Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-410/2024 11.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən ilkin tələb “xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 1494/2023 nömrəli qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci başlayaraq 2022-ci ilin aprel ayınadək İİ qrup əlillik pensiyası almışdır. Lakin xx.xx.2022-ci ildə əliliyi ləgv edilmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də və hər dəfə də canlı müayinədən keçsə də xx.xx.2023-cü ildə barəsində Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə » imtina qərarı qəbul edilmişdir ki, bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. Belə ki, müayinə və müalicə dövründə əsas diaqnoz kimi “Posttravmatik stress pozuntusu. Postkontuzion sindrom, Baş beyinin diffuz travması, keçirilmiş baş beyinin travmasının (beyin kontuziyasının) davamlı qalıq əlamətləri. Baş beyin travmasından sonra üzvü şəxsiyyət pozuntusu” göstərilmiş və bu diaqnoz ilə xx.xx.2017-ci ildən əlilik təyin edilmiş və həmin həmin vaxtdan da indiyədək əlillik pensiyası almışdır. Cavabdehin sonuncu müayinəsi ilə bağlı xx.xx.2023-ci il qiymətləndirməsində isə diaqnoz kimi «Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyinin travması,keçirilmiş baş beyinin travmasının (beyin kontuziyasının) davamlı qalıq əlamətləri. Baş beyin travmasından sonra üzvü şəxsiyyət pozuntusu” göstərilmiş və bu diaqnoz ilə xx.xx.2023-cü ildən əliliyi ləğv edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Məhkəmə-Tibbi Ekspertiza və X2 müayinə etməmişlər, ad və soyadını soruşub, müsbət rəy verəcəklərini bildirib yola salmışlar. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etiraz dəlillərində qeyd olunur ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin D00005228LMK göndərişi əsasında DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 42 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sağ budun aşağı 1/3-nin odlu silah yaralanması. Kontuziya. Başın qəlpə yaralanması" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ürəkgetmələrinin olmasından şikayətlənmiş, sağ aşağı ətrafda budun aşağı 1/3-də, sağ dizdə, sol yuxarı ətrafda saidin yuxarı 1/3-də çapıq izlənilmiş, hər iki ətraflarda əzələlər atrofiyasız, hərəkətlər tam həcmdə müəyyən edilmişdir. Nevroloji stausunda ocaqlı patologiya aşkar edilməmiş, ası zamanı zahirən səliqəli, emosional labil olmuş, aktiv psixopraduktiv əlamətlər və kobud davranış pozuntusu aşkar edilməmişdir. Təqdim edilmiş AR İTS "TƏBİB" PHŞ Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu xx.xx.2022-ci il tarixli **********/3667 nömrəli Arayışda qeyd olunan diaqnoz əyani müayinə zamanı öz təsdiqini tapmamışdır Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2022-ci il, xx.xx.2022- xx.xx.2022-ci il tarixli xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışlarında diaqnoz Postravmatik stress pozuntusu, baş beynin diffuz travması, keçirilmiş baş beyin travması beyin kontuziyasının qalıq əlamətləri, üzvi şəxsiyyət pozuntusu. Postravmatik stress pozuntusu kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz "Üzvi (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu" kimi qeyd olunsa da, əyani müayinə zamancoztepadom tapmamış. xx.xx.2022-ci il tarixli Kranial KT müayinəsinin nətic nəticəsine Retroserebellar araxnoidal sahədə 15x30x40 mm ölçüdə kist mövcuddur" kimi qiymətləndirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinə olunmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrı başgicəllənmə, qolunda və ayaqlarında olan ağrılardan şikayətlənmiş, sol saidin yuxan 10 də, sağ budun aşağı 1/3-də, hər iki baldırın orta 1/3-də çapıqlar müəyyən olunmuş, Rombergde dayanıqlı, əzələ gücü, tonusu normal, serebral testleri normal icra etm reflekslər canlı çağrılmış, ətraflarda iflic, parez aşkar edilməmişdir. Təqdim edilmiş AR İTS "TƏBİB" PHŞ Elmi-Tədqiqat Travmatologiya və Ortopedia İnstitutunun xx.xx.2022-ci il tarixli **********/3667 nömrəli arayışında qeyd olunan diagnoz əyani müayinə zamanı öz təsdiqini tapmamış, X3 2021, 2022 illərə aid Çıxarışlarda diaqnoz "Postravmatik stress pozuntusu, baş beynin diffuz travma keçirilmiş baş beyin travması, beyin kontuziyasının qalıq əlamətləri" kimi müəyyən olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamış, aktiv psixopraduktiv əlamətlər aşka edilməmişdir" kimi qiymətləndirilmiş, hazırkı sağlamlıq vəziyyətində dinamikada ağırlaşma aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tara 187 nömrəli qərarı ilə təsdiq edilmiş "əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diagnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş TSEK müayinə sənədlərindən görünür ki, İddiaçı 2017-ci ildə « Baş beyinin diffuz travması, keçirilmiş aş beyin travmasının (beyin kontuziyasının) davamlı qalıq əlamətləri,.Posttravmatik ensefalopatiya » diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2022-ci il tarixdə və sonrakı müayinələr nəticəsində (o cümlədən mübahisələndirilən qərarla) « göndərişin natamam doldurulması » və « əlillik əlaməti təyin edilmir » səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -surəti işə əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1494/2023 nömrəli qərarının məzmunundan görünür ki, iddiaçıya əlillik təyinatından imtina edilmişdir. -surəti işə əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin T 843/2023 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı adına X1 tərtib edilmiş xx.xx.2023-cü il tarixli Y00067616GVD nömrəli Forma 088 göndərişindən görünür ki, o, "Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyinin travması. Keçirilmiş baş beyin travmasının (beyin kontuziyasının) davamlı qalıq əlamətləri. Baş beyinin travmasından sonra üzvi şəxsiyyət pozuntusu." xəstəliyinə düçar olmuşdur. Qeyd edilən diaqnoz nəzərə alınmaqla iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik təyini səviyyəsində olmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyinin travması. Keçirilmiş baş beyin travmasının (beyin kontuziyasının) davamlı qalıq əlamətləri. Baş beyinin travmasından sonra üzvi şəxsiyyət pozuntusu” diaqnozu qoyulmasına baxmayaraq, “əlillik əlamətinin olmaması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. -3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. -11.1.2.5 bəndinə əsasən psixi funksiyaların (davamlı koqnitiv və affektiv-iradi pozuntularla astenik və asteno-nevrotik sindrom) mülayim pozuntusu faizi 40-60 faiz olmaqla orqanizmin funksiyalarının pozulması müddəti 2 ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, iddiaçıya yuxarıda qeyd olunan meyarlara əsasən orqanizmin funksiyalarının pozulması faizi 40-60 faiz olmaqla əlillik təyin edilməli olduğu halda cavabdeh orqan bir neçə dəfə müxtəlif səbəblərə istinad edərək, əlillik təyinatından imtina etmişdir. Məhkəmə həmçinin yuxarıda göstərlən əsaslara görə ekspert rəyinə də tənqidi yanaşaraq qeyd edir ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 11.1.2.5-ci bəndində əlillik təyinatı əsasları, habelə iddiaçıya qoyulmuş diaqnoz aşkar göründüyü halda əsaslandırılmamış rəy verilmişdir. Odur ki, mübahisələndirilən qərar iddiaçıya əlillik təyinatından imtina hissəsində qismən ləğv edilməli və iddiaçıya həmin tarixdən orqanizmin funksiyalarının 40-60 faiz pozulması əsası ilə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/3- 3-1494/2023 nömrəli qərarı İddiaçı əlillik təyinatından imtina edilməsi hissəsində ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11.1.2.5-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 40-60 faiz olmaqla, xx.xx.2023cü il tarixdən 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-410/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-410/2024
11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver