Məhkəmə qərarları › İş №2-1(114)-4056/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4056/2025

18.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4056/2025 18.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-ci il tarixli 49 nömrəli qərarına əsasən İddiaçı diaqnozu “Sol ayağın İ-İİ barmaqlarının İV hər iki ayağın və ayaq barmaqlarının İİ-İİİ donvurması nəticəsində,İİ mərhələ angiotrofoneyrozu qan dövranın və funksiyanın mülayim dərəcədə pozulması ilə,Sol ayağın İ-İİ barmaqlarının İV dərəcəli donvurmasına görə əsas falanqaların proksimal ucu səviyyəsində amputasion güdülləri” “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi müəyyən edilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Hər iki a/ə-da İİİ-İV dərəcəli donvurmadan sonrakı obliterasiya edici endoartrıt So ayağın İ-İİ barmaqların amputasıyası İİİ barmağın deformasiyası Xr pielonefrit A/ə-da arteroal poz-sı İİ dər” diaqnozu ilə ilkin olaraq bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2015-cı il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Hər iki a/ə-da İİİ-İV dərəcəli donvurmadan sonrakı obliterasiya edici endoartrıt So ayağın İ-İİ barmaqların amputasıyası İİİ barmağın deformasiyası Xr pielonefrit A/ə-da arteroal poz-sı İİ dər” diaqnozu ilə təkrar olaraq bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Hər iki a/ə-da İİİ-İV dərəcəli donvurmadan sonrakı obliterasiya edici endoartrıt So ayağın İ-İİ barmaqların amputasıyası İİİ barmağın deformasiyası Xr pielonefrit A/ə-da arteroal poz-sı İİ dər” diaqnozu ilə təkrar olaraq beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti xxxxxxx0008 nömrəli göndərişə əsasən “Toxumaların nekrozlaşan donvurması, Hər iki pəncənin donvurmadan sonrakı mətni: vəziyyəti. Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, Sol pəncənin İ,İİ barmaqların proksimal falanqaların distal ucundan amputasiyasından sonrakı güdülləri ” diaqnozu əsasında xx.xx.2022-cİ il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, ona döyüş tapşırığını və hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmalarla bağlı ikinci qrup əlilliy dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü il tarixdə ərizəsi əsasında Daşkəsən rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılaraq N nömrəli hərbi hissənin tərkibində döyüş zonasinda hərbi vəzifəsini yerinə yetirərkən Kəlbəcər rayonunun Qanm kənd istiqamətində döyüşlər gedən zaman 09 fevral 1994-cü il tarixdə sol ayağının İ-İİ barmaqların, İV dərəcəli donvurma, hər iki ayağın barmaqlarının İİ-İİİ dərəcəli donvurması nəticəsində İİ mərhələ angioiotfoevrozu qan dövranı funksiyanın mülayim dərəcədə pozulması ilə, sol ayağın İ,İİ barmaqlarının İV dərəcə donvurması görə əas falanqaların proksimal ucu səviyyəsində amputasion güdülləri ilə bağlı Kəlbəcər rayon hərbi tibb məntəqəsində ilkin yardım aldıqdan sonra Daşkəsən rayon Mərkəzi Xəstəxanasında xx.xx.1994-cü il tarixindən, xx.xx.1994- cü il tarixinə kimi müayinə və müalicə olunmuşdur. O, xx.xx.1994-cü il tarixindən, xx.xx.1994-cü il tarixinə kimi müayinə və müalicə olunmağına baxmayaraq səhhətində heç bir müsbət dəyişiklik olmamış, və ambulator müalicəsini davam etdirmişdir. 2003-cü ilə kimi o, müalicəni davam etdirdikdən sonra iş qabiliyyəti olmadığına görə ona əlillik təyin edilməsi ilə bağlı o, Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmiş,oradan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müariət etməli olduğu bildirildikdən sonra, o, tibbi sənədlərini toplayıb Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edib müayinə olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası müayinənin nəticəsi barədə Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmək üçün ona 28 fevral 2003-cü il tarixli, 49 nömrəli Mərkəzi Hərbi Həkim Komissisasının Qərarını vermişdir. Mərkəzi Hərbi Həkim Komissisasmın 28 fevral 2003-cü il tarixli, 49 nömrəli Qərarında göstərilir: “Daşkəsən rayon Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı travma- diaqnoz: “sol ayağın İ-İİ barmaqlarının İV dərəcə donvurması, hər iki ayağın və əyaq barmaqlarının İİ-İİİ dərəcəli donvurması nəticəsində, İİ mərhələ angiotofonevrozu, qan dövranın və funksiyasının mülayim dərəcədə pozulması ilə, sol ayağın İ-İİ barmaqlarının İV dərəcəli donvurmasına görə əsas falanqaların proksimal ucu vəviyyətində amputasion güdülləri”, nə səbəbə ki, xx.xx.1994-cü ilə kimi (Kəlbəcər RMX-nın xx.xx.1994-cü il tarixli çıxarış epiqrizi, Kəlbəcər RHK-nın xx.xx.2003-cü il tarixli 61 saylı arayışı, AO № 040358lnömrəli, xx.xx.1988-ci il tarixli hərbi bilet) “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası müayinənin nəticəsi barədə 28 fevral 2003-cü il tarixli, 49 nömrəli Qərarı əsasında TSEK-ə təqdim etdiyi tibbi sənədlər əsasında müayinə olunaraq TSEK xx.xx.2003-cü il tarixli müayinə Aktı əsasında ona xx.xx.2004-cü il tarixinə kimi İİİ qrup müharibə əlilliyi təyin edilmiş, 2004-cü ilin fevral ayından, 2005-ci ilin fevral ayına kimi əlilliyi bir il müddətinə artırılmışdır. xx.xx.2005-ci il tarixli 3424 nömrəli müayinə aktına əsasən ona xx.xx.2006-cı il tarixə kimi İİİ qrup müharibə əlilik, daha sonra xx.xx.2007-ci il tarixə kimi İİİ qrup müharibə əliliyi təyin olunmuş, 2008-ci ildə ona İİ qrup əlillik təyin edilmiş, TSEK xx.xx.2008-ci il tarixli, 98 saylı müayinə Aktı əsasında ona xx.xx.2009-cu il tarixə kimi İİ qrup müharibə əliliyi ,TSEK xx.xx.2010-cu il tarixli, 157 saylı müayinə Aktı əsasında ona xx.xx.2011-ci il tarixə kimi İİ qrup müharibə əlilik, TSEK xx.xx.2010-cu il tarixli, 157 saylı müayinə Aktı əsasında xx.xx.2011-ci il tarixə kimi İİ qrup müharibə əliliyi, TSEK xx.xx.2011-ci il tarixli, 154 saylı müayinə Aktı əsasında xx.xx.2012-ci il tarixə kimi İİ qrup müharibə əliliyi , TSEK xx.xx.2013-cü il tarixli, 164 saylı müayinə Aktı əsasında xx.xx.2014-cü il tarixə kimi İİ qrup müharibə əliliyi, TSEK xx.xx.2014-cü il tarixli, 150 saylı müayinə Aktı əsasında xx.xx.2015-ci il tarixə kimi İİ qrup müharibə əliliyi , TSEK xx.xx.2015-ci il tarixli, 158 saylı müayinə Aktı əsasında xx.xx.2016-cı il tarixə kimi İİ qrup müharibə əlilik təyin edilmişdir. TSEK xx.xx.2016-cı il tarixli müayinə Aktı əsasında 5 il müddətinə mənə xx.xx.2021-ci il tarixə kimi İİ qrup müharibə əliliyi təyin olunmuşdur. TSEK tərəfindən xx.xx.2016-cı il tarixdə mənə 5 il müddətinə İİ qrup müharibə əlilliyi təyin olunduqdan sonra o, Daşkəsən rayon mərkəzi xəstəxanasında xx.xx.2017-ci il tarixdən, xx.xx.2017-ci il tarixə kimi, xx.xx.2018-ci il tarixdən, xx.xx.2018-ci il marixinə kimi, xx.xx.2019-cu il tarixdən, xx.xx.2019-cu il tarixə kimi, xx.xx.2020-ci il tarixdən, xx.xx.2020ci il tarixə kimi (pandemiya dövrü) stasionar müalicə olunmuşdur. xx.xx.2021-ci il tarixdən onun İİ qrup müharibə əlilliyi cavabdeh orqan tərəfindən dayandırılmışdır. 2021-ci ilin aprel ayında Daşkəsən rayon Mərkəzi xəstəxanası onu Elmi-Tədqiqat Travmalogiya və Ortopediya instituna və Akademik Topçubaşov adma X5 müayinə olunmaq üçün göndərmişdir. xx.xx.2022-ci il tarixlərdə hər iki tibb müəssisəsində müayinədən keçirilmiş və Elmi-Tədqiqat Travmalogiya və Ortopediya institu xx.xx.2022-ci il tarixli mlk.**********6 nömrəli tibbi arayışında diaqnoz: hər iki pəncənin donvurmadan sonrakı vəziyyəti; sağ pəncənin İ, İİ barmaqlarının dırnaq salandaların olistal ucunun sümük depekti, sol pəncənin İ, İİ barmaqlarının proksunal falandaların distal ucundan amputasiyadan güdülləri, sol pəncənin medikal deformasiyası, hər iki pəncənin vonus deformasiyası, pəncə əzələlərinin hipotosiyasası, falanqaların kantrurakturası don ağrısı sindiromu, axsama, yerişin pozulması. xx.xx.2022. Hər iki pəncənin vanus diformasiyası sağ pəncədə İ, İİ barmaqların distolu uclan müşahidə edilməsi, sol pəncədəl, İİ barmaqların başlan səviyyəsindən omputasiya qeyd olunur, sağ pəncənin İİİ, İV, V sol pəncənin İİİ barmaqların alt tərəfə bükülməsi qeyd olunur. Hazırda da qeyd olunan xəstəliklərdən əziyyət çəkir və hazırda da müalicə olunur. Beş il müddətinə təyin edilmiş əlillik müddəti bitdiyinə görə axırıncı dəfə xx.xx.2022-ci il tarixdə cavabdeh orqan Azərbaycan Respublikası ƏƏSMN Tibbi Sosial Ekspert Komissiyasında əyani müayinədə olsa da, xx.xx.2023-cü il tarixdə onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna imtina mesajı göndərilmişdir. Bu isə cavabdeh orqanın qərəzli olması ilə əlaqədardır. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2024-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi- ekspertizası təyin edilmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı Üzvi emosional-labil (astenik) pozuntu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) aşkar olunur. Bunu anamnestik məlumatlar -tibbi sənədlərə əsasən İ Qarabağ müharibəsi zamanı döyüş bölgəsində travma alması, Gəncə Şəhər A.Səhhət adına Xəstəxanada, X2 stasionar müalicədə olması, həmçinin hazırki müayinə zamanı - təfəkkürünün torpidliyi, nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. İddiaçı Üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. Sualların digər hissələrində qeyd olunan meyarlar bilavasitə əmək ekspertizasına aid olduğundan məhkəmə-psixiatrik ekspertizası tərəfindən cavablandırılmır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-792/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdehin 25 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməsini və həmin tarixdən ona sağlamlığının itirilmə faizi 61-80 faiz olmaqla müvafiq əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(104)-218/2025 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-792/2025 saylı qərardadının ləğv edilməsi və iş materialları baxılmsı üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərar alınmışdır. III. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş,cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2022-ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilməsi və İddiaçı xx.xx.2022-ci il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının inzibati orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli imtina qərarından məlumatı xx.xx.2023-cü il tarixində sms vasitəsi ilə olmuşdur. İddiaçı müvafiq qərardan 1 il 8 aydan sonra məhkəməyə müraciət etdiyindən iddianı mümkünsüz hesab edilməsini xahiş edilir. Belə ki, İPM-in Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. [39] 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Bundan başqa Gəncə şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0250003AAGSC nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2003-cü il tarixli 49 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol ayağın İ-İİ barmaqlarının İV, hər iki ayağın və ayaq barmaqlarının İİ-İİİ dərəcəli donvurması nəticəsində İİ mərhələ angiorrofonevrozu, qan dövranının və funksiyasının mülayim dərəcədə pozulması ilə. Sol ayağın İ-İİ barmaqlarının İV dərəcəli donvurmasına görə əsas falanqaların proksimal ucu səviyyəsində amputasion güdüllləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarının sanki “buz kəsdiyini”, gecələr bu səbəbdən yuxusuzluqdan əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı sol ayağın İ, İİ-ci barmaqlarının distal falanqasının amputasion güdülü izlənilmiş, aşağı ətraflarda tük örtüyü seyrəlməmiş, hipotrofiya, atrofiya, parez, iflic müşahidə edilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuşdur. X3 xx.xx.2022-ci il tarixli Sağ aşağı ətraf arteriyalarının KT-angioqrafiyası müayinəsinin nəticəsi “Kontrast seyrəlməsi və venoz kontaminasiya səbəbilə trifurkasiya arteriyalarının dəyərləndirilməsi suboptimaldır” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X3 xx.xx.2022-ci il tarixli Sol aşağı ətraf arteriyalarının KT-angioqrafiyası müayinəsinin nəticəsi “Kontrast seyrəlməsi və venoz kontaminasiya səbəbilə trifurkasiya arteriyalarının dəyərləndirilməsi suboptimaldır” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli axınlar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti xxxxxxx0008 nömrəli göndərişinə əsasən “Toxumaların nekrozlaşan donvurması, Hər iki pəncənin donvurmadan sonrakı mətni: vəziyyəti. Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, Sol pəncənin İ,İİ barmaqların proksimal falanqaların distal ucundan amputasiyasından sonrakı güdülləri ” diaqnozu əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Halbuki, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2005-ci il tarixdən etibarən ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, iddiaçı XBT 10 kodu T 34 “Toxumaların nekrozu ilə gedən donvurma” diaqnozu ilə xx.xx.1994xx.xx.1994,xx.xx.2017-xx.xx.2017,xx.xx.2018-xx.xx.2018,xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində Daşkəsən rayon Mərkəzi Xəstəxanasında,xx.xx.2022-ci il tarixində X4 Ortopediya İnstitutunda, İ73.1 Obliterasiya edən tromangiit (Byurger xəstəliyi) ilə xx.xx.2020-xx.xx.2020,xx.xx.2021-xx.xx.2021-ci illərdə Gəncə şəhər Birləşmiş Xəstəxanasında, xx.xx.2022-ci il tarixində Akad.M.A.Topçubaşov adına X6, T34.8 Aşıqbaldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozu ilə gedən donvurma xəstəliyə görə stasionar müalicə almışdır. Məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş , qiymətləndirmə zamanı İddiaçı diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd edilən qiymətləndirmə halının iddiaçıda mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. İş materialları ilə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın əsasən iddiaçıda orqanizmin funksiyasının 65-80 faiz pozuntusunun mövcud olması təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona ikinci dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Göründüyü kimi iddiaçıya daha öncə köhnə “Əlilliyin müəyyən olunması meyarları”na əsasən Hər iki a/ə-da İİİ-İV dərəcəli donvurmadan sonrakı obliterasiya edici endoartrıt So ayağın İ-İİ barmaqların amputasıyası İİİ barmağın deformasiyası Xr pielonefrit A/ə-da arteroal poz-sı İİ dər” diaqnozu əsasında ikinci dərəcə əlilik təyin edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2022-ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilməli və İddiaçı xx.xx.2022-ci il tarixdən “ Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65- 80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2022-ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar