Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4036/2023 29.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X13, üçüncü şəxs X6 vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin qismən ləğv edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən üçüncü şəxs X6 adına verilmiş **********96 reyestr nömrəli çıxarışın ona məxsus olan A120081 saylı plan və ölçü sənədində göstərilən torpaq sahəsinin 70.5 kv.m hissəsinə münasibətdə ləğv olunması və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan, ünvan 1 ünvanda yerləşən A120081 saylı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin plan ölçüsü sənədində göstərilən 600.17 kv.m. həyətyanı torpaq sahəsinin 70.5 kv.m. hissəsi cavabdeh tərəfindən üçüncü şəxsin adına mülkiyyət hüququna dair Çıxarış tərtib olunanda, həmin çıxarışın sərhədləri daxilində qeydə alınıb. Şəmkir rayon Məhkəməsində iddiaçı üçüncü şəxsə qarşı "torpaq sahəsindən çıxarma və qanunsuz tikilinin sökülməsi tələbinə dair" iddiası ilə bağlı müvafiq ekspertiza təyin olunmuş, həmin ekspertiza tərəfindən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan həyətyanı torpaq sahəsinin 70.5 kv.m. hissəsi üçüncü şəxsin adına tərtib olunmuş mülkiyyət hüququna dair Çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Həmin ərazidə üçüncü şəxs tərəfindən tikiti işi – ara sərhəddi tikilib. Bu səbəbdən də iddiaçı cavabdehə cavabdehə müraciət edərək üçüncü şəxsin adına mülkiyyət hüququna dair Çıxarış tərtib edərkən, texniki yanlışlığa yol verməsini, həmin yanlışlığı aradan qaldırmasını, üçüncü şəxsin adına tərtib etmiş olduğu Çıxarışı ona məxsus olan həyətyanı torpaq sahəsinin 70.5 kv.m. hissəsinə münasibətdə ləğv etməsini xahiş etmiş, cavabdeh onun müraciəti ilə əlaqədar olaraq araşdırma aparmış və müəyyən etmişdir ki, doğurdan da iddiaçıya məxsus olan həyətyanı torpaq sahəsinin 70.5 kv.m hissəsi üçüncü şəxisin adına tərtib olunmuş Çıxarışa işlənilib. Eyni zamanda 3-cü şəxsin mülkiyyətində olan həyətyanı torpaq sahəsinin 0.01 ha hissəsi isə üçüncü şəxsin sol tərəf qonşusunun ərazisinə düşüb. Lakin cavabdeh orqan həmin yanlışlığın aradan qaldırılmasının onun səlahiyyətində olmadığı üçün müvafiq Çıxarışın ləğv olunması üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X23 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Şəmkir rayonu X12 15 may 2008-ci il tarixli 113 nömrəli qərarı ilə X14 588.34 kv.m həyətyanı torpaq sahəsinə dair A-120080, kod-**********0680 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədi verilmişdir. Həmin sənədə əsasən X17 və X11 ümumi birgə mülkiyyət üzrə xx.xx.2018-ci il tarixi, **********96 reyestr nömrəli çıxarış verilmişdir. xx.xx.2018-ci il tarixli, 40-722 saylı alqı-satqı müqaviləsi əsasında 0.588 ha həyətyanı torpaq sahəsini X3 və R.Eyubovun adına xx.xx.2018-ci il tarixi, **********96 reyestr nömrəli çıxarış verilmişdir. X5 xx.xx.2018-ci il tarixli, 40-2097 saylı alqı-satqı müqaviləsi əsasında 0.588 ha həyətyanı torpaq sahəsini X2, qeyd olunan müqaviləyə əsasən X6 xx.xx.2018-ci il tarixli, **********96 reyestr nömrəli çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixdə X9 11 saylı Şəmkir Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixi, **********96 reyestr nömrəli çıxarışı və Şəmkir rayonu İcra Hakimiyyəti Başçısı Aparatının Memerlıq və Tikinti şöbəsi tərəfindən təsdiqlənmiş eskiz layihəni təqdim edərək 0.588 ha torpaq sahəsi üzərində mövcud olan 272 kv.m tikiliyə dair xx.xx.2022-ci il tarixi, **********96-10301 reyestr nömrəli çıxarış almışdır. İddia tələbindən göründüyü kimi, İddiaçı X6 adına olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsini iddia etmişdir. Hesab edirik ki, daşınmaz əmlak üzərində aparılmış qeydiyyat tam olaraq qanunvericiliyin tələbinə uyğun olaraq aparılmışdır. Üçüncü şəxsin vəkili X15 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, təmsil etdiyi şəxs torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir. Həmçinin hazırda Şəmkir Rayon Məhkəməsində hazırki iddiaya baxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan:- - xx.xx.2009-cu il tarixli, A120081 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, sənəd Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 113 nömrəli qərarı ilə İddiaçı verilmiş 600.17 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - xx.xx.2009-cu il tarixli, A120080 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, sənəd Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 113 nömrəli qərarı ilə X19 verilmiş 588.34 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. -********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 0.0588 ha torpaq sahəsi üzərində X25 və X10 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. -AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X25 və X20 mülkiyyətlərində olan 0.0588 ha torpaq sahəsini X4. -********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 0.0588 ha torpaq sahəsi üzərində X16 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. -AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X24 mülkiyyətlərində olan 0.0588 ha torpaq sahəsini X1. -********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 0.0574 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində X6 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-P-00xx-xx/2023 nömrəli məktubundan görünür ki, çıxarışın qismən ləğv edilməsi ilə bağlı İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd edilməlidir ki, iddia ərizəsinin məzmunu ulə müəyyən olunur ki, iddiaçının tələbi 2 hissədən ibarətdir: 1) X6 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli qeydin ona məxsus xx.xx.2009-cu il tarixli, A120080 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin 70.5 kv.m hissəsinə münasibətdə ləğv edilməsi; 2) xx.xx.2009-cu il tarixli, A120080 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi. Beləliklə iş üzrə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, hazırda mübahisələndirilən X6 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış X24 ilə X9 arasında bağlanmış AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən verilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə görə əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına bir sıra əlavə və dəyişikliklər edilmişdir. Qeyd olunan dəyişikliyə əsasən qərarın 17-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: -“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. -Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. -Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Beləliklə, yuxarıda qeyd olunan normaların hazırki işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, iddiaçının mübahisələndirdiyi çıxarışla üzərində üçüncü şəxsin mülkiyyət hüquqları qeydiyyata alınmış torpaq sahəsi üçüncü şəxsin mülkiyyətinə alqısatqı müqaviləsinə əsasən keçdiyindən hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan əlavə tələbin 2-ci hissəsi ilə bağlı qeyd edilməlidir ki, tələbin qeyd edilən hissəsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə müraciət edilmədiyindən tələb həmin hissədə də mümkünlük şərtlərinə cavab vermir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Bundan əlavə qeyd edilməlidir ki, tələb olunan torpaq sahəsinin bir hissəsi mübahisələndirilən çıxarışın aid olduğu torpaq sahəsinə düşür, bu səbəbdən də tələbin bu hissəsinə 1-ci hissəyə baxıldıqdan, torpaq sahəsi yüklülükdən azad olduqdan sonra iddiaçının adına qeydə alınması ilə bağlı mübahisə olduğu təqdirdə baxıla bilər. Odur ki, tələb bu hissədə mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin qismən ləğv edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-4036/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4036/2023
29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver