Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-412/2022 12.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X6, X2 və X12) qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın 23 noyabr 2021-ci il tarixli, **********14 nömrəli imtina məktubunun qanunsuz hesab edilməsi və JN-1836 kod 50400058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında adının düzəldilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(114)-412/2022 nömrəli qərardadı ilə X6, X2 və X12 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədək bütün hüquqi sənədlərdə soyadı, adı və ata adı “X7” kimi qeyd edilmişdir. Sonradan ailə həyatı qurduğu üçün soyadı “Orucova” olmuşdur. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə onlara 0.69 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-1836 kod 50400058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında adı “Gülər” kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yanlışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilməmişdir. JN-1836 kod 50400058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktına düzəliş edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 23 noyabr 2021-ci il tarixli, **********14 nömrəli məktubla imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunan imtinanı qanunsuz hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Şəmkir rayonu, Düyərli kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilən şəxslərin adlı siyahısından çıxarışın təsdiqlənmiş surətindən görünür ki, X3, X1, X9 və X5 0.69 ha torpaq sahəsi ayrılmışdır. 12 noyabr 1992-ci il tarixli, XVİİ-ЖГ 315331 nömrəli X7 xx xxxxxxx 1992-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 12 noyabr 1992-ci il tarixdə, 150 nömrə ilə qeyd edilmişdir. “Torpağa mülkiyyət hüququna dair” xx.xx.1998-ci il tarixli, JN-1836 KOD 50400058 nömrəli dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə X3, X1, X8 və X5 Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.69 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********14 nömrəli məktubunda iddiaçıya və ailə üzvlərinə məxsus Şəmkir rayonu, Düyərli kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-1836 saylı dövlət aktında səhv yazılmış ada düzəliş edilməsinin Xidmətin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1998-ci il tarixli, JN-1836 nömrəli, 50400058 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı əsasında verilmiş 0.69 ha torpaq sahəsinin mülkiyyətçiləri sırasında X4 adı qeyd edilsə də, iddiaçı “X10” kimi adının səhv göstərilməsini qeyd etmiş və “X7” kimi yazılmasını tələb etmiş, cavabdeh orqan isə bundan imtina etmişdir. Şəmkir rayonu, Düyərli kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilən şəxslərin adlı siyahısından çıxarışın təsdiqlənmiş surətindən görünür ki, X3, X1, X9 və X5 0.69 ha torpaq sahəsi ayrılmışdır. Beləliklə, iddiaçı xx.xx.1998-ci il tarixli, JN-1836 nömrəli, 50400058 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında adının səhv göstərildiyini qeyd etsə də, iş materiallarında olan sənədlərdən görünür ki, həmin dövlət aktı X3, X1, X8 və X5 verilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətlərində heç bir qanun pozuntusu yoxdur və mübahisə predmeti olan dövlət aktında düzəliş edilməsi onun səlahiyyətlərinə aid deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X6, X2 və X12) qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-412/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-412/2022
12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver