Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4123/2025 27.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X4, X2, X5 və X1 ona məxsus olan ünvan 9 H.Əliyev pr. giriş 58, M2, m1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-40/2-2675/2025 nömrəli cavab məktubuna əsasən ünvan 9 H.Əliyev pr. giriş 58, M2, m1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışından məlum olur ki, ünvan 9 H.Əliyev pr. giriş 58, M2, m1 ünvanında yerləşən mənzildə heç kəs qeydiyyatda yoxdur.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışına və Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən isə xx.xx.1980-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X1 Şəmkir rayonu, S.Vurğun küçəsi, bina 273, mənzil 4 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.
4. İddiaçı üçüncü şəxslər X4, X2, X5, X1 ona məxsus olan ünvan 9 H.Əliyev pr. giriş 58, M2, m1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2025-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
5. Məhkəmənin sorğusuna Şəmkir şəhər Mənzil İstismar Kontorunun xx.xx.2025-ci il tarixli 152 nömrəli cavab məktubunda bildirilmişdir ki, Şəmkir rayonu, S.Vurğun küçəsi, bina 273, mənzil 4 ünvanına baxış keçirilmiş və məlum olmuşdur ki, X4, X2, X5 və X3 göstərilən ünvanda yaşayır və ünvan 2şdır.
6. Məhkəmənin sorğusuna Şəmkir şəhər Mənzil İstismar Kontorunun xx.xx.2025-ci il tarixli 169 nömrəli cavab məktubunda bildirilmişdir ki, Şəmkir rayonu, S.Vurğun küçəsi, bina 273, 1-ci giriş, 2-ci mərtəbə, 4 saylı mənzil Qanuni nümayəndə mülkiyyətindədir və ailəsi ilə birlikdə orada yaşayır. Şəmkir rayonu, S.Vurğun küçəsi, bina 273, 1-ci giriş, 2-ci mərtəbə, 6 saylı mənzil İddiaçı məxsusdur və orada yaşayır.
7. Məhkəmə sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, X4, X5 və X3 xx.xx.2017-ci il tarixdən ünvan dəyişikliyi edərək ünvan 3 ünvanına qeydiyyata düşmüşlər, X2 isə xx.xx.2019-cu il tarixdən ilkin vəsiqə alaraq Şəmkir rayonu, S.Vurğun küçəsi, bina 273, mənzil 4 ünvanında qeydiyyatdadır.
8. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-40/2-6004/2025 nömrəli cavab məktubuna əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Qanuni nümayəndə mülkiyyətindədir. II. Məhkəmədə icraat
9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X4, X2, X5 və X1 ona mülkiyyət hüququ ilə məxsus olan və Şəmkir rayonu, S.Vurğun küçəsi, bina 273, mənzil 4, Yeni qaydalarla: AZ5732 ünvan 5 ünvanında yerləşən mülkün pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 9 H.Əliyev pr. giriş 58, M2, m1 mülkiyyət hüququ üzrə ona məxsusdur. O, bu şəxsləri tanımır və bu şəxslər onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırırlar. O, 3cü şəxsləri ünvan 9 H.Əliyev pr. giriş 58, M2, m1 ünvanından qeydiyyatdan çıxarmaq üçün Şəmkir rayon Polsi Şöbəsinə müraciət etmiş, lakin ona imtina edilmiş və imtinada “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır”. Odur ki, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. 3-cü şəxslər faktiki olaraq onun evində yaşamasalar da, formal olaraq qeydiyyatda dururlar. Bunun üçün də 3-cü şəxslər evində qeydiyyatda durduqlarına görə məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Lakin, bir halda ki, 3-cü şəxslər onun evində yaşamırlar, üçüncü şəxslərin onun evində qeydiyyatda olmaları qanuna uyğun deyil. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
12. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
13. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
15. Cavabdeh yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X4, X2, X5 və X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixli 3-13-110/2-27657/2025 nömrəli məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
23. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, S.Vurğun küçəsi, bina 273, mənzil 4 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışında üçüncü şəxslərin həmin mənzildə qeydiyyatda olduqları göstərilmişdir.
24. Həmin arayış əsasında iddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
25. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatının formal olmasına və bu halın onun hüquqlarının məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
27. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
28. Lakin məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, üçüncü şəxslər Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024cü il qeydiyyat tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa iddiaçının mülkiyyətində olan ünvan 9 H.Əliyev pr. giriş 58, M2, m1 ünvanında yerləşən mənzildə deyil, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qanuni nümayəndə tam mülkiyyəti kimi xx.xx.2015-ci il tarixdə qeydə alınmış Şəmkir rayonu, S.Vurğun küçəsi, bina 273, mənzil 4 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.
29. Belə ki, iddiaçıya məxsus mənzil köhnə ünvanı ünvan 8 H.Əliyev pr. giriş 58, mənzil 4 olmuş, sonuncə dəfə iddiaçıya həmin mənzilə dair xx.xx.2024-cü il tarixdə çıxarış verilərkən mənzilin ünvanı ünvan 9 H.Əliyev pr. giriş 58, M2, m1 ünvanı kimi dəyişdirilmişdir. Üçüncü şəxslərdən X4, X5 və X3 xx.xx.2017-ci il tarixdən ünvan dəyişikliyi edərək Şəmkir rayon Tatarlı kəndindən, X2 isə xx.xx.2019-cu il tarixdən ilkin vəsiqə alaraq Şəmkir rayonu, S.Vurğun küçəsi, bina 273, mənzil 4 ünvanına qeydiyyata alınmış şəxslərdir.
30. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzilin köhnə ünvanı ilə eyni ünvan göstəricilərinə malik digər mənzil də daşınmaz əmlakın dövlət reyestrində mövcuddur ki, üçüncü şəxslər məhz həmin (iddiaçının mülkiyyətində olmayan) mənzildə qeydiyyatdadırlar. Bu səbəbdən də, iddia təmin edilə bilməz.
31. Məhkəmə onu da qeyd edir ki, iddiaçı daşınmaz əmlak obyektlərinin ünvan reyestrini aparan orqana müraciət edərək, ünvanla bağlı ziddiyyətli halı aradan qaldırdıqdan sonra məhz onun mənzilində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldıra bilər.
32. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva