Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4141/2025 07.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X20, X17 və X12 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. ünvan 1 ünvanı xx.xx.1984-cü il tarixli 1062 nömrəli order əsasında İddiaçı yaşamaq üçün ayrılmışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayış və Elektron məhkəmə informasiya sistemindən çıxarışlardan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X20, xx.xx.2004-cü il təvəllüdlü X17 və xx.xx.1982-ci il təvəllüdlü X5 şəhəri, Üzeyir Hacıbəyov küç., bina 146, mənzil 30 ünvanında qeydiyyatdadırlar.
3. İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X20, xx.xx.2004-cü il təvəllüdlü X17 və xx.xx.1982-ci il təvəllüdlü X12 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdikləri müraciətə həmin İdarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
4. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-5957/2025 nömrəli cavab məktubunda Gəncə şəhəri, Üzeyir Hacıbəyov küç., bina 146 ünvanında yerləşən 30 saylı mənzil özəlləşməmişdir.
5. Məhkəmə sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-xx/xx-15900/2025 saylı cavab məktubunda qeyd olunmuşdur ki, X20 xx.xx.2016-cı il tarixdən hal-hazıradək, X17 xx.xx.2017-ci il tarixdən hal-hazıradək və X18 xx.xx.2014-cü il tarixdən hal-hazıradək ünvan 1 ünvanında qeydiyyatdadırlar və qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün olmamışdır.
6. Məhkəmə sorğusuna Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda İddiaçı barəsində xx.xx.2025-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir:
1. X2
2. X15
3. X23 xx.xx.1952 (xx.xx.2012-ci ildə vəfat etmişdir.)
4. X10 xx.xx.1972
5. X13 xx.xx.1978
6. X11 xx.xx.1980
7. X14 xx.xx.1981
8. X1 xx.xx.1958
9. X3 xx.xx.1960
10. X4 xx.xx.1963 II. Məhkəmədə icraat
7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X20, X17 və X18 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
8. İddiaçı tələblərini onunla əsaslandırılmışlar ki, ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. Üçüncü şəxs onun evində qeydiyyatdadır. O, üçüncü şəxsi qeydiyyatdan çıxarmaq üçün cavabdeh orqana müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Yuxarıda adı qeyd olunan şəxsin sözügedən ünvanda qeydiyyatda olması onun hüquqlarını pozur. Cavabdeh orqan tərəfindən onun ərizəsinin təmin olunmaması qanunsuzdur. Odur ki, o pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-4141/2025 nömrəli qərardadı ilə X20, X17 və X18 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxslər məhkəməyə teleqram ünvanlayaraq ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
14. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir.
15. Üçüncü şəxslər məhkəməyə etiraz ünvanlayaraq, etirazlarını onunla əsaslandırmışlar ki, o, 2003-cı il tarixdə iddaçının oğlu Rəşad Həsənovla ailə həyatı quraraq ünvan 1 ünvanına gəlin köçmüşdür. Qeyd olunan ünvanda 22 ildir ki, qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Həyat yoldaşı Rəşad Həsənov N saylı hərbi hissədə işləməsi ilə əlaqədar olaraq qeyd olunan ünvandan pasport qeydiyyatından çıxaraq müvafiq hərbi hissədə qeydiyyatdadır. Rəşad Həsənovla birgə nikahdan iki övladı olmuşdur, X20 və X17, onlar da qeyd olunan ünvanda qeydiyyatda olmaqla yaşayırlar. ünvan 5 ünvanına dair kirayə müqaviləsi qaynanası İddiaçı ilə bağlanmasına baxmayaraq iddiaçı mülkiyyətində olan başqa mənzildə yaşayır. Onlar həmin mənzildə qaynatası ilə birlikdə yaşamış və qaynatası 13 yanvar 2012-ci il tarixdə vəfat etdikdən sonra iddiaçı evdən çıxmaqlarını tələb etmiş və hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə kirayə müqaviləsi bağlanan zaman onun ailə üzvləri də həmin ünvanda yaşaması nəzərə alınaraq kirayə müqaviləsi bağlanmış və orderdə iddiaçının ailə üzvlərinin adları da qeyd edilib. Qeyd olunan ünvana pasport qeydiyyatına düşməyinə iddiaçı yazılı ərizə ilə icazə vermiş və iddiaçının oğlu Rəşid ilə ailə həyatı qurduğu tarixdən hal-hazıradək mübahisəli ünvanda yaşamaqla həmin mənzilə 30.000 manatdan artıq pul xərcləyib əsaslı təmir etdirmişlər. İddiaçının özü də bunları bilir. Həmçinin, iddiaçının iddia ərizəsində qeyd etdikləri tam yalandır, onlar onu evdən qovmamışlar, nə vaxt istəsə gəlib yaşaya bilər. Evin kommunal xərclərini isə hamısını özləri ödəyir. Onların başqa yaşayış və pasport qeydiyyatına düşmək üçün yerləri yoxdur. Faktiki yaşadıqları yerdə pasport qeydiyyatında olmaqla yaşayırlar. Odur ki iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
18. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
20. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
21. İddiaçının iddia ərizəsinə əlavə etdiyi ünvan 1 ünvanı xx.xx.1984-cü il tarixli 1062 nömrəli order ilə İddiaçı ayrılsa da, həmin mənzil iddiaçının adına özəlləşdirilməmişdir (məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3- 33/2-5957/2025 nömrəli cavab məktubu).
22. Göründüyü kimi, iddiaçının üçüncü şəxslər X20, X17 və X12 qeydiyyatdan çıxarılmasını tələb etdiyi ünvan 1 nömrəli mənzil hazırda onun mülkiyyətində olmadığından o, hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyildir.
23. Həmçinin, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxslər oğlu X16 ailə üzvləridir (arvadı və övladlarıdır) və adıçəkilən orderdə İddiaçı ailə üzvü kimi X16 adı qeyd edildiyindən o da özəlləşdirmə hüququna malik olan şəxsdir.
24. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
25. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva