Məhkəmə qərarları › İş №2-1(114)-4016/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4016/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4016/2025 07.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “tibbi şəhadətnamənin verilməsi” tələbinə dair Hakim Hüseynov Nurəli Əvəz oğlu, İddiaçı Cavabdehnə qarşı “tibbi şəhadətnamənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixdə X1 doğum şöbəsində dünyaya gətirdiyi övladına tibbi şəhadətnamənin verilməsi və həmin məlumatların Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. İş materiallarını nəzərə alaraq belə nəticəyə gəlirəm ki, iddiaçının tələbi təmin olunduğundan, başqa sözlə, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından iş üzrə icraata xitam verilməlidir.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1/2- 4833/2025 nömrəli “sorğunun cavablandırılması haqqında” məktuba əsasən, vətəndaş İddiaçı TƏBİB-ə daxil olmuş xx.xx.2025-ci il tarixli müraciəti araşdırılmış və mövcud problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixində xx.xx.2025-ci il təvəllüdlü uşağa dair doğum haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X2 Sistemi”ndə rəsmiləşdirilərək doğum haqqında tibbi şəhadətnamə (TQS № 103) və əvəzləmə kartı (TQS № 113) ana İddiaçı təqdim edilmişdir.

4. Göründüyü kimi, yekun qərar qəbul edilənədək cavabdeh tərəfindən iddiaçının tələbi təmin edilmiş, nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır.

5. Belə qənaətə gələrkən aşağıdakıları nəzərə alıram.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.

7. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.

8. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 67 və 80-ci maddələrini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ M:

İddiaçı Cavabdehnə qarşı “tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar