Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4046/2023 29.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkəti) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "26" aprel 2023-cü il tarixli 3-21-3-40/2-2273/2023 saylı Bildirişin ləğvi və ********** nömrə ilə qeydə alınmış müraciətin müsbət həlli, belə ki, "102C" saylı konturda qeyd edilən torpaq sahələri üzərində JN-102 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatını təsdiq edən "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, sözügedən torpaq sahəninə dair sənədlərdə qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə, elektron baza məlumatları arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi JN-102, kod-50532018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı"nın "102C" saylı konturunda qeyd olunan 0.0733 ha torpaq sahəsi elektron baza və yeni uçot xəritəsində aşkarlanmamışdır. Sözügedən JN- 102, kod-50532018 saylı "Dövlət Aktı" ləğv edilərək, A-135774 (0.12ha) və A135888 (0.07ha) nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi işlənmişdir və qeyd olunan A135888 (0.07ha) nömrəli plan ölçü sənədinin arxiv nüsxəsi yoxdur. Bu səbəbdən də yaranmış uyğunsuzluğu nəzərə alaraq, sözügedən 0.0733 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. İddiaçıya və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkəti tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmidir ki, iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi zaman təqdim etdiyi və iddia tələbinin əsasını təşkil edən JN-102 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ləğv edilmişdir. Belə ki, 2007-ci il tarixdə Gədəbəy Rayon Aqrar İslahat Komissiyası və "Azərbaycan İnterneyşni Mayninq Kompani Limited Şirkəti" (məhkəmə aktına əsasən "Azərbaycan Bəynəlxalq Mədən Əməliyyat Şirkəti") iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən İddiaçı verilmiş "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın ləğv edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2-179/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən 15 yanvar 2001-ci il tarixli İddiaçı verilmiş 102 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmiş, həmin dövlət aktı əsasında onun şəxsi mülkiyyətinə verilmiş torpaq sahəsi dövlət mülkiyyətinə qaytarılmış və "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin (məhkəmə aktına əsasən "Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti") istifadəsinə verilmiş, "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"ı ləğv edilmiş İddiaçı həmin dövlət aktına uyğun olaraq başqa sahədən torpaq sahəsi ayrılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, Gədəbəy Rayon Məhkəməsinin 2-179/2007 nömrəli xx.xx.2007ci il tarixli qətnaməsinə əsasən İddiaçı məxsus 15 yanvar 2001-ci il tarixli JN-102 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"ı ləğv edilmiş, həmin torpaqlar yenidən dövlətin mülkiyyətinə qaytarılmış və "Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti"nin istifadəsinə verilmişdir. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı JN-102 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında "102C" saylı konturda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsini tələb edir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsinin verdiyi izahatı, eləcə də üçüncü şəxs tərəfindən məhkəməyə göndərilmiş etirazın məzmunu və etiraza əlavə edilmiş Gədəbəy Rayon Məhkəməsinin 2-179/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı məxsus 15 yanvar 2001-ci il tarixli JN-102 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmişdir. Eləcə də, məhkəmə tərəfindən Gədəbəy Rayon Məhkəməsinə verilmiş sorğuya cavab məktubu ilə müəyyən olunur ki, məhkəmənin 2-179/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsi xx.xx.2007-ci il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün aidiyyəti orqana göndərilmişdir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçının istinad etdiyi 15 yanvar 2001-ci il tarixli JN-102 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ləğv edildiyindən həmçin aktla müəyyən edilmiş torpaq sahəsi ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-4046/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4046/2023
29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver