Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4114/2025 02.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Nurəli Əvəz oğlu, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X5) “atalığın müəyyən edilməsi haqqında akt qeydində ata qrafasında düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adından xx.xx.2024-cü il tarixdə anadan olmuş X3 anası - cavabdeh X1 cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İ 446536 nömrəli “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin ləğv olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən göstərilmiş hüquqi yardımdan sonra iddiaçı tərəfindən verilmiş ərizə əsasında məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4114/2025 nömrəli qərardadı ilə iddia tələbi “xx.xx.2024-cü il təvəllüdlü X2 barəsində Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 07 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydində ata qrafasına düzəliş edilməsi öhdəliyinin cabadehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4114/2025 nömrəli qərardadı ilə X5 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, məhdud fəaliyyət qabiliyyətli olduğundan anası - X4 ilə təmsil olunması qərara alınmışdır. İş üzrə məhkəmə şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq, iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət etdiyindən inzibati işə baxılmadan iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadın qəbul edilməsini xahiş edirəm. Məhkəmə İddiaçı ərizəsini nəzərdən keçirib hesab edir ki, həmin ərizəyə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən, iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15, 55 və 80-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X5) “atalığın müəyyən edilməsi haqqında akt qeydində ata qrafasında düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Nurəli Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-4114/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4114/2025
02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver