Məhkəmə qərarları › İş №2-1(114)-4061/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4061/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4061/2023 19.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxslər X9, X12, X13 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X9, X18, X12, X11 və X19) qarşı torpaq sahələri ilə bağlı üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli və xx.xx.2021-ci il tarixli ********** nömrəli qeydlərin, X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli ********** nömrəli və xx.xx.2021-ci il tarixli ********** nömrəli qeydlərin ləğv edilməsi və Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə X4 adına verilmiş 0.36 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum nənəsi X4 mülkiyyətində olan və ailə üzvləri kimi onlarla birlikdə yaşadığı ev əvvəllər 1 otaq və bir şüşəbənddən ibarət olub və 1988-ci ilə kimi iddiaçının mərhum atası Yaşar Namazov həmin evdə əlavə tikinti işləri apardıqdan sonra 0.12 ha toraq sahəsində 1 mərtəbəli, 4 otaqlı, 107.2 kv.m yaşayış, 30.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi inşa etmişdir. Qeyd edilən fərdi yaşayış evi məhkəmənin qətnaməsinə əsasən paylı mülkiyyət hüququ üzrə iddiaçıya və üç nəfərdən ibarət ailə üzvlərinə münasibətdə 1/4 hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X6 xx.xx.2000-ci ildə, nənəsi X10 isə xx.xx.2000-ci ildə Samux rayonunun Alıuşağı kəndində vəfat etmiş, onların yas mərasimlərini ailə üzvləri olaraq onlar təşkil edib dəfn etmişlər. Mərhum nənəsi X10 vəfat edən günə kimi iddiaçının və digər ailə üzvlərinin himayəsində yaşayıb və o, vəfat edən zaman onun dəfn xərclərini qarşılamağa maddi imkanları olmadığından, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə X4 adına verilmiş 0.36 ha torpaq sahəsini şifahi olaraq kənd sakinlərindən birinə sataraq qayınanası X4 dəfn mərasimini keçirmişdir. Bu yaxınlarda toraq sahəsini şifahi olaraq satdığı şəxs toraq sahəsini öz adına sənədləşdirmək istəyən zaman məlum olmuşdur ki, sözügedən toraq sahəsi üçüncü şəxs X3, X19 isə həmin torpaq sahəsini X1. Bundan sonra iddiaçı rəsmi olaraq vəkil vasitəsilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə sorğu göndərmiş və sorğuya verilmiş xx.xx.2022-ci il tarixli **********71 nömrəli cavab məktubundan məlum olmuşdur ki, mərhum X4 adına verilmiş 0.36 ha torpaq sahəsi Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 2V-380 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 0.2596 ha və 0.0976 ha torpaq sahələri X13 adına keçirilmişdir. X14 0.2596 ha toraq sahəsinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və 0.0976 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixli **********6 qeydiyyat nömrəli çıxarışlar verilmişdir. X7 "ASAN" Xidmət mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-3019 saylı alqı-satqı müqaviləsinə əsasən 0.2596 ha torpaq sahəsini və 4Ə-3018 saylı alqı-satqı müqaviləsinə əsasən 0.0976 ha torpaq sahəsini X1. X8 Alıuşağı kəndində 0.2596 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və 0.0976 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. İddiaçı hesab edir ki, sözügedın çıxarışlar ləğv edilməli və Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə X4 adına verilmiş 0.36 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxslər üçüncü şəxslər X9, X12 və X19 məhkəmə iclasında iddianı qəbul etdiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və digər üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, digər üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8608/2023 nömrəli etiraz göndərilərək bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən X4 adına Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.36 ha (2596.9 kvm, 976.77 kvm) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.1998-ci il tarixli JN-361 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənilmişdir. X4 adına Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.2596 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və 0.0976 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 2V-380 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 0.2596 ha və 0.0976 ha torpaq sahələri X13 adına keçmişdir. X14 0.2596 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və 0.0976 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. X7 "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-3019 saylı alqı-satqı müqaviləsinə əsasən 0.2596 ha torpaq sahəsini və 4Ə-3018 saylı alqı-satqı müqaviləsinə əsasən 0.0976 ha torpaq sahəsini X1. X8 Alıuşağı kəndində 0.2596 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və 0.0976 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Bu səbəbdən hazırki iş üzrə iddiaçının müracitinin icrası mümükün olmamış və onlara əmlak üzərində hüquqların ləğv edilməsinə dair müvafiq qanunvericiliyin norması göstərilməklə mübahisənin məhkəmə qaydasında həll edilməsi izah edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-361 KOD 50706028 nömrəli Dövlət aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə 0.36 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. Bundan əlavə, cavabdehin etiraz dəlilləri ilə müəyyən edilir ki, X4 adına Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.2596 ha və 0.0976 ha torpaq sahəsinə dair müvafiq çıxarışlar verilmiş, Samux rayon notariat ofisinin müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən həmin torpaq sahələri X13 adına keçmiş və sonuncu həmin torpaq sahələrinə dair xx.xx.2021-ci il tarixli, ********** nömrəli və xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışlar əldə etmişdir. Bundan sonra, X19 həmin torpaq sahələrini X2 və sonuncuya 0.2596 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və 0.0976 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. İddiaçının tələbi 2 hissədən ibarətdir: -X13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli və xx.xx.2021-ci il tarixli ********** nömrəli qeydlərin, X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli ********** nömrəli və xx.xx.2021ci il tarixli ********** nömrəli qeydlərin ləğv edilməsi; -Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə X4 adına verilmiş 0.36 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi. Beləliklə iş üzrə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, hazırda mübahisələndirilən X13 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli və xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışlar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X5 adına olan xx.xx.2021-ci il tarixli ********** nömrəli və xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışlar isə alqı-satqı müqaviləsinə əsasən verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə görə əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına bir sıra əlavə və dəyişikliklər edilmişdir. Qeyd olunan dəyişikliyə əsasən qərarın 17-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: -“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. -Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. -Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Beləliklə, yuxarıda qeyd olunan normaların hazırki işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, iddiaçının mübahisələndirdiyi çıxarışlarla üzərində üçüncü şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınmış torpaq sahələri üçüncü şəxslərin (X13 və X5) mülkiyyətinə vərəsəlik şəhadətnaməsi və alqı-satqı müqaviləsinə əsasən keçdiyindən hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan əlavə tələbin 2-ci hissəsi ilə bağlı qeyd edilməlidir ki, hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələb olunan torpaq sahəsi mübahisələndirilən çıxarışların aid olduğu torpaq sahəsidir, bu səbəbdən də tələbin bu hissəsinə 1-ci hissəyə baxıldıqdan, torpaq sahəsi yüklülükdən azad olduqdan sonra iddiaçının adına qeydə alınması ilə bağlı mübahisə olduğu təqdirdə baxıla bilər. Odur ki, tələb bu hissədə mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahələri ilə bağlı üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar