Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-402/2021 15.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) torpaq sahəsinin üzərinə qoyulmuş yüklülüyün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “xxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli, 26 saylı ipoteka müqaviləsi üzrə xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan Göygöl rayonu, Üçbulaq kəndində yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş yüklülüyün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2012-ci il tarixdə “xxxx” ASC ilə 18 ay müddətinə kredit müqaviləsi bağlayaraq 3000 manat məbləğində kredit götürmüş, kreditin təminatı kimi eyni tarixdə iddiaçı ilə ipoteka müqaviləsi bağlanmış, mülkiyyətində olan Göygöl rayonu, Üçbulaq kəndində yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bankda ipoteka ilə yüklü edilmişdir və yüklülük DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsində qeydiyyata alınmışdır. “xxxx” ASC 2018-ci ilin oktyabr ayında Gəncə şəhəri Nizami Rayon Məhkəməsində kredit müqaviləsinin ləğvi, pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia qaldırmış, məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(044)-3993/2018 saylı qətnaməsinə əsasən iddia müddəti keçdiyi üçün iddia təmin edilməmişdir. Həmin qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvədədir. İddiaçıya məxsus həmin torpaq sahəsi yüklü olduğu üçün ondan istifadə edə bilmir. Həmin torpaq sahəsi üzərindən yüklülüyün götürülməsi ilə bağlı iddiaçı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Ləğv prosesində olan “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Göygöl rayonu, Üçbulaq kəndi ərazisində yerləşən 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı aparılmış ipotekanın dövlət qeydiyyatının ləğvi üçün hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Üçüncü şəxsin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, X2 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə hazırda təqribən 900 ABŞ dolları borcu qalmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********69 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Üçbulaq kəndi ərazisində yerləşən 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3993/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdehlər X3 və İddiaçı qarşı “kredit müqaviləsinin ləğv edilməsi, pul tələbinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. -Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3993/2018 nömrəli, xx.xx.2019cu il tarixli məktubunun surətindən görünür ki, məhkəmənin 2(044)-3993/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X5 xx.xx.2012-ci il tarixdə “xxxx” ASC ilə 18 ay müddətinə kredit müqaviləsi bağlayaraq 3000 manat məbləğində kredit götürmüş, kreditin təminatı kimi eyni tarixdə iddiaçı ilə ipoteka müqaviləsi bağlanmış, mülkiyyətində olan Göygöl rayonu, Üçbulaq kəndində yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bankda ipoteka ilə yüklü edilmişdir və yüklülük DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsində qeydiyyata alınmışdır. “xxxx” ASC 2018-ci ilin oktyabr ayında Gəncə şəhəri Nizami Rayon Məhkəməsində kredit müqaviləsinin ləğvi, pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia qaldırmış, məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(044)- 3993/2018 saylı qətnaməsinə əsasən iddia müddəti keçdiyi üçün iddia təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı ona məxsus həmin torpaq sahəsi üzərindən yüklülüyün götürülməsi ilə bağlı cavabdehə müraciət etsə də cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını həmin torpaq sahəsi ilə bağlı aparılmış ipotekanın dövlət qeydiyyatının ləğvi üçün hüquqmüəyyənedici sənədin təqdim edilməməsi olmuşdur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun:- -2.1-ci maddəsinə əsasən ipoteka ilə bağlı münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. -11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. İş materiallarından da göründüyü kimi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə “xxxx” ASC-nin cavabdehlər X3 və İddiaçı qarşı “kredit müqaviləsinin ləğv edilməsi, pul tələbinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia müddəti ötürüldüyündən əsas öhdəlik və əlavə tələblər üzrə iddia təmin edilməmişdir. Həmçinin həmin qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qeyd edilməlidir ki, iddiaçıya məxsus torpaq sahəsi “xxxx” ASC-nin X5 ilə bağladığı kredit müqaviləsinin təminatı qismində bankda ipoteka ilə yüklü edilmişdir. Bir halda ki, “xxxx” ASC-nin cavabdehlərə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, pul tələbinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbi təmin edilməmişdir, yəni dolayısı ilə ipoteka saxlayanın ipoteka ilə bağlı tələb hüququ aradan qalxmışdır, bu halda həmin kredit müqaviləsi üzrə ipoteka predmetinin yüklü qalması iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə bağlı ipotekanın dövlət qeydiyyatı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. xx.xx.2012-ci il tarixli, 26 saylı ipoteka müqaviləsi üzrə “xxxx” ASC-nin xeyrinə yüklü edilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda əks olunmuş Göygöl rayonu, Üçbulaq kəndində yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı ipotekanın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-402/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-402/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver