Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4083/2025 20.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X20 iştirakı ilə, İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “üçüncü şəxsin təsisçilikdən çıxarılması, özünün təsisçi kimi qeyd edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" firmasının bazasında yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda təsisçisi kimi qeyd edilmiş X10 təsisçilikdən çıxarılması və Cəmiyyətin həqiqi təsisçisi kimi İddiaçı qeyd edilməsi” öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı, Süleymanov Cabbar, Novruzov Azad və Məmmədov Azər xx.xx.1996-cı il tarixində "xxxx" firmasını təsis etmişlər. Təsis etdikləri firma xx.xx.1996-cı il tarixində Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Həmin ildə, 5 iyul 1996-cı il tarixli 134 saylı müəssisənin alqı-satqısı müqaviləsinə əsasən Dövlət Əmlak Komitəsi 6a saylı YDM-nin əmlakını onlara satmışdır. Bir müddət fəaliyyət göstərdikdən sonra, 22 dekabr 1998-ci il tarixində alqı-satqı müqaviləsi ilə onlar 6a saylı YDM-i X3. Bu günlərdə bilib ki, onlar N.Pərvanə ilə natariusda alqı-satqını 6 a saylı YDM-nin əmlakını barədə bağlasalarda, "xxxx" firmasının təsisçilərinin xəbəri olmadan, "xxxx" firmasının təsisçiləri dəyişdirilmişdir. Qüvvədə olan qanunlara əsasən müəssisənin əmlakının satılması təsisçiliyə xitam verilməsi üçün əsas deyil. Əmlak satılarkən onlar 4 nəfərin təsisçilikdən çıxmaq kimi bir niyyətinin olunmamışdır. 6a saylı YDM-nin əmlakının alqı satqısı barədə bağlanmış müqavilə Qeydiyyat Orqanı tərəfindən yanlış olaraq təsisçinin dəyişdirilməsi kimi qiymətləndirilmişdir. Halbuki, təsisçilərin dəyişdirilməsi üçün qanunda tam başqa prosedur nəzərdə tutulmuşdur. Cavab məktubundan da göründüyü kimi, bir müddət sonra "xxxx" firmasının bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN - **********) yaradılmışdır. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi kimi X22 qeyd edilmişdir. Hesab edilir ki, bu hal qanusuzdur. X10 özünü necə və hansı yollarla təsisçi kimi qeyd etməsi ona məlum deyil. Göründüyü kimi, o təsisçilikdən qanunsuz olaraq kənarlaşdırılmışdır. İddiaçı "xxxx" MMC-nin təsisçiliyini bərpa edilmə ilə bağlı cavabdehə ərizə ünvanlasada, cavabdeh imtina barədə məktub ünvanlanmışdır. Cavabdehin imtina məktubu xx.xx.2025-ci il tarixdə ona təqdim edilmişdir. Hesab edir ki, inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizənin icrasından əsassız olaraq imtina edilmişdir. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda qeyd edilmişdir k, "xxxx" Firmasının bazasında yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda təsisçisi kimi qeyd edilmiş X10 təsisçilikdən çıxarılması və Cəmiyyətin həqiqi təsisçisi kimi İddiaçı qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bildirmişdirlər ki, "xxxx" Firmasının qeydiyyat qovluğu Ədliyyə Nazirliyi tərəfindən 2008-ci ildə vergi orqanına təhvil verilmişdir. "xxxx" Firmasının qeydiyyat qovluğunda mövcud olan Ədliyyə Nazirliyinin X35 qeydiyyatı üzrə Gəncə bölgə şöbəsinin xx.xx.2002-ci il tarixli rəyinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Firmasının bazasında yaradılmışdır. Həmin rəydə Gəncə şəhər 1 N-li dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1996-cı il tarixdə 31570 sayla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının təsisçilərinin Dövlət Əmlak Komitəsinin 2/516 N-li şəhadətnaməsi ilə özəlləşdirdikləri 6a N-li X21 təsisçiyə satdıqları qeyd edilmişdir. İddiaçı iddia ərizəsində müəssisənin əmlakının satılmasının təsisçiliyə xitam verilməsi üçün əsaslı olmadığını qeyd etmişdir. İddiaçının mövqeyindən belə anlaşılır ki, təsisçilər firmanı satmamışdır, alqı-satqı predmeti Gəncə şəhəri paylayıcı neftbazasının 6a №-li X18 və tərəflərin iradə ifadəsi yalnız həmin əmlakın satılmasına yönəlmişdir. xx.xx.1996-cı il tarixli Gəncə şəhəri paylayıcı neftbazasının 6a №-li X19 əmək kollektivinin ümumi yığıncağının protokolundan görünür ki, yığıncağın sədri olan İddiaçı çıxış edərək bildirir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1996-cı il tarixdə keçirilən auksionda satın alınan əmlak məntəqənin balansındadır. Belə ki, o Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin balansından çıxarılmışdır. Məntəqənin sərbəst, daha da müstəqil fəaliyyət göstərməsi üçün hüquqi şəxs statusuna malik olan müəssisə təsis edilməli və nizamnaməsi təsdiq edilməlidir. xx.xx.1996-cı il tarixli "xxxx" Firmasının təsis müqaviləsində isə göstərilir ki, müqavilə üzrə tərəflər, yəni İddiaçı, X23, X36, X9 şəhəri paylayıcı neftbazasının 6a №-li X19 əmlakında ifadə olunan paylarını birləşdirirlər və "xxxx" Firmasını təsis edirlər. Müəssisənin nizamnamə fondunu 93434000 manat dəyərində olan əmlak təşkil edir. 93434000 manat dəyərində olan əmlak isə həmin X18. Firmanın ilkin nizamnaməsinin 1.1-ci bəndində isə qeyd olunur ki, "xxxx" Firması xx.xx.1996-cı il tarixli təsis müqaviləsi əsasında yaradılmışdır. Alqı-satqı müqaviləsinə nəzər saldıqda isə başa düşülür ki, 4 nəfər təsisçi firmanın 93434000 manat əmlak şəklində nizamnamə kapitalını təşkil edən məntəqəni 94 milyon manata Novruzova Pərvanəyə satmışdır. Müəssisənin nizamnamə fondunu da həmin əmlak təşkil etdiyindən məntəqənin Novruzova Pərvanəyə satılması firmanında həmin şəxsə satılması deməkdir. Firmanın xx.xx.2002-ci il tarixli 04 nömrəli əmrinə əsasən isə yeni mülki qanunvericiliyə uyğun olaraq firmanın təşkilati-hüquqi forması cəmiyyətə çevrilmiş və nizamnamə kapitalı isə dəyişilərək 94000000 manat (əmlak şəklində) müəyyən edilmişdir. X38 tərəfindən imzalanaraq firmanın möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Göstərilənlərdən aydın olur ki, firmanın əvvəlki üzvləri məntəqənin firmanın bazasında olduğunu, həmin məntəqənin nizamnamə kapitalını təşkil etdiyini bilmiş və alqı-satqı müqaviləsi bağlandıqdan sonra möhürü də yeni təsisçiyə təhvil verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, xx.xx.1998-ci il tarixli müqaviləyə əsasən "xxxx" Firmasının yeni təsisçisinin müraciətinə uyğun olaraq Ədliyyə Nazirliyinin X35 qeydiyyatı üzrə Gəncə bölgə şöbəsi tərəfindən "xxxx" Firmasının təsisçisinin dəyişməsi faktı xx.xx.2002- ci il tarixdə 0302-A1-50 nömrə ilə qeydiyyata alınmış və dövlət reyestrindən çıxarış təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılan iş hesab edilir. “X35 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9- cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Bundan sonra – Məcəllə) 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin onun müraciətinin icrasından əssassız olaraq imtina etdiyini göstərmişdir. X35 qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən MMC-nin təsisçisi X13r. Odur ki, qanunvericiliyin və Cəmiyyətin qüvvədə olan nizamnaməsinin tələblərindən göründüyü kimi cavabdeh inzibati orqana öz təşəbbüsü ilə X35 reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün reyestr aparan orqan tərəfindən hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi məsələsi iddianın predmeti ola bilməz. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüququ pozulmadığından iddianın mümkünsüzlük şərti nəzərə alınmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməli idi. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidmət vəzifəsinə görə yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, 1998-ci il tarixli alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, İddiaçı "xxxx" Firmasındakı payını X4. Bununla da iddiaçı hüquqi şəxs üzərində sahib olduğu hüquqlarını itirmişdir. Belə olduğu halda iddiaçı "xxxx" MMC-nin həqiqi təsisçisi kimi onun qeyd edilməsini tələb edə bilməz, o, hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyildir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 48.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, XAHİŞ EDİRƏM İddiaçı "xxxx" Firmasının bazasında yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda təsisçisi kimi qeyd edilmiş X10 təsisçilikdən çıxarılması və Cəmiyyətin həqiqi təsisçisi kimi onun adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi haqqında iddia tələbinin iddianın mümkün hesab edilməməsi, mümkün sayıldığı halda təmin edilməməsi barədə qərar qəbul edilsin. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-4083/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X22 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilməsi qərara alınmışdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, tərəfindən ünvanlanmış "xxxx" Firmasının təsisçilərinin mülkiyyət hüququnun bərpa edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixlı (AVİS qeydiyyatı: xx.xx.2025-ci il tarixli **********530200 nömrəli) müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazı Vergilər Baş İdarəsində baxılmışdır. Bildirilir ki, "xxxx" Firmasının qeydiyyat qovluğu Ədliyyə Nazirliyi tərəfindən 2008-ci ildə vergi orqanına təhvil verilmişdir. Firmanın qeydiyyat qovluğu məlumatlarına əsasən "xxxx" Firması xx.xx.1996-cı il tarixdə 31570 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi X27 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan: Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında № 000516 Şəhadətnaməsinə əsasən görünür ki, Gəncə şəhəri paylayıcı neftbazasının 6a №-li X19 Əmlakının mülkiyyət hüququ İddiaçı, X23, X36 və X14 məxsusdur. Gəncə şəhəri paylayıcı neftbazasının 6a №-li X19 Əmək kollektivinin ümumi yığıncağının xx.xx.1996 – cı il protokolundan görünür ki, Elxan firması təsis edilməsi və nizamnaməsi təsdiq edilməsi, həmin firmanın Nizamnaməsinə dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunması qeydə alınmışdır. xx.xx.1996- cı il tarixli, № 134 nömrəli bağlanmış müqaviləyə əsasən görünür ki, X30 və X25 aralarında bağlanmış, müqavilənin şərtlərinə əsasən Gəncə şəhəri paylayıcı neftbazasının 6a №-li Yanacaq Doldurma X8 X5. xx.xx.2002 ci il tarixli, Mülkiyyət hüququ haqqında № 002043 Şəhadətnaməsindən görünür ki, bu şəhadətnamə verilib X12 ondan ötrü ki, Gəncə şəhəri, Yevlax şossesində yerləşən 6a №-li X26 mülkiyyətçisidir. 1998 - cı il tarixli, № 2/ nömrəli bağlanmış müqaviləyə əsasən görünür ki, İddiaçı, X23, X36, X24 və X22 arasında bağlanmışdır. 6a №-li Yanacaq Doldurma X2. Azərbaycan Respubikası Ədliyyə Nazirliyinə xx.xx.1996 - cı ildə ünvanlanmış məktubunda görünür ki, "xxxx" firması sizdən xahiş edir ki, firmanın hüquqi şəxs kimi qeydiyyatına alınmışdır. Təsisçilər : İddiaçı, X23, X36 və X24 qeyd olunmuşdur. xx.xx.1996 – ci il tarixli, 31570 nömrəli şəhadətnaməsinə əsasən, "xxxx" firmasının əsas fəaliyyət növü neft və neft məhsullarının satışı olmuşdur. xx.xx.1996 – cı il "xxxx" firmasının təsis müqaviləsində qeyd olunmuşdur ki, vətəndaşlar: İddiaçı, X23, X36 və X24 tərəflər arasında bağlanmışdır. Müqavilə üzrə tərəflər Gəncə şəhəri paylayıcı neftbazasının 6a №-li X19 Əmlakının ifadə olunan paylarının birləşdirir və "xxxx" firması təsis edilmişdir. Müəssisənin nizamnamə fondunu 93434000 – doxsan üç milyon dörd yüz otuz dörd min manat dəyərində olan əmlak təşkil etmişdir. "xxxx" firmasının sahibkarı P.C. X11 üzrə Gəncə bölgə şöbəsinin rəisi cənab B.S.İslamova ünvanlanmış məktubda görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1996-ci il tarixdə 31570 sayla dövlət qeydiyyatına alınma və xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsi ilə satın alınmış «Elxan firmasının bazasında hüquqi varislik prinsipi əsasında yaradılmış X29 Cəmiyyətinin yenidən dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. xx.xx.2002 - ci il "xxxx" firması üzrə № 4 əmrində görünür ki, "xxxx" Firnası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmişdir. "xxxx" MMC – nin nizamnamə kaptalı dəyişilərək 94.000.000(doxsan dörd milyon) manat təşkil etmiş və yeni yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi Ədliyyə Nazirliyinin X35 Qeydiyyatı üzrə Gəncə bölgə şöbəsində təsdiq edilmişdir. xx.xx.2002 – ci il tarixli aktından görünür ki, "Elxan” firmasının bazasında yaradılan "Elxan” Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakçısı,vətəndaş X22,tərəfindən, həmin aktı, tərtib edilmiş, ondan ötəri ki, həqiqətən "Elxan” firmasının təşkilati hüquqi formasının və Nizamnamə kapitalının miqdarının dəyişilməsi ilə əlaqədar olaraq əlavə edilən "Elxan” firmasına məxsus olan bir ədəd dairəvi möhür və bir ədəd künc ştampı,onların iştirakı ilə yuxarıda göstərilən tarixdə məhv edilmişdir. xx.xx.2025 – ci il tarixli, 2-1(114)-4083/2025 saylı Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X40 3 saylı Gəncə Ərazi İdarəsinin məktubuna əsasən, "xxxx" MMCnin adına daşınmaz əmlak olub-olmamasına dair məlumatın məhkəməyə göndərilməsi barədə məktublarınıza “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X40nin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Məktubunuza cavab olaraq bildiririk ki, "xxxx" MMCnin adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə halhazırda daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına görə 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə iddianın mümkünlüyü barədə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Gəncə şəhəri paylayıcı neftbazasının 6a №-li X21 iş üzrə İddiaçı və X23, X36, X24 1998 - cı il tarixli, № 2/ nömrəli alqı-satqı müqaviləsi ilə alıcı X1. Hal-hazırda Gəncə şəhəri paylayıcı neftbazasının 6a №-li X26 alıcının mülkiyyətindədir. Hazırda Gəncə şəhəri paylayıcı neftbazasının 6a №-li X26 satılarkən Elxan” firması ilə birlikdə satılmışdır. Belə ki, xx.xx.1996-cı il tarixli Gəncə şəhəri paylayıcı neftbazasının 6a №-li X19 əmək kollektivinin ümumi yığıncağının protokolundan görünür ki, yığıncağın sədri olan İddiaçı çıxış edərək bildirir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1996-cı il tarixdə keçirilən auksionda satın alınan əmlak məntəqənin balansındadır və Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin balansından çıxarılmışdır. Məntəqənin sərbəst, daha da müstəqil fəaliyyət göstərməsi üçün hüquqi şəxs statusuna malik olan müəssisə təsis edilməli və nizamnaməsi təsdiq edilməlidir. xx.xx.1996-cı il tarixli "xxxx" Firmasının təsis müqaviləsində isə göstərilir ki, müqavilə üzrə tərəflər, yəni İddiaçı, X23, X36, X9 şəhəri paylayıcı neftbazasının 6a №-li X19 əmlakında ifadə olunan paylarını birləşdirirlər və "xxxx" Firmasını təsis edirlər. Müəssisənin nizamnamə fondunu 93434000 manat dəyərində olan əmlak təşkil edir. 93434000 manat dəyərində olan əmlak isə həmin X18. Firmanın ilkin nizamnaməsinin 1.1-ci bəndində isə qeyd olunur ki, "xxxx" Firması xx.xx.1996-cı il tarixli təsis müqaviləsi əsasında yaradılmışdır. Alqı-satqı müqaviləsinə nəzər saldıqda isə başa düşülür ki, 4 nəfər təsisçi firmanın 93434000 manat əmlak şəklində nizamnamə kapitalını təşkil edən məntəqəni 94 milyon manata Novruzova Pərvanəyə satmışdır. Müəssisənin nizamnamə fondunu da həmin əmlak təşkil etdiyindən məntəqənin Novruzova Pərvanəyə satılması firmanında həmin şəxsə satılması deməkdir. Firmanın xx.xx.2002-ci il tarixli 04 nömrəli əmrinə əsasən isə yeni mülki qanunvericiliyə uyğun olaraq firmanın təşkilati-hüquqi forması cəmiyyətə çevrilmiş və nizamnamə kapitalı isə dəyişilərək 94000000 manat (əmlak şəklində) müəyyən edilmişdir. X38 tərəfindən imzalanaraq firmanın möhürü ilə təsdiq edilmişdir. Hal-hazırda 1998-ci il tarixli alqı-satqı müqaviləsi qüvvədədir və həmin müqavilə ləğv edilməmişdir. Belə olan halda iddiaçının hazırkı iddianı verməkdə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli Qərarına əsasən Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Ona görə də İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “üçüncü şəxsin təsisçilikdən çıxarılması, özünün təsisçi kimi qeyd edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “üçüncü şəxsin təsisçilikdən çıxarılması, özünün təsisçi kimi qeyd edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-4083/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4083/2025
20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver