Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-404/2022 17.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X7 və X8) dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 09.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-007 KOD-61005018 saylı dövlət aktında onun adının “İddiaçı” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.06.1999-cu il tarixli 07 saylı qərarına əsasən iddiaçıya və onun ailə üzvlərinə Bərdə rayon Güloğlular kəndində 1,38 ha pay torpaq sahəsi verilmişdir. Qeyd edilən torpağa JN- 007 KOD-61005018 saylı dövlət aktı da verilməsinə baxmayaraq, həmin aktda iddiaçının adının “İddiaçı Məmiş qızı” kimi qeyd edildiyindən mülkiyyəti üzərində sərəncam hüququnu həyata keçirə bilmir. İddiaçı həmin aktdakı səhvin düzəldiləməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin 02.02.2022-ci il tarixli qərardadı ilə X7 və X8 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs X8 məhkəmə iclasında iddianı qəbul etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi X9 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus Bərdə rayonu, Güloğlular kəndində yerləşən 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-007 KOD-61005018 saylı dövlət aktında hansı səbəbdən “İddiaçı” əvəzinə səhv olaraq “İddiaçı Məmiş qızı” kimi yazılması idarəyə məlum deyil. Həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin səhvlərin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, surəti işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-007 KOD- 61005018 saylı dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.06.1999-cu il tarixli 07 saylı qərarı ilə X4, İddiaçı Məmiş qızına, X2 və X5 1.38 ha torpaq sahəsi verilmişdir. Eyni zamanda Kadastr və Yerquruluşu Layihə -X11 Məsuliyyətli Cəmiyyətinin 28.02.2022-ci il tarixli məktubuna surəti əlavə edilmiş Güloğlular kəndində torpaq payı almaq hüququ olan şəxslərin siyahısından görünür ki, X10, İddiaçı Məmli qızı, X6 və X3 adı müvafiq siyahıda mövcuddur. Beləliklə müəyyən olunur ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində ata adı “Məmili”dir, adlı siyahıda isə səhv olaraq “Məmli” kimi yazılmış, dövlət aktında isə “Məmiş” kimi yazılmışdır. Odur ki, hazırki vəziyyətdə dövlət aktında buraxılmış səhvin ilkin siyahıya uyğun düzəldilməsi iddiaçının hüquqi maragına ziddir. Yəni bu düzəliş aparıldığı təqdirdə də iddiaçının ata adı şəxsiyyət vəsiqəsində olan ata adına uyğun olmayacaqdır. Bu hal onu deməyə əsas verir ki, sözügedən hər iki sənəddə iddiaçının atasının adı yanlış qeyd olunduğundan dövlət aktında düzəliş edilməsi iddiaçının hüquqi maraqlarına cavab vermir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-404/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-404/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver