Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-404/2020 10.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı Məhəmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin (bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsi) xx xxxxxx 2019-cu il tarixli məktubu ilə İddiaçı Məhəmməd oğlunun işlədiyi illərin sosal sığorta stajına daxil edilməsindən və əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İmtina onunla əsaslandırmışdır ki, iddiaçının 1972-1974-cü illərdə Alpoud kənd Mədəniyyət Evində və 1978-1997-ci illərdə Bərdə rayonu Alpoud kolxozunda işləməsi əmək kitabçasındaözəksini tapmadığı üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1ci bəndinə əsasən həmin illərin sığorta stajına daxil etmək mümkün deyildir. İddiaçı Məhəmməd oğlu cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə onun 1972-ci ildən 1974-cü ilədək Alpoud kənd Mədəniyyət Evində, 1978-ci ildən 1997-ci ilədək Bərdə rayonu Alpoud kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 2017-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayınadək almadığı pensiya məbləğinin hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1972-ci ildən may1974-cü ilədək Alpoud kənd Mədəniyyət Evində və 1978-1997-ci illərdə Bərdə rayonu Alpoud kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, pensiyanın yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2017-ci ildə pensiya yaşına çatmasına baxmayaraq, ona aylıq pensiya təyin edilməmişdir. Yalnız 2019-cu ilin yanvar ayında aylıq 160 manat pensiya almışdır. 1972-ci ildən 1974-cü ilədək Alpout kənd Mədəniyyət Evində direktor vəzifəsində işləmişdir. 1978-ci ildən 1997-ci ilə qədər Bərdə rayonu Alpoud kolxozunda müxtəlif işlərdə işləmişdir. Yaşla əlaqədar pensiyaya çıxarkən yuxarıda göstərdiyi 24 illik stajı əmək kitabçasının olmaması səbəbindən nəzərə alınmamışdır. Qeyd etdiyi illərin pensiya stajına əlavə edilməsi barədə müraciətinə cavabdeh inzibati orqan tərəfindən xx xxxxxxxx 2019-cu il tarixli, **********0 saylı məktubla imtina cavabı verilmişdir. İddiaçı Məhəmməd oğlu xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə “Asan Xidmət” mərkəzindən müraciəti daxil olmuşdur. Təqdim etdiyi sənədlərə şöbənin pensiya təyin edən komissiyasında baxılmış Alpoud kənd mədəniyyət evində direktor işlədiyi 1972-1974-cü illər və kolxoza aid 1978-1997-ci illərdəki iş stajı barədə əmək kitabçası olmadığı üçün, əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İddiaçı xx.xx.1972-ci il tarixdə 53 saylı əmrlə Bərdə rayon Alpoud kənd mədəniyyət evində direktor vəzifəsində qəbul edildiyi əmr kitabına əsasən öz təsdiqini tapsa da, işdən çıxma əmri əmr kitablarında tapılmamışdır. Bərdə rayon Dövlət Arxiv idarəsinin xx.xx.2019-cu il tarixli 82 nömrəli arayışına əsasən İddiaçı 1974-cü ilin may ayına kimi işlədiyi müəyyən edilmişdir. Rayon Dövlət Arxiv İdarəsinin 82 nömrəli və 549 nömrəli arayışları məhkəmə qaydasında təsdiq edildiyi halda, xx.xx.2017-ci il tarixdən vətəndaşın pensiyası yenidən hesablanacaqdır. İş materiallarında olan: -X3 İdarəsinin xx.xx.2019-cu il tarixli, 257 nömrəli arayışından məlum olur ki, İddiaçı Məhəmməd oğlu həqiqətən xx.xx.1972-ci ildən 53 saylı əmrə əsasən Alpoud kənd Mədəniyyət evində direktor vəzifəsində işləyib. Lakin İddiaçı işdən çıxması haqqında heç bir məlumat yoxdur. -Bərdə rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 82 nömrəli arxiv arayışından məlum olur ki, Bərdə rayon Alpoud kənd sovetliyinin 1974-cü il üzrə əmək haqqı səndlərində yanvar, fevral, mart və aprel ayları üzrə İddiaçı Məhəmməd oğlunun əmək haqqı məbləği qeyd olunmuşdur. -Bərdə rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 549 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı Məhəmməd oğlu 1978-ci ildən 1997-ci il tarixə kimi Alpoud kolxozunda (AİM) işləmişdir. -Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli məktubundan məlum olur ki, İddiaçı Məhəmməd oğlunun xx.xx.1972-ci il tarixdə 53 saylı əmrlə Bərdə rayon Alpoud kənd mədəniyyət evində direktr vəzifəsinə qəbul edildiyi əmr kitabına əsasən öz təsdiqini tapsa da işdən çıxma əmri əmr kitablarında tapılmamış, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 82 nömrəli arayışına əsasən İddiaçı 1974-cü ilin may ayına kimi işlədiyi müəyyən edilmiş, Bərdə rayon Dövlət Arxivinin 84 və 549 saylı arayışları məhkəmə qaydasında təsdiq edildiyi halda xx.xx.2017-ci il tarixdən vətəndaşın pensiyası yenidən hesablanacaqdır. Qeyd: vətəndaşın Bərdə rayon Alpoud kənd Mədəniyyət evində olan iş stajı 1 il 6 ay, Alpoud kolxozunda (AİM) olan iş stajı isə 19 il təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi). İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasındakı əsas mübahisəli məsələ iddiaçının xx.xx.1972-ci ildən may 1974-cü ilədək Alpoud kənd Mədəniyyət Evində və 1978-1997-ci illərdə Bərdə rayonu Alpoud kolxozunda işlədiyi dövrlərin ona pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü və ona yaşa görə əmək pensiyasının hüququ yarandığı xx.xx.2017-ci il tarixdən hesablanmalı olması ilə bağlıdır. Cavabdehin mövqeyinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2.1-ci bəndində Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olduğu təsbit edildiyindən və iddiaçının xx.xx.1972-ci ildən may 1974-cü ilədək Alpoud kənd Mədəniyyət Evində və 1978-1997-ci illərdə işləməsi onun əmək kitabçasında öz əksini tapmadığından həmin dövr ona pensiya hüququ verən sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1972-ci ildən may 1974-cü ilədək Alpoud kənd Mədəniyyət Evində və 1978-1997-ci illərdə işləməsi Bərdə rayon Dövlət Arxivinin xx xxxxxxxx 2019-cu il tarixli, 82 nömrəli və xx xxxxxx 2018-ci il tarixli, 549 nömrəli arxiv arayışları ilə təsdiq olunur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının mədəniyyət evində və kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının xx.xx.1972-ci ildən may 1974-cü ilədək Alpoud kənd Mədəniyyət Evində və 1978-1997-ci illərdə Alpoud kolxozunda işlədiyi illər Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin ilə xx xxxxxxxx 2019-cu il tarixli, 82 nömrəli və xx xxxxxx 2018-ci il tarixli, 549 nömrəli arxiv arayışları ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir və bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçasında qeyd edilmədiyindən sosial sığorta stajına daxil edilə bilməz. Odur ki, məhkəmə cavabdeh inzibati orqanının imtinasını qanuni və əsaslı hesab etmir. İddiaçının ikinci tələbi pensiya hüququnun xx.xx.2017-ci il tarixdən yarandığı və yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7 maddəsinə əsasən təyin edilməli olmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Adıçəkilən Qanununun xx xxxx 2017-ci il tarixədək qüvvədə olan 7. maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanun qüvvəyə mindiyi günədək) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır). Göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxx 2017-ci il tarixədək qüvvədə olan 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası azı 12 il sığorta stajı olduqda və əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Həmin maddənin qeydinə əsasən xx.xx.2010-cu il tarixdən kişilər üçün nəzərdə tutulmuş 62 yaş həddi xx.xx.2012-ci il tarixədək hər il 6 ay artırılmış və xx.xx.2012-ci ildən 63 yaş müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx xxxxxx 1954-cü il təvəllüdlüdür və xx xxxxxx 2017-ci il tarixdə 63 yaşı tamam olmuşdur. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxx 2017-ci il tarixədək qüvvədə olan 7. maddəsinin tələbinə əsasən kişilər üçün yaş həddi 63 yaş və sığorta stajı isə azı 12 il müəyyən edildiyindən, iddiaçının xx.xx.2017-ci il tarixdə 63 yaşı tamam olmaqla həmin tarixə 12 ildən artıq (Bərdə rayon Alpoud kənd Mədəniyyət evində olan iş stajı 1 il 6 ay, Alpoud kolxozunda (AİM) olan iş stajı isə 19 il) sığorta stajı olduğundan xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1. maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; -14.3. maddəsinə əsasən, inzibati aktın qəbul 5 edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı Məhəmməd oğlunun xx.xx.1972-ciildənmay 1974-cü ilədək Alpoud kənd Mədəniyyət Evində və Bərdə rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 549 nömrəli arxiv arayışında qeyd edilən minimum əmək günü və adam günü normaları nəzərə alınmaqla 1978-1997-ci illərdə Bərdə rayonu Alpoud kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, pensiyanın hüququ yarandığı xx.xx.2017-ci il tarixdən hesablanaraq yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyini və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-404/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-404/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver