Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-405/2020 27.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X9) pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X4 və X5 ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, 2-mik., ev 3, 40 saylı mənzil mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Üçüncü şəxs kimi qeyd etdiyi X9 X16un sabiq arvadı, X11 isə onun qızıdır. X16 Rəfiqə Ağazadə ilə xx.xx.2017-ci il tarixdə rəsmi olaraq evlənmiş, iddiaçı müvəqqəti olaraq onlara orada yaşamasına icazə vermişdir. X1 həmin mənzildə yaşamır, yalnız formal olaraq qeydiyyatda durur. Belə ki, Arzu Yusubov ilə Rəfiqə Ağazadə faktiki olaraq ayrılmış, Rəfiqə Ağazadə uşağı ilə birlikdə başqa ünvana köçmüşdür. X15 Nizami rayon Məhkəməsində Rəfiqə Ağazadəyə qarşı nikahın pozulmasına dair iddia qaldırmışdır. İddiaçı mülkiyyətində olan mənzildən X6 və Fidan Yusubzadəni qeydiyyatdan çıxarmaq üçün Cavabdehnə müraciət etmiş, lakin mənə imtina edilmişdir. Hesab edirəm ki, X9 mənim mülkiyətimdə olan mənzildə istifadə hüququ olmadığı üçün qeydiyyatdan çıxarılmalıdır. Fidan Yusubzadə də azyaşlı olduğu üçün və anası ilə birlikdə yaşadığı üçün o da qeydiyyatdan çıxarılmalıdır. Belə ki, iddiaçı həmin mənzili xx.xx.1987-ci il tarixdə almış, Rəfiqə Ağazadə isə 2017-ci ildə həmin mənzilə köçmüşdür. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs X7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Gəncə şəhər İnventarlaşdırma bürosu tərəfindən verilmiş 7780 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 120-205169- 3219 nömrəli məktubun məzmunundan görünür ki, X4 və X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün İddiaçı məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X8 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti baxımında əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı, həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş üzrə üçüncü şəxs, yəni X9 iddiaçının oğlunun ailə üzvü olmaqla həmin evə pasport qeydiyyatına salınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Yekun nəticə olaraq qərar alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Hazırki halda üçüncü şəxs sözügedən evdə faktiki olaraq yaşamasa da (iddia ərizəsinin məzmununa görə) onun mülkiyyətçi ilə ailə-hüquq münasibətləri mülki məhkəmə qaydasında araşdırılmamış və həmin mənzilə dair hüquqlarına xitam verilməsi barədə hərhansı qərar mövcud deyil. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatından çıxarılma tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-405/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-405/2020
27.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver