis cəlb edilməsi əsası ilə dayandırılmışdır. Bu da yoxlama gedişində prosedur pozuntu kimi qiymətləndirilə bilər. "xxxx" MMC-nin istehsal dövriyyəsi, xərcləri hasilatının müəyyən edilməsi üçün, mənfəət vergisini hesablanması üzrə xüsusi bilik tələb edilməsi əsası ilə cəlb edilmiş mütəxəssislər rəy təqdim etməkdən imtina etmişlər. Yuxarıda göstərilənlərə, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, müəssisənin gəliri və xərcini təsdiq edən sənədlər mövcud olmuşdur. Vergi orqanının mübahisələndirdiyi kassa dövriyyəsi barədə satışın qeydiyyat kitabı ilə bərabər aylıq ƏDV bəyannamələri də müvafiq ərazi vergi idarəsinə təqdim edilmişdir. Vergi orqanı kassa satış dövriyyəsinə həm kameral münasibət bildirmiş, həm də kassa satış dövriyyəsində hər hansı yayınma müəyyən edilməmişdir. Bundan əlavə olaraq bildirilmişdir ki, kassa aparatı online kassa olmuşdur. Yəni kassa aparatının işləməməsindən vergi orqanının xəbəri olmuşdur. Lakin bununla əlaqədar hər hansı bir xəbərdarlıq, akt və ya protokol tərtib edilməmişdir. Yoxlayıcıya bütün sənədlər təqdim edildiyi üçün mənfəət vergisi üzrə şərti rentabelliyin tətbiqinə əsas olmadığı hesab edilir. Nazirlər Kabinetinin 55 saylı qərarına əsaslanmaqla xərclərə istinadən guya gəliri müəyyən edə bilmədiyi üçün şərti rentabellik tətbiq edilərək əlavə vergi hesablaması aparılması Vergi Məcəlləsinin tələblərinə uyğun hesab edilmir. Vergi Məcəlləsinin 67-ci maddəsinin əsaslarına diqqət yetirdikdə burada 67 və 83.9-cu maddələrinin tətbiqi üçün əsas olmadığı hesab edilir. Lakin iş materiallarında görünür ki, müəssisənin həm gəlir və xərcləri təsdiq edən sənədlər mövcud olmuşdur. Gəliri bank vasitəsilə daxilolma üzrə, həmçinin kassa üzrə nağd pul vəsaitinin, mədaxili isə müəyyən dövr kassa kitabı ilə qeydiyyata alınmışdır. Kassa kitabı ilə nağd hesablaşmaların aparılması üzrə vergi orqanının hər hansı bir cərimə tətbiq edilməsi halı mövcud olmamışdır. Yəni sahibkar kassa kitabını qanuna müvafiq tətbiq etməklə istifadə etmiş və öz gəlirlərini ƏDV bəyannamələrində kassa ilə satış bəndində göstərərək hər ay bəyan etmiş, ƏDV bəyannamələrinin 3 nömrəli əlavəsində müvafiq sətrdə nağd hesablaşma üzrə kassa əməliyyatlarının dövriyyəsini əks etdirmiş, təqdim etdiyi elektron qaimə ilə satı dövriyyəsini göstərərək hər ay bitdikdən sonra 20 gün müddətində əlavə dəyər vergisi hesabatlarını vergi orqanına təqdim etmiş, bundan əlavə illik mənfəət vergisi bəyannaməsi təqdim edən zamanda bütün dövriyyəsini vergi orqanına bəyan etmişdir. Bundan əlavə olaraq alınmış mal material hərəkəti, malların hərəkəti də vergi orqanına və yoxlamaya təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının alış, satış sənədləri, mühasibat sənədləri mövcud olmuş, hətta səyyar vergi yoxlaması aktı təqdim edildikdən sonra imtina müddəti 30 gün davam edərkən bir daha etiraz məktubu ilə vergi orqanına təqdim edilmişdir. Səyyar vergi yoxlması aktının beşinci səhifəsində 1.9 bəndin sonuncu abzasında qeyd edir ki, müvafiq təqdiqedici sənədlər yoxlayıcıya təqdim edilib. Təsdiq edici sənədlər mövcuddursa nə üçün şərtı rentabellik tətbiq edilir? Sualı çıxır. Kassa kitabına qeydiyyat aparılmış bir müddət satışı vergi hesabatlarında da əks etdirmişdirsə bu müddətdə vergi orqanı online olaraq bütün əməliyyatarı izləyə bilirsə iddiaçının obyektində nə üçün bir dəfə də olsun qanun pozuntusu aşkar etməyib? Bir dəfə də olsun operativ vergi yoxlaması belə keçirməyib? Nağd hesablaşma qaydalarının pozulması halı müəyyən etməyib? Səyyar vergi yoxlaması aktının 11-ci səhifəsinin 1-ci abzasında qeyd edilən 831819.96 manat satılmış malların dövriyyəsini təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyi qeyd edilmişdir, lakin qeyd edilmişdir ki, həmin malların satışını təsdiq edən, kassa aparatı işləmədikdə kassa kitabı ilə satış tamamilə qeydiyyata aparılmışdır, həmin kassa kitabı ilə satışın rəsmiləşdirilməsi barədə sahibkara yoxlama dövründə heç bir irad bildirilməmiş, ona hər hansı bir cərimə tətbiq edilməmişdir. Sahibkar kassa kitabı ilə satışının göstərdiyi dövriyyənin vergisini hesablamışdır hər ayda vergi orqanına bəyannamə təqdim etmişdir. Müvafiq satış 831819.96 manat mal dövriyyəsinin material hesabatı da vergi yoxlayıcısı tərəfindən yoxlanılmış və inventarizasiya edilərək mal, material uçotu üzrə hər hansı bir kənarlaşma müəyyən edilməmişdir. Həmin malların satış dövriyyəsini təsdiq edən kassa satışı aylar üzrə açıqlamanı da qoşma olaraq təqdim edilmişdir. İddiaçı tərəfindən Satış dövriyyəsi həm də malların hərəkət cədvəli aylar üzrə məhkəməyə təqdim edilmişdir. Kassa və bank sənədləri, alış sənədləri, material hesabatları mövcud olmuşdursa Vergi Məcəlləsində şərti rentabelliyin tətbiqi üçün bir əsas belə olmadığı halda Necə 55 saylı qərar tətbiq edilmişdir? Səyyar Vergi yoxlaması aktının beşinci səhifəsində bir 1.9.2-ci bənddə inventarizasiya keçirildiyi qeyd olunmuşdur. 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü tarixli **********186670 nömrəli “Səyyar vegi yoxlması zamanı inventarizasiya təyin edilməsi haqqında” Qərarı ilə vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfat subyektində inventarizasiya keçirilmişdir. İnventarizasiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 82 saylı "Səyyar vegi yoxlması zamanı vergi orqanları tərəfindən inventarizasiya aparılması" qaydalarının tələblərinə uyğun olaraq aparılması qeyd olunmuş inventarizasiya nəticəsi olaraq xx.xx.2024-cü il tarixdə inventarizasiya aktı tərtib edilmişdir. İnventarizasiya ilə mühasibat uçotu sənədlərinə əsastarizaslarını qalıq dəyərinin 465890.45 manat, vergi ödəyicisinin inventarizasiya tarixinə 465890.45 manat dəyərində mal qalığının olduğu müəyyən edilmişdir. Yəni hər hansı kənarlaşma aşkar edilməmişdir. Əgər uçot sənədləri ilə və inventarizasiya ilə kənarlaşma mövcud olmamışdırsa necə ola bilər ki, şərti rentabelliklə mənfəət vergisi hesablansın? Kənarlaşma aşkar edilmədiyi halda iddiaçının mənfəətini bir başa necə ol bilər ki, vergi orqanı müəyyən edə bilməsin? Mal, material hesabatı üzrə də inventarizasiya hər hansı bir kənarlaşma aşkar edilməyibsə, necə ola bilər ki, vergi ödəyicisinin mühasibat uçotu aparılmamış olsun? Mühasibat uçotu faktiki mal materialın hərəkətini, qalığı eynidirsə, kənarlaşıma yoxdursa VM-nin 83.9-cu maddəsi, NK-nın 55 saylı qərarı ilə rentabellik tətbiqi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Səyyar vergi yoxlaması aktında bir səhifədə yazılır ki, sənədlər təqdim edilib, inventarizasiya keçirilib, heç bir kənarlaşma aşkar edilməyib, bir bənddə isə qeyd edir ki, 10-cu səhifədə yoxlama üzrə mühasibat uçotunun aparılmadığı və beynəlxalq standartlara uyğun aparılmadığı göstərilir. Əgər iddiaçı beynəlxalq standartlara uyğun və ya yerli standartlara uyğun uçot aparmayıbsa, reseptura, kalkulyasiya olmayıbsa, məhsul istehsalı üzrə düzgün uçot aparmayıbsa, inventarizasiya ilə bu sahibkarın mal materialında necə ola bilər ki, kənarlaşma olmasın? Demək mühasibat uçotunu düzgün aparıb ki, material hesabatları və faktiki mal qalığı üzrə kənarlaşma aşkar edilməyib. Bunun başqa cavabı yoxdur. Yəni inventarizasiya keçirilir, heç bir kənarlaşma aşkar edilmir, amma yazılır ki, mühasibat uçotunu aparmayıb. Yəni bu o deməkdir ki, burada tərtib edilmiş akt özü səyyar vergi oxunması keçirilməsi haqqında qaydalara uyğun gəlmir, əsassız, ziddiyətli əsaslarla yazılan akta əsasən iddiaçıya əlavə vergilər yazılır və tələb edilir. Hesab edilir ki, bu hallara Məhkəmə ədalətli qərar verməsi üçün düzgün hüquqi qiymət verəcəkdir. Səyyar vergi oxuması keçirilməsi haqqında qaydalarda faktiki olaraq hər bir vergi növünün hesablanması, yoxlanılması, aktlaşdırılması göstərilmişdir. İnzibati icraat haqqında Qanunun tələblərinə əsasən inzibati orqan öz hesabladığı vergini sübut etməlidir. Buradan da hesablanmış 2021-ci il üçün 25445.76 manat, 2022-ci üçün 55943.52 manat 2023-cü il üçün 134941.24 manat artıq mənfəət vergisinin faktiki olaraq əsassız hesablandığını da qeyd etmək zərurəti yaradır. Çünki mənfəət vergisinin hesablanmasına əsas yalnız burada ümumi sözlərlə yazılanlar deyil mötəbər sübutlar olmalı idi. İddiaçı istehsalçıdır. Ən azından bütün məhsulların üzərində qablaşdırılan zaman onun müvafiq tərkib göstəriciləri mövcud olur. Azərbaycan Respublikasının Standartlarının mövcud olduğu Standartlaşdırma İnstitutu fəaliyyət göstərir. Müraciət edilib standartların mövcud olub olmadığı, həmin standartlara uyğun olub olmadığı araşdırıla bilərdi? İddiaçı 2021,2022,2023-cü illər üzrə mühasibat uçotunun aparılmamasına istinad edib, inventarizasiya keçirib, hər hansı kənarlaşma aşkar etmədən, VM-nin 67.14, 83.9 və Nazirlər Kabinetinin 55 saylı qərarı ilə mənfəət vergilərinin hesablanmasını qanunsuz hesab edir. Cavabdehin etirazı Cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli **********193851 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının ərizəsində göstərdiyi dəlilləri cavabdeh inzibati orqan qeyd olunanlara görə əsassız sayır və hesab edir ki, iddiaçının iddia tələbi təmin olunmamalıdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (cavabdehin) xx.xx.2024-cü il tarixli **********184860 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq 2021-2024-cü illər üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi həmin Baş İdarənin Səyyar vergi yoxlamalaları İdarəsinin, Səyyar vergi yoxlamaları şöbəsinin əməkdaşları X4 və X6 tapşırılmışdır. Yoxlayıcı barədə məlumatlar müvafiq reyestrə daxil edilmişdir. Bu barədə KY242123879 saylı “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” da qeydlər mövcuddur. Vergi yoxlaması bütün yoxlama müddəti ərzində iddiaçı cəmiyyətin nümayəndəsinin (direktor ) birbaşa iştirakı ilə aparılmışdır. Vergi qanunvericiliyinə əsasən səyyar vergi yoxlaması xx.xx.2024- cü il tarixdə başlanılmışdır. Beləliklə, vergi orqanı səyyar vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı qanunvericilikdə əks olunmuş prosedurlara əməl etmişdir. Həmçinin qeyd olunur ki, vergi yoxlaması prosesində qəbul edilmiş bütün qərarlarla və digər prosessual sənədlərlə cəmiyyətin nümayəndələri tanış olmuş, bu haqda sənədlərdə müvafiq qeydlər mövcuddur. Səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş hal hazırda iddiaçının mübahisələndirdiyi qərarla İddiaçı MMC barəsində cəmi 339392.42 manat, o cümlədən 220 510.13 manat vergi və 118 882,29 manat maliyyə sanksiyası hesablanmışdır. Belə ki, yoxlama nəticəsində ümumilikdə mənfəət vergisi uzrə 216 330,52 manat verginin hesablanması və Vergi Məcələsinin 58.1-ci maddəsinə əsasən yayındırılmiş vergi məbləğinin 50% miqdarında, yəni 108 165,26 manat maliyyə sanksiyası tətbiq edilmişdir, ƏDV üzrə 4179.61 manat verginin azaldılması və Vergi Məcələsinin 58.1-ci maddasinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 10717.03 manat maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli **********186425 nömrəli “Səyyar vergi yoxlaması” aktından görünür ki, iddiaçı cəmiyyət barəsində mənfəət və əlavə dəyər vergiləri hesablanmışdır. Mənfəət vergisinin hesablanması səbəbləri aşağıdakı kimi izah edilir. Yoxlama ilə 2021- 2023-cü illər üzrə mənfəət vergisinin düzgünlüyü yoxlanıldı. Vergi ödəyicisi tərəfindən həmin dövr üzrə mənfəət vergisi bəyannamələri Vergi Məcəlləsinin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmişdir. Yoxlama ilə 2021-ci, 2022-ci və 2023-cü illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələri üzrə hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclərin tərkibi araşdırılarkən vergi ödəyicisi tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci,3.4-cü, 5.2-ci v 10-cu maddələrinin müddəalarına əsasən X2 Standartlarına görə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun olaraq mühasibat uçotunun aparılmasını təmin etməmiş, belə ki, bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburi olduğu halda mühasibat uçotu mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılmamış, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin vəxərclərin uçotunun aparılması qaydalar”ının 2.1-ci, 2.2-ci,3.5-ci, 3.7-ci bəndlərinin tələblərini pozaraq istehsal sahəsində gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmadığı, istehsal edilmiş malların topdan və pərakəndə satdış qaydadasında satdığına görə malların təsərrüfat daxili yerdəyişmə qaimə-fakturlarından istifad edmədiyi, istehsal prosesində istehsal ehtiyatlarının əsas və köməkçi istehsal sahələrin buraxılışının sənədləşdirilmədiyi, və eyni zamanda bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçotunun aprılmadığı, istehsal məsrəflərinin, məhsulların resepturalarının və maya dəyərinin kalkulyasiyası yoxlamaya təqdim edilməmiş və ona görə dəyoxlama ilə istehsal resepturasına əsasən istehsal olunmuş yağın 1 kq-na istifadə olunmuş xammal və material sərfiyyatını müəyyən etmək mümkün olmamışdır. Belə ki, cəmiyyət tərəfindən vergi orqanına 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində “Xammal və materiallar” sətrində əks olunanan 659890,07 manat, 2022-ci ildə “Xammal və materiallar” sətrində əks olunanan 1417595,53 manat, 2023-cü ildə “Xammal və materiallar “ sətrində əks olunanan 3809196,00 manat məbləğində xammal və malların dəyərləri xərcə silinmiş, lakin yoxlamaya istehsal olunan məhsulların çeşidləri üzrə resepturalarının və kalkulasiyalarının təqdim edilmədiyinə görə və yoxlanılan dövrdə 831819,96 manat satılmış malların dövriyyəsini təsdiq edən sənədlər yoxlamaya təqdim etmədiyi üçün istehsal olunan məhsulların maya dəyərini, yəni istehsal məsrəflərini yoxlama ilə müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı Vergi Məcəlləsinin 42.2-ci və 43.10-cu maddəsinin tələblərinə əsasən imtina aktı tərtib olunmuşdur. Bütün yuxarıda qeyd olunan səbəblərdən də cəmiyyətin (iddiaçının) əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. VM-nin 83.9-cu maddəsinə əsasən NK-nın 55 saylı Qərarına əsasən xərcə görə şərti rentabellik tətbiq edilməklə 2021-2023-cü illər üçün mənfəət vergisi hesablanmışdır, ümumi gəlirdən çıxılan xərclər vergi ödəyicisi tərəfindən təqdim olunan məlumatlar əsasında müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021, 2022, 2023-cü illərin mənfəət vergisi bəyannamələri ilkin sənədlər əsasında araşdırılarkən cəmiyyətin ümumi gəlirləri, hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərcləri aşağıdakı kimi olmuşdur: 2021-ci il üçün iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən gəlirləri 846254 manat, ümumi gəlirləri 846254 manat, hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclərin cəmi 817477,33 manat göstərilməklə vergitutma məqsədləri üçün mənfəəti 28776.67 manat təşkil etmişdir ki, ondan da 20 faiz hesabı ilə 5755.33 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Eyni zamanda yoxlama zamanı cəmiyyətin xərclərinin əmək haqqı və ona bərabər ödəmələr üzrə-24306,67 manat əmək haqqının hesablama cədvəlləri ilə təsdiq olunur),- Sosial sığorta haqları üzrə - 4749,96manat ( əmək haqqının hesablama cədvəlləri ilə təsdiq olunur), Xammal və materialların dəyəri- 659890,07 manat (alınmış EQ-lər və anbar hesabatları ilə təsdiq olunur), İcarə haqqı-7200 manat(icarə müqavilələri ilə təsdiqlənir), Bank xidməti üzrə xərclər üzrə- 21 046, 29 manat (Bank sənədləri ilə təsdiq olunur), Bilavasitə malların təqdim edilməsi (işlərin görülmüəsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər üzrə-100041,27manat (alınmış EQ-lər ilə təsdiq olunur),Sığorta xərcləri - 243,07 manat olduğu müəyyən olunmuşdur. 2022-ci il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilm sindən gəlirləri 1625372,50 manat, ümumi gəlirləri 1625372,50 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 1597577,64 manat göstərilməklə vergitutma məqsədləri üçün mənfəəti 27794,86 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 5558,97 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Eyni zamanda yoxlama zamanı cəmiyyətin xərclərinin əmək haqqı və ona bərabər ödəmələr üzrə 34616,93 manat ( əmək haqqının hesablama cədvəlləri ilə təsdiq olunur),- Sosial sığorta haqları üzrə- 7561,34 manat ( əmək haqqının hesablama cədvəlləri ilə təsdiq olunur), Xammal və materialların dəyəri- ******* manat (alınmış EQ-lər və anbar hesabatları ilə təsdiq olunur), İcarə haqqı-7200 manat(icarə müqavilələri ilə təsdiqlənir), Bank xidməti üzrə xərclər üzrə - 27107,94 manat (Bank sənədləri ilə təsdiq olunur), Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlrəin göstərilməsi) ilə bağlı sair xərclər üzrə - 33368,75 manat (alınmış EQ-lər ilə təsdiq olunur) olduğu müəyyən olunmuşdur. 2023-cü il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən gəlirləri 4190116,21 manat, olmaqla ümumi gəlirləri 4190116,21 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 4054018,65 manat göstərilməklə vergitutma məqsədləri üçün mənfəəti 136097,56 manat t şkil etmişdir ki, ondan da 20% hesabı il 27219,51 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Eyni zamanda yoxlama zamanı cəmiyyətin xərclərinin əmək haqqı və ona bərabər ödəmələr üzrə - 102230,02 manat ( əmək haqqının hesablama cədvəlləri ilə təsdiq olunur),- Sosial sığorta haqları üzrə - 21274,12 manat ( əmək haqqının hesablama cədvəlləri ilə təsdiq olunur), Malın dəyəri üzrə - ******* manat (alınmış EQ-lər və anbar hesabatları ilə təsdiq olunur),İcarə haqqı-7200 manat, Enerji xərcləri üzrə - 18512,74 manat (alınmış EQ-lər ilə təsdiq olunur), Bank xidməti üzrə xərclər üzrə - 45787,74 manat (Bank sənədləri ilə təsdiq olunur), Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər üzrə - 49014,40 manat (alınmış EQ-lər ilə təsdiq olunur),Sığorta xərcləri-661,04(müqaviləl rlə təsdiqlənir) manat olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə ” xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı əsasında hesablanır. Ona görə də , 2021-ci il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirləri 846254 manat, olmaqla ümumi gəlirləri 846254 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 817477,33 manat göstərilməklə vergitutma məqsədləri üçün mənfəəti 28776,67 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 5755,33 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Qeyd olunan bəyannamə məlumatları yoxlamaya təqdim edilmiş ilkin sənədlərlə yoxlanarkən müəyyən olundu ki 2021-ci il üzrə yuxarıda qeyd edilənlər əsasən cəmiyyətin ümumi gəlirdən çıxılan xərcləri 780027,32 manat müəyyən edilərək VM-nin 83.9-cu maddəsinin tələblərinə uyğun olaraq NK-nin 55 saylı Qərarına əsasən xərcə görə şərti rentabellik tətbiq edilərək mənfəəti 156005,46 manat müəyyən edilmiş və yoxlama ilə Vergi Məcəlləsinin 67.14 və 104-cü maddələrinə əsasən 2021-ci il üzrə 31201,09 manat (156005,46*20%) mənfəət vergisi hesablanmışdır. Buradan da göründüyü kimi 2021-ci ilin yekununa görə cəmiyyət tərəfindən büdcəyə hesablanmalı olan mənfəət vergisi 25445,76 manat azaldılmışdır. Vergi məcəlləsinin 58.1-ci maddəsi nəzərə alınmaqla vergi ödəyicisin 2021-ci il üzrə azaldılmış 25445.76 manat mənfəət vergisinin 50 faizi miqdarında , yəni 12722.88 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. 2022-ci il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən gəlirləri 1625372,50 manat, olmaqla ümumi gəlirləri 1625372,50 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 1597577,64 manat göstərilməklə vergitutma məqsədləri üçün mənfəəti 27794,86 manat təşkil etmişdir ki, ondan da 20% hesabı ilə 5558,97 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Qeyd olunan bəyannamə məlumatları yoxlamaya təqdim edilmiş ilkin sənədlərlə yoxlanarkən müəyyən olunmuşdur ki 2022-ci il üzrə yuxarıda qeyd edilənlər əsasən cəmiyyətin ümumi gəlirdən çıxılan xərcləri 1537562,17manat müəyyən edilərək VM-nin 83.9-cu maddəsinin tələblərinə uyğun olaraq NK-nin 55 saylı Qərarına əsasən xərcə görə şərti rentabellik tətbiq edilərək mənfəəti 307512,43 manat müəyyən edilmiş və yoxlama ilə Vergi Məcəlləsinin 67.14 v 104-cü maddələrin əsasən 2022-ci il üzrə 61502,49 manat (307512.43*20%) mənfəət vergisi hesablanmışdır. Buradan da göründüyü kimi 2022-ci ilin yekununa görə cəmiyyət tərəfindən büdcəyə hesablanmalı olan mənfəət vergisi 55943,52 manat azaldılmışdır. Vergi məcəlləsinin 58.1-ci maddəsi nəzərə alınmaqla vergi ödəyicisin 2022-ci il üzrə azaldılmış 55943,52 manat mənfəət vergisinin 50 faizi miqdarında , yəni 27971,76 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. 2023-ci il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən gəlirləri 4190116,21 manat, olmaqla ümumi gəlirləri 4190116,21 manat, hesabat dövründə gəlirdən əldə edilməsi ilə bağlı çıxılan xərclərin cəmi 4054018,65 manat göstərilməklə vergitutma məqsədləri üçün mənfəəti 136097,56 manat təşkil etmişdir ki, ondan da 20% hesabı il 27219,51 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Qeyd olunan bəyannamə məlumatları yoxlamaya təqdim edilmiş ilkin sənədlərlə yoxlanarkən müəyyən olunmuşdur ki, 2022-ci il üzrə yuxarıda qeyd edilənlərə əsasən cəmiyyətin ümumi gəlirdən çıxılan xərcləri 4054018,65 manat müəyyən edilərək VM-nin 83.9-cu maddəsinin tələblərinə uyğun olaraq NK-nın 55 saylı Qərarına əsasən xərcə görə şərti rentabellik tətbiq edilərək mənfəəti 810803,73 manat müəyyən edilmiş və yoxlama ilə Vergi Məcəlləsinin 67.14 və 104-cü maddələrinə əsasən 2023-cü il üzr 162160,75 manat (810803,73 *20%) mənfəət vergisi hesablanmışdır. Buradan da göründüyü kimi 2023-ci ilin yekununa görə cəmiyyət tərəfindən büdcəyə hesablanmalı olan mənfəət vergiisi 134941,24 manat azaldılmışdır. Vergi məcəlləsinin 58.1-ci maddəsi nəzərə alınmaqla vergi ödəyicisin 2023-cü il üzrə azaldılmış 134941,24 manat mənfəət vergisinin 50 faizi miqdarında, yəni 67470.62 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, VM-nin 38.2-ci maddəsinə əsasən iddiaçı cəmiyyət barəsində növbəti səyyar vergi təyin edilmişdir. İşin yuxarıda göstərilmiş xüsusatlarından görünür ki, iddiaçı cəmiyyət barəsində VM-nin 67-ci maddəsinin tələbləri əsasında vergi öhdəliyi müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın VM-nin 67 və 83.9cu maddələrinin tələbləri əsasında gəldiyi mövqeyi əsaslıdır. Belə ki, iddiaçı cəmiyyət tərəfindən istehsal fəaliyyəti ilə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmamışdır. “Mühasibat uçotu haqqında” AR Qanununun 3.1 və 5.2-ci maddəsinə əsasən mühasibat uçotu subyektlərində mühasibat uçotunu qanunla müəyyən edilmiş qaydada mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. VM-nin 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən normanın tələblərinə görə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydaları, habelə 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanla isə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydaları təsdiq edilmişdir. Qaydaların 1.1-ci bəndinə əsasən sözügedən Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmış, vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarının 2.1ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, istehsal fəaliyyət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. Sözügedən Qaydaların 3.5-ci bəndinə əsasən İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. İstehsal fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, topdan və ya pərakəndə satış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların (hazır məhsulların) istehsal fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi, cəmiyyət tərəfindən istinad edilən Qaydaların tələbləri gözlənilməmişdir. Yəni Cəmiyyət Qaydaların 2.1, 2.2, 3.5, 3.7, 4.1, 4.2, 4.4, 6.4-cü bəndlərinin tələblərini pozaraq istehsal sahəsində gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmamış,istehsal edilmiş malların topdan və pərakəndə satdış qaydasında satdığına görə malların təsərrüfat daxili yerdəyişmə qaiməfakturlarından istifadə etməmiş, istehsal prosesində istehsal ehtiyatlarının əsas və köməkçi istehsal sahələrin buraxılışını sənədləşdirilməmiş və eyni zamanda bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçotu aparmamış, istehsal məsrəflərinin, məhsulların resepturalarının və maya dəyərinin kalkulyasiyası yoxlamaya təqdim etməməmiş və ona görə dəyoxlama ilə istehsal resepturasına əsasən istehsal olunmuş yağın 1 kq-na istifadə olunmuş xammal və material sərfiyyatını müəyyən etmək mümkün olmamışdır. Bildirilmişdir ki, iddiaçı cəmiyyət tərəfindən İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarının 9.1-ci bəndində əks olunmuş ciddi hesabat blankları yoxlamaya təqdim edilməmişdir. Cəmiyyətinin fəaliyyəti ilə əlaqədar bütün əməliyyatların rəsmiləşməməsi, ciddi hesabat blanklarında əks olunmaması, məhsulların resepturalarının və maya dəyərinin kalkulyasiyasının aparılmaması xüsusatları belə hüquqi nəticə formalaşdırır ki, iddiaçı tərəfindən mühasibat uçotu qanunla müəyyənləşdirilmiş qaydada aparılmamış, bu vəziyyətdə vergitutma obyektinin birbaşa müəyyən edilməsi mümkün deyildir. Beləliklə tərəfimizdən VM-nin 67.1ci maddəsi ilə verilmiş hüquqi imkanlardan istifadə etməyimizin səbəbləri tam aydın element kimi görsənir. Cavabdeh inzibati orqan olaraq qanunun verdiyi imkanlardan düzgün və əsaslandırılmış formada istifadə etmişik. Vergi Məcəlləsinin 67.2-ci maddəsin əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan mənfəət vergisinin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün eynixüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi vəxidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi meyarları nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir. Bununla əlaqədar Vergi Məcəlləsinin 67.2.2-ci v 67.2.3-cü maddələrin əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyənləşdirilməsinin mümkün olmamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilməsi üzrə araşdırmamız 2021-ci ili əhatə etmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, AR VM-də dəyişiklik edilməsi haqında 3 dekabr 2021-ci il tarixli 406-VİQD № qanuna əsasən Vergi Məcəlləsinə aşağıdakı məzmunda 67.17-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.” Qeyd olunan maddə 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minməklə tətbiq edilməyə başlanmışdır. Səyyar vergi yoxlaması ilə 2022 və 2023-cü illər üzrə mənfəət vergisinin yoxlanıldığını nəzərə alsaq, 2022 və 2023-cü illər üzrə hesablama həyata keçirilərkən artıq Vergi Məcəlləsinin 67.17-ci maddəsi qanuni qüvvəsini aldığından tətbiq olunmalıdır, yəni vergitutma obyekti müəyyən edilərkən sıra ardıcıllığının gözlənilməsi istisna edilməlidir. İddia ərizəsində qeyd edilmişdir ki,”Azərekspertiza birliyi” xx.xx.2024-cü il tarixli **********128400 saylı məktubu ilə kifayət qədər məlumat olmadığına əsas gətirməklə rəy verməkdən imtina etmişdir. "xxxx" MMC xx.xx.2025-cü il tarixli **********128800 saylı məktubla kiyafət qədər məlumat olmadığını əsas gətirməklə rəy verməkdən imtina etmişdir. Lakin vergi yoxlaması mütəxəssis cəlb edilməsi əsası ilə dayandırılmışdır. Bu da yoxlama gedişində prosedur pozuntu kimi qiymətləndirilə bilər. Qeyd olunan dəlil əsassızdır. İddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 23 və 38-ci maddələrinə istinad olunmaqla sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, mal material hesabatlarının və təhvil-təslim ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması barədə” xx.xx.2024-cü il tarixli **********186222 və xx.xx.2024-cü il tarixli **********187373 nömrəli qərarlarına əsasən hər bir qərara görə 30 iş günü müddətinə səyyar vergi yoxlamasının müddəti artırılmışdır. İddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2024-cü il tarixli **********188700 nömrəli, xx.xx.2024-cü il tarixli **********188944 nömrəli, xx.xx.2024-cü il tarixli **********189333 nömrəli, xx.xx.2024-cü il tarixli **********189686 nömrəli, xx.xx.2024-cü il tarixli **********190220 nömrəli, xx.xx.2025-ci il tarixli **********190875 nömrəli, xx.xx.2025-ci il tarixli **********191182 nömrəli, xx.xx.2025-ci il tarixli **********191451 nömrəli, xx.xx.2025-ci il tarixli **********191562 nömrəli, xx.xx.2025-ci il tarixli nömrəli **********191840 nömrəli, Qərarlarla dayandırılmışdır (təxirə salınmışdır). Yoxlamanın dayandırılması və uzadılması haqqında məlumatlar müvafiq reyestrə daxil edilməsi təmin edilmiş və qeyd edilən məlumatlar “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” əks olunmuşdur. Reyestrdən görünür ki, yoxlamanın dayandırılması və uzadılması müddətləri düzgün formada müvafiq reyestrə daxil edilmişdir. Bildiririk ki, səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olduğundan mütəxəssis dəvət edilməsinə zərurət yaranmışdır. Bu baxımdan VM-nin 23 və 45-ci maddələrinin tələblərinə əsasən tərəfimizdən xx.xx.2024-cü il tarixli **********186669 nömrəli "xxxx" qərar qəbul edilərək, müvafiq rəyin verilməsi üçün “Azərekspertiza” Birliyinə müraciət edilmişdir. Lakin Birlik kifayət qədər məlumat bazasının olmadığını əsas gətirməklə rəy verməkdən imtina etmişdir. Sonradan xx.xx.2024-cü il tarixli **********188814 nömrəli "xxxx" qərar qəbul edilərək, müvafiq rəyin verilməsi üçün "xxxx" MMC-yə müraciət edilmişdir. Lakin "xxxx" MMC də kifayət qədər məlumat bazasının olmadığını əsas gətirməklə rəy verməkdən imtina etmişdir. Göründüyü kimi, mütəxəssisin svy zamanı iştirakının təmin edilməsi birbaşa vergi qanunvericiliyində əks olunmuş, bilavasitə vergi orqanlarına verilmiş hüquqlardandır. Məhz tərəfimizdən qanunda əks olunmuş hüquqlarımızdan istifadə edilmiş, təkcə “Azərekspertiza” Birliyininin imtina məktubu ilə kifayətlənməyərək yoxlamanın dolğun və əsaslı aparılması üşün digər ekspertiza təşkilatına müraciət edilmişdir. Bu xüsusda qeyd edirik ki, yoxlamaya mütəxəssis dəvət edilməsi ilə bağlı tərəfimizdən hər hansı prosessual pozuntuya yol verilməmişdir. Daha sonra iddia ərizəsində və ona edilmiş əlavədə iddiaçının nümayəndəsi aşağıdakıları qeyd etmişdir: “Kassa kitabı İlə nağd hesablaşmaların aparılması üzrə vergi orqanının hər hansı bir cərimə tətbiq edilməsi halı mövcud olmamışdır. Yəni sahibkar kassa kitabını qanuna müvafiq tətbiq etməklə istifadə etmiş və öz gəlirlərini ƏDV bəyannamələrində kassa ilə satış bəndində göstərərək hər ay bəyan etmiş, ƏDV bəyannamələrinin 3 nömrəli əlavəsində müvafiq sətrdə nağd hesablaşma üzrə kassa əməliyyatlarının dövriyyəsini əks etdirmiş, təqdim etdiyi elektron qaimə ilə satış dövriyyəsini göstərərək hər ay bitdikdən sonra 20 gün müddətində əlavə dəyər vergisi hesabatlarını vergi orqanına təqdim etmiş, bundan əlavə illik mənfəət vergisi bəyannaməsi təqdim edən zamanda bütün dövriyyəsini vergi orqanına bəyan etmişdir. Bundan əlavə olaraq alınmış mal material hərəkəti, malların hərəkətidə vergi orqanına və yoxlamaya təqdim edilmişdir. Yuxarıda qeyd edilənhallara diqqət yetirsək, nağd hesablaşma qaydalarının pozulması ilə əlaqədar və digər hallar yerində yoxlanılması üçün Operativ nəzarət qaydasında yoxlama keçirə bilərdi. Səyyar vergi yoxlaması aktının 11-ci səhifəsinin 1-ci abzasında qeyd edilən 831819.96 manat satılmış malların dövriyyəsini təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyi qeyd edilmişdir, lakin qeyd edirik ki, həmin malların satışını təsdiq edən, kassa aparatı işləmədikdə kassa kitabı ilə satış tamamilə qeydiyyata aparılmışdır, həmin kassa kitabı ilə satışın rəsmiləşdirilməsi barədə sahibkara yoxlama dövründə heç bir irad bildirilməmiş, ona hər hansı bir cərimə tətbiq edilməmişdir. Sahibkar kassa kitabı ilə satışının göstərdiyi dövriyyənin vergisini hesablamışdır hər ayda vergi orqanına bəyannamə təqdim etmişdir. Həmin malların satış dövriyyəsini təsdiq edən kassa satışı aylar üzrə açıqlamanı da qoşma olaraq təqdim edilmişdir.NK-nın 55 saylı qərarı xx.xx.2024-cü il tarixdən qüvvədən düşmüşdür. Lakin vergi orqanı 55 saylı qərarı keçmiş dövrə tətbiq etmiş 55 saylı qərara istinad etməsində əsas kalkulyasiya və reseptin yoxlamaya təqdim edilməməsinə istinad edərək məhsulların kalkulyasiya və reseptinin müəyyən edilməməsini bildirərək xərc sənədlərini nəzərə almayaraq mənfəət vergisi hesablamışdır.” İddiaçının nümayəndəsinin göstərdiyi dəlillərin əsassız olması ilə bağlı aşağıdakıları qeyd edirik: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001- ci il tarixli 55 nömrəli Qəran təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.2-ci yarımbəndinə əsasən vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar çəkdiyi xərclər əsasında vergi ödəyicisinin mənfəəti (gəliri) müəyyən edilir. Göründüyü kimi, xərc sənədləri əsasında şərti rentabellik üsulu ilə verginin hesablanmasının mümkünlüyü səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərannda birbaşa göstərilmişdir. Göründüyü kimi, vergi orqanı sözügedən Qaydalarda əks olunmuş tənzimləməyə istinad edərək iddiaçı cəmiyyətin xərc sənədləri əsasında mənfəət vergisi hesablamış və hər hansı qanun pozuntusuna yol verməmişdir. Həmçinin bildirilir ki, 55 saylı Qərar NK-nın xx.xx.2024-cü il tarixli 369 nömrəli Qərarı ilə ləğv edilmiş, iddiaçı cəmiyyətin sahibkarlıq fəaliyyəti üzrə mənfəət vergisinin yoxlanılması dövrləri isə 2021-2023-cü illəri əhatə etmişdir. Yəni yoxlamanın əhatə etdiyi dövrlər üzrə 55 saylı Qərar qüvvədə olmuşdur. Eləcə də “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” xx.xx.2024-cü il tarixli **********295000 nömrəli aktdan görünür ki, məhsulun maya dəyərinin kalkulyasiyası və məhsulun resepturası səbəbi izah olunmadan yoxlamaya təqdim olunmamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, xx.xx.2024-cü il tarixli akt İddiaçı MMC-nin rəhbəri X7 tərəfindən də imzalanmışdır. Həmçinin cəmiyyətin nümayəndəsi iddia ərizəsində kalkulyasiya və reseptura ilə bağlı aşağıdakı dəlilləri bildirmişdir,”...reseptura və istehsal olunmuş yağların xammal material sərfiyyatının müəyyən olunmaması əsası ilə hesablanmış mənfəət vergisinin tamamilə əsassız olmasını diqqətinizəçatdırırıq. Bu xüsusat o deməkdir ki, istehsal olunmuş məhsulların kalkulyasiyası və resepturasına dair sənədlərə cəmiyyət malik olmamışdır. Qeyd edilən hal həm də xx.xx.2024-cü il tarixli aktla da təsdiqlənir. Cəmiyyətdə mühasibat uçotunun qanunla müəyyən edilmiş qaydada aparılmamasının bariz nümunəsi “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarının tələblərinə əsasən istehsal fəaliyyəti ilə bağlı bütün əməliyyatların gedişatının sənədləşdirilmədiyi halıdır. Yəni cəmiyyət tərəfindən sözügedən qaydaların tələbləri əsasında bütün hərəkətlər ciddi hesabat blanklarında əks olunmalı olduğu halda qaydalara zidd olaraq müvafiq rəsmiləşdirmələr aparılmamışdır. Bu baxımdan VM-nin 67.1-ci maddəsinin iddiaçı barəsində tətbiq edilməsinin qanuni əsası yaranmışdır. Ümumiyyətlə bildirilir ki, cəmiyyət tərəfindən nə səyyar vergi yoxlaması zamanı, nə də məhkəmə icraatı çərçivəsində malların təsərrüfat daxili yerdəyişmə qaimə fakturaları, istehsal prosesində istehsal ehtiyatlarının əsas və köməkçi istehsal sahələrinə buraxılışının sənədləşdirilməsinə, habelə bütün istehsal prosesinə dair müvafiq sənədlər təqdim olunmamışdır. Yoxlanılan dövrdə 831819,96 manat satılmış malların dövriyyəsini təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyi üçün istehsal olunan məhsulların maya dəyərini, yəni istehsal məsrəflərini yoxlama ilə müəyyən etmək mümkün olmamışdır. İddiaçı MMC-nin nümayəndəsi iddia edir ki, 831819.96 manat məbləğində satılmış malların dövriyyəsini təsdiq edən sənədlərin olmaması səbəbi müxtəlif aylarda NKA-nın işləməməsi ilə bağlıdır. Qeyd olunur ki, vergi ödəyicisinə aid olan NKA işləmədikdə əməliyyatların hansı formada rəsmiləşdirilməsi və vergi ödəyicisinin yerinə yetirməli olduğu hərəkətlərin ardıcıllığı qanunvericilikdə dəqiq və aydın şəkildə tənzimlənir. VM-nin 16.1.10-cu maddəsinə əsasən istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. NK-nın xx.xx.2019-cu il tarixli “Nəzarət kassa aparatının istismarı Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 5.1-ci bəndinə əsasən istismar zamanı NKA-da nasazlıqlar yarandıqda istifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir. İstinad edilən maddi hüquq normalarının məzmunundan görünür ki, NKA-da hər hansı bir nasazlıq aşkar edildikdə vergi ödəyicisi dərhal bu barədə vergi orqanına məlumat verməlidir. Yəni qanunverici NKA-nın hər hansı texniki səbəblərdən işləmədiyi halda imperativ olaraq vergi ödəyicisinin üzərinə vəzifə qoyur ki, dərhal nasazlıqlar barədə vergi orqanına məlumat versin. Lakin səyyar vergi yoxlaması gedişatı zamanı və ya hazırkı məhkəmə icraatında iddiaçı tərəfindən yoxlama dövrləri ərzində NKA-dakı nasazlıqlar barədə vergi orqanına məlumat verilməsi ilə bağlı sübutlar təqdim olunmamışdır. Həmçinin vergi orqanında olan uçot-baza məlumatlarında da vergi ödəyicisinin belə müraciətiolması aşkar edilməmişdir. İddiaçının istinad etdiyi cədvəl məlumatlarından görünür ki, müxtəlif aylarda NKA-da guya “nasazlıqlar” olmuşdur. Belə olduğu halda haqlı sual çıxır ki, vergi ödəyicisi qanunu pozaraq nasaz NKA-dan necə istifadə etmişdir. VM-nin 50.8-ci maddəsində nəzarət-kassa aparatının çeklərində əks olunmalı məlumatların geniş siyahısı (malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği və s.) əks olunmuşdur. VMnin 50.8-ci maddəsinin tələblərinə cavab verən NKA çekləri ilə real satış dövriyyəsini müəyyən etmək mümkündür (NKA çekləri vasitəsi ilə aparılan əməliyyatlara münasibətdə) Lakin işdən görünür ki, iddiaçı cəmiyyət cəmiyyətdə 831819,96 manat dövriyyənin rəsmiləşdirilməsini bu formada təsdiq edən sənədləri vergi orqanına təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən vergi öhdəliyi yaradan əməliyyatların rəsmiləşdirməsi ilə bağlı qaydaların nəzərdə tutulması vergi öhdəliklərinin yerinə yetirilməsi və vergi öhdəliklərinin müəyyən edilməsi zamanı həm vergi orqanları, həm də vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməl olunması və bunun üzərindən həm də hüquqi müəyyənliyin, eləcə də vergi ödəyicilərinin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. vergi ödəyicisi olan hər hansı şəxs həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən, həmin şəxsdən vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən, həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.Qeyd edilməlidir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin borcudur (VM-nin 16.1.3 və 16.1.7-ci maddələri).Beləliklə aydın olur ki, cəmiyyəttərəfindən 831819,96 manat dövriyyənin rəsmi sənədlərlə həyata keçirilməsini təsdiq edən sənədlər mövcud olmadığı xüsusatına görə belə hüquqi nəticəyə gəlmək olur ki, vergi ödəyicisinin (iddiaçının) gəlirlərini birbaşa müəyyənləşdirmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, VM-ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək vergi orqanlarının hüququdur (VM-nin 23.1.1-ci maddəsi). İddia ərizəsində belə fikir irəli sürülmüşdür ki, nağd pul hesablaşmalarının pozulması halı ilə bağlı cavabdeh inzibati orqan operativ vergi nəzarəti tədbiri həyata keçirməmiş, hər hansı qanun pozuntusu aşkar etməmişdir. Normanın məzmunundan aydın olur ki, vergi ödəyicilərinin fəaliyyəti üzrə yoxlama keçirmək vergi orqanının hüququdur. Məhz qanunun verdiyi hüquqi imkanlardan istifadə edərək iddiaçının fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. İnventarizasiyanın nəticəsində qəbul edilmiş aktdakı əks olunmuş göstəricilərin səyyar vergi yoxlamasının nəticələrinə bilavasitə təsiri yoxdur. Belə ki, inventarizasiya ilə cəmiyyətin faktiki qalığında olan məhsulların (xammalın) mövcudluğu yoxlanılmışdır. Qeyd olunur ki, iddiaçı cəmiyyət tərəfindən barəsində hesablanmış ƏDV-məbləğinin əsassızlığı ilə bağlı konkret və tutarlı dəlillər göstərilmişdir. İddiaçı cəmiyyət xx.xx.2018-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alınmış və cəmiyyətə **********2 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmişdir. ƏDV üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr yoxlama ilə əhatə edilmişdir. .Vergi Məcəlləsinin 159.1- ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal yoxlanılan dövr ərzində vergitutma obyekti olmuşdur. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı Məcəllənin 175.1.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutulan əməliyyatlar üzrə-alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxtdır. Məcəllənin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılırsa, ƏDVnin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir.Qeyd olunan maddələrin tələbləri nəzərə alınmaqla yoxlama ilə ümumilikdə ƏDV üzrə 4179.61 manat verginin azaldılması və Vergi Məcələsinin 58.1-ci maddasinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 10717.03 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, iddiaçı xx.xx.2025-ci il tarixli **********193851 nömrəli qərarı mübahisələndirilməklə qanuni müəyyən edilmiş vergi öhdəliyinin icrasından yayınmaq məqsədi daşımışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, lakin iddiaçının nümayəndəsi gəlməmişdir. İddiaçının nümayəndəsi-vəkil Nümayəndə məhkəməyə ərizə göndərmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********184860 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən, İddiaçı MMC üzrə (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyun 2021 – may 2024 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. xx.xx.2024-ci il tarixli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan bütün təsərrüfat obyektlərində Vergi qanunvericiliyinə əməl olunmasına (Operativ vergi nəzarəti istisna olmaqla) dair xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xx.xx.2021-xx.xx.2024 tarixlər arası dövrün plan üzrə (növbəti) səyyar vergi yoxlamasının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yoxlamanın dayandırılması: xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (15 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (12 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (12 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinədək (19 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinədək (24 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinədək (10 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinədək (11 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinədək (5 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinədək (11 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinədək (8 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi Yoxlamanın müddətinin artırılması: xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (43 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (46 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. xx.xx.2024-cü il tarixli, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, İddiaçı MMC-yə məxsus olan (VÖEN **********) bank çıxarışları, aylıq satış hesabatı, mal-material hesabatı, nağd pul vəsaitlərinin hərəkəti cədvəli, debitor və kreditorların siyahısı cədvəlinin götürülməsi həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixli, **********186425 nömrəli “səyyar vergi yoxlaması” aktından görünür ki, səyyar vergi yoxlaması Dövlət Vergi Xidmətinin "Hesabat va Axtarış" informasiya sisteminin məlumatları və vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim olunan sənədlar-bank-kassa çıxarışları, qaimələr, müqavilələr, malların alış və satış sənədləri, habelə vergilərin hesablanması və ödənilməsi ilə bağlı digər ilkin mühasibat sənədləri əsasında aparılmış, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********184895 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamə təqdim edilmiş və həmin tələbnaməyə əsasən vergi ödəyicisindən xx.xx.2021ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədləri, o cümlədən müqavilələr, işçilərin siyahı məlumatı, bank sənədləri, bank çıxarışları, bank ödəniş tapşırıqları, kassa kitabı, kassa mədaxil-məxaric orderləri, YGB və invoyslar, malmaterialın hərəkəti, EQF-lar, alış aktları və səyyar vergi yoxlamasının keçirilməsi üçün digər sənədlər tələb olunmuşdur. Belə ki, yoxlama aparılarkən vergi ödəyicisi tərəfindən "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla və eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalar"ının 2.1-ci,2.2-ci,3.5-ci, 3.7-ci bəndlərinin tələblərini pozaraq istehsal sahəsində gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmadığı, istehsal edilmiş malların topdan və pərakəndə satış qaydadasında satdığına görə malların təsərrüfat daxili yerdəyişmə qaimə fakturlarından istifadə edmədiyi, istehsal prosesində istehsal ehtiyatlarının əsas və köməkçi istehsal sahələrinə buraxılışının sənədləşdirilmədiyi və eyni zamanda bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçotunun aprılmadığı müəyyən edilmişdir. Eyni zamnada istehsal məsrəflərini, məhsulların resepturalarını və maya dəyərinin kalkulyasiyasının, anbar hesabatını və elektron qaimə fakturalarda satılmış 1 kq yağın yağlılıq dərəcəsini müəyyən etmək üçün təsdiqedici sənədlər yoxlamaya təqdim edilməmişdir. xx.xx.2024 tarixli **********186670 nömrəli Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında qərara əsasən inventarizasiya aparılmış, akt tərtib olunmuşdur. İnventarizasiya başlayanda vergi ödəyicisinin təqdim etdiyi mühasibat uçotu sənədlərinə əsasən malların qalıq dəyərinin 465890,45 manat olduğu müəyyən edilmiş və yoxlama ilə vergi ödəyicisinin inventarizasiya tarixinə 465890,45 manat dəyərində mal qalığının olduğu müəyyən edilmiş, nəticədə əksikgəlmə və artıqgəlmə aşkar edilmişdir. Mənfəət vergisinin düzgün hesablanaraq dövlət büdcəsinə ödənilməsinin yoxlanılması ilkin mühasibat sənədləri, o cümlədən mal material və satış hesabatları, müqavilələr (icara, alqı-satqı, və s.), bank sənədlari, bank çıxarışları, bank ödəniş tapşırıqları, kassa kitabı, kassa mədaxil-məxaric orderləri, YGB va invoyslar, malmaterialın hərəkəti, mal qalığına aid sənədlər, EQF-lar, alış aktları, icarə müqavilələri, eyni zamanda yoxlanılan dövr üzrə yoxlamanın predmetinə aid olan digər sənədlə və mənfəət vergisinin yoxlanılması məqsədi ilə xx.xx.2021-ci ildən xx.xx.2023-ci ilə kimi gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədləri va debitor va kreditorlarla hesablaşmalar və vergilərin hesablanması üçün zəruri olan digər mühasibat sənədləri elektron daşıyıcıda götürülmüş məlumatlar əsasında yoxlanması həyata keçirilmişdir. Yoxlama ilə 2021-ci, 2022-ci və 2023-cü illər üzrə təqdim edilmiş mənfəət vergi bəyannamələri üzrə hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclərin tərkibi araşdırılarkən vergi ödəyicisı tərəfindən "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 3.4-cü, 5.2-ci və 10-cu maddələrinın müddəlarına əsasən X2 Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi nəzərdə tutulmuş uçot qaydalarına uyğun olaraq mühasibat uçotunun aparılmasını təmin etməmiş, belə ki, bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburi olduğu halda mühasibat uçotu mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılmamış və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarının 2.1-ci, 2.2-ci, 3.5-ci, 3.7-ci bəndlərinin tələblərini pozaraq istehsal sahəsində gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmadığı, istehsal edilmiş malların topdan və pərakəndə satış qaydasında satdığına görə malların təsərrüfat daxili yerdəyişmə qaimə fakturlarından istifadə edmədiyi, istehsal prosesində istehsal ehtiyatlarının əsas və köməkçi istehsal sahələrinə buraxılışının sənədləşdirilmədiyi və eyni zamanda bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçotunun aprılmadığı, istehsal məsrəflərinin, məhsulların resepturalarının və maya dəyərinin kalkulyasiyası yoxlamaya təqdim edilməmiş və ona görə də yoxlama ilə istehsal resepturasına əsasən istehsal olunmuş yağın 1 kq-na istifadə olunmuş xammal və material sərfiyyatını müəyyən etmək mümkün olmamışdır. Belə ki, cəmiyyət tərəfindən vergi orqanına 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində "Xammal və materiallar" sətrində əks olunanan 659890,07 manat, 2022-ci ildə "Xammal və materiallar" sətrində əks olunanan 1417595,53 manat, 2023-cü ildə "Xammal və materiallar" sətrində əks olunanan 3809196,00 manat məbləğində xammal və malların dəyərləri xərcə silinmiş, lakin yoxlamaya isyehsal olunan məhsulların çeşidlər üzrə resepturalarının və kalkulasiyalarının təqdim edilmədiyinə görə və yoxlanılan dövrdə 831819,96 manat satılmış malların dövriyyəsini təsdiq edən sənədlər yoxlamaya təqdim etmədiyi üçün istehsal olunan məhsulların maya dəyərini, yəni istehsal məsrəflərini yoxlama ilə müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı Vergi Məcəlləsinin 42.2-ci və 43.10-cu maddəsinin tələnələrinə əsasən imtina aktı tərtib olunmuşdur. Qeyd olunan səbəblərdən də ödəyicinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. VM-nin 83.9-cu maddəsinin tələblərinə uyğun olaraq NK-nin 55 saylı Qərarına əsasən xərcə görə şərti rentabellik tətbiq edilməklə 2021-2023-ci illər üçün mənfəət vergisi hesablanmışdır, ümumi gəlirdən çıxılan xərclər vergi ödəyicisi tərəfindən təqdim olunan məlumatlar əsasında müəyyən edilmişdir,gəlirlər isə öz təsdiqini tapmamışdır. Cəmiyyət xx.xx.2018-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alınmış və cəmiyyətə **********2 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmişdir. ƏDV üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr yoxlama ilə əhatə edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********184895 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunmanı haqqında" Tələbnamə təqdim edilmiş və həmin tələbnaməyə əsasən vergi ödəyicisindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə ilkin mühasibət sənədləri, o cümlədən müqavilələr, işçilərin siyahı məlumatı, bank sənədləri, bank çıxarışları, bank ödəniş tapşırıqları, kassa kitabı, kassa mədaxil-məxaric orderləri, YGB va invoyslar, mal-materialın hərəkəti, EQF-lar, alış aktları və səyyar vergi yoxlamasının keçirilməsi üçün lazım olan digər sənədlər tələb olunmuşdur. Ümumiyyətcə cəmiyyətə yoxlama zamanı hesabatda göstərilən əlavə dəyər vergisi məbləğinin hesabatda göstərilməli olan vergi məbləğinə nisbətən 21434,04 manat azaldılması və 17338,39 manat artıq hesablanması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, **********193851 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, İddiaçı MMC barəsində 2021-ci il üzrə 25445.76 manat mənfəət vergisi, 12722.88 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 55943.52 manat mənfəət vergisi, 27971.76 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 134941.24 manat mənfəət vergisi, 67470.62 manat maliyyə sanksiyası, 2021-ci il üzrə 2835.64 manat ƏDV, 1417,82 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 6754.19 manat ƏDV, 3377.10 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 6350.71 manat ƏDV, 3175.36 manat maliyyə sanksiyası, 2024cü il üzrə 5493.50 manat ƏDV, 2746.75 manat maliyyə sanksiyası, 2021-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 40.00 manat, 2022-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 40.00 manat maliyyə sanksiyası hesablanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 6.1.3. əlavə dəyər vergisi; Maddə 11. Vergi anlayışı Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.4-1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 40. Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanlarının vəzifəli şəxslərinin ərazilərə və ya binalara daxil olması 40.1. Səyyar vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına (yaşayış binaları (sahələri) istisna olmaqla) bilavasitə daxil olması həmin şəxslər tərəfindən öz xidməti vəsiqələrini və vergi orqanının rəhbərinin (onun müavininin) həmin vergi ödəyicisində səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarını və ya məhkəmənin qərarını təqdim etdikdən sonra həyata keçirilir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır (bu maddə 5 dekabr 2023-cü il 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir). Maddə 103. Vergi ödəyiciləri 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Maddə 130. Gəlirin və xərcin uçotu qaydası 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydaları
6. Səyyar vergi yoxlamasının formaları və onun təşkili prinsipləri 6.1. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 6.2. Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38-ci maddəsinin müddəalarına müvafiq bu Qaydaların 13-cü hissəsinin tələbləri nəzərə alınmaqla vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”ına (Əlavə 2) əsasən həyata keçirilir. 6.3. Səyyar vergi yoxlaması yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. 6.4. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. 6.7. Səyyar vergi yoxlaması Vergi Məcəlləsi ilə müəyyən edilən müddətlərə uyğun olaraq həyata keçirilir. 6.9. Səyyar vergi yoxlaması vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının təsərrüfat subyektində (obyektində), təsərrüfat subyekti (obyekti) olmadığı halda isə vergi orqanının müəyyən etdiyi yerdə həyata keçirilir.
8. Müddətlərin müəyyən edilməsi 8.11. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. 8.12. Müstəsna hallarda, yəni səyyar vergi yoxlamasının başa çatdırılması mümkün olmadıqda yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında Qərar”ına (Əlavə 11) əsasən səyyar vergi yoxlamasının müddəti 90 iş gününə qədər artırıla bilər. 8.13. Səyyar vergi yoxlamasının nəticələri üzrə akt yoxlama başa çatdıqdan sonra 3 iş günü müddətində tərtib edilir. 8.17. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının iş vaxtı ərzində həyata keçirilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydaları
1. Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin, o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.
“İnzibati icraat haqqında” Azərbaycan Resbublikasının Qanunu Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********193851 nömrəli qərarının ləğv edilməsidir. Qeyd olunan qərara əsasən İddiaçı MMC barəsində 2021-ci il üzrə 25445.76 manat mənfəət vergisi, 12722.88 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 55943.52 manat mənfəət vergisi, 27971.76 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 134941.24 manat mənfəət vergisi, 67470.62 manat maliyyə sanksiyası, 2021-ci il üzrə 2835.64 manat ƏDV, 1417,82 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 6754.19 manat ƏDV, 3377.10 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 6350.71 manat ƏDV, 3175.36 manat maliyyə sanksiyası, 2024-cü il üzrə 5493.50 manat ƏDV, 2746.75 manat maliyyə sanksiyası, 2021ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 40.00 manat, 2022-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 40.00 manat maliyyə sanksiyası hesablanmışdır. Cavabdeh orqan mübahisələndirilən qərara əsasən 2021-2023-cü illər üzrə mənfəət vergisinin hesablanmasının əsası kimi qeyd etmişdir ki, mənfəət vergisinin hesablanması ilkin mühasibat sənədləri, o cümlədən mal material və satış hesabatları, müqavilələr (icarə, alqı-satqı, və s.), bank sənədlari, bank çıxarışları, bank ödəniş tapşırıqları, kassa kitabı, kassa mədaxil-məxaric orderləri, YGB və invoyslar, mal-materialın hərəkəti, mal qalığına aid sənədlər, EQF-lar, alış aktları, icarə müqavilələri, eyni zamanda yoxlanılan dövr üzrə yoxlamanın predmetinə aid olan digər sənədlə və mənfəət vergisinin yoxlanılması məqsədi ilə xx.xx.2021-ci ildən xx.xx.2023-ci ilə kimi gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədləri və debitor və kreditorlarla hesablaşmalar və vergilərin hesablanması üçün zəruri olan digər mühasibat sənədləri elektron daşıyıcıda götürülmüş məlumatlar əsasında yoxlanması həyata keçirilmişdir. Yoxlama ilə iddiaçının istehsal sahəsində gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmadığı, istehsal edilmiş malların topdan və pərakəndə satış qaydasında satdığına görə malların təsərrüfat daxili yerdəyişmə qaimə fakturlarından istifadə edmədiyi, istehsal prosesində istehsal ehtiyatlarının əsas və köməkçi istehsal sahələrinə buraxılışının sənədləşdirilmədiyi və eyni zamanda bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçotunun aparılmadığı, istehsal məsrəflərinin, məhsulların resepturalarının və maya dəyərinin kalkulyasiyası yoxlamaya təqdim edilməmiş və ona görə də yoxlama ilə istehsal resepturasına əsasən istehsal olunmuş yağın 1 kq-na istifadə olunmuş xammal və material sərfiyyatını müəyyən etmək mümkün olmamışdır. Yoxlamaya istehsal olunan məhsulların çeşidlər üzrə resepturalarının və kalkulasiyalarının təqdim edilmədiyinə görə və yoxlanılan dövrdə malların dövriyyəsini təsdiq edən sənədlər yoxlamaya təqdim etmədiyi üçün istehsal olunan məhsulların maya dəyərini, yəni istehsal məsrəflərini yoxlama ilə müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan səbəblərdən də ödəyicinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. VM-nin 83.9-cu maddəsinin tələblərinə uyğun olaraq NK-nin 55 saylı Qərarına əsasən xərcə görə şərti rentabellik tətbiq edilməklə 2021-2023-ci illər üçün mənfəət vergisi hesablanmışdır. Ümumi gəlirdən çıxılan xərclər vergi ödəyicisi tərəfindən təqdim olunan məlumatlar əsasında müəyyən edilmiş, gəlirlər isə öz təsdiqini tapmamışdır. 2021-2024-cü illər üzrə ƏDV-nin hesablanması ilə bağlı cavabdeh orqan qeyd etmişdir ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə ilkin mühasibət sənədləri, o cümlədən müqavilələr, işçilərin siyahı məlumatı, bank sənədləri, bank çıxarışları, bank ödəniş tapşırıqları, kassa kitabı, kassa mədaxil-məxaric orderləri, YGB va invoyslar, malmaterialın hərəkəti, EQF-lar, alış aktları və səyyar vergi yoxlamasının keçirilməsi üçün lazım olan digər sənədlər tələb olunmuşdur. Uçot baza məlumatlarına və yoxlamaya təqdim edilmiş ilkin sənədlərə əsasən ƏDV bəyannamələri yoxlanılarkən 2021-2024-cü illər üzrə müvafiq olaraq ƏDV-nin artıq hesablandığı və azaldıldığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması cavabdeh orqan tərəfindən iddiaçıya aid olan protokolla götürülmüş, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər, həmçinin uçot baza məlumatlarına əsasən həyata keçirilmişdir. Cavabdeh tərəfindən 2021-2023-cü illər üzrə əlavə mənfəət vergisi iddiaçının istehsal sahəsində gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmadığı üçün vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından, ümumi gəlirdən çıxılan xərclər müəyyən edilsə də, gəlirləri müəyyən etmək mümkün olmadığından VM-nin 83.9-cu maddəsinin tələblərinə uyğun olaraq NK-nin 55 saylı Qərarına əsasən xərcə görə şərti rentabellik tətbiq edilməklə 2021-2023-ci illər üçün mənfəət vergisi hesablanmışdır. Lakin 2021-2024-cü illər üzrə ƏDV hesablanarkən götürülmüş, təqdim edilmiş sənədlər, uçot baza məlumatlarına əsasən ƏDV bəyannamələri yoxlanılmışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçı barəsində mənfəət vergisi hesablanarkən mövcud olan sənədlər əsasında, gəlirləri təsdiq edən sənədlərin olmaması ilə əlaqədar mənfəət vergisinin hesablanmasının mümkün olmaması qeyd edilməklə təqdim edilən sənədlər nəzərə alınmamış, lakin eyni sənədlər nəzərə alınmaqla, həmin sənədlər əsasında ƏDV bəyannamələri yoxlanılmış və artıq hesablama, azalma müəyyən edilmişdir. Belə olduqda isə məhkəmə mübahisələndirilən qərarı mənfəət vergisinin və əlavə dəyər vergisinin hesablanması və buna görə maliyyə sanksiyasının tətbiq edilməsi hissələrində qanunsuz və əsassız hesab edir. Məhkəmə həmçinin 2021-2023-cü illər üzrə mənfəət vergisinin hesablanması üçün birbaşa şərti rentabellik normasının tətbiqi ilə bağlı qeyd edir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin hesablanmalı olan vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadıqda bu zaman vergi orqanı VM-nin 67-ci maddəsinə əsasən ödənilməli olan verginin məbləğini həmin maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququna malik olmuşdur. Vergi Məcəlləsinin 67.2-ci, 67.3cü və 67.4-cü maddələrinə görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Bu qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, qanunverici tərəfindən son zəruri tədbir qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarının tətbiqi nəzərdə tutulmuşdur. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, iddiaçının gəlirlərini təsdiq edən sənədlər mövcud olmadıqda, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair formalaşmış hüquqi mövqe vardır. Belə ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Məhkəmə həmçinin mübahisələndirilən qərarın 2021-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 40.00 manat, 2022-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 40.00 manat maliyyə sanksiyasının hesablanması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı qərarın həmin hissəsi ilə bağlı iddiasında heç bir əsas gətirməmiş, qərarı həmin hissədə hansı səbəbdən qanunsuz hesab etdiyini bildirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qeyd olunan hissədə əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Resbublikasının Qanununun tələblərinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********193851 nömrəli qərarı 2021, 2022, 2023-cü illər üzrə mənfəət vergisinin hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi, 2021, 2022, 2023, 2024-cü illər üzrə əlavə dəyər vergisinin hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi hissələrində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı MMC tərəfindən verilmiş iddia qismən təmin edilsin. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********193851 nömrəli qərarı 2021, 2022, 2023-cü illər üzrə mənfəət vergisinin hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi, 2021, 2022, 2023, 2024-cü illər üzrə əlavə dəyər vergisinin hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi hissələrində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva