Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-407/2021 17.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, üçüncü şəxsin nümayəndəsi (vəkili) X8 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X2) X12 ilə Şəmkir rayon Aqrar İslahat Komissiyası arasında Şəmkir rayonu, Şeyidlər kəndində yerləşən 2797,27 kv.m həyətyanı torpaq sahəsinin ayrılmasında ifadə olunan hüquq münasibətinin mövcud olmamasının müəyyən edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə iddiaçı) qarşı (üçüncü şəxs X2) 19.01.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X12 ilə Şəmkir rayon Aqrar İslahat Komissiyası arasında Şəmkir rayonu, Şeyidlər kəndində yerləşən 2797,27 kv.m həyətyanı torpaq sahəsinin ayrılmasında ifadə olunan hüquq münasibətinin mövcud olmamasının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28.05.1998-ci il tarixli, 51 nömrəli qərarı ilə Şəmkir rayonu, Şeyidlər kəndində yerləşən 2792.27 kv.m həyətyanı torpaq sahəsi X9 verilməsi iddia olunmuşdur. Həmin komissiyanın qərarı iddiaçı tərəfindən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilmiş və məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28.05.1998-ci il tarixli, 51 saylı qərarının iclas protokolunda Şəmkir rayonunu, Şeyidlər kəndində X7 adına torpaq sahəsinin verilməsi barədə qərar aşkar edilməmişdir. Həmin protokolun gündəliyinə 29 məsələ daxil edilmişdir. Mübahisə olunan tarixli və nömrəli qərar X11 filialı tərəfindən məhkəməyə təqdim edilmiş həmin qərarda X7 adına torpaq sahəsi verilməsi barədə hər hansı bənd, müddəa olmamışdır. Adıçəkilən qərar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən 28.05.1998-ci il tarixdə A seriyalı, 283265 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsinin plan və ölçüsünün əslinə baxış keçirilən zaman müəyyən olunur ki, sənədin tərtib edilmə tarixi 28.05.1998-ci il göstərilsə də, onun titul vərəqinin sağ yuxarı küncündə bu sözlər qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli, 536 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Göründüyü kimi dövlət orqanı 2007-ci ildə təsdiq edilmiş titul vərəqini saxtalaşdırmışdır. Mübahisə predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçının qayınatasına məxsus olmuşdur. İddiaçı həmin evə gəlin gəlmiş və Sənəm İmanova həmin vaxtı orada xidmətçi işləmişdir. X2 və onun anası Nəhayət Əliyeva heç vaxt adıçəkilən kənddə və həmin evdə yaşamamışlar. Eyni zamanda üçüncü şəxs saxta sənədlər əsasında özünə qərar və torpaq sahəsinin plan və ölçüsünü tərtib etdirmişdir. Sənəm İmanova hazırkı iş üzrə üçüncü şəxs X1 nənəsi olmuşdur. Həmin şəxs əqli cəhətdən zəif olmuş və yalnız xırda təsərrüfat işləri icra etmişdir. Bu barədə kənd sakinləri tərəfindən tərtib olunmuş müvafiq akt mövcuddur. İddiaçı bu əsaslarla iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 17 may 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilmiş, üçüncü şəxsin nümayəndəsi (vəkili) X14 məhkəmə iclasına gəlmiş, iddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. İddiaçı, onun nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X14 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş emtişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş emtişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X2 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş emtişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 09409475 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası X11 filialının 09.03.2021-ci il tarixli, k-3-28 nömrəli cavab məktubu; - A seriyalı, 283265 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surəti; - Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30.05.1998-ci il tarixli, 51 nömrəli iclas protokolunun surəti; - sabiq “Telman” adına kolxozun qaytanlanmış torpaq kitabının X7 adı olan 64-cü vərəqəsinin surəti; - məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15.04.2021-ci il tarixli, **********97 nömrəli cavab məktubu; - Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08.09.2016-cı il tarixli, 2(076)- 4314/2016 nömrəli qətnamənin surəti; - Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 16.03.2017-ci il tarixli, 2(104)- 1150/2017 nömrəli qətnamənin surəti; - Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 31.01.2018-ci il tarixli, 2- 1(83)-56/2018 nömrəli qərardadın surəti; - Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 08.08.2018-ci il tarixli, 2- 1(83)-1103/2018 nömrəli qərardadın surəti; - Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 05.02.2019-cu il tarixli, 2-1(102)-253/2019 nömrəli qərarın surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 2016-cı il tarixdə Şəmkir Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mərhum nənəsi X6 miras qalmış Şəmkir rayonu, Şeyidlər kəndində 2797.21 kv.m həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə görə onun mirası qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08.09.2016-cı il tarixli, 2(076)-4314/2016 nömrəli qətnamə ilə X1 ərizəsi təmin edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 08.09.2016-cı il tarixli, 2(076)-4314/2016 nömrəli qətnaməsindən İddiaçı Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 16.03.2017-ci il tarixli, 2(104)-1150/2017 nömrəli qətnamə ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Şəmkir Rayon Məhkəməsinin 08.09.2016-cı il tarixli, 2(076)-4314/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş qeyd edilən qətnamədən müəyyən olunur ki, X7 adına 0.20 ha həyətyanı torpaq sahəsi sabiq Şamxor rayonunun “Telman” adına kolxozunun qaytanlanmış torpaq kitabında 128-ci sıra nömrəsində qeyd edilmişdir. Həmçinin müəyyən olunur ki, X7 adına, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş, kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Şəmkir rayonu, Şeyidlər kəndində, 2797.27 kv.m həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Həmin qətnamələrlə müəyyən olunmuşdur ki, A seriyalı, 283265 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə X15 kitabında Şəmkir rayonu, Şeyidlər kəndində X7 adına qeydə alınmış 2797.27 kv.m həyətyanı torpaq sahəsi ondan miras qalmışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə qarşı 13.11.2017-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon İdarəsi tərəfindən X7 adına tərtib edilmiş 28.05.1998-ci il tarixli, A seriyalı, 283265 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 31.01.2018-ci il tarixli, 2-1(83)- 56/2018 nömrəli qərardad ilə İddiaçı iddiası mümkün sayılmamışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 31.01.2018-ci il tarixli, 2-1(83)-56/2018 nömrəli qərardadı bununla əsaslandırılmışdır ki, 28.05.1998-ci il tarixdə 60 nömrə altında qeydə alınmış “Torpaq sahənin plan və ölçüsü” sənədindən görünür ki, X9 Şəmkir rayon Aqrar islahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 nömrəli qərarı əsasında torpaq sahəsi ayrılıb verilmişdir. Qeyd olunan sübutdan göründüyü kimi iddiaçı 28.05.1998-ci il tarixli, A seriyalı, 283265 nömrəli “torpaq sahəsinin plan və ölçü” sənədinin etibarsız hesab edilməsini tələb etsə də, həmin sənəd Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 nömrəli qərarı əsasında verilmişdir. Belə olan halda, iddiaçı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız sayılmasını tələb etsə də, bilvasitə həmin sənədin verilməsinə əsas hesab olunan Şəmkir rayon Aqrar İslahat Komissiyasının qərarından şikayət verilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürmüşdür. Göründüyü kimi iddiaçı islahatın nəticələrinə dair qərarın və yaxud islahatın nəticələrinin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilən müddətləri ötürdüyündən və bununla da tələb inzibati məhkəmə icraatı üzrə mümkünlük şərtlərini təmin etmədiyindən tələbə mahiyyəti üzrə qiymət verilməsi qeyri-mümkün olmuşdur. Qeyd edilənləri əsas gətirən məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə qarşı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə qarşı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon İdarəsi tərəfindən X7 adına tərtib edilmiş 28.05.1998-ci il tarixli, A seriyalı, 283265 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 08.08.2018-ci il tarixli, 2-1(83)-1103/2018 nömrəli qərardad ilə məhkəmə iddia verilməsi üçün nəzərdə tutlmuş prosessual müddət bərpa edilməmiş və İddiaçı iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08.08.2018-ci il tarixli, 2- 1(83)-1103/2018 nömrəli qərardadından müəyyən olunur ki, İddiaçı Şəmkir Rayon İcra Hakimiyyətinə qarşı qərarın ləğv edilməsi və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında İddiaçı ərizəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.02.2019cu il tarixli, 2-1(102)-253/2019 saylı qərarından müəyyən olunur ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08.08.2018-ci il tarixli, 2-1(83)-1103/2018 saylı qərardadından apelyasiya şikayəti verilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 04.10.2018-ci il tarixli qərardadı ilə qeyd edilən qərardad ləğv edilmiş və işin baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə qaytarılması qərara alınmışdır. Gəncə Apleyasiya Məhkəməsinin 04.10.2018-ci il tarixli qərardadından kassasiya şikayəti verilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 04.10.2018-ci il tarixli, 2-1(104)-638/2018 saylı qərardadı ləğv edilmiş və İddiaçı iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.02.2019-cu il tarixli, 2-1(102)-253/2019 nömrəli qərarı bununla əsaslandırılmış ki, X13 kitabında 28 may 1998-ci il tarixdə qeydə alınmış torpaq sahəsinin planı və ölçüsündə X9 Şəmkir rayonu Şeyidlər kəndində X16 Komissiyasının 28 may 1998-ci il tarixli, 51 nömrəli qərarı ilə 2797.27 kv.m həyətyanı torpaq sahəsi verilməsi qeyd edilmişdir. İddiaçı Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 saylı qərarının ləğv edilməsini və həmin qərar adından istifadə edilməklə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X11 fiiialının 13 iyul 2011 ci il tarixli məktubunda qeyd edilir ki, arxivin Şəmkir filialında Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 saylı qərarının iclas protokolunda Şəmkir rayonunun Şeyidlər kəndinə X7 adına torpaq sahəsi verilməsi barədə qərar aşkar edilməmişdir. Həmin protokolun gündəliyinə 29 məsələ daxil edilmişdir. Mübahisə olunan tarixli və nömrəli qərar arxiv tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin qərarda S.T.İmanovanın adına torpaq sahəsi verilməsi barədə hər hansı bənd, müddəa olmamışdır. Bu səbəbdən mübahisəiəndirilən inzibati aktda iddiaçıya və adı torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən X9 torpaq sahəsinin ayrılması, onların hüquqlarının pozulması ilə bağlı hər hansı bənd və müddəanın olması müəyyən edilmir. İddiaçının mübahisə açdığı 28.05.1998-ci il tarixli qərarda iddiaçı, X12 və üçüncü şəxslə bağlı hər hansı müddəa olmadığından bəhs olunan qərar iddiaçının qanunla qorunan hər hansı hüququnu pozmadığından bu tələblə bağlı iddiaçı subyektiv hüquqa malik olmamışdır. Qeyd edilənləri əsas gətirən məhkəmə İddiaçı iddiasını mümkün saymamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, hazırda İddiaçı tərəfindən mübahisələndirilən X7 adına Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28.05.1998-ci il tarixli, 51 nömrəli qərarı qüvvədədir və bu səbəbdən də, məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəfindən iddia olunan X12 ilə Şəmkir rayon Aqrar İslahat Komissiyası arasında Şəmkir rayonu, Şeyidlər kəndində yerləşən 2797,27 kv.m torpaq sahəsinin ayrılmasında ifadə olunan hüqu münasibətlərinin mövcud olmamasının müəyyən edilməsi əsassızdır. Qeyd edilən hallar məhkəmə araşdırması nəticəsində sorğu edilərək əldə edilmiş digər sübutlarla da, öz təsdiqini tapmışdır. Belə ki, məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası X11 filialının 09.03.2021-ci il tarixli, k-3-28 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Şəmkir Filialında mühafizə olunan Şəmkir rayonunun Şeidlər kəndi ərazisində fəaliyyət göstərmiş sabiq “Telman” adına kolxozun qaytanlanmış torpaq kitabında 128-ci sıra nömrəsində X7 adı və adına 0,20 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Kolxozun qaytanlanmış torpaq kitabında həmin torpaq sahəsinin kənddə harada yerləşməsi barədə qeydiyyatlar yazılmır. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15.04.2021-ci il tarixli, **********97 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, A seriyalı, 283265 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28.05.1998-ci il tarixli, 51 nömrəli qərarı ilə Şəmkir rayonu, Şeidlər kəndində X7 və X3 adların 2797.27 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsinin faktiki ünvanı ünvan 1rən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia əsassızdır və təmin edilə bilməz. Belə ki, iddiaçı öz iddia ərizəsində məhkəmədən X12 ilə Şəmkir rayon Aqrar İslahat Komissiyası arasında Şəmkir rayonu, Şeyidlər kəndində yerləşən 2797,27 kv.m həyətyanı torpaq sahəsinin ayrılmasında ifadə olunan hüquq münasibətinin mövcud olmamasının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, bu münasibətlər mövcud olmamışdır və X9 Şəmir rayon X5 qərarı ilə torpaq sahəsi ayrılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2 maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə qarşı X12 ilə Şəmkir rayon Aqrar İslahat Komissiyası arasında Şəmkir rayonu, Şeyidlər kəndində yerləşən 2797,27 kv.m həyətyanı torpaq sahəsinin ayrılmasında ifadə olunan hüquq münasibətinin mövcud olmamasının müəyyən edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X2) X12 ilə Şəmkir rayon Aqrar İslahat Komissiyası arasında Şəmkir rayonu, Şeyidlər kəndində yerləşən 2797,27 kv.m həyətyanı torpaq sahəsinin ayrılmasında ifadə olunan hüquq münasibətinin mövcud olmamasının müəyyən edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-407/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-407/2021
17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver