Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-41/2024 13.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. xx.xx.2003-cü il tarixli müqavilə əsasında X3 rayonu, Zazalı dayanacağında 428.5 kvm torpaq sahəsində yerləşən ümumi sahəsi 385 kv.m olan 5 otaqdan ibarət kommersiya dükanını X1.
2. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tikinti və Arxitektura Komitəsi Baş DTİ və MHQİ Goranboy rayonu DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.2003cü il tarixli 25 reyestr nömrəli, 80 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Goranboy rayonu, Nizami kəndi, Bakı-Gəncə yolu, Zazalı dayanacağı küçəsində yerləşən sahəsi 385 kv.m olan Tik “A” mağaza nömrəli qeyri-yaşayış binası mülkiyyət hüququ əsasında X11 adına qeydiyyata alınmış və onun adına fevral 2003-cü il tarixdə texniki pasport tərtib edilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 24151 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Goranboy rayonu, Nizami kəndi, Bakı-Gəncə yolu, Zazalı dayanacağında yerləşən X14 məxsus Tik “A” mağaza binasının yerləşdiyi ərazinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı əsasında Gəncə şəhərinin inzibati ərazisinə verilmiş torpaqlara aid olduğu, sözügedən ərazidə tikinti və abadlıq işlərinin aparıldığı və Gəncə darvazalarının quraşdırıldığı müəyyən edilmişdir. Tədqiqat zamanı mağazanın xx.xx.2003-cü il tarixli 4ə- 1-9 reyestr saylı alğı-satqı sənədinə əsasən texniki pasportdakı ölüçlərin koordinatları ilə, Gəncə şəhər İcra Hakimiyyəti aparatının Memarlıq və Tikinti şöbəsinin hazırladığı layihədə öz əksini tapmış mübahisəli “Tik.A” mağaza binasının yerləşdiyi ərazinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdir. “Tik.A” mağaza binasının yerləşdiyi torpaq sahəsinin koordinatlarının Gəncə darvazalarının yerləşdiyi ərazinin koordinatları ilə üstüstə düşdüyü müəyyən edilmişdir.
4. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(83)-854/2017 nömrəli qərardadı ilə X12 Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiya tələbinə dair iddiası mümkün sayılmamışdır.
5. Daşınmaz əmlakın xx.xx.2011-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən X47, X18, X53, X48 və X9 rayonu, Nizami kəndində yerləşən 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 4800 manat müqabilində X2.
6. Daşınmaz əmlakın xx.xx.2011-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən X40, X41, X33, X20 və X7 rayonu, Nizami kəndində yerləşən 1.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 4800 manat müqabilində X2.
7. Daşınmaz əmlakın xx.xx.2012-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən X26, X22, X27, qəhrəmanov Elşad Zahir oğlu və X6 rayonu, Nizami kəndində yerləşən 1.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2500 manat müqabilində X4.
8. Daşınmaz əmlakın xx.xx.2012-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən X29, X17, X35, X50, X51 və X6 rayonu, Nizami kəndində yerləşən 1.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3000 manat müqabilində X4.
9. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 890 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Göygöl-Şəmkir yolunun sağ tərəfində Üçtəpə kəndinin cənub-şərq istiqamətində yerləşən 1000.0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən ticarət obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qərara alınmışdır.
10. İddiaçı ərizə ilə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək, ona dəymiş 400.000 manat məbləğində maddi ziyanın ödənilməsi üçün aidiyyətı şəxslərə göstəriş verilməsini xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən ərizəsinə rəsmi qaydada cavab verilməmişdir.
11. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2022-ci il tarixli 03/1355 nömrəli cavab məktubunda bildirilmişdir ki, X15 məxsus olmuş mağaza Goranboy rayonu, Nizami kəndinin ərazisində yerləşmiş və Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev tərəfindən sökülmüşdür. Göründüyü kimi, burada Gəncə Şəhər İcra Hakimiyyətinin hər hansı qanunsuz hərəkətindən söhbət belə getmir, bir şəxsin öz maraqları üçün həyata keçirdiyi qanunsuz əməllərə görə dövlət qurumu cavab verməli deyildir. Bununla yanaşı, vurğulamaq istəyirlər ki, əgər bu ərazidə abadlıq və quruculuq işlərinin aparılması nəzərdə tutulsaydı, bunu ərazi aidiyyətinə uyğun olaraq Goranboy Rayon İcra Hakimiyyəti həyata keçirərdi və hər hansı digər icra hakimiyyəti tərəfindən bu cür işlərin görülməsinə maneə törədər və ya digər formada münasibət bildirərdi. Üstəlik, Gəncə darvazaları Gəncə Şəhər İcra Hakimiyyəti və ya digər dövlət qurumunun mülkiyyətində olmadığından, həmin əmlakın mülkiyyətçisinin müəyyən edilərək cavabdeh qismində onun cəlb edilməsi zərurəti yaranır. İddiaçı iddia ərizəsində özü də vurğulamışdır ki, özünün razılığı əsasında ona kompensasiya əvəzi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 890 nömrəli sərəncamı əsasında Göygöl-Şəmkir yolunun sağ tərəfində, Üçtəpə kəndinin cənub-şərq istiqamətində yerləşən 1000.0 kv.metr torpaq sahəsi ticarət obyektinin yerləşdirilməsi üçün ayrılmışdır. Vətəndaş qeyd etmişdir ki, guya ona söz verilmişdir ki, gələcəkdə ona verilən torpaq sahəsinin mülkiyyətində olmasına dair sənəd verilməsinə köməklik göstəriləcəkdir. Göründüyü kimi, ilk halda iddiaçının sözləri dövlət orqanın aktına əsaslanır və real olmasını təsdiqləyən sənəd mövcuddur, ikinci halda isə vətəndaş hər hansı sübutu olmadan yalnız sözdə olaraq ona vaxtilə vəd verildiyini iddia edir. Üstəlik, İddiaçı sökülmüş obyektinin əvəzi ona hansısa formada verildiyi üçün 2017-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək iddiasının mümkün sayılmamasını xahiş etmişdir. Əgər iddiaçının istəkləri vaxtilə təmin olunmasaydı, əlbəttə ki, o öz xoşu ilə iddia tələbindən əl çəkməzdi. Əlavə olaraq bildiririk ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus olan hər hansı bir torpaq sahəsi zəbt edilməmiş, mülkiyyətində olan hər hansı bir tikinti sökülməmişdir.
12. Məhkəmənin sorğusuna Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 90 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhər 5 saylı notariat ofisi 2011-ci ildə fəaliyyət göstərməmişdir.
13. Məhkəmənin sorğusuna Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 102 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri 2 saylı notariat ofisində 2011-ci il ərzində Bakı-Gəncə yolu, zazalı dayanacağı adlanan ərazidə yerləşən ümumi sahəsi 385 kv.m olan qeyri-yaşayış obyektinə digər eyni ölçülü qeyri-yaşayış obyektinə dair alğı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir.
14. Məhkəmənin sorğusuna Gəncə şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X30 xx.xx.2023-cü il tarixli 32 nömrəli cavab məktubunda bildirilmişdir ki, 2011-ci ildə X31 tərəfindən Bakı-Gəncə yolu zazalı dayanacağı adlanan ərazidə yerləşən ümumi sahəsi 385 kv.m olan qeyri-yaşayış obyektinə dair Gəncə şəhəri 3 saylı notariat ofisində heç bir notariat əməliyyatları aparılmadığı üçün həmin əmlaka dair ümumiləşdirilmiş formada orta bazar qiyməti barədə məlumatları təqdim edə bilmirlər.
15. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 5102/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, məhkəmə qərarında göstərilən əmlak Goranboy rayonu ərazisində yerləşdiyi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmamışdır. Odur ki, həmin əmlaka dair Ərazi İdarəsinin arxivində heç bir məlumat aşkar edilməmişdir. Bununla əlaqədar bildirilir ki, həmin yerin qiymətləndirilməsinə dair məlumatların verilməsi tərəflərindən mümkün olmamışdır.
16. Məhkəmə qərardadı ilə əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli G- 06/23-080 nömrəli qiymətləndirmə rəyində sökülmüş qeyri-yaşayış sahəsinin 2011-ci il üzrə bazar dəyəri 225.000 manat məbləğində müəyyən edilmişdir.
17. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2- 4672/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, əmlakın bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində dürüstləşdirilməsi məqsədi ilə əmlaka baxışın keçirilməsi zəruridir. Qərardadda qeyd edilən X14 məxsus olmuş Goranboy rayonu, Nizami kəndi, Bakı-Gəncə yolu, Zazalı dayanacağının yanında yerləşmiş mağaza binası söküldüyündən əmlakın bazar qiymətinin müəyyən olunması mümkün olmamışdır.
18. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/2-1068/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Gəncə darvazaları" adlanan ərazi 2011-2012-ci illərdə abadlaşdırılmışdır. Abadlaşdırılmanın maliyyələşdirilməsi hansı subyektin hesabına həyata keçirilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyətində məlumat yoxdur. Azərbaycan Respublikası Maliyə Nazirliyi tərəfindən bu məqsədlə Gəncə Şəhər İcra Hakimiyyətinə pul vəsaiti ayrılmamışdır. Qeyd olunan ərazi 2011-ci ildə Goranboy rayonunun inzibati ərazisi daxilində olmuş və ərazidə yerləşən torpaq sahəsinin dövlət ehtiyacları üçün ayrılması ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti torpaq sahəsini alan orqan qismində iştirak etməmişdir. Qeyd olunan torpaq sahəsi 21 dekabr 2012-ci il tarixli 518-İVQ nömrəli Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində "qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Gəncə Şəhər Kəpəz rayonunun inzibati ərazisinə verilmişdir.
19. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-23/2-4796/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, respublikanın şəhər və rayonlarının ərazisində yolların, park və meydanların təmizlənməsi, tullantıların yığılması, daşınması və digər abadlıq işlərinin görülməsi üçün hər ilin dövlət büdcəsinin yerli xərclərində müvafiq vəsaitlər proqnozlaşdırılır. Həmin vəsaitlərin müvafiq xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü həmin vəsaitlərin kredit sərəncamçısı olan aidiyyəti şəhər (rayon) icra hakimiyyətləri tərəfindən həyata keçirilir. Göstərilənləri nəzərə alaraq, qaldırılan məsələ ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyyə olunmuşdur.
20. X10 xx.xx.2024-cü il tarixli 139 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzin qiymətləndirmə üzrə mütəxəssisləri tərəfindən müvafiq araşdırma aparılaraq müəyyən olunmuşdur ki, tədqiq olunan ərazi üzrə analoji (oxşar) daşınmaz əmlakların 2011-ci il tarixinə olan bazar qiymətləri barədə məlumatı əldə etmək mümkün olmadı. Müqayisəli analoji (oxşar) obyektlər barədə məlumatların əldə edilməsi mümkün olmadığı halda, daşınmaz əmlak üzrə qiymətləndirmə tədqiqatının xərc metodu ilə aparılması məqsədəmüvafiq hesab edilir. Buna görə tədqiqat obyektinə baxış keçirilməsi, obyektin mövcud vəziyyətinə dair texniki-təmirlik səviyyəsinin, tikintisində istifadə olunmuş materialların (konstruktiv elementlərin) müəyyən edilməsi zəruridir. Lakin tədqiq olunan obyekt 2011-ci il tarixində söküldüyünə görə və faktiki olaraq yerində olduğu vəziyyətə dair (sökülməzdən öncə) məlumatlar kifayət qədər olmadığından qymətləndirmə üzrə tədqiqatın aparılması mümkün deyildir.
21. Məhkəmə qərardadı ilə əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli G- 10/23-103 nömrəli qiymətləndirmə rəyində sökülmüş qeyri-yaşayış sahəsinin 2011-ci il üzrə bazar dəyəri 225.200 manat, istifadədə olan 428.5 kv.m torpaq sahəsinin bazar dəyəri isə 15.000 manat məbləğində müəyyən edilmişdir. II. Məhkəmədə icraat
22. İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər Gəncə şəhər Kəpəz bələdiyyəsi, Gəncə şəhər Nizami bələdiyyəsi, Gəncə şəhər Baş Polis İdarəsi, Goranboy Rayon İcra Hakimiyyəti və "xxxx" ASC) qarşı Goranboy rayonu, Nizami kəndi, Bakı-Gəncə yolu, Zazalı dayanacağının yanında yerləşən mağazanın sökülüb yerləşdiyi torpağın dövlət ehtiyacları üçün ayrılması nəticəsində ona dəymiş ziyanın, yəni 400.000 (dörd yüz min) manat məbləğində kompensasiyanın cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən tutularaq ona ödənilməsini xahiş etmişdir.
23. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayonu, Nizami kəndi Bakı- Gəncə yolu, Zazalı dayanacağının yanında yerləşən mağaza mərhum anası X12 mülkiyyətində olmuşdur. Gəncə şəhəri üzrə yenidən şəhərsalma planı çərçivəsində 2011ci ilin mart ayında mağaza həmin vaxt Cavabdeh başçısı olmuş Elmar Vəliyev tərəfindən sökülmüşdür. Həmçinin qeyd edir ki, mərhum anası Cəmilə Babaxanovanın mülkiyyətində olan mağaza əvvəcədən xəbardarlıq edilmədən, müddət verilmədən və içərisində yerləşən avadanlıqlara birlikdə dağıdılmış və mağaza sökülməsi ilə bağlı heç bir kompensasiya verilməmiş, nəticədə 400.000 manata məbləğində ziyan dəymişdir. Bundan başqa, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər və həmin işə baxılarkən məhkəmənin qərardadı ilə o, mərhum anası Cəmilə Babaxanovanın hüquqi varisi hesab edilmişdir, Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsi, Gəncə şəhər Nizami rayon Bələdiyyəsi, Gəncə şəhər Baş Polis İdarəsi, Goranboy rayon İcra Hakimiyyəti və Azəravtoyol ASC üçün şəxs qismində cəlb edilmişdir. Bundan başqa həmin iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 23 oktyabr 2017-ci il tarixli rəyi ilə Tik A mağaza binasının yerləşdiyi torpaq sahəsinin kordinantlarının Gəncə darvazalarının yerləşdiyi ərazinin kordinantları ilə üsüstə düşdüyü müəyyən edilmişdir. Həmçinin qeyd edir ki, həmin işə baxılarkən cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən tələb etdiyi kompensasiyanın əvəzinə Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Gəncə şəhəri Göygöl-Şəmkir yolunun sağ tərəfində Üçtəpə kəndinin cənub-şərq istiqamətində yerləşən 1000.0 kv.m torpaq sahəsi ticarət obyektinin yerləşdirilməsi üçün ona ayrılmış və bu barədə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 890 nömrəli sərancamı qəbul edilmişdir. Həmçinin, cavabdeh Gəncə Şəhəri İcra hakimiyəti tərəfindən ona bildirilmişdir ki, gələcəkdə ona verilən 1000.0 kv.m torpaq sahəsinin mülkiyyətində olmasına dair sənəd verilməsinə də köməklik göstərəcəklər. Məhz bu səbəblərdən o, iddinın mümkün sayılmaması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qərardadı ilə iddi tələbi mümkün sayılmamışdır. Dəfələrlə şifahi müraciətlərinə baxmayaraq, 19 dekabr 2017-ci il tarixdən hal-hazırki vaxta kimi Cavabdeh tərəfindən Gəncə şəhəri Göygöl-Şəmkir yolunun sağ tərəfində Üçtəpə kəndinin cənub-şərq istiqamətində yerləşən 1000.0 kv.m torpaq sahəsi onun istifadəsinə verilməmiş və həmin torpaq sahəsinin mülkiyyətinə keçməsi ilə bağlı heç bir köməklik göstərilməmişdir. Bundan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin (hakim F.Hüseynov) müvafiq qərardadı ilə iddia mümkün sayılmamış və həmin qərardadda qeyd edilmişdir ki, o, hazırkı iddia ərizəsi ilə müraciət etməmişdən qabaq hazırkı iş üzrə cavabdeh orqana ərizə ilə müraciət etməlidir, həmin orqan imtina məktubu verdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhz bu səbəblərdən ərizə ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət edərək, ona dəymiş 400.000 manat məbləğində maddi ziyanın ödənilməsi üçün aidiyyətı şəxslərə göstəriş verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan ərizəsinə cavab verməmiş, yenidən təkrar eyni ərizə ilə müraciət etsə də, onun ərizəsinə rəsmi cavab verilməmişdir. Bundan sonra məcbur olub Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikası 1-ci vitse prezidenti Mehriban xanım Əliyevaya həm ərizə ilə, həm də teleqramlarla müraciət edərək Gəncə şəhəri İcra Hakimiyyətnin nə onun ərizəsinə rəsmi cavab verməməsi, nə də ki, ərizəsində göstərilənlərlə bağlı köməklik göstərilməməsini bildirsə də, artıq 1 ilə yaxın müddətdir ki, cavabdeh orqan nə ərizəsinə rəsmi cavab məktubu verir, nə də ki, ərizəsində göstərilənlərlə bağlı ona köməklik göstərir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
25. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, Goranboy rayonu, Nizami kəndi, Bakı-Gəncə yolu, Zazalı dayanacağının yanında yerləşən mağazanın yerləşdiyi 385 kv.m torpaq sahəsinə və mağazanın sökülməsinə görə ona dəymiş 400.000 (dörd yüz min) manat məbləğində kompensasiyanın cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən tutularaq ona ödənilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
26. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
27. Hazırkı iddia İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş kompensasiya haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
28. Kompensasiya haqqında iddialar üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir.
29. Hazırkı işdə kompensasiya haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinə qanunla nəzərdə tutulmuş müddətdə rəsmi qaydada cavab verilməmişdir.
30. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
31. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
32. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
33. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Gəncə şəhər Kəpəz bələdiyyəsi, Gəncə şəhər Nizami bələdiyyəsi, Gəncə şəhər Baş Polis İdarəsi, Goranboy Rayon İcra Hakimiyyəti və "xxxx" ASC-nin üçüncü şəxs qismində məhkəmə icraatında iştiraklarına xitam verilmişdir.
34. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
35. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
36. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
37. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
38. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2003-cü il tarixli alğı-satqı müqaviləsi; - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tikinti və Arxitektura Komitəsi Baş DTİ və MHQİ goranboy rayonu DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 25 reyestr nömrəli, 80 inventar nömrəli qeydiyyat vəsiqəsi; - Qeyri-yaşayış binasına dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X13 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş fevral 2003-cü il tarixli texniki pasport; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il trixli 24151 nömrəli ekspert rəyi; - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(83)-854/2017 nömrəli qərardadı; - xx.xx.2011-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - xx.xx.2011-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - xx.xx.2012-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - xx.xx.2012-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 890 nömrəli sərəncamı; - İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətinə ünvanladığı ərizə; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli 03/1355 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 90 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 102 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X30 xx.xx.2023-cü il tarixli 32 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 5102/2023 nömrəli cavab məktubu; - Məhkəmə qərardadı ilə əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli G- 06/23-080 nömrəli qiymətləndirmə rəyi; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2- 4672/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5- 1/2-1068/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2024cü il tarixli 3-23/2-4796/2024 nömrəli cavab məktubu; - X10 xx.xx.2024-cü il tarixli 139 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5- 1/2-1068/2024 nömrəli cavab məktubu; - Məhkəmə qərardadı ilə əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli G- 10/23-103 nömrəli qiymətləndirmə rəyi. Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
39. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır, ona görə də qismən təmin edilməlidir.
40. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2003-cü il tarixli müqavilə əsasında X3 rayonu, Zazalı dayanacağında 428.5 kvm torpaq sahəsində yerləşən ümumi sahəsi 385 kv.m olan 5 otaqdan ibarət kommersiya dükanını X1. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tikinti və Arxitektura Komitəsi Baş DTİ və MHQİ Goranboy rayonu DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 25 reyestr nömrəli, 80 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Goranboy rayonu, Nizami kəndi, Bakı- Gəncə yolu, Zazalı dayanacağı küçəsində yerləşən sahəsi 385 kv.m olan Tik “A” mağaza nömrəli qeyri-yaşayış binası mülkiyyət hüququ əsasında X11 adına qeydiyyata alınmış və onun adına fevral 2003-cü il tarixdə texniki pasport tərtib edilmişdir.
41. 2011-ci ildə X14 məxsus olmuş mağaza Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür.
42. X21 xx.xx.2013-cü il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı Goranboy rayonu, Nizami kəndi, Bakı-Gəncə yolu, Zazalı dayanacağında yerləşən mağaza binasının sökülməsinə görə kompensasiya tələbinə dair Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, həmin iddia çərçivəsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 24151 nömrəli ekspert rəyi ilə Goranboy rayonu, Nizami kəndi, Bakı-Gəncə yolu, Zazalı dayanacağında yerləşən X14 məxsus Tik “A” mağaza binasının yerləşdiyi ərazinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı əsasında Gəncə şəhərinin inzibati ərazisinə verilmiş torpaqlara aid olduğu, sözügedən ərazidə tikinti və abadlıq işlərinin aparıldığı və Gəncə darvazalarının quraşdırıldığı, mağazanın xx.xx.2003-cü il tarixli 4ə-1-9 reyestr saylı alğı-satqı sənədinə əsasən texniki pasportdakı ölüçlərin koordinatları ilə, Gəncə şəhər İcra Hakimiyyəti aparatının Memarlıq və Tikinti şöbəsinin hazırladığı layihədə öz əksini tapmış mübahisəli “Tik.A” mağaza binasının yerləşdiyi ərazinin koordinatlarının üst-üstə düşdüyü, “Tik.A” mağaza binasının yerləşdiyi torpaq sahəsinin koordinatlarının Gəncə darvazalarının yerləşdiyi ərazinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmin icraat zamanı işə bir neçə dəfə baxılmış (aşağı instansiya məhkəmələrinin qərar və qərardadları yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilərək, baxışa qaytarılmış) və icraat davam edərkən Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017ci il tarixli 890 nömrəli sərəncamı qəbul edildiyindən iddiaçının hüquqi varisi İddiaçı ərizə verərək, cavabdeh orqanın ona tələb etdiyi kompensasiyanın əvəzinə torpaq sahəsi ayırdığını və bu barədə sərəncam qəbul etdiyini bildirərək, iddianın mümkün sayılmasını xahiş etmiş, yekunda da həmin sərəncam və ərizə nəzərə alınmaqla Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(83)-854/2017 nömrəli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır.
43. X11 hüquqi varisi İddiaçı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciətlərinə baxmayaraq, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 890 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin onun mükiyyətinə, istifadəsinə verilmədiyini əsas gətirməklə, yenidən ərizə ilə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək, ona dəymiş 400.000 manat məbləğində maddi ziyanın ödənilməsi üçün aidiyyətı şəxslərə göstəriş verilməsini xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən ərizəsinə rəsmi qaydada cavab verilməmişdir.
44. İddiaçı hazırkı tələbində Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2011-ci ilin mart ayında onun mərhum anasına məxsus olmuş mağazanın Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülərək, mülkiyyətçiyə xəbərdarlıq edilmədən, eyni zamanda hər hansı bir kompensasiya ödənilmədən dövlət ehtiyacları üçün alındığını qeyd etmişdir.
45. Gəncə Şəhər İcra Hakimiyyətinin məhkəmənin sorğusuna cavab məktublarında isə iddiaçının anasına məxsus olmuş mağazanın sökütüsünün və yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasının Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilmədiyi bildirilmişdir.
46. Məhkəmə əvvəla, Gəncə darvazaları"nın salınmasının Gəncə Şəhər İcra Hakimiyyətindən qeyri subyekt tərəfindən həyata keçirilməsini ağlabatan və inandırıcı hesab etmir.
47. İkinci tərəfdən isə, məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli 03/1355 nömrəli cavab məktubunda bildirilmişdir ki, X15 məxsus olmuş mağaza Goranboy rayonu, Nizami kəndinin ərazisində yerləşmiş və Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev tərəfindən sökülmüşdür. Göründüyü kimi, burada Gəncə Şəhər İcra Hakimiyyətinin hər hansı qanunsuz hərəkətindən söhbət belə getmir, bir şəxsin öz maraqları üçün həyata keçirdiyi qanunsuz əməllərə görə dövlət qurumu cavab verməli deyildir. Bununla yanaşı, vurğulamaq istəyirlər ki, əgər bu ərazidə abadlıq və quruculuq işlərinin aparılması nəzərdə tutulsaydı, bunu ərazi aidiyyətinə uyğun olaraq Goranboy Rayon İcra Hakimiyyəti həyata keçirərdi və hər hansı digər icra hakimiyyəti tərəfindən bu cür işlərin görülməsinə maneə törədər və ya digər formada münasibət bildirərdi. Üstəlik, Gəncə darvazaları Gəncə Şəhər İcra Hakimiyyəti və ya digər dövlət qurumunun mülkiyyətində olmadığından, həmin əmlakın mülkiyyətçisinin müəyyən edilərək cavabdeh qismində onun cəlb edilməsi zərurəti yaranır. İddiaçı iddia ərizəsində özü də vurğulamışdır ki, özünün razılığı əsasında ona kompensasiya əvəzi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 890 nömrəli sərəncamı əsasında Göygöl-Şəmkir yolunun sağ tərəfində, Üçtəpə kəndinin cənub-şərq istiqamətində yerləşən 1000,0 kv.metr torpaq sahəsi ticarət obyektinin yerləşdirilməsi üçün ayrılmışdır. Vətəndaş qeyd etmişdir ki, guya ona söz verilmişdir ki, gələcəkdə ona verilən torpaq sahəsinin mülkiyyətində olmasına dair sənəd verilməsinə köməklik göstəriləcəkdir. Göründüyü kimi, ilk halda iddiaçının sözləri dövlət orqanın aktına əsaslanır və real olmasını təsdiqləyən sənəd mövcuddur, ikinci halda isə vətəndaş hər hansı sübutu olmadan yalnız sözdə olaraq ona vaxtilə vəd verildiyini iddia edir. Üstəlik, İddiaçı sökülmüş obyektinin əvəzi ona hansısa formada verildiyi üçün 2017-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək iddiasının mümkün sayılmamasını xahiş etmişdir. Əgər iddiaçının istəkləri vaxtilə təmin olunmasaydı, əlbəttə ki, o öz xoşu ilə iddia tələbindən əl çəkməzdi. Əlavə olaraq bildiririk ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus olan hər hansı bir torpaq sahəsi zəbt edilməmiş, mülkiyyətində olan hər hansı bir tikinti sökülməmişdir.
48. Göründüyü kimi, cavabdeh orqan bir tərəfdən, mağaza binasının Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev tərəfindən söküldüyünü təsdiq edərək, etiraf edir və bunu İcra Hakimiyyətinin deyil, sabiq başçının şəxsi maraqları naminə etməsi ilə əlaqələndirir. Halbuki, iş materialları və toplanmış sənədlərlə mağaza binasının yeləşdiyi ərazinin hazırda “Gəncə daravazaları” adlanan ərazinin koordinatları ilə üst-üstə düşməsi müəyyən edilmişdir ki, həmin ərazi Gəncə şəhərinə giriş edilən magistral yolda (Bakı-Gəncə-Qazax magisral yolu) yerləşir və X72 – Arxeologiya və X46 Kompleksi yerləşir. Hansı ki, Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi saytında xx.xx.2014-cü il tarixdə dərc edilmiş məlumatda (“İlham Əliyev X72 – Arxeologiya və X46 Kompleksi ilə tanış olmuşdur” adlı) Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin dövlət başçısına kompleksin inşasına 2012-ci ilin yanvarında başlanılması, möhtəşəm abidənin yüksək səviyyədə, tarixi ənənələrə uyğun inşasının 2014-cü ilin yanvarında başa çatdırılması, abidə kompleksinin sağ cinahında Gəncənin gerbinin yaradılması, kompleksə xüsusi əzəmət verən dəmir darvazaların quraşdırılması və s. barədə ətraflı məlumatın verilməsi əks olunmuşdur (həmin məlumat saytdan çıxarış edilərək iş materiallarına əlavə edilmişdir).
49. Bütün bunlar məhz sözügedən ərazinin badlaşdırılması və adıçəkilən abidənin inşası məqsədilə həmin ərazidə yerləşən mağazanın söküntüsünün də məhz Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aparılmasını təsdiq edir. Lakin bu, mülkiyyətçilərə əvvəlcədən ədalətli bazar dəyəri ödənilməklə həyat keçirilməli idi.
50. Cavabdeh orqan məktubun sonunda Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus olan hər hansı bir torpaq sahəsinin zəbt edilmədiyi, mülkiyyətində olan hər hansı bir tikintinin sökülmədiyi bildirilmişdir ki, həmin dəlil orqanın eyni məktubun başlığında yazdığı etirafı və rəsmi saytında paylaşdığı məlumat ilə uzlaşmır.
51. Həmçinin sözügedən ərazi “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli 518-İVQ nömrəli Qanunu ilə Goranboy rayonunun Nizami kənd inzibati ərazi dairəsi tərkibindəki Nizami kəndinin ərazisindən Gəncə şəhər Kəpəz rayonunun inzibati ərazisinə keçmişdir.
52. Belə ki, “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli 518-İVQ nömrəli Qanuna görə: Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq aşağıdakı dəyişikliklər edilsin:
2. Goranboy rayonunun Nizami kənd inzibati ərazi dairəsi tərkibindəki Nizami kəndinin ərazisindən 44,6 ha (bundan dövlət mülkiyyətində olan 12,78 ha, bələdiyyə mülkiyyətində olan 2,81 ha və xüsusi mülkiyyətdə olan 29,01 ha) torpaq sahəsi Gəncə şəhər Kəpəz rayonunun inzibati ərazisinə verilsin.
53. Buna görə də, məhkəmə iddiaçının mərhunm anasına məxsus olmuş və sökülmüş mağazaya və mağzanın yerləşdiyi torpaq sahəsinə görə iddiaçıya heç bir kompensasiya məbləğinin ödənilməməsini cavabdeh orqanın qanunsuz hərəkətləri kimi nəzərdən keçirirək, qeyd edir ki, bu hərəkətlər nəticəsində iddiaçının konstitusion hüquq olan və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarına qəsd edilmişdir.
54. Yəni, iddiaçı “Gəncə darvazaları”nın tikintisi altına alınan və məhrum olduqları torpaq sahəsinə görə, həmçinin darvazaların tikintisi məqsədilə sökülmüş mağazaya görə kompensasiya ödənilməsini tələb etməkdə haqlıdırlar.
55. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tikinti və Arxitektura Komitəsi Baş DTİ və MHQİ Goranboy rayonu DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 25 reyestr nömrəli, 80 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Goranboy rayonu, Nizami kəndi, Bakı-Gəncə yolu, Zazalı dayanacağı küçəsində yerləşən sahəsi 385 kv.m olan Tik “A” mağaza nömrəli qeyri-yaşayış binası mülkiyyət hüququ əsasında X11 adına qeydiyyata alınsa da, mağazanın yerləşdiyi torpaq sahəsinə də qanuni gözlənti hüququ olmuşdur.
56. Belə ki, X5 rayonu, Zazalı dayanacağında 428.5 kvm torpaq sahəsində yerləşən ümumi sahəsi 385 kv.m olan 5 otaqdan ibarət kommersiya dükanını xx.xx.2003-cü il tarixli müqavilə əsasında X8 alan zaman qüvvədə olan Torpaq Məcəlləsinin tələblərinə əsasən alğı-atqı müqaviləsində başqa hal nəzərdə tutulmadığından mağazanın altında yerləşən torpaq sahəsi də onun mülkiyyətinə keçmişdir.
57. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 17 aprel 2007-ci ilədək qüvvədə olan redaksiyasına görə: Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri ... 3. Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. (Həmin Qanuna 17 aprel 2007-ci il tarixli 315-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 88-ci maddənin 3-cü bəndinin birinci abzas yeni redaksiyada verilmiş və 8-ci maddənin 3-cü bəndinin ikinci abzas çıxarılmışdır, üçüncü abzas ikinci abzas hesab edilmişdir.
58. Göründüyü kimi, iddiaçı ona məxsus mağazanın sökülməsi ilə yanaşı onun altında yerləşən torpaq sahəsindən də məhrum olmuşdur.
59. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya məxsus mağaza binasının yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması halı hazırkı işdə müəyyən edilməmişdir (cavabdeh buna dair hər hansı sübut təqdim etməmişdir).
60. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinə göə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
62. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması); 3) təqsir (qəsd və ya ehtiyatsızlıq).
63. Hazırkı iddia tələbi də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan məhkəmə tələbin əsaslılığını qeyd edilən dispozisiya şərtləri baxımından yoxlayaraq, qeyd edir ki, iddiaçının mərhum anasına məxsus olmuş mağazanın sökülərək, mağazanın yerləşdiyi 428.5 kv.m torpaq sahəsinin üzərində “Gəncə darvazaları”nın inşa edilməsi ilə onun öz mülkiyyətindən məhrum edilməsinə yönəlmiş əməl (hərəkət) mövcuddur, həmin mağazaya və torpaq sahəsinə görə iddiaçıya hər hansı kompensasiya məbləği ödənilmədiyinə görə cavabdehin bu barədə əməli (hərəkəti) hüquqazidd davranış olmuşdur və əməldə cavabdeh orqanın təqsiri aşkar və birmənalıdır.
64. Məhkəmə onu da qeyd edir ki, subyektin əmələ görə məsuliyyət daşıması üçün zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır.
65. Hazırkı işdə də iddiaçının mərhum anasının mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərərlə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmuşdur.
66. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
67. Mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
68. Qeyd edilməlidir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
69. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: - inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da faktiki hərəkət və ya hərəkətsizlik edilməsi); - həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; - inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.
70. Hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan şərtlərin mövcudluğu, yəni iddiaçının mərhum anasına mülkiyyət hüququ üzrə məxsus mağazadan və istifadəsində olan 428.5 kv.m torpaq sahəsindən (mülkiyyətindən) məhrum edilməsi ilə bağlı cavabdehin qanunsuz hərəkəti və bu hərəkət nəticəsində iddiaçıya maddi ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunur.
71. Yəni, yekunda məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçının mərhum anası öz mülkiyyətindən məhrum edilmiş və bunun nətiəsində ona maddi ziyan dəymişdir.
72. İddiaçı dəymiş zərərə görə 400.000 manat məbləğin kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsini tələb edir.
73. Məhkəmə iddiaçının mərhum anasına dəymiş ziyana görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş və "xxxx" MMC-nin xx.xx.2024cü il tarixli G-10/23-103 nömrəli qiymətləndirmə rəyində sökülmüş qeyri-yaşayış sahəsinin 2011-ci il üzrə bazar dəyəri 225.200 manat, istifadədə olan 428.5 kv.m torpaq sahəsinin bazar dəyəri isə 15.000 manat məbləğində müəyyən edilmişdir.
74. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdeh orqan 428.5 kv.m torpaq sahəsinin ictimai maraqlar və ictimai rifah naminə, o cümlədən şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məhrum edilmələrini belə, ədalətli kompensasiyanı istisna edən və ya onun məbləğinə təsir edən (azaldılmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz.
75. Vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxslərin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onların malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçıların məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.
76. Məhkəmə də iddiaçın mağazadan və torpaq sahəsindən uzun müddət məhrum olmasını (2011-ci ildən) və torpaq sahəsinin yerləşmə yerini nəzərə alaraq, həmin məbləği, bazar qiymətinə uyğun və ədalətli hesab edir.
77. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə əsasən, əgər məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin razılığa gələn yüksək tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməyini təyin edir.
78. Məhkəmə onu da qeyd edir ki, mağazanın alğı-satqı müqaviləsi və texniki pasportunda onun yerləşdiyi torpaq sahəsi 428.5 kv.m kimi qeyd edilsə də, iddiaçı öz tələbində (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə) Goranboy rayonu, Nizami kəndi, Bakı-Gəncə yolu, Zazalı dayanacağının yanında yerləşən mağazanın yerləşdiyi 385 kv.m torpaq sahəsinə və mağazanın sökülməsinə görə kompensasiya tələb etdiyinə və məhkəmə tələbdən kənara çıxmağa haqlı olmadığına görə məhkəmə qiymətləndirmə rəyində torpaq sahəsinə görə müəyyənləşdirilmiş kompensasiyanın 385 kv.m torpaq sahəsinə görə müəyyən edərək, tutulmalı olması qənaətinə gəlir.
79. İnzibati Prosessual Məcəlləyə görə: Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
80. Həmin rəydə 428.5 kv.m torpaq sahəsinə görə 15.000 manat məbləğində manat məbləğində kompensasiya müəyyənləşdirilmişdir ki, bu zaman 1 kv.m üçün 35 manat olmaqla, 385 kv.m üçün 13475 manat (35man*385 kv.m) kompensasiya məbləği tutulmalıdır.
81. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddia qismən, yəni sökülmüş mağaza binasına görə 225.200 manat, 385 kv.m torpaq sahəsinə görə 13.475 manat məbləğində manat məbləğində olmaqla, ümumilikdə 238.675 (iki yüz otuz səkkiz min altı yüz yetmiş beş) manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində təmin edilməlidir.
82. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
83. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən sökülmüş mağaza binasına görə 225.200 manat və onun altında yerləşən 385 kv.m torpaq sahəsinə görə 13.475 manat məbləğində olmaqla, ümumilikdə 238.675 (iki yüz otuz səkkiz min altı yüz yetmiş beş) manat məbləğində kompensasiyanın tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva