Məhkəmə qərarları › İş №2-1(114)-404/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-404/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-404/2024 28.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yeni məlumat vərəqəsinin göndərilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020ci il tarixli məktubuna əsasən Tərtər Ə.Ö.M.B komandirinin 10 fevral N92-ci il tarixli 14 №li əmrilə (əsas: §-1 ,səh-23.sıra-5; qeyd, əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır) müqavilə yolu ilə gəlmiş sıravi X6 batalyonun şəxsi heyətinin tərkibinə daxil edilərək 2-cı bölüyün 2cı tağımında pulemyotçu vəzifəsinə təyin edilmişdir. Tərtər Ə.Ö.M.B komandirinin 21 may N92-ci ıl tarixli 90 №-li əmrilə (əsas §2 səh-10.sıra-1; qeyd əmrdə hərbi rütbəsi sıravi yazılmışdır) 2-cı bölüyün 2-cı tağımınm əsgəri sıravi X6 həmin tağıma komandır təyin olunmuşdur. Tərtər Ə.Ö M.B komandirinin 28 iyul N92-cı ıl tarixli 129 №-lı əmrində (əsas: §-2 səh-30: qeyd: əmrdə hərbi rütbəsi “sıravi yazılmışdır) şəxsi heyətin siyahısında tağım komandiri, sıravi X4 adı qeyd edilmişdir. Tərtər Ə.Ö M.B komandirinin 01 dekabr N92-cı il tarixli 165 №-li əmrilə (əsas: §-1.səh-52,sıra-4: qeyd: əmrdə hərb: rütbəsi qeyd edilməmişdir) X6 şəxsı heyətin siyahısından çıxarılmışdır.Tərtər Ə.Ö.M.B komandirinin 28 fevral N93-cu ıl tarixli 185 №li əmrilə (əsas §-2 62; qeyd: əmrdə hərbi rütbəsi "sıravi yazılmışdır) sıravi X7 batalyonun şəxsi heyətinin siyahısına daxıl edilərək atıcı vəzifəsinə təyin edilmişdir. Tərtər Ə.Ö.M.B komandirinin 27 may N93-cu il tarixli 211 Nq-İİ əmrilə (əsas: §-1 səh-85: qeyd: əmrdə hərbi rütbəsi "çavuş yazılmışdır) çavuş X6 bölük komandiri vəzifəsinə təyin edilmişdir. Tərtər Ə.Ö.M.B komandirinin 24 İyul N93-cü il tarixli 231 №li əmrilə (əsas §-1 səh-3; qeyd: əmrdə hərbi rütbəsi qeyd edilməmişdin boiuk komandiri X9 oglu döyüş əməliyyatı zamanı itkin duşduyu üçun şəxsi heyətin siyahısından çıxarılmışdır.Tərtər RHK-nın çağırışçısı N57-ci il təvəllüdlü 5-ci motoatıcı taburun hərbi qulluqçusu, baş leytenant X6 05 04 N94-cü il tarixdə həlak olduğu üçün N nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli 81 №li əmrilə (əsas. Ş-ö.səh-M qeyd: əmrdə hərbi rütbəsi “baş leytena^U'-azılmı^dır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Ölüm öz hərbi xidməti borcunu yerinə yetirərkən baş vermişdir. Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş MN-18413 saylı Əmək Pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsində X6 hərbi (xüsusi) rütbəsi MAHHX çavuşu, vəzifəsi(tarif dərəcəsi) taqım komandiri (9-cu t.d), pul təminatı (təminat xərcliyi) 757 manat olması qeyd edilmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsində aparılan uçot sənədlərinə əsasən mərhum X4 Azərbaycan Ordusunda zabit qismində hərbi xidmət keçməsi barədə məlumat aşkar edilməmişdir. Cavabdeh orqan iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, təyin olunmuş pensiyanın düzgünlüyünü yoxlamaq məqsədi ilə şəxsi ( pensiya ) işinə yenidən baxılmış və məlum olmuşdur ki, pensiyanın hesablanmasında heç bir səhvə yol verilməmişdir. Aparılan uçot sənədlərində əsasən X4 Azərbaycan ordusunda zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu qismində hərbi xidmət keçməsi barədə məlumat yoxdur. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum həyat yoldaşı Tərtər RHK-nın çağırışçısı, N57-ci il təvəllüdlü, 5-ci motoatıcı taburun hərbi qulluqçusu, X4 baş leytenant (ordu zabit) olmasını nəzərə almaqla pensiyanın yenidən hesablanaraq, yenilənmiş məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi flialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum həyat yoldaşı baş leytenant X6 1-ci Qarabağ Müharibəsinin iştirakçısı olmuş. 05 aprel N94-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması istiqamətində gedən ağır döyüşlərdə odlu silahdan yaralanması nəticəsində həlak olmuşdur. Bununla bağlı ona Şəhidlik statusu verilmiş və 05 aprel N94-cü il tarixdən etibarən o, indiki Tərtər rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən şəhid ailə üzvü kimi tanınmışdır. (müvafiq vəsiqə təqdim edilmiş, xx.xx.2007-ci il tarixdən vəsiqəsi yenilənmişdir). Beləliklə, onun ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. xx.xx.2022-ci il tarixdən isə ona yaşa görə pensiya təyin edilmiş, lakin mərhum həyat yoldaşı hərbi qulluqlu və ordu zabiti kimi pensiyaya əlavələrin yenidən hesablanması ilə bağlı aidiyyatı üzrə dövlət qurumuna (Müdafiə Nazirliyinə) müraciətim əsasında ona bildirilmişdir ki, mərhum həyat yoldaşı X4 Azərbaycan Ordusunda zabit kimi hərbi xidmət keçməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli, ***-**** №-li arayışı ilə X4 Tərtər Ə.Ö.M.B-da 10 fevral N92-ci il tarixdən etibarən hərbi xidmət keçməsi və “sıravi” hərbi rütbəsindən xx.xx.N94-cü il tarixdə həlak olduğu tarixində artıq “Baş Leytenant” hərbi rütbəsində olmasına təsdiq edildiyindən cavabdehin imtinası tam qanunsuz və əsassız olmaqla mənim bir təqaüdçü və şəhid ailə üzvü kimi konstitusion hüquqları kobud şəkildə pozmuşdur. Bakı İnzibati Məhkəməsinə 2-1(112)-8354/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində göstərilməklə yeni məlumat vərəqəsinin göndərilməsi tələbinə dair 2-1(112)- 8354/2023 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2023-cü il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsində iddiaçı X2 mərhum həyat yoldaşı X5 təyin olunmuş pensiyasının düzgünlüyünü yoxlamaq məqsədi ilə şəxsi (pensiya) işinə tərəfimizdən yenidən baxılmış və məlum olmuşdur ki, pensiyanın hesablanmasında heç bir səhvə yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının N97-ci il 03 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 59-cu maddəsinə əsasən Hərbi qulluqçulara ilk zabit rütbəsini Azərbaycan Respublikasının Müdafiə Naziri verir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən X4 Azərbaycan Ordusunda zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu qismində hərbi xidmət keçməsi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi arxiv çıxarışında N nömrəli hərbi hissə komandirinin N aprelN94-cü il tarixli 81 nömrəli əmrində X6 Baş leytenant kimi qeyd edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən təqdim edilən “Məlumat Vərəqi”ndə X4 hərbi(xüsusi) rütbəsi zabit (baş leytenant) qeyd edilməklə pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. - 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslərdir. - 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. 24-cü maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. - 25-ci maddəsinə əssən hərbi xidmətin üstünlüyü hərbi qulluqçulara və onların ailə üzvlərinə dövlət qayğısının göstərilməsi, bu şəxslərə layiqli həyat şəraitinin yaradılması məqsədilə müvafiq hüquqi aktların qəbul edilməsi və bununla bağlı zəruri tədbirlərin görülməsi, eləcə də təşkilatların üzərinə qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin qoyulmasından ibarətdir. - 27.1.1-ci maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər döyüş əməliyyatlarında iştirak edərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. - 37.1.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılır. - 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikasının N97-ci il tarixli 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 155-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. - 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: - 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular -Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində,Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir - 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. - 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Bu Qaydalara əlavədə təminat xərcliyinə dair sənədin forma və məzmunu müəyyən olunmuşdur və həmin sənəd “məlumat vərəqi” adlandırılmışdır. Qeyd olunan normalar o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı barəsində baş leytenant hərbi rütbəsinə (vəzifəsinə) uyğun olaraq xidmətinin rəsmiləşdirilməsi aparılmaqla və buna uyğun məlumat vərəqi tərtib olunmaqla, ona pensiya təyin olunması üçün DSMF-yə göndərilməlidir və bu verilmiş tələb üzrə cavabdehliyi məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyi daşıyır. Belə ki, cavabdeh orqan məhkəməyə təqdim etdiyi etiraz məktubunda,iddiaçıya və məhkəməyə ünvanlandığı məktublarda “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 59cu maddəsinə əsasən hərbi qulluqçulara ilk zabit rütbəsinin Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfindən verilməsinə və X4 Azərbaycan Ordusunda zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu qismində hərbi xidmət keçməsi barədə məlumat olmadığını qeyd etsədə, məhkəmənin sorğusu ilə məhkəməyə təqdim edilən N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 81 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş leytenant X6 (5-ci motoatıcı tabor) 05 aprel N94-cü ildə həlak olmuşdur. Bütün növ təminatlardan və siyahılardan çıxarılmışdır. Ölüm öz hərbi xidməti borcunu yerinə yetirərkən baş vermişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 81 nömrəli nizami hissə üzrə əmrindən çıxarışda X4 Azərbaycan Ordusunda baş leytenant kimi xidmət etməsini və öz hərbi xidməti borcunu yerinə yetirərkən ölməsi halını təsdiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. N.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. “Məlumat Vərəqi”ndə X4 hərbi (xüsusi) rütbəsi zabit (baş leytenant) qeyd edilməklə pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar