Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4092/2024 20.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı nikah akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı nikah haqqında akt qeydində düzəliş edilməklə, X2 “Ağayeva”dan “Rəhimova”ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Cavabdeh xx.xx.2024-cü iltarixli 3-16-5/8-70-R-3007/2024 nömrəli arayışından görünür ki, X18 və X11 Şəmkir rayonu Könüllü kənd icra nümayəndəliyində nikah haqqında xx.xx.1951-ci il tarixdə 02 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Rəhimov”, arvada isə “Ağayeva” soyadı verilmişdir. Qeyd: X6 xx.xx.1982-ci ildə ölməsi (ölüm xx.xx.1982-ci ildə 198 nömrəli akt qeydi ilə Cavabdehndə qeydə alınmış), X10 isə xx.xx.2015-ci ildə ölməsi (ölüm xx.xx.2015-ci il 1816 nömrəli akt qeydi ilə Gəncə 1 saylı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış) ilə bağlı xitam verilmişdir.
2. Ölüm haqqında xx.xx.2024-cü il tarixli AZ-İİ 374113 nömrəli təkrar şəhadətnamədən görünür ki, X17 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.
3. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-70-R-2908/2024 nömrəli arayışlarına və doğum haqqında akt qeydlərinə əsasən, xx.xx.1953-cü il tarixdə doğulmuş X9, xx.xx.1957-ci il tarixdə doğulmuş X16 və xx.xx.1955-ci il tarixdə doğulmuş İddiaçı Sətdar oğlunun ata qrafasında X18, ana qrafasında X10 adı qeyd edilmişdir.
4. İddiaçı mərhum anasının nikah haqqında akt qeydinə düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-157867 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, nikah haqqında akt qeydi xx.xx.1951-ci il tarixdə Şəmkir rayonu Könüllü kənd icra nümayəndəliyində tərtib olunmuş və tərtib olunarkən nikahdan sonrakı soyadı “Ağayeva” kimi göstərilmişdir. Belə ki, anasının soyadının həqiqətən “Rəhimova” olmasını təsdiq edəcək sənədləri qeydiyyat şöbəsinə təqdim edə bilmədiyindən soyadının müəyyənləşdirilməsi tərəflərindən mümkün olmamışdır. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək hüququ vardır.
5. AZE seriyalı 03670644 nömrəli şəxsiyyət vəsiqəsində iddiaçının mərhum anasının adı, soyadı və ata adı “X17” kimi qeyd edilmişdir.
6. Fevral 1992-ci il tarixli 367-27 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 39 nömrəli sərəncamında, xx.xx.1966-cı il tarixli torpaq qeydində və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarışda iddiaçının mərhum anasının adı, soyadı və ata adı “X17” kimi qeyd edilmişdir.
7. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli 1323 nömrəli arayışında göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən mülk vətəndaş X10 adınadır. Mülkün ümumi torpaq sahəsi 373.0 kv.m-dir.
8. xx.xx.1931-ci il təvəllüdlü X10 fərdi uçot kartasında soyadı “Rəhimova” kimi qeyd edilmişdir.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5-4-13-9109/2024 nömrəli cavab məktubuna əlavə edilmiş Evlənmə haqqında xx.xx.1951-ci il tarixli 2 nömrəli akt qeydindən görünür ki, X18 və X11 Şəmkir rayonu Könüllü kənd icra nümayəndəliyində nikah haqqında xx.xx.1951-ci il tarixdə 2 nömrəli akt qeydi tərtib olunmuşdur. II. Məhkəmədə icraat
10. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X17 ilə X13 nikahına dair xx.xx.1951-ci ildə qeydə alınmış 02 nömrəli akt qeydində nikah bağlandıqdan sonra X2 “Ağayeva”dan “Rəhimova” soyadına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngədə mülkiyyətdə olan 0.359 ha torpaq sahəsində yerləşən 6 nömrəli fərdi yaşayış evi paylı mülkiyət hüququ üzrə X8nın adına 1/10 hissə və digər şəxslərin adına müvafiq hissələrdə olmaqla daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydə alınmışdır. X8 xx.xx.2015-ci il tarixində vəfat etmişdir. Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngədə mülkiyyətdə olan 0.359 ha torpaq sahəsində yerləşən 6 nömrəli fərdi yaşayış evi paylı mülkiyət hüququ üzrə X8na məxsus 1/10 hissə üzərində vərəsəlik hüquqlarını həyata keçirmək məqsədilə anası X4 “Ağayeva” kimi qeyd edildiyi üçün arayışın verilməsi mümkün deyildir. Bundan sonra, yanlışlığın düzəldilməsi üçün X8 ilə atası X13 nikahına dair xx.xx.1951-ci ildə qeydə alınmış 02 nömrəli akt qeydində nikah bağlandıqdan sonra anası X2 “Ağayeva”dan “Rəhimova” soyadına düzəliş edilməsi barəsində ərizə ilə Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubu ilə müraciətindən imtina edilmişdir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.
21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
23. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etiraz etmədiyini bildirmiş və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdeh xx.xx.2024-cü iltarixli 3-16-5/8-70-R-3007/2024 nömrəli arayışı; - Ölüm haqqında xx.xx.2024-cü il tarixli AZ-İİ 374113 nömrəli təkrar şəhadətnamə; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-70-R-2908/2024 nömrəli arayışları; - Doğum haqqında akt qeydləri; - AZE seriyalı 03670644 nömrəli şəxsiyyət vəsiqəsi; - Fevral 1992-ci il tarixli 367-27 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportu; - Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 39 nömrəli sərəncamı; - xx.xx.1966-cı il tarixli torpaq qeydi; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli 1323 nömrəli arayışı; - xx.xx.1931-ci il təvəllüdlü X10 fərdi uçot kartası; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-157867 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5-4-13-9109/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş Evlənmə haqqında xx.xx.1951-ci il tarixli 2 nömrəli akt qeydi.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mərhum X8 xx.xx.1951-ci il tarixdə X18 ilə nikaha daxil olaraq, nikahdan sonra onun soyadını götürmüş, lakin, Evlənmə haqqında xx.xx.1951-ci il tarixli 2 nömrəli akt qeydində onun soyadə “Ağayeva” kimi qeyd edilmişdir.
28. X10 xx.xx.2015-ci il tarixdə ölməsi ilə onun ölümü barədə Gəncə 1 saylı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixli 1816 nömrəli akt qeydi tərtib edilmiş və buna müvafiq olaraq xx.xx.2024-cü il tarixli AZ-İİ 374113 nömrəli ölüm haqqında təkrar şəhadətnamə verilmişdir.
29. Hazırda İddiaçı mərhum anasının nikah haqqında akt qeydinə düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-157867 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, nikah haqqında akt qeydi xx.xx.1951-ci il tarixdə Şəmkir rayonu Könüllü kənd icra nümayəndəliyində tərtib olunmuş və tərtib olunarkən nikahdan sonrakı soyadı “Ağayeva” kimi göstərilmişdir. Belə ki, anasının soyadının həqiqətən “Rəhimova” olmasını təsdiq edəcək sənədləri qeydiyya şöbəsinə təqdim edə bilmədiyindən soyadının müəyyənləşdirilməsi tərəflərindən mümkün olmamışdır. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək hüququ vardır.
30. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.
31. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...
33. Göründüyü kimi, iddiaçının mərhum anası xx.xx.1931-ci il tarixdə doğulmuş X17 ilə X18 arasında rəsmi nikahın bağlanmasına (nikahın qeyd edilməsinə), bununla da X1 soyadını qəbul etməsinə baxmayaraq, Şəmkir rayonu Könüllü kənd icra nümayəndəliyində Evlənmə haqqında xx.xx.1951-ci il tarixli 2 nömrəli akt qeydi tərtib edilərkən yalnışlığa yol verilərək, soyadı “Ağayeva” kimi qeyd edilmişdir.
34. Halbuki, iddiaçının mərhum anasının doğum haqqında akt qeydində və ona məxsus digər sənədlərdə də soyadı “Rəhimova” kimi qeyd edilmişdir.
35. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, xx.xx.1951-ci il tarixli 2 nömrəli evlənmə haqqında akt qeydində düzəliş edilməklə, xx.xx.1931-ci il təvəllüdlü X2 “Rəhimova” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. xx.xx.1951-ci il tarixli 2 nömrəli evlənmə haqqında akt qeydində düzəliş edilməklə, xx.xx.1931-ci il təvəllüdlü X3 “Rəhimova” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva