Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-409/2020 18.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum tarixində və adında düzəliş edilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamədə təvəllüdünün “xx xxxxxxx 1957-ci il” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Kəlbəcər rayonunun, Şahkərəm kəndində anadan olmuşdur. Kəlbəcər rayonunun işğalı səbəbindən doğum haqqında şəhadətnaməsi orada qalmışdır. Məcburi köçkün düşdükdən sonra müəyyən sənədlər vasitəsilə şəxsiyyət vəsiqəsi alsa da, həmin şəxsiyyət vəsiqəsində onun doğum təvəllüdü səhv yazılmış, yəni xx.xx.1960-cı il qeyd edilmişdir. İddiaçının Ədliyyə Nazirliyinin X1 Reyestri Xidmətinə müraciətinə həmin qurumdan bildirmişlər ki, Cavabdehndə 1964-cü ilin noyabr ayında tərtib edilmiş 300 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən xx xxxxxxx 1957-ci il təvəllüdlü “X3” barəsində tərtib edilmiş akt qeydi aşkar olunmuşdur, lakin doğum akt qeydinin bərpa olunması üçün məhkəməyə müraciət edilməlidir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı doğum tarixinin “xx xxxxxxx 1957-ci il”, adının isə “Tamilə” kimi qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsinə dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, qardaşı Hüseynin hərbi biletində onun və bacısı Gözəlin adları və təvəllüdləri yazılıb, o, həqiqətən xx xxxxxxx 1957-ci il tarixdə doğulmuşdur. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Cavabdeh xx.xx.2019-cu il tarixli, 577 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı doğum tarixində və adında düzəliş edilməsi üçün kifayət qədər əsas olmadığına görə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -Ədliyyə Nazirliyinin X1 Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, 05/2-1561/69 nömrəli məktubundan görünür ki, Cavabdehndə 1964-cü ilin noyabr ayında tərtib edilmiş 300 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən xx xxxxxxx 1957-ci il təvəllüdlü “X3” barəsində tərtib edilmiş akt qeydi aşkar olunmuşdur. -AZE seriyalı ******** nömrəli, xx.xx.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. - Cavabdehndə 1964-cü ilin noyabr ayında tərtib edilmiş 300 saylı Doğum qeydlərinin bərpa aktının surətindən görünür ki, X3 xx xxxxxxx 1957-ci il də anadan olmuşdur. - X2 məxsus oğluna məxsus НЗ ******* nömrəli hərbi biletində olan qeydlərdən görünür ki, onun ailə üzvü kimi qeyd olunmuş İddiaçı xx xxxxxxx 1957-ci il tarixdə anadan olmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X4 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X3 xx xxxxxxx 1957ci il də anadan olmuşdur. Qeyd olunan fakt Cavabdehndə 1964-cü ilin noyabr ayında tərtib edilmiş 300 saylı Doğum qeydlərinin bərpa aktında öz təsdiqini tapmışdır. Lakin məlum olmayan səbəblərdən ona şəxsiyyət vəsiqəsi verilərkən adı “Tamella”, doğum tarixi isə “xx.xx.1960-cı il” qeyd olunmuşdur. Halbuki ona şəxsiyyət vəsiqəsi verilərkən doğum haqqında şəhadətnamə, bu olmadığı təqdirdə isə doğum akt qeydi əsas götürülməli idi. Məhkəmə qeyd olunan səhvin düzəldilməsi ilə iddiaçıya yeni şəhadətnamənin verilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -1.17-ci bəndində qeyd olunmuşdur ki, X1 qeydə alınması və ya bu akt qeydlərinə dəyişiklik edilməsi nəticəsində Azərbaycan Respublikası vətəndaşının soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişildikdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bu barədə onların yaşadığı yerin daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəli şəxs və ya çağırışçı barəsində isə eyni zamanda onların hərbi qeydiyyat yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə, doğumu Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 7 gün müddətində məlumat verməlidir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatların göstərilməsi” X1 qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. X1 qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydinə əsasən doğum tarixinin “xx xxxxxxx 1957-ci il”, adının isə “Tamilə” kimi qeyd edilməklə ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-cimassələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı doğum haqqında akt qeydində düzəliş edilməklə doğum tarixinin “xx xxxxxxx 1957-ci il”, adının isə “Tamilə” kimi qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-409/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-409/2020
18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver