Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4041/2024 29.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi və borc məbləğinin silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 2023-cü ilin fevral, mart və aprel ayları üzrə aparılmış xronometraj dövriyyəsi nəticəsində hesablanmış məbləğin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində ərzaq mağazası işlətmişdir. İddiaçı hazırda həmin fəaliyyəti dayandırmış və sahibkarlıqla məşğul olmur. Mağaza işlədiyi müddət ərzində bir dəfə 3 günlük olmaqla 13- 16 yanvar 2023-cü il tarixlərdə xnometraj metodu ilə müşahidə aparılmış və həmin 3 günlük müşahidənin nəticəsi ümumilikdə 2023-cü ilin fevral, mart və aprel ayları üzrə də tətbiq edilməklə mücərrəd rəqəmlərlə mağazanın ticarət dövriyyəsi kimi müəyyən edilmişdir. Cəmi 3 günlük müşahidənin növbəti 3 ay üzrə də eyni cür hesablanması düzgün olmamışdır. Belə ki, ərzaq mağazası kənd ərazisində yerləşir və həmin mağazada gündəlik ticarət dövriyyəsi fərqlilik göstərir. Hətta elə gün olur ki, dövriyyə sıfıra yaxın olur. Belə olan halda 13-16 yanvar 2023-cü il tarixlərdə xronometraj metodu ilə aparılmış müşahidənin növbəti 3 ay ərzində heç bir müşahidə aparmadan eyni dövriyyə üzrə hesablanması qanunsuz olmuşdur. Bu cür qanunsuz hesablamanın aparılması nəticəsində mağazaya 2023-cü ilin fevral ayı üzrə 20421.79 manat, mart ayı üzrə 22609.84 manat, aprel ayı üzrə 21880.49 manat xronometraj dövriyyəsi tətbiq edilmişdir. Bu səbəbdən də iddiaçı hesab edir ki, xronometraj dövriyyəsi yenidən hesablanmalı və artıq hesablanmış məbləğ silinərək real dövriyyə müəyyən edilməlidir. İddiaçı məhkəməyə yeni iddia ərizəsi göndərərək, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********911300 nömrəli, xx.xx.2023-cü il tarixli **********300000 nömrəli və xx.xx.2023-cü il tarixli, **********901600 nömrəli qərarların ləğv edilməsi və 2023-cü ilin fevral, mart və aprel ayları üzrə aparılmış xronometraj dövriyyəsi nəticəsində hesablanmış məbləğin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı iddia tələbi əsassız və qanunvericiliyin tələblərinə zidd olduğuna görə rədd edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı X2 cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********30000 nömrəli, xx.xx.2023-cü il tarixli **********901600 nömrəli və xx.xx.2023-cü il tarixli **********911300 nömrəli qərarların ləğv edilməsi barədə iddiası Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 4628/2023 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 1(104)-320/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4628/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(114)-4628/2023 nömrəli qərardadının qanuni qüvvəyə minməsinə baxmayaraq, İddiaçı yenidən eyni tələblə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3756/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı Şəmkir rayonu, Qaracəmirli ünvanında yerləşən “Ərzaq mağazası” adlı obyektində 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********0298 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında Qərar”ına əsasən 13-16 yanvar 2023-cü il tarixlərində xronometraj metodu ilə müşahidə aparılmışdır. Aparılmış müşahidə zamanı nəzarət kassa aparatının xx.xx.2023-cü il tarixli 144 nömrəli “Z” hesabatına əsasən 818,41 manat, xx.xx.2023-cü il tarixli 145 nömrəli “Z” hesabatına əsasən 687,63 manat, xx.xx.2023-cü il tarixli 146 nömrəli “Z” hesabatına əsasən 1075,79 manat və xx.xx.2023-cü il tarixli 147 nömrəli “Z” hesabatına əsasən 860,70 manat olmaqla ümumilikdə (3442,534) 860,63 manat orta günlük satış dövriyyəsi və 860,63 x 30,4 = 26163,152 manat orta aylıq satış dövriyyəsi müəyyən edilərək “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” xx.xx.2023-cü il tarixli DVX 023006 nömrəli aktla rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən 2023-cü ilin fevral, mart və aprel ayları üzrə təqdim etdiyi əlavə dəyər vergisi bəyannamələri kameral qaydada yoxlanılarkən həmin bəyannamələrdə əks etdirilmiş dövriyyə məbləğlərinin rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsindən fevral ayı üzrə 20.322,59 manat, mart ayı üzrə 15.519,30 manat və aprel ayı üzrə 17.698,73 manat az əks etdirildiyi müəyyən edilmişdir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********305600 nömrəli və xx.xx.2023-cü il tarixli **********239900 nömrəli məktubların İddiaçı göndərilməsinə baxmayaraq, həmin dövrlər üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin fevral ayı üçün əlavə dəyər vergisi üzrə 3.658,06 manat, mart ayı üçün əlavə dəyər vergisi üzrə 3.801,46 manat və aprel ayı üzrə əlavə dəyər vergisi üzrə 3.185,77 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********300000 nömrəli, xx.xx.2023-cü il tarixli **********901600 nömrəli və xx.xx.2023-cü il tarixli **********911300 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, elektron qutuda isə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə saat 17:15-də və xx.xx.2023-cü il tarixdə saat 12:34-də oxunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etdi. İşin halları 14 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********300000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə İddiaçı 2023-ci ilin aprel ayı üzrə 3.185,77 manat əlavə dəyər vergisi hesablanmışdır. 14 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********9001600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə İddiaçı 2023-ci ilin fevral ayı üzrə 3.658,06 manat əlavə dəyər vergisi hesablanmışdır. 14 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********911300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə İddiaçı 2023-ci ilin mart ayı üzrə 3.801,46 manat əlavə dəyər vergisi hesablanmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4628/2024 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, **********30000 nömrəli, xx.xx.2023-cü il tarixli, **********901600 nömrəli və xx.xx.2023-cü il tarixli, **********911300 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)320/2024 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4628/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********911300 nömrəli, xx.xx.2023-cü il tarixli **********300000 nömrəli və xx.xx.2023-cü il tarixli, **********901600 nömrəli qərarların ləğv edilməsini və həmin qərarlara əsasən 2023-cü ilin fevral, mart və aprel ayları üzrə aparılmış xronometraj dövriyyəsi nəticəsində hesablanmış məbləğin silinməsini xahiş edir. İş materiallarından görünür ki, İddiaçı daha əvvəl cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, **********30000 nömrəli, xx.xx.2023-cü il tarixli, **********901600 nömrəli və xx.xx.2023-cü il tarixli, **********911300 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddia ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4628/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)320/2024 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4628/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. “Elektron Məhkəmə” informasiya sistemindən müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadından kassasiya şikayəti verilməmişdir. Göründüyü kimi, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qaldırdığı xx.xx.2023-cü il tarixli, **********30000 nömrəli, xx.xx.2023-cü il tarixli, **********901600 nömrəli və xx.xx.2023-cü il tarixli, **********911300 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddiası iddia müddəti ötürüldüyü üçün mümkün sayılmamışdır. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu baxımdan qeyd olunan tələb mümkün sayıla və mahiyyəti üzrə baxıla bilməz. Məhkəmə iddianın 2023-cü ilin fevral, mart və aprel ayları üzrə aparılmış xronometraj dövriyyəsi nəticəsində hesablanmış məbləğin silinməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin borc məbləği qeyd olunan qərarlara əsasən hesablanmışdır. Ona görə də iddia həmin hissədə də mümkün sayılmamalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi və borc məbləğinin silinməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi və borc məbləğinin silinməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-4041/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4041/2024
29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver