Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-409/2021 25.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı X2 nümayəndəsi Mustafayev Rövşən Yunis oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı X1rşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı X1rşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14 saylı X2 “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********6600 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə 23.491,75 manat məbləğində nağd qaydada aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 13.800,0 USD məbləğində xarici valyuta əldə etmiş və iddiaçını bu pulu hardan əldə etməsi ilə bağlı vergi orqanına dəvət etmişlər. İddiaçı qeyd edir ki, bu pul müəyyən illər ərzində müəyyən xüsusi vaxtlarda, yəni ad günlərində, şənliklərdə valideynləri və qardaşı tərəfindən bəxşeyiş kimi ona verilmişdir. 2020-ci ilin 21 noyabr tarixində kod, parol və istifadəçi adını itirdiyinə görə Nərimanov rayon Vergi ödəyicilərinə Xidmət İdarəsinə müraciət etmiş və xx.xx.2020-ci ildə kod, parol və istifadəçi adını götürməyə gedən zaman o, şəxsi hesabında 3288,85 manat borcun olmasını bilmişdir və orada ona bildirilmişdir ki, əgər həmin dövrdə sahibkarlıq fəaliyyəti olmayıbsa 0 hesabat göndərsin və borc silinsin. İddiaçı qeyd olunan hesabatı həmin gün göndərsə də, xx.xx.2020-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********6600 nömrəli elektron kameral yoxlaması qərarı vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 3288,85 manat vergi hesablamışdır. Lakin həmin qərarın bəyənnamə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat xanasının öncəki dövr bəyənnamə məlumatı hissəsində qeydlər aparılması hissəsində əsaslandırma verilməmişdir. Bu səbəbdən də iddiaçı hesab edir ki, kameral vergi yoxlama qərarı qanunvericiliyin tələblərinə əsasən tərtib olunmadığı üçün ləğv olunmalıdır. İddiaçı məhkəmə hazırlıq icraatı iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, atası çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğuldur və həmin məbləğin bir hissəsi atasına məxsus olmuş və ailənin ehtiyat büdcəsi kimi saxlanılmış pullardır, əsas hissəsi isə ona müəyyən illər ərzində xüsusi vaxtlarda, yəni ad günlərində, şənliklərdə valideyinləri və qardaşı tərəfindən bəxşeyiş kimi verilən pullardır. Cavabdehin nümayəndəsi Mustafayev Rövşən Yunis oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, kameral vergi yoxlamasının keçirilməsinə səbəb Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən İddiaçı tərəfindən xx.xx.2020ci il tarixdə 23.491,75 manat məbləğində nağd qaydada aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 13.800,0 USD məbləğində xarici valyuta əldə edilməsi olmuşdur. Valyuta mübadiləsi ilə bağlı İddiaçı xx xxxxx 2020-ci il tarixdə 14 saylı X3 dəvət edilmiş, həmçinin valyuta mübadiləsi əməliyyatı üzrə sorğu vərəqəsi göndərilərək özünün və konvertasiya olunmuş vəsait digər şəxsdən (ailə üzvündən, yaxın qohumdan və ya digər) əldə olunmuş vəsait olduqda həmin digər şəxsin də məlumatlarının sorğu vərəqəsində göstərilmiş formaya uyğun doldurularaq vergi orqanına təqdim edilməsi qeyd olunmuşdur. Həmçinin, xx.xx.2020-ci il tarixli **********369800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilərək konvertasiya olunmuş vəsaitin mənbəyi barədə təsdiqedici sənədlərin təqdim edilməsi istənilmişdir. Lakin, iddiaçı tərəfindən konvertasiya olunmuş vəsaitin mənbəyi barədə hər-hansı təsdiqedici sənəd və məlumat təqdim edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -14 saylı X2 “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********6600 nömrəli, qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən gəlir vergisi bəyənnaməsini təqdim etmədiyinə görə 7897,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 23.491,75 manat məbləğində nağd qaydada aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 13.800,0 USD məbləğində xarici valyuta əldə edilmişdir. Konvertasiya olunmuş vəsaitin mənbəyi barədə iddiaçı tərəfindən vergi orqanına hər-hansı təsdiqedici sənəd təqdim edilmədiyindən, vergi orqanı kameral vergi yoxlaması ilə 2019-cu ilin gəlir vergisi üzrə müvafiq hesablama aparılmış və iddiaçı tərəfindən hazırda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********6600 nömrəli qərarı qəbul etmişdir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iddiaçı atasının çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olduğunu və konvertasiya olunmuş məbləğin bir hissəsinin atasına məxsus olmuş və ailənin ehtiyat büdcəsi kimi saxlanılmış pullar, əsas hissəsinin isə ona müəyyən illər ərzində ad günlərində, şənliklərdə valideyinləri və qardaşı tərəfindən bəxşeyiş kimi verilən pullar olmasını bildirmişdir. Cavabdeh orqan isə bununla bağlı heç bir sübutun olmadığına görə həmin məbləği məhz sahibkarlıq fəaliyyəti ilə bağlı əldə edilmiş gəlir kimi nəzərə almışdır. Başqa sözlə, ailənin ehtiyat büdcəsinin və hədiyyə şəklində verilmiş pul məbləğlərinin mənbəyi barədə rəsmi sənəd təqdim edilməsi real deyildir və bu baxımdan vergi orqanı tərəfindən iddiaçının vergiyə cəlb etməsi əsassız olmuşdur. Halbuki mövcud qanunvericiliklə bu cür ziddiyətli məqamlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 14 saylı X4 tərəfindən tərtib edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********6600 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 14 saylı X2 “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********6600 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-409/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-409/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver