Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4067/2023 06.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 1994-cü ildən 2004-cü il tarixə kimi qanunla nəzərdə tutulmuş, lakin ödənilməmiş məzuniyyət pullarının hesablanaraq birdəfəlik ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-ci il tarixdən başlayaraq Daxili İşlər Nazirliyinin X5 Hissəsində (indiki Ağstafa Rayon Şöbəsi) dispetçer vəzifəsində işləmiş, yaş həddi ilə əlaqədar olaraq 2015-ci il tarixdə təqaüdə çıxmışdır. Həmin vaxtı 1991-ci ildən 2005-ci ilə kimi X5 X6 Nazirliyinin tərkibində olan zaman, iddiaçı 1994-cü ildən 2004-cü ilə kimi məzuniyyətə çıxmamış və ona həmin məzuniyyət pulları ödənilməmişdir. Hesab edirdi ki, həmin ödənilməmiş məzuniyyət pulları təqaüdə çıxarkən son haqq-hesab ödənilən zaman ödəniləcəkdir. Çünki bu məsələ ilə əlaqədar rəhbərliyə dəfələrlə şifahi müraciət etmiş və ona bildirilmişdir ki, son haqq-hesab ödənilən zaman mütləq şəkildə qalıq vəsaitlərin ödənilməsi təmin ediləcəkdir. Lakin təəsüflər olsun ki, iddiaçı yaş həddi ilə əlaqədar təqaüdə çıxan zaman da həmin vəsaitlər ona ödənməmişdir. Sonradan iddiaçı həmin məzuniyyət pullarının ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cavabdehnə rəsmi müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı FHN-də xidmət etdiyi dövrdə hərbi qulluqçu statusunda olmamışdır. O, DİN-nin, daha sonra isə (2005-ci ildən etibarən) FHN-nin xüsusi rütbəli əməkdaşı olmuşdur və bu şəxslərin əmək münasibətləri ilə əlaqədar məsələlər hərbi qulluqçulara dair sənədlərlə deyil, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" AR Qanunu və Əmək Məcəlləsi ilə tənzimlənir. İddiada tələb olunan illərin (1994-2004) məzuniyyət hüququ İddiaçı FHN-nin deyil, DİN-nin əməkdaşı olduğu dövrdə yaranmışdır. Belə ki, FHN Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1182 nömrəli Sərəncamı əsasında yaradılmışdır və FHN ilə DİN arasında əməkdaşlara ödənilməli olan vəsaitlər də daxil olmaqla maliyyə borclarının təhvil-təslimi aparılmadığı üçün əvvəlki dövrlərə dair pul tələblərinin FHN tərəfindən ödənilməsi mümkün deyildir. Həmin dövrdə DİN əməkdaşlarına məzuniyyət verilməsini və ödənilməsini tənzimləyən normativ sənədlərdə məzuniyyətə görə əmək haqqı məbləğindən başqa hər hansı əlavə vəsaitin ödənilməsi nəzərdə tutulmamışdı. Belə ki, məzuniyyətə görə müavinət verilməsi məsələsi "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsində nəzərdə tutulmuşdur və həmin qanun 2010-cu ildə qüvvəyə minmişdir. Bu isə o deməkdir ki, məbləğ baxımından iddiaçıya ödəniləsi heç bir faktiki fərq yoxdur. İddiaçı məzuniyyətə çıxaraq alacağı əmək haqqı həcmində məbləği, məzuniyyətdən istifadə etmədən işə çıxmaqla almışdır. İddiaçının tələbinin mahiyyətini təşkil edən istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya ödənilməsi məsələsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilmiş işçilərə son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) verilməsi Əmək Məcəlləsinin 83-cü və 144-cü maddələri ilə tənzimlənərək sonuncu iş günü işçiyə verilməlidir. Bu halla bağlı hər hansı bir mübahisə yarandığı təqdirdə Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən işçinin öz hüquqlarının bərpa edilməsi üçün 1 il müddətində məhkəməyə müraciət etmək hüququ vardır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Ağstafa rayon X5 Hissəsinin xx.xx.2023-cü il tarixli, 3/895/2- 294/23 nömrəli arayışından görünür ki, Daxili İşlər Nazirliyinin BDYTİ-nin Ağstafa rayon X3 Xidmətinin sabiq əməkdaşı İddiaçı həqiqətəndə 1995-1996, 1998-2000 və 2002-ci xidmət illərində məzuniyyət hüququndan istifadə etməmişdir və ona həmin illər üçün heç bir məzuniyyət ödənişləri ödənilməmişdir. -surəti işə əlavə edilmiş Daxili İşlər Nazirliyinin BDYTİ-nin Ağstafa rayon X3 Xidmətinin xx.xx.2000-ci il tarixli 02 ş/h nömrəli, xx.xx.2001-ci il tarixli 09 nömrəli, xx.xx.2003-cü il tarixli 18 ş/h nömrəli və xx.xx.2004-cü il tarixli 02 ş/h nömrəli əmrlərindən çıxarışdan görünür ki, Ağstafa rayon X3 xidmətinin radiotelefonçusu d/x baş serjantı İddiaçı həmin illərin hesabına növbəti məzuniyyətə buraxılmışdır. -Azərbaycan Respublikası Cavabdeh xx.xx.2023-cü il tarixli 3-18-4/2-H-405/2-42/23 nömrəli məktubundan görünür ki, İddiaçı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi ilə bağlı müraciətinin təmin olunmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 1991-ci ildən 2005-ci ilə kimi Ağstafa rayon X3 Xidmətində (X5 X6 Nazirliyinin tərkibində olan zaman) işləmişdir. İddiaçı xidmətdə olduğu 1994-2004-cü illərdə məzuniyyətə çıxmadığını iddia edərək, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsini cavabdehdən tələb etmiş, sonuncu isə bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Cavabdeh yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsi Azərbaycan Respublikası Cavabdeh tabeliyinə verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 88-ci maddəsində qeyd olunmuşdur ki, əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. -1.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. -2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Həmçinin, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 avqust tarixli 314 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə “Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən, fövqəladə hallar orqanlarının əməkdaşları müvafiq iş ilində (iş illərində) əsas və əlavə əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, onlara həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əmək münasibətində olan əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə uyğun vəzifə və xüsusi rütbəyə görə maaşı, fasiləsiz xidmət illərinə görə ödənilən haqq və məharət dərəcəsinə görə əlavə nəzərə alınmaqla hesablanır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsasları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun:- -2.1-ci maddəsinə əsasən bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. -2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. -34-cü maddəsinə əsasən Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi dövlət qulluğu haqqında qanunun müddəlarına əsasən qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək qanunvericiliyində isə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilməsi nəzərdə tutulub. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-4067/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4067/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver