Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-411/2021 27.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.202N-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona arxiv arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.202N-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.202N-ci il tarixli, 2-N(NN4)- 4NN/202N saylı qərardad ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.N2-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və Vətən uğrunda döyüşlərə qatılmışdır. Həmin gün o, digər döyüşçülərlə birlikdə Dəllər qəsəbəsində formalaşmaqda olan N saylı hərbi hissəyə göndərilmişdir. Gənc əsgər kursunu keçmək üçün Zəyəm Aerodromuna göndərilmişdir. Orada hazırlıq keçəndən sonra onlar batalyonun şəxsi heyyəti ilə Gədəbəy rayonunun Şımx-Mutudərəsi-Başkənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Düşmənlə təmas xəttində yerləşən mövqelərə döyüş tapşırığını yerinə yetirmək üçün dəfələrlə göndərilmişdir. Xidmətinin ilk günündən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində düşmənə qarşı döyüşlərdə iştirak etmişdir. Həmişə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmişdir. xx.xx.N3-cü il tarixdən o, N saylı hərbi hissənin tərkibində xidmətini davam etdirmişdir. xx.xx.N5-ci il tarixdə hərbi xidmətini başa vuraraq Şəmkir Rayon Hərbi Komissarlığı tərəfindən hərbi qeydiyyata alınmışdır. O. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxx 202N-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı xx.xx.202N-ci il tarixli, NN/N320 saylı iddia tələbinə dair etirazda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, SB/296 saylı arayışının əsli; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020ci il tarixli, N/Ə-565 saylı məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 9/2-N0745 saylı arxiv arayışı; - iddiaçıya məxsus xx.xx.N974-cü il tarixli, ******* saylı hərbi biletin təsdiqlənmiş surəti; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə-48035 saylı arayışı; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.202N-ci il tarixli, 9/2-2334 saylı və xx.xx.202N-ci il tarixli, 9/2-2967 saylı cavab məktubları; - məhkəmənin sorğusu əsasında alınmış Kəpəz Rayon Polis İdarəsinin xx.xx.202N-ci il tarixli, N22-N3693-N22N saylı cavab məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı qeydiyyat kartası. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddsəinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N5-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N-ci maddəsinin tələblərinə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 9/2- N0745 saylı arxiv arayışından görünür ki, XN gəlmiş Şəmkir Rayon Hərbi Komissarlığından çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N saylı hərbi hissə komandirinin xx xxxxxxx N3-cü il tarixli, 2 saylı əmrilə (əsas: səh-4, sıra-6) şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək baş operator vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.N6-ci il tarixli əmrinə əsasən Silahlı Qüvvələrdən tərxis olunduğu üçün qoşun atəşgahının operatoru sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx xxxx N5ci il tarixli, N68 saylı əmrilə (əsas: §-2) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir Rayon Hərbi Komissarlığına göndərilmişdir. N () saylı hərbi hissə komandirinin iyun N2-ci il, fevral N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, N/Ə-565 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli, 9/2-20780 saylı arayışına əsasən xx.xx.N2- ci il tarixdən xx.xx.N3-cü il tarixədək iddiaçının hərbi xidməti təsdiqlənmədiyindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.202N-ci il tarixli, 9/2-2334 saylı cavab məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli, 50 saylı əmrində (əsas: sıra-2. sər 4N7, əmrdə adı və atasının adı tam yazılmamışdır) Şəmkir Rayon Hərbi Komissarlığından çağırılmış S.İddiaçı şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq N-ci taburun sərəncamına göndərilməsi barədə məlumat vardır. N saylı hərbi hissə komandirinin xx xxxxxx N3-cü il tarixli, 20 saylı əmrində (əsas: sıra N, səh-420, əmrdə adı və atasının adı tam yazılmamışdır) N-ci taburun əsgəri S.İddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq 00N saylı hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Şəmkir Rayon Hərbi Komissarlığından çağırılmış, N974-cü il təvəllüdlü, sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx xxxxxxx N3-cü il tarixli, 2 saylı əmrilə (əsas: §N, sıra-6, səh 6) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq baş operator vəzifəsinə təyiı olunmuşdur. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N5-ci il tarixli müvafiq əmrinə əsasən tərxis olunmuş, qoşun atəşgahının operatoru, N974-cü il təvəllüdlü, sıravi İddiaçı Sabi oğlu N saylı hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, N68 saylı əmrilə (əsas: §2, səh 74) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir Rayon Hərbi Komissarlığına göndərilmişdir. Həmçinin məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.202N-ci il tarixli, 9/2-2967 saylı məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli, 50 saylı əmrində (əsas: sıra-2, səh-4N7, əmrdə adı və atasının adı tam yazılmamışdır) Şəmkir Rayon Hərbi Komissarlığından çağırılmış İddiaçı şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq N-ci taburun sərəncamına göndərilməsi barədə məlumat vardır. N saylı hərbi hissənin fevral-avqust N2-ci il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh N96, sıra N37, məlumatda atasının adı yazılmamışdır) iyul N2-ci il tarixi üçün pul təminatı ilə təmin olunmuş 3-cü bölüyün şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. N saylı hərbi hissənin fevral-avqust N2-ci il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 226, sıra NN3, məlumatda atasınınadı yazılmamışdır) avqust N2-ci il tarixi üçün pul təminatı ilə təmin olunmuş 3-cü bölüyün şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. N saylı hərbi hissənin sentyabr-dekabr N2-ci il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh N84, sıra 57, məlumatda atasının adı yazılmamışdır) sentyabr N2-ci il tarixi üçün pul təminatı ilə təmin olunmuş N -ci batalyonun 4- cü bölüyünün şəxsi heyətinin siyahısında atıcı sıravi İddiaçı adı qeyd edilmişdir. N saylı hərbi hissənin sentyabr-oktyabr N2-ci il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 46, sıra 50, məlumatda atasının adı yazılmamışdır) oktyabr N2-ci il tarixi üçün pul təminatı ilə təmin olunmuş N-ci batalyonun 4-cü bölüyünün şəxsi heyətinin siyahısında atıcı sıravi İddiaçı adı qeyd edilmişdir. N saylı hərbi hissənin yanvar-fevral N3-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 29, sıra 5N, məlumatda atasının adı yazılmamışdır) noyabr N2-ci il tarixi üçün pul təminatı ilə təmin olunmuş N-ci batalyonun 4-cü bölüyünün şəxsi heyətinin siyahısında atıcı sıravi İddiaçı adı qeyd edilmişdir. N saylı hərbi hissənin yanvar-mart N3-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 57, sıra 5, məlumatda atasının adı yazılmamışdır) dekabr N2-ci il tarixi üçün pul təminatı ilə təmin olunmuş N-ci batalyonun şəxsi heyətinin siyahısında atıcı sıravi İddiaçı adı qeyd edilmişdir. N saylı hərbi hissənin yanvar-mart N3-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 52, sıra 38, məlumatda atasının adı yazılmamışdır) yanvar N3-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş N-ci batalyonun 3-cü bölüyünün şəxsi heyətinin siyahısında atıcı sıravi İddiaçı adı qeyd edilmişdir. N saylı hərbi hissə komandirinin xx xxxxxx N3-cü il tarixli, 20 saylı əmrində (əsas: sıra- N, səh-420, əmrdə adı və atasının adı tam yazılmamışdır) N-ci taburun əsgəri İddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq 00N saylı hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Şəmkir Rayon Hərbi Komissarlığından çağırılmış, N974-cü il təvəllüdlü, sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx xxxxxxx N3-cü il tarixli, 2 saylı əmrilə (əsas: §N, sıra-6, səh-6) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq baş operator vəzifəsinə təyin olunmuşdur. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N5-ci il tarixli müvafiq əmrinə əsasən tərxis olunmuş, qoşun atəşgahının operatoru, N974-cü il təvəllüdlü, sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, N68 saylı əmrilə (əsas: §2, səh- 74) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir Rayon Hərbi Komissarlığına göndərilmişdir. Beləliklədə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının hərbi xidmətə həm daxil olma həm də, hərbi hissədən tərxis olma əmrləri mövcuddur. Belə ki, İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli əmri ilə bütün növ təminatlara salınaraq, Nci taburun sərəncamına göndərilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, N68 saylı əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir Rayon Hərbi Komissarlığına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə-48035 saylı arayışında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotundakı məlumata əsasən xx.xx.N974-cü ildə anadan olmuş İddiaçı Azərbaycan Respublikası ərazisində məhkumluğu yoxdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, SB/296 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək N saylı, xx.xx.N3-cü tarixdən xx.xx.N5-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və xx.xx.N5-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. Beləliklə də, məhkəmə araşdırmaları zamanı iddiaçının məhkəmə iclasında verdiyi izahatı, məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla və qeyd edilən münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarına əsasən də müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etsə də, N saylı hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 50 saylı əmri ilə şəxsi heyətinin siyahısına salınıb, N saylı hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, N68 saylı əmri ilə ehtiyata buraxılsa da, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının qanunla qorunan hüquqlarını pozaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə iddia tələbinin təmin edilməsi qanuni və əsaslıdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 8N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-411/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-411/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver