Məhkəmə qərarları › İş №2-1(114)-4103/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4103/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4103/2023 16.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının dayandırılmış hissəsinin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi tələbi üzrə işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1980-ci ildən 1985-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Kəlbəcər rayon X4 zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işlədiyi illərin sosial sığorta stajına hesablanmaqla ona təyin edilmiş əmək pensiyasının dayandırılmış hissəsinin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya DSMF-nin Kəlbəcər rayon şöbəsi tərəfindən 01 sentyabr 2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, o, 2023-cü ilin iyun ayına kimi həmin qayda ilə pensiya almış və pensiya da hər ay 2475 manat hesablanmışdır. Lakin 2023-cü ilin iyun ayında pensiyası azaldılaraq 1100 manat hesablanmış, səbəbini öyrənəndə isə ona şifahi qaydada bildirdirilmişdir ki, onun 1980-ci ildən 1985-ci il tarixədək Kəlbəcər rayon X4 zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işlədiyi 12 il əmək stajına daxil edilmir. Səbəbi isə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(040)-85/2011 saylı qətnaməsində işlədiyi idarənin adının "Kəlbəcər rayon X3" göstərilməsi olub. İddiaçı 1980ci ildən 1985-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Kəlbəcər rayon X4 zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işləmiş və işlədiyi idarənin də adı əvvəllər Kəlbəcər Rayon X3, sonradan İsə Kəlbəcər Rayon Aqrar Sənaye birliyi olub. Hazırda cavabdeh orqan tərəfindən iddiaçının 6 il 11 ay 5 gün qulluq stajı nəzərə alınaraq ona pensiya hesablansa da 1980-ci ildən 1985-ci ilədək Kəlbəcər rayon X4 zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işlədiyim illər nəzərə alınmır, səbəb kimi isə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(040)-85/2011 saylı qətnaməsində işlədiyim idarənin adının "Kəlbəcər rayon X3" göstərilməsi olub. 1993-cü ildə Kəlbəcər rayonunun ərazisi işğal olunan vaxt iddiaçıya məxsus əmək kitabçası Kəlbəcər rayonu ərazisində qaldığı üçün onun 1980-ci ildən 1985-ci ilədək Kəlbəcər rayon X4 zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işlədiyi illəri Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(040)-85/2011 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Qeyd olunan qətnamədə işlədiyi müəssisənin adı Sənaye Birliyi əvəzinə İstehsalat Birliyi göstərilib. Cavabdeh orqan isə bunu bəhanə edərək onun 12 il iş stajını nəzərə almır ki, bu da iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsi ilə təminat verilən sosial təminat (pensiya) hüququnu pozur. İddiaçının vəkili Vəkil müvafiq ərizəsinə əsasən ilkin iddia tələbi “1980-ci ildən 1985ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Kəlbəcər rayon X4 zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işlədiyi illərin dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının dayandırılmış hissəsinin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və vardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda İddiaçı 1980-1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Kəlbəcər rayon X3 və həmin Birlikdə mövcud olmuş vəzifələr nəzərdə tutulmayıb. Bununla əlaqədar həmin dövrün iddiaçının dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(040)- 85/2011 saylı qətnaməsindən görünür ki, İddiaçı 1980-ci ildən 1985-ci ilədək Kəlbəcər rayon X4 zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işləməsi faktı müəyyən edilmişdir. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-205188/2023 nömrəli məktubundan görünür ki, İddiaçı işlədiyi illərin dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. -X1 xx.xx.2023-cü il tarixli, 9-3/2-2430/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.18-ci bəndində rayon aqrar-sənaye birliklərinin aparatında mövcud olmuş vəzifələrin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, qeyd edilənlərə əsasən 1980-1992-ci illərdə rayon aqrar-sənaye birliklərinin aparatlarında mövcud olmuş zootexnik (mütəxəssis) və baş zootexnik vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(040)-85/2011 saylı qətnaməsinə əsasən iddiaçının 1980-ci ildən 1985-ci ilədək Kəlbəcər rayon X4 zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işləməsi faktı müəyyən edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək işlədiyi həmin müddətlərin dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı hazırki tələblə qeyd olunan müddətlərin dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının dayandırılmış hissəsinin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əlavə ödənilirdi. "Əmək pensiyaları haqqında" Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın 2.2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 5 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, lakin 15 ildən az qulluq etmiş şəxslərə (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minumum qulluq stajına (15 il) əsasən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. "Əmək pensiyaları haqqında" Qanunun 37.8-ci maddəsinə görə bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Göründüyü kimi, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3- cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar cavabdeh tərəfindən iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən pensiya hesablanması üçün əsas götürülən dövr üzrə qulluq keçdiyi vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı"na əsasən uyğunlaşdırılmasının, həmçinin orta aylıq əmək haqqının hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Bundan sonra, təyin edilmiş əmək pensiyasının ödənişi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3- cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası"nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın 1-ci və 2ci bəndlərinə əsasən aparılır. İşə əlavə edilmiş X1 xx.xx.2023-cü il tarixli, 9-3/2-2430/2023 nömrəli məktubu ilə müəyyən edilir ki, 1980-1992-ci illərdə rayon aqrar-sənaye birliklərinin aparatlarında mövcud olmuş zootexnik (mütəxəssis) və baş zootexnik vəzifələrində iş müddəti yuxarıda qeyd edilən Siyahının 1.18-ci bəndində rayon aqrar-sənaye birliklərinin aparatında mövcud olmuş vəzifələrin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış və qeyd edilənlərə əsasən 1980-1992-ci illərdə rayon aqrar-sənaye birliklərinin aparatlarında mövcud olmuş zootexnik (mütəxəssis) və baş zootexnik vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Göründüyü kimi, qeyd olunan müddətlərdə işlədiyi dövrlər iddiaçının dövlət qulluğu stajı kimi nəzərə alınmalı olan stajıdır. Odur ki, məhkəmə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməli, iddiaçının 1980-ci ildən 1985-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Kəlbəcər rayon X4 zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işlədiyi illərin dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının dayandırılmış hissəsinin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1980-ci ildən 1985-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Kəlbəcər rayon X4 zootexnik, 1985-ci ildən 1992-ci ilədək baş zootexnik işlədiyi illərin dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının dayandırılmış hissəsinin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar