Məhkəmə qərarları › İş №2-1(114)-413/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-413/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-413/2020 04.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X8 (bundan sonra ƏMDK yanında DƏDRX-nin 7 saylı BərdəƏrazi İdarəsi) qarşı (üçüncü şəxslər X2, Məmmədov Röyal Fizuli oğlu və X3) torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 7 saylı X6rşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0.83 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildə hazırki iş üzrə üçüncü şəxslər X2, Məmmədov Röyal Fizuli oğlu, X4 və mərhum X1 notarial qaydada bağlanmış alqısatqı müqaviləsi əsasında onlara məxsus Bərdə rayonu, Otuzikilər kəndində yerləşən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.83 ha hissəsini almış və mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. 12 ildən çoxdur ki, sözügedən torpaq sahəsi onun mülkiyyətimdə olmaqla əkin-biçin işləri ilə məşğul olur. Həmin torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi ilə əlaqədar etdiyi müraciətə ƏMDK yanında DƏDRX-nin 7 saylı X11 tərəfindən xx.xx.2019-cu il tarixdə cavab verilmişdir ki, ümumibirgə mülkiyyətdə olan 1.89 ha torpaq sahəsindən alqı-satqı yolu ilə alınan 0.83 ha torpaq sahəsinin bölgü planının notarial qaydada təsdiq olunması üçün hüquq sahibləri notariusa gəlməkdən imtina etmişlər, bu səbəbdən də 0.83 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi üçün torpaq sahəsinin notarial qaydada təsdiq olunmuş bölgü planı təqdim edilməlidir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, üçüncü şəxslər bölgü planını imzalamaqdan yayınırlar. Cavabdeh ƏMDK yanında DƏDRX-nin 7 saylı X8 və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Cavabdeh ƏMDK yanında DƏDRX-nin 7 saylı X11 tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsində bildirilmişdir ki, ümumbirgə mülkiyyətdə olan 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən alqı-satqı yolu ilə vətəndaş tərəfindən alınan 0.83 ha torpaq sahəsinin bölgü planının notarial qaydada təsdiq olunması üçün hüquq sahibləri notariusa gəlməkdən imtina etmişlər. Sözügedən 0.83 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi üçün torpaq sahəsinin notarial qaydada təsdiq olunmuş bölgü planı təqdim oluna bilməmişdir. Qeyd olunanlara əsasən plan və ölçünün verilməsi mümkün olmamışdır. Göründüyü kimi Ərazi İdarəsi tərəfindən hər hansı qanunsuz hərəkət və hərəkətsizlik edilməmişdir, bu səbəbdən də iddia əsassızdır. Göründüyü kimi qeyd olunan məktub imtina xarakterli akt hesab edilə bilməz və inzibati orqan qanunvericiliyin tələblərinə əsasən iddiaçının mülkiyyətində olan 0.83 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi üçün müvafiq sənədin (notarial qaydada təsdiq olunmuş bölgü planı) verilməsini tələb etmişdir. Bu hal iddiaçının hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilə bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və cavabdehin imtinasının olub-olmaması həmin şərtlərdən biridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6rşı torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar