Məhkəmə qərarları › İş №2-1(114)-4133/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4133/2025

08.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4133/2025 08.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşkəsən Şəhər İcra Hakimiyyətinə qarşı böyük məsləhətçisi (dövlət qulluğuna) vəzifəsinə bərpa edilməsi və onun məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Daşkəsən Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 81 nömrəli sərəncamı ilə İddiaçı Cavabdeh Başçısı Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi, 2-ci dərəcə dövlət qulluqçusu - “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1.1. bəndinə uyğun olaraq, ərizəsinə əsasən, xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi, Rayon İcra Hakimiyyəti Başçısı Aparatında sektor müdiri - baş mühasib, 2-ci dərəcə dövlət qulluqçusu Kazım Abdullayevə İddiaçı axırıncı haqq-hesabının ödənilməsini təmin edilməsi qərara alınmışdır. İddiaçının cavabdeh orqana müracətinə, cavabdeh orqan tərəfindən Daşkəsən Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 5-42/2-661.2023 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı tutduğu vəzifədən azad edilməyi ilə bağlı xx.xx.2023-cü il və təkrar olaraq xx.xx.2023-cü il tarixlərdə 2 dəfə ərizə ilə Cavabdeh sabiq başçısı Əhəd Abıyevə müraciət etmişdir və Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 81 nömrəli sərəncamı ilə İddiaçı qıznın ərizəsinə əsasən, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1 maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdehnə təsir altında verdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrinin etibarsız hesab edilməklə Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 81 saylı sərəncamını (əmri) qanunsuz və əsasız olduğu üçün ləğv edilib, onu əvvəlki işinə Cavabdeh Başçısı Aparatında Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin böyük məsləhətçisi (dövlət qulluğu) vəzifəsinə bərpa edilməsinə və onun məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabeh Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 81 saylı sərəncamı (əmri) ilə o, tutduğu vəzifədən azad edilmişdir. (Əmrin surətini xx.xx.2023-cü il tarixdə əldə etmişdir). Aşağıdakılara əsasən əmri tamamilə qanunsuz və əsasız hesab edir. Belə ki, onun barəsində vətəndaş şikayəti daxil olan kimi, həmin şikayət araşdırılmadan ondan Cavabdeh sabiq başçısı Əhəd Abıyev otağına çağıraraq işdən öz ərizəsilə çıxmağını tələb etmiş və əks halda onu ləkələyərək çıxaracağını bildirmişdir. Ona 2023-cü ilin iyun ayının 24 tarixdə bir ərizəni yazdırdı, xx.xx.2023-cü il tarixdədə ikinci ərizəni yazmağı tələb etdi. O, həmin ərizələri təsir altında yazmış, belə ki ərizəni ona guya ki, iş yeri ilə yaşayış yerinin uzaq olmasını əsas gətirməklə işdən könüllü çıxmaq istəyini bildirməklə azad olunmasını xahiş etmişdir.Bu mümkün deyil belə ki o, 2016-cı ildən işə qəbul olunandan işdən çıxarıldığı günə qədər Gəncə şəhərində yaşamış və hər gün işə gəlib getmiş və işə gəlib getməyilə əlaqədar heç vaxt problemi olmamışdır. Ona görədə hesab edir ki, onun ərizələri etibarsız hesab edilərək Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 81 saylı sərəncamı ləğv edilməli və o, dövlət qulluqğuna əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Onun öz istəyilə işdən azad olunmasına heç bir əsas olmamışdır, işdən azad olunandan bu günə qədər işləmir. Onun işdən azad edilməsi Azərbaycan Respublikası Konstitusiyasinda nəzərdə tutlmuş əmək hüququnun kobud şəkildə pozulması deməkdir. İddiaçı həmçinin məhkəməyə ərizə ünvanlayaraq onun Cavabdehnə qarşı işə bərpa olunmağı və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair iddia ərizəsinin verilməsinə görə ötürülmüş müddətin üzürlü hesab edilməsini və ötürülmüş müddətin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-488/2025 saylı qərardadı ilə İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmaması və İddiaçı cavabdeh Daşkəsən Şəhər İcra Hakimiyyətinə qarşı “onun Cavabdehnə təsir altında verdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrinin etibarsız edilməklə Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 81 saylı sərəncamını (əmri) qanusuz və əsasız olduğu üçün ləğv edilib, onu əvvəlki işinə Cavabdeh Başçısı Aparatında Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin böyük məsləhətçisi (dövlət qulluğuna) vəzifəsinə bərpa edilməsinə və onun məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(104)-232/2025 saylı qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi,Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-488/2025 saylı qərardadının ləğv edilməsi, iş materiallarının baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci ilə təyin edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, həmin ərizəni o təsir altında yazmışdır, ərizəni yazmağa məcbur edilmişdir. Bunu iş materialına əlavə etdiyi disk yazısı da sübut edir, bütün lazımi sübutlar tərəfindən iş materialına əlavə edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin təmin olunmamasını xahiş etmişdir . Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Dövlət qulluğu haqqında” Qanuna əsasən: Maddə 33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; Əmək Məcəlləsinə əsasən : Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular 2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Belə ki, iddiaçının hazırki tələbi onun Cavabdehnə təsir altında verdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrinin etibarsız edilməklə Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 81 saylı sərəncamını (əmri) qanusuz və əsasız olduğu üçün ləğv edilib, onun əvvəlki işinə Cavabdeh Başçısı Aparatında Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin böyük məsləhətçisi (dövlət qulluğuna) vəzifəsinə bərpa edilməsinə və onun məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsindən ibarətdir ki, iş materiallarında olan Daşkəsən Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 81 nömrəli sərəncamı ilə İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1.1. bəndinə uyğun olaraq, ərizəsinə əsasən, xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı işdən öz arzusu ilə azad olunmasına dair ərizəni təsir altında yazdığını bildirsədə buna dair əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar