Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-41/2021 03.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, onun vəkili X1, cavabdeh Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) dəymiş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu Sadıllı qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin hasarının uçurulması nəticəsində ona dəymiş maddi zərər kimi 39000 manat kompensasiyanın, 20000 manat mənəvi zərərin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsində 0,288 ha torpaq sahəsi üzərində yerləşən 83,3 kv.m qeyri-yaşayış sahəsi torpaq sahəsi ilə birlikdə iddiaçının xüsusi mülkiyyətindədir. Bununla bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən MA seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2010-cu il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı vardır. xx xxxx 2014-cü il tarixdə şəhərin abadlaşdırılması işləri gedərkən onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yola baxan hissəsinin hasarları icra hakimiyyəti tərəfindən heç bir xəbərdarlıq edilmədən və əvəzi ödənilmədən sökülmüş və onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin 380 kv.m hissəsində yol salınmışdır. Uçurulma nəticəsində 2.5 metr hündürlüyündə və 130 metr uzunluğunda hasarla yanaşı, 3x3 m ölçüdə darvazanı, habelə hasarın arxasında olan satış üçün nəzərdə tutulmuş 400 kv.m İspaniya istehsalı olan kafel məhv edilərək tamamilə yararsız vəziyyətə salınmışdır. Uçurulmuş hasarın yenidən bərpa edilməsi üçün material və əl muzdu daxil olmaqla 8500 manat, yeni darvazanın qiyməti 1500 manat, kafelin isə 1 kv.mnin həmin dövrdə bazar qiyməti isə 25 manat olmuşdur. Göründüyü kimi İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ümumilikdə 20.000 manat (8500 manat hasarın yenidən bərpası üçün, 1500 manat yeni darvazanın alınıb quraşdırılması üçün, 10.000 manat isə kafelin ümumi qiyməti olmaqla) maddi zərər dəyməklə 380 kv.m torpaq sahəsi isə zəbt edilmişdir.(xx.xx.2015-ci il tarixdə DƏDRX tərəfindən keçirilmiş müayinə baxışı zamanı təsdiqini tapmışdır). İddiaçı baş vermiş qanunsuzluğun nəticələrinin aradan qaldırılması ilə bağlı dəfələrlə icra hakimiyyətinə müraciət etsə də, müxtəlif vədlərlə aldadılmışdır. Aradan keçən 5 ildən artıq müddətdə isə onun xüsusi mülkiyyətinə vurulan ziyanın aradan qaldırılması ilə bağlı keçirdiyi mənəvi sarsıntı və iztirablara görə mənə 20.000 manat mənəvi zərər dəymişdir. Danışıqların heç bir nəticə vermədiyini anlayaraq sonda məcbur olub ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə yanaşı zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nəhayət Cavabdeh keşmiş icra başçısı məlum səbəblərdən dolayı vəzifəsindən azad edildikdən sonra qeyd edilən mübahisəli məsələ ilə bağlı rəsmi qaydada 14.102.109-cu il tarixdə Cavabdehnə yazılı qaydada müraciət edərək ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmiş, xx.xx.2019-cu il tarixdə ona çatan rəsmi imtina məktubu ilə dəymiş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olduğu bildirilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı “Gəncə şəhəri, Kəpəz rayonu Sadıllı qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin hasarının uçurulması nəticəsində dəymiş maddi zərər kimi 20000 manat, zəbt edilmiş 380 kv.m torpaq sahəsinin əvəzi olaraq 19000 manat kompensasiyanın, 20000 manat mənəvi zərər olmaqla ümumilikdə 59000 manat pulun Cavabdehndən tutularaq ödənilməsi” barədə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı “Gəncə şəhəri, Kəpəz rayonu Sadıllı qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin hasarının uçurulması, darvazanın yararsız hala salınması və 380 kv.m torpaq sahəsinin zəbt edilməsi nəticəsində kompensasiya tələbi kimi uçurulmuş hasara görə 9521 manat, yararsız hala salınmış darvazaya görə 1300 manat, zəbt edilmiş 380 kv.m torpaq sahəsinin hazırki real bazar qiyməti 33000 manat olmaqla, cəmi 43821 manat pulun Cavabdehndən tutularaq ödənilməsi” barədə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, tikili sökülərkən həmin yerdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev və Cavabdeh işçiləri olmuşdur və tikili Məharət Mustafayevin göstərişi ilə sökülmüşdür. Bütün bunlar iş materiallarına əlavə edilmiş video görüntülərlə də təsdiq olunur. Bununla bağlı yuxarı orqanlara şikayət etmiş, həmçinin cavabdeh orqanın əməkdaşları onu razı salaraq dəymiş ziyanın ödəniləcəyini bildirmişdir. İddiaçının vəkili X4 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə hazırlıq icraatı iclasında iddianı qəbul etməmiş, həmçinin tikilinin sökülməsini özündə əks etdirən diskə baxış keçirilən zaman tikilinin sökülməsində iştirak edən şəxslərdən birinin Cavabdeh Memarlıq və Şəhərsalma İdarəsinin müdiri Məharət Mustafayev olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Cavabdeh xx.xx.2019-cu il tarixli, S-56-149 nömrəli məktubundan görünür ki, İddiaçı dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu Sadıllı qəsəbəsində yerləşən ümumi sahəsi 83.3 kv.m qeyri-yaşayış binası və 0.288 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -“xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli rəyində 130 m-lik daş hasarın tikilməsi üçün 7200 manat, bir ədəd darvazanın dəyərinin 1500 manat, 380kv.m torpaq sahəsinin dəyərinin 34200 manat (cəmi 42970) olması qeyd olunmuşdur. -“X7 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2020-ci il tarixli, 11 nömrəli mütəxəssis rəyindən görünür ki, sökülmüş 2.5 metr hündürlükdə, 130 metr uzunluqda hasarın bərpa edilməsi üçün (tikinti materialları və əmək haqqı nəzərə alınmaqla) təqribən 9521.0 (doqquz min beş yüz iyirmi bir) manat, orta ölçüdə bir ədəd darvazanın bazar qiyməti 1300.0 manat, Gəncə şəhəri, Sadıllı qəsəbəsində 380.0 kv.m torpaq sahəsinin həmin ərazidə digər eyni ölçülü və eyni təyinatlı torpaq sahəsinin dəyəri ilə müqayisəli hazırki bazar qiymətlərinə uyğun dəyəri təqribən 33000.0 (otuz üç min) manat dəyərində müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu Sadıllı qəsəbəsində yerləşən ümumi sahəsi 83.3 kv.m qeyri-yaşayış binasının yola baxan hissəsinin hasarları və 3x3 m ölçüdə darvaza xx xxxx 2014-cü il tarixdə şəhərin abadlaşdırılması işləri gedərkən Cavabdeh əməkdaşları tərəfindən heç bir xəbərdarlıq edilmədən və əvəzi ödənilmədən sökülmüş və onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin 380 kv.m hissəsində yol salınmışdır. Nəticədə iddiaçı qeyri-yaşayış sahəsinin hasarının uçurulması, darvazanın yararsız hala salınması və 380 kv.m torpaq sahəsinin zəbt edilməsi nəticəsində kompensasiya tələbi kimi uçurulmuş hasara görə 9521 manat, yararsız hala salınmış darvazaya görə 1300 manat, zəbt edilmiş 380 kv.m torpaq sahəsinin hazırki real bazar qiyməti 33000 manat olmaqla, cəmi 43821 manat pulun Cavabdehndən tutularaq ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlarla (uçurulmaya dair videogörüntü, fotoşəkillər), eləcə də tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının yola baxan hissəsinin hasarları həqiqətən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev və Cavabdeh işçiləri tərəfindən heç bir xəbərdarlıq edilmədən və əvəzi ödənilmədən sökülmüş və onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin 380 kv.m hissəsində yol salınmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Göründüyü kimi iddiaçıya cavabdeh şəxsin təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulmuş, bununla yanaşı belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu cavabdeh orqan sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. İddiaçıya dəymiş maddi ziyanın hesablanması üçün məhkəmə tərəfindən mütəxəssisə müraciət olunmuş və xx.xx.2020-ci il tarixli, 11 nömrəli mütəxəssis rəyinə əsasən sökülmüş 2.5 metr hündürlükdə, 130 metr uzunluqda hasarın bərpa edilməsi üçün (tikinti materialları və əmək haqqı nəzərə alınmaqla) təqribən 9521.0 (doqquz min beş yüz iyirmi bir) manat, orta ölçüdə bir ədəd darvazanın bazar qiyməti 1300.0 manat, Gəncə şəhəri, Sadıllı qəsəbəsində 380.0 kv.m torpaq sahəsinin həmin ərazidə digər eyni ölçülü və eyni təyinatlı torpaq sahəsinin dəyəri ilə müqayisəli hazırki bazar qiymətlərinə uyğun dəyəri təqribən 33000.0 (otuz üç min) manat dəyərində müəyyən olunmuşdur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməli, uçurulmuş hasara görə 9521 manat, yararsız hala salınmış darvazaya görə 1300 manat, zəbt edilmiş 380 kv.m torpaq sahəsinin hazırki real bazar qiyməti 33000 manat olmaqla, cəmi 43.821 (qırx üç min səkkiz yüz iyirmi bir) manat pul Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş xidmət haqqı cədvəlindən görünür ki, iddiaçının əmlakına dəymiş zərərin hesablanması xərci 350.0 (üç yüz əlli manat) təşkil edir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinin verilməsi ilə bağlı 350.0 (üç yüz əlli manat) məhkəmə xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Cavabdehndən 43.821 (qırx üç min səkkiz yüz iyirmi bir) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 350.0 (üç yüz əlli manat) məbləğində məhkəmə xərci tutularaq “X7 və Ekspertiza Mərkəzi” MMC, VÖEN **********, AZ40ACAB********************, AccessBank QSC Həzi Aslanov filialı, KOD 511038, VÖEN **********, müxbir hesab AZ10NABZ********************, SWİFT ACABAZ22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-41/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-41/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver