Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-405/2021 16.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Tərtər rayon Seydimli kənd bələdiyyəsinə qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Seydimli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi) 2-ci qrup əlil olduğunu nəzərə alaraq Tərtər rayon Seydimli kənd bələdiyyəinin ehtiyat fondundan 0,2742 hektar ölçüdə əlavə 1 (bir) pay torpaq sahəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Tərtər rayon Seydimli bələdiyyəsinə qarşı (bundan sonra mətndə cavabdeh) (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Seydimli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi) 2-ci qrup əlil olduğunu nəzərə alaraq Tərtər rayon Seydimli kənd bələdiyyəinin ehtiyat fondundan 0,2742 hektar ölçüdə əlavə 1 (bir) pay torpaq sahəsinin verilməsi barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1971-ci ildə Tərtər rayonunun Seydimli kəndində anadan olmuşdur. xx xxxxxx 1989-cu ildən xx xxxx 1990-cı ilədək Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olduqdan sonra öz vətəninə qayıtmışdır. Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı könüllü olaraq xx xxxx 1992-ci ildən xx xxxxxx 1992-ci il tarixdək Tərtər Ərazi Özünü Müdafiə Batalyonunun tərkibinə üzv qəbul edilərək, Ağdərə rayonu və kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx xxxxxxxx 1992-ci ildə döyüşlər zamanı ağır yaralanmış, lakin xoşbəxtlikdən yanında olan döyüş yoldaşları onu döyüş zonasından çıxara biliblər. xx xxxxxxx 2015-ci il tarixdə ona Azərbaycan Respublikasının müdafiəsi zamanı almış olduğu xəsarətlərlə bağlı İİ (ikinci) qrup əlillik dərəcəsi verilibdir və həmin tarixdən də pensiya ödənilir. xx xxxxxx 2021-ci il tarixdə qanunla ona verilməli olan 1 (bir) pay əlavə torpaq sahəsinin ayrılması barədə Tərtər rayon Seydimli bələdiyyəsinə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X2 iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Tərtər rayon Seydimli bələdiyyəi və üçüncü şəxs Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Seydimli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi isə nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdeh Tərtər rayon Seydimli bələdiyyəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 48 nömrəli imtina məktubunun əsli; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüquqıf olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlil olmuş müharibə veteranlarma və Çernobil qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respblikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilmir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi Əsasnaməyə uyğun həyata keçirilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq islahatı zamanı iddiaçıya torpaq sahəsi ayrılmış hazırda iddiaçı əlavə olaraq 1 (bir) pay torpaq sahəsi tələb edir. Cavabdeh öz məktubunda iddiaçıya əlavə torpaq sahəsinin ayrılmasının mümkün olmadığını bildirmiş və qeyd etmişdir ki, bu hal torpaq islahatı keçirilərkən nəzərə alınmamışdır. Bu səbəbdən cavabdeh orqan iddiaçının müraciətindən imtina etmişdir və bu imtinanın qanunsuz sayılması üçün heç bir əsas yoxdur. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı oğlu iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Tərtər rayon Seydimli bələdiyyəi hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Tərtər rayon Seydimli kənd bələdiyyəsinə qarşı 2-ci qrup əlil olduğunu nəzərə alaraq Tərtər rayon Seydimli kənd bələdiyyəinin ehtiyat fondundan 0,2742 hektar ölçüdə əlavə 1 (bir) pay torpaq sahəsinin verilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Tərtər rayon Seydimli kənd bələdiyyəsinə qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Seydimli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi) 2-ci qrup əlil olduğunu nəzərə alaraq Tərtər rayon Seydimli kənd bələdiyyəinin ehtiyat fondundan 0,2742 hektar ölçüdə əlavə 1 (bir) pay torpaq sahəsinin verilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-405/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-405/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver